Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Ançous
Ançous (lat. Engraulis) — Siyənəkkimilər dəstəsinin ançouslar fəsiləsinə aid balıq cinsi.
Ançous kilkə
Ançousabənzər kilkə (lat. Clupeonella engrauliformis) — kilkələr cinsinin nümayəndəsidir. Bu kilkə Cənubi və Orta Xəzərin sahildən aralı, dərinliyi 20 m-dən çox olan hissələrində, əsasən isə dairəvi axın zonasında, 50–200 m dərinliklərdə yayılmışdır. Dənizin 200 m-dən dərin hissələrində də ançousabənzər kilkəyə təsadüf edilir. Bədəni oxlovşəkilli, alçaq, qarıncığı dəyirmiləşmişdir, kili güclə seçilir. Qalınlaşmış beli tünd göy rəngdədir. Ağzı kiçikdir. Gözləri xırdadır, anal üzgəcin iki son şüası uzanmışdır. Bel üzgəcində 12-14,anal üzgəcində 16-18 şüa olur.Uzunluğu 14,5-15,5 sm-ə, kütləsi 20 q-a qədər çatan bu kilkə 7 ilə qədər yaşayır. Dəniz balığıdır, şirin suya getmir.
Avropa ançousu
Avropa ançousu, həmçinin siyənəyəoxşar dəniz balığı, xamsa, xəmsi və ya hamsi (lat. Engraulis encrasicolus) — ançous (Engraulidae) fəsiləsindən balıq növləri. Yetkinlərinun bədən uzunluğu adətən 12–15 santimetr olur və 20 santimetrdən uzun olmur. Bədən uzunsov, alçaq, sikloid pulcuqlarla örtülmüş, başı yanlardan çılpaqdır. Axçası nazikdir və asanlıqla yığılır. Üst çənə önə çıxır. Ağızı böyük və yarımüzlüdür, alt çənəsi dar və uzun, uzun və nazik üst çənənin arxa ucu preoperkulumun qırağından kənara çıxır. Çənələrində kiçik dişlər var. Qarın yatalağının kili və yandivar xətt yoxdur. Qarın yatalağındakı üzgəclərin əsasları belindəki üzgəcindən başlayaraq şaquli tərəfin qarşısında yerləşir.
ANZYUS
Anzyus (Australia, New Zealand, United States – ANZUS) – Avstraliya İttifaqı, Yeni Zelandiya və ABŞ-nin daxil olduğu hərbi-siyasi blok. Adı üzv dövlətlərin adlarının ingiliscə yazılışının baş hərflərindən götürülmüşdür. Rəsmən «Təhlükəsizliyə dair Sakit okean paktı» adlanır. Pakt 1951-ci ilin sentyabrında San-Fransiskoda qeyri-məhdud müddətə imzalanmış və 1952-ci ilin aprelində qüvvəyə minmişdir. Anzyusun yaradılması Cənub-Şərqi Asiyada milli azadlıq mübarizəsinin genişlənməsinə, Çində inqilabın qələbəsinə (1949), Koreyada silahlı müdaxilənin iflasına bir növ cavab tədbiri idi. Anzyusun təşkili ABŞ-nin Cənub-Şərqi Asiyada və Sakit okean hövzəsində hərbi-siyasi və iqtisadi təsirini gücləndirdi, blokun yaradılmasında mühüm rolu olan B.Britaniyanın bu rayonda mövqeyini zəiflətdi. Anzyus rəsmən beynəlxalq münasibətlərdə zor işlətməyin əleyhinə olduğunu bildirsə də, əslində həmişə bunun əksinə hərəkət etmişdir. İttifaqın iştirakçısı olan dövlətlər eyni zamanda müxtəlif hərbi-siyasi blokların üzvüdür. 1971-ci ildən ABŞ-nin ÇXR-lə əlaqə yaratması Anzyusun üzvləri arasında ziddiyyətləri kəskinləşdirdi. İctimaiyyətin təzyiqi ilə Avstraliya və Yeni Zelandiya Hind-Çindən öz qoşunlarını və «məsləhətçilərini» geri çağırdı.
Acorus
Kəcəvər (lat. Acorus) — bitkilər aləminin kəcəvərçiçəklilər dəstəsinin kəcəvərkimilər fəsiləsinə aid bitki cinsi.
Anchusa
Sümürgən (lat. Anchusa) — bitkilər aləminin göyzabançiçəklilər dəstəsinin göyzabankimilər fəsiləsinə aid bitki cinsi.
Anthus
Ant (lat. Anthus) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin sərçəkimilər dəstəsinin quyruqsallayanlar fəsiləsinə aid heyvan cinsi. Təqribən 30 növü məlumdur. Uzunluğu 14–20 sm; qonurumtul ləkəlidir. Açıq yerlərdə, bəziləri meşələrdə yaşayır. Azərbaycanda 5 növü var: tarla antı, dağ antı, meşə antı, çəmən antı, qırmızıdöş ant. Zərərverici həşəratları məhv etdiyinə görə xeyirlidir.
Anşlüs
Anşluss (alm. Anshluß‎ – birləşdirmə) – Birinci Dünya müharibəsindən sonra Nasist Almaniyanın zorla Avstriyanı özünə birləşdirmək siyasəti. Avstriyanın bəzi dairələrinin müdafiə etdikləri bu siyasəti həyata keçirmək üçün müharibədən sonra bir sıra cəhdlər göstərilsə də, Versal sülh müqaviləsi və Sen-Jermen sülh müqaviləsi anşlussu qadağan etmişdir. 1937-ci ildə anşlussu həyata keçirmək üçün əlverişli şərait yarandı; bu dövrdə Qərb dövlətləri Faşist Almaniyasının Avstriyanı işğal etməsini Versal sülh müqaviləsinin təftişi və təcavüz aktı kimi deyil, Almaniyanın Avropanı «sakitləşdirməsi» kimi qiymətləndirməyə başladılar. Qərb dövlətlərinin bu mövqeyi, Avstriya burjuaziyasının və sağ sosial-demokrat liderlərinin xəyanəti Almaniyaya bu planı həyata keçirməyə imkan verdi. 1938-ci il martın 11–12-də Avstriya alman-faşist qoşunları tərəfindən işğal olundu. Böyük dövlətlərdən yalnız SSRİ anşlussun əleyhinə çıxdı. İkinci Dünya müharibəsi dövründə (1939–45) antihitler koalisiyasının əsas iştirakçıları – ABŞ, Birləşmiş Krallıq və SSRİ Avstriyanın müstəqilliyini bərpa etmək barədə razılığa gəldilər (1943). 1945-ci ilin aprel ayında Avstriya azad edildikdən sonra onun suverenliyi bərpa olundu. 1955-ci il mayın 15-də ABŞ, Birləşmiş Krallıq, Fransa, SSRİ və Avstriya tərəfindən imzalanan Müstəqil və Demokratik Avstriyanın bərpası barədə dövlət müqaviləsinə görə, Avstriyanın tam suverenliyi və müstəqilliyi təsdiq edildi, Anşluss isə qadağan olundu.
Arctous
Arctous (lat. Arctous) — bitkilər aləminin erikaçiçəklilər dəstəsinin erikakimilər fəsiləsinə aid bitki cinsi.
Anons
Anons – mətbuat, tele-radio kompaniyalar bizim üçün hazırladıqları əsas və maraqlı hadisələrin elanıdır. "İzləyin", "Bu günkü efirdə dinləyin", "Növbəti sayda oxuyacaqsınız" — bunlar anonsun müxtəlif formalarıdır. Anons Jurnallar gələcək sayda gedəcək ən maraqlı xəbərlərin xülasəsinə yer ayıra bilər. Qəzetlər də, heç də onlardan geri qalmır. Bir qayda olaraq anonslar qısa şəkildə verilir: tele-radiolarda anonslar təxminən 30 saniyə çəkir. Qısa bir vaxt ərzində böyük bacarıq və istedad tələb olunur ki, bizləri anonslarda gedən verilişlərə baxmağa inandıra bilsinlər.
Acorus calamus
Bataqlıq kəcəvəri (lat. Acorus calamus) — bitkilər aləminin kəcəvərçiçəklilər dəstəsinin kəcəvərkimilər fəsiləsinin kəcəvər cinsinə aid bitki növü. Çoxillik ot bitkisi olub, sürünən, üfüqi kökümsova malikdir. Kökümsovu qol-budaqlı, diametri 0,3 sm, uzunluğu 1,5 m, xaricdən qonur və ya yaşılımtıl-sarı, kənarları çoxsaylı qaytanabənzər, köklərinin uzunluğu 40–50 sm, yuxarı tərəfdən iri yarımaypara yarpaqlardan ibarətdir. Yarpaqlarının uzunluğu 10–15 sm, açıq-yaşıl, yumşaq, itiuclu, zirvə və yan budaqlıdır. Gövdə üzərindəki çiçək qruplarının hündürlüyü 40–80 sm, yastılaşmış hamaşçiçəkləri yuxarıdan silindrik, azacıq daralmış, uzunluğu 12 sm, qalınlığı 2 sm-ə bərabərdir. Çiçəkləri kiçik, yaşılımtıl-sarı olub, ikicinslidir. Kökümsovları yüngül, silindrik, azacıq yastılaşmış, əyilmiş, qatlanmış, bəzən budaqlanan və çox hissəsi uzununa yarılmış olur. Yuxarı hissəsi yarımaypara formalı, iri dişli, yarpaqlı, aşağı hissəsi çoxsaylı kiçik dairəvi, köklü, bərabər olmayan məsaməli olub, deşik-deşikdir. Parçalanmış hissələri 30 sm, qalınlığı isə 2 sm-ə qədər olur.
Anchusa amoena
İtaliya sümürgəni (lat. Anchusa azurea) — bitkilər aləminin göyzabançiçəklilər dəstəsinin göyzabankimilər fəsiləsinin sümürgən cinsinə aid bitki növü. Anchusa amoena J.F.Gmel. Anchusa biceps Vest Anchusa italica Retz. Anchusa lucida Vitman Anchusa macrophylla Lam. Anchusa paniculata Aiton Buglossum amoenum Gaertn. Buglossum caeruleum Pers.
Anchusa arvensis
Anchusa arvensis (lat. Anchusa arvensis) — bitkilər aləminin göyzabançiçəklilər dəstəsinin göyzabankimilər fəsiləsinin sümürgən cinsinə aid bitki növü.
Andrus (vulkan)
Andrus — Antarktidanın Meri Berd Torpağı rayonunda yerləşən vulkan. Andrus vulkanının hündürlüyü 2978 metr təşkil edir. Üç kraterdən ibarətdir. Ümumi sahəsi 252 km² təşkil edir. Traxitdən təşkil olunmuşdur. 4,5 kilometrlik kaldera əmələ gətirmişdir. Zəif fəaliyyət 1977-ci ildə Kauffman dağında müşahidə edilmişdir. Vulkan amerikan eksoedisiyasının leytenantı, Berd qütb stansiyasının həkimi və rəyisi Karl Andrusun şərəfinə adlandırılmışdır.
Erigeron annuus
Birillik xırdaləçək (lat. Erigeron annuus) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinin xırdaləçək cinsinə aid bitki növü.
Erigeron mancus
Erigeron mancus (lat. Erigeron mancus) — mürəkkəbçiçəklilər fəsiləsinin xırdaləçək cinsinə aid bitki növü.
Galendromimus sanctus
Galendromimus sanctus (lat. Galendromimus sanctus) — heyvanlar aləminin buğumayaqlılar tipinin hörümçəkkimilər sinfinin mesostigmata dəstəsinin phytoseiidae fəsiləsinin galendromimus cinsinə aid heyvan növü.
Helianthus annuus
Adi günəbaxan (lat. Helianthus annuus) — günəbaxan cinsinə aid bitki növü. Hündürlüyü 1–2 metrə qədər olan birillik ot bitkisidir. Növbə ilə yerləşən iri, üçkünc — ürəkvarı yarpaqları vardır. Gövdəsinin yuxarısındakı yarpaqları ellipsvarıdır. İri səbət şəklində qızılı-sarı rəngli çiçəkləri və bərk qabıqlı dənəcik meyvəsi olur. Meyvələrinin toxumu yağlıdır, xoş ətirlidir. Bitki iyul-avqust aylarında çiçəkləyir, meyvələri sentyabr-oktyabr aylarında yetişir. Adi günəbaxan Azərbaycanın əksər rayonlarında becərilir. Yerarmudu günəbaxan isə ancaq Azərbaycan Elmlər Akademiyasının Botanika İnstitunun ərazisində becərilir.
Lathyrus annuus
Lathyrus annuus (lat. Lathyrus annuus) — bitkilər aləminin paxlaçiçəklilər dəstəsinin paxlakimilər fəsiləsinin güllücə cinsinə aid bitki növü.
Lythrum anceps
Söyüdyarpaq ağlarotu (lat. Lythrum salicaria) — bitkilər aləminin mərsinçiçəklilər dəstəsinin ağlarotukimilər fəsiləsinin ağlarotu cinsinə aid bitki növü. Söyüdyarpaq ağlarotu boreal coğrafi tipinin palearktik sinfinə aiddir. Avropa, İran, Monqolustan, Hindistan, Çin, Koreya, Tibet, Şimali Afrika, Şimali Amerika, Avstraliya, Rusiya və Qafqazda yayılmışdır. Azərbaycanın bütün rayonlarında arandan yuxarı dağ qurşağına kimi (dəniz səviyyəsindən 1900 m qədər) bitir. Hündürlüyü 25-130 sm olan yumşaq tüklü, çoxillik bitkidir. Gövdəsi düz, budaqsız və ya budaqlanandır. Yarpaqları 5-10 sm uzunluqda, 1-2 sm enində oturaq, qarşılıqlı və ya növbəli, lansetvari, uzunsov-lansetvari, bəzən uzunsov və ya yumurtavari-uzunsovdur, hər iki tərəfdən tüklüdür. Çiçəkləri 1-2 mm uzunluqda, sümbülvari çiçəkqrupuna toplanmışlar, al-qırmızı, bəzən çəhrayı rəngdədir. Qutucuq 3-5 mm, toxumları uzunsov-yumurtavari, sivriləşmiş, açıq qəhvəyi rəngdə, 1 mm uzunluqdadır.
Phytoseius mancus
Phytoseius mancus (lat. Phytoseius mancus) — phytoseiidae fəsiləsinin phytoseius cinsinə aid heyvan növü. Phytoseius mancus Catalogue of Life saytında Mites GSDs: PhytoseiidBase.
Poa anceps
Poa pratensis (lat. Poa pratensis) — qırtıckimilər fəsiləsinin qırtıc cinsinə aid bitki növü. Paneion pratense (L.) Lunell Poa agassizensis B.Boivin & D.Löve Poa alpigena subsp. sobolevskiana (Gudoschn.) Tzvelev Poa anceps (Gaudin) Hegelm. Poa anceps var. breviculmis Hook.f. Poa angustifolia Elliott [Illegitimate] Poa angustifolia subsp. anceps (Gaudich.) K.Richt. Poa angustifolia var. anceps (Gaudin) K. Richt.
Senecio lanceus
Senecio lanceus (lat. Senecio lanceus) — mürəkkəbçiçəklilər fəsiləsinin xaçgülü cinsinə aid bitki növü.
Arctous alpina
Arctous alpina (lat. Arctous alpina) — bitkilər aləminin erikaçiçəklilər dəstəsinin erikakimilər fəsiləsinin arctous cinsinə aid bitki növü.
Sanctus Diavolos
Sanctus Diavolos — Yunanıstan ekstremal metal qrupu "Rotting Christ" səkkizinci tamformatlı albomu. Bu, həm də qrupun uzunmüddətli üzvü olmuş gitara ifaçısı Kostas və klaviatura ifaçısı Georgiusun gedişindən sonra buraxılmış ilk albomdur. Albomun yazılmasında həmçinin qitaraçı Qas Ci və canlı xor iştirak etmişdir, Sakis Tolisin klaviş instrumentində ifası da albomda yer alır. Albom Yunanıstanda SCA studiyalarında yazılmışdır və İsveçdə Fredrik Nordström (Studio Fredman) tərəfindən yekun şəkilə salınmışdır. Mahnıların hamısının müəllifi Sakis Tolisdir.