ANİMİZM
[alm. Aimismus; fr. Animismè; ing. Animism; lat. Animismus = anima – ruh; osm. tr. ervahiye; tr. Canlıcılık; ər. أسٚاد خٍ ] – ruhlardan qaynaqlanan hal və ya hərəkətlərin varlığını önə sürən dünyagörüşü. Şamanist dini təlimlərdə mövcuddur. Olan hadisələrin, baş verənlərin ruhlar aləminə bağlı olan qüdrətdən qaynaqlandığını, bilavasitə ruhlarla əlaqələndirldiyi dini təsəvvür. Yaxud da tək və eyni ruhun təfəkkür və təbii həyatımızın qaynağı olduğunu irəli sürən görüş. Animizm bəzən uşaqlarda maddi və cansız əşyaları canlı göstərə bilmək bacarığına da deyilir. Guya ruhlar insanların, heyvanların həyatına, ətraf aləmin predmetinə və hadisələrinə təsir göstərir.