Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Apelsin
Portağal (lat. Citrus sinensis) – Sədokimilər fəsiləsinə aid bitki növü. == Təbii yayılması == Dünyanın subtropik rayonlarının əksəriyyətində geniş sahələrdə becərilir. Vətəni Yeni Çin və Hind - Çindir. == Botaniki təsviri == Həmişəyaşıl, 7-12 m hündürlüyündə enli-piramidal çətirli ağacdır. Qabığı bozdur, cavan budaqları tikanlıdır. Yarpaqları uzunsov-yumurtavarı, uca doğru ensizləşən, kənarları hamar və ya az dişlidir; saplaqları zəif qanadlıdır. Çiçəkləri xırda, ağrəngli, ətirli olub, tək-tək və ya qoltuqlarda dəstə ilə yerləşmişdir. Kasayarpağı dəyirmi, bəzən kənarı kirpikciklidir, ləçəkləri ağdır. Erkəkciklər 20-25-i dəstə ilə birləşir, bəzi sortlarda erkəkciklər sterildir.
ASELSAN
Aselsan M. M. M. (ASELSAN), (mənası: Hərbi Elektronik Sənayesi) — 1975-ci ildə Türkiyə Silahlı Qüvvələrinin xəbərləşmə cihaz ehtiyaclarının qarşılanması məqsədiylə qurulmuşdur. Türk Silahlı Qüvvələrini Gücləndirmə Fondunun bir quruluşudur. Quruluş müddətində Məmməd Həcim Kamoyun qatqıları vardır. Sərmayə işlərini qısa müddətdə tamamlamış və 1979 ili başlarında Ankara Məcunköy təsislərində istehsal fəaliyyətinə keçmişdir. ASELSAN, quruluş illərindən bu yana irəli texnologiyaya söykənən olaraq, proqramlı bir şəkildə müştəri və məhsul yelpiyini genişlətmiş olub, bu gün müasir elektronik cihaz və sistemlər inkişaf etdirən, çıxaran, təsis edən, satışa çıxaran və satış sonrası xidmətlərini icra edən inteqrə bir elektronik sənayesi quruluşu halına gəlmişdir. ASELSAN orijinal məhsullarını ixrac edən və dünyanın ən yaxşı 100 müdafiə sənayesi şirkətlərindən birinə çevrilib. 6000 nəfərlik ixtisaslı mühəndis qrupu ilə ASELSAN illik dövriyyəsinin 7%-ni öz resursları ilə maliyyələşdirdiyi AR-GE fəaliyyətinə ayırır.Müxtəlif ölkələrdə nümayəndəlikləri olan ASELSAN, ilk xaric şirkəti olan ASELSAN BAKI şirkətini, 1998-ci ildə Azərbaycanda quraraq fəaliyyətə keçirmişdir. Şirkətin Azərbaycan bölməsinin kapitalının tamamını ASELSAN ödəmişdir. Azərbaycan bölməsinin kapitalının miqdarı 500 min ABŞ dollarıdır. Azərbaycanda təmir, istehsal sahələrində fəaliyyət göstərir.
Aleksin
Aleksin — Rusiya Federasiyasında yerləşən şəhər. Tula vilayətinə daxildir.
Apennin dağları
Apennin dağları (it. Appennini; lat. Apenninus, Apennini montes) — İtaliya ərazisində, Apennin yarımadasında dağ sistemi. İtaliyanın, əsasən, Apennin yarımadası istiqamətində şimalından cənubuna qədər 1000 km boyunca uzanır. Orta hündürlüyü 1200–1800 m, maksimal hündürlüyü 2912 m-dir (Korno-Qrande zirvəsi). Kadibona aşırımı ilə Alp dağlarından, dərəli-təpəli dağətəyi və sahilboyu düzənliklər zolağı ilə isə Adriatik və Tirren dənizlərindən ayrılır. Fəaliyyətdə olan Vezuvi vulkanı Neapol körfəzi yaxınlığındadır. Dağ sisteminə “Apennin” adını ilk dəfə e.ə. 2 əsrdə Polibi vermişdir. == Relyef == Geomorfoloji quruluşuna görə Şimali, Mərkəzi və Cənubi Apennin dağlarına ayrılır.
Apennin xoruzgülü
Adonis pyrenaica (lat. Adonis pyrenaica) — qaymaqçiçəyikimilər fəsiləsinin xoruzgülü cinsinə aid bitki növü.
Apennin yarımadası
Apennin yarımadası (it. Penisola italiana — İtaliya yarımadası; eləcə də it. Penisola appenninica) — Avropanın böyük yarımadalarından biri. Qitənin cənubunda yerləşir və Aralıq dənizinin sahilindədir. Yarımadada İtaliyanın əsas hissəsi, San-Marino Respublikası və teokratik dövlət olan Vatikan yerləşir. Yarımadanın sahəsi 149 000 km²-dir. Uzunluğu təqribən 1100 km, eni 130-dan 300 km-ə qədərdir. Appenin yarımadasının şimal hissəsi Padan ovalığı ilə, qərbdən Tirren dənizi, şərqdən Adriatik dənizi, cənubdan isə İonik dənizi ilə əhatə olunub. Yarımadanı Elba adasından Pombino boğazı, Siciliya adasından isə Messin boğazı ayırır. Yarımadanın adı onun böyük hissəsi boyunca uzanan Appenin dağlarından götürülüb.
Senecio apensis
Senecio apensis (lat. Senecio apensis) — mürəkkəbçiçəklilər fəsiləsinin xaçgülü cinsinə aid biki növü.
De, Gəlsin!
"De, Gəlsin!" — 2001-ci ildən 2013-cü ilə qədər Azərbaycanın ANS TV kanalında yayımlanan meyxana yarışma televerilişi. == İstehsal == 2001-ci ildən televerilişin introsu meyxana, hip-hop və kapoeyra elementlərindən ibarət olub. Verilişin loqosunun dizaynı "Mortal Kombat" video oyunun əjdaha loqosu üzərində əsaslanıb. == Tarixi == Verilişin qalibləri 2001-ci ildə Aydın Xırdalanlı, 2002-ci ildə Aqşin Fateh və Vüqar Coratlı (III mövsümdə), 2004-cü ildə Vüqar Yasamallı, 2006-cı ildə Namiq Məna, 2007-ci ildə Mirfərid Zirəli və 2013-cü ildə Pərviz Arif olub. == İştirakçılar == Rəng açarı === Meyxanaçılar === === Ustadlar şurası === == İstinadlar == == Xarici keçidlər == De, Gəlsin!
Mixail Perşin
Mixail Perşin (19 oktyabr 1989-cu ildə anadan olub) — Müdafiəçi kimi çıxış edən Qazaxıstanlı kişi futzalçıdır. Qazaxıstan milli futzal komandasının bir üzvüdür. O, UEFA Futzal Avro 2016-da iştirak etmişdir. 2016-cı ildən Qazaxıstanın Kayrat AFK futzal klubunda çıxış edir.
Nikita Perşin
Nikita Fyodoroviç Perşin (rus. Никита Фёдорович Першин; 13 yanvar 2002-ci ildə anadan olub) — Rusiya Peşəkar Futbol Liqası təmsilçilərindən olan Çertanovo-2 Moskva klubunda yarımmüdafiəçi kimi çıxış edən Rusiyalı peşəkar futbolçudur. == Karyerası == Perşin öz peşəkar karyerasında debütünü 18 iyul 2018-ci ildə Çertanovo-2 Moskva klubu ilə Rusiya Peşəkar Futbol Liqasında Murom klubuna qarşı oyunda etmişdir.
Valeri Aqeşin
Valeri Aqeşin (latış. Valērijs Agešins‎; 23 iyun 1972, Liepaya) — Latviyalı siyasətçi və hüquqşünas.
Adelin həyatı
"Adelin həyatı" (fr. La Vie d'Adèle — chapitre 1 & 2, hərfi tərcüməsi — "Adelin həyatı: I və II hissələr") — fransız rejissoru Abdellatif Keşişin dram janrında çəkdiyi filmdir. 2013-cü ildə ekranizasiya olmuşdur. Film Jüli Maronun "Mavi ən isti rəngdir" (fr. "Le Bleu est une couleur chaude") adlı qrafik romanının əsasında çəkilib. Film 66-cı Kann kinofestivalında "Qızıl Palma Budağı"na layiq görülüb. Adelin həyatı Qızıl Palma budağının eyni anda həm rejissor, həm də aktrisalara təltif etdiyi yeganə filmdir. Seydu və Ekzarkopulos isə Ceyn Kempion istisna olmaqla bu mükafatı bütün tarix boyu qazanan yeganə qadın oyunçular hesab olunurlar. Festivaldan sonra rejissor filmin prokat-montaj işləri üzərində çalışmışdı (Kannda filmin iş versiyası nümayiş etdirilmişdir). "Adelin həyatının" milli və beynəlxalq prokatı 2013-cü ilin payızında başlamışdı, Fransada box-office'in ilk xətti ilə başlayan filmi ilkhəftə sonunda 260 mindən çox insan izləmişdi.
Apennin qonur ayısı
Apennin qonur ayısı (lat. Ursus arctos marsicanus) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin yırtıcılar dəstəsinin ayıkimilər fəsiləsinin ayı cinsinin qonur ayı növünə aid heyvan yarımnövü. Əsasən İtaliya ərazizində, Apennin dağları bölgəsində yayılmışlar. Qonur ayıların elə də böyük olmayan yarımnövüdür. 95-150 kq çəkiyə və 190 sm boya malik olurlar. Hər şeylə qidalanırlar. Hər ayının özünə məxsus ərazisi olur. == Həyatı == Bu canlılar balalarının vəhşi təbiətdə qalması 50 %-dir. Belə vəziyyətdə 20 il müddətində yaşaya bilirlər (qapalı vəziyyətdə daha çox) == Qorunması == Nəslinin kəsilməsi yüksəkdir. Təbiətdə cəmi 50—80 arası fərd qalmışdır.
Pelin Əsmər
Pelin Əsmər (1972, İstanbul) — Türkiyəli rejisor, prodüser və ssenarist. Boğaziçi Universitetinin İncəsənət və Ədəbiyyat fakültəsinin, Sosiologiya bölumunun məzunu olub. == Bioqrafiya == Pelin Əsmər 1972-ci ildə İstanbulda anadan olub. Atası əslən Türkiyənin Antaka şəhərindəndir. Boğaziçi Universiteinin məzunudur. Boğaziçi Universitetini bitirdikdən sonra Yavus Özkanın "Z1 Film Atölyesi"ndə bir il kino fakültəsində oxuyub.1995-ci ildən başlayaraq Türkiyədə və xaricdə rejissor köməkçisi olaraq uzun və sənədli filmlər çəkmişdir. Rejissor köməkçisi kimi çəkilişində iştirak etdiyi filmlər arasında "Cumhuriyet " (rejissor: Ziya Öztan), "Gönlümdeki Köşk" (rejissor: Elisabeth Rygard) və "Deliyürek" (rejissor: Osman Sınav) kimi filmlər var, bunlardan əlavə çoxlu sayda kommersiya filmləri çəkib.Pelin xanım həm də "Kadir Has Universiteti"nin Radio, Televiziya və Kino şöbəsində sənədli film haqqında mühazirələr oxuyub. == Karyerası == Pelin xanım karyerasına 1998-ci ildə Ziya Öztənin çəkdiyi "Cümhuriyyət" filmində rejissor köməkçisi olaraq başlayıb.2001-ci ildə daha iki filmdə rejisor köməkşisi olaraq çalışıb. 2002-ci ildə müstəqil olaraq çəkdiyi ilk film olan "Kolleksiyaçı" filmini ərsəyə gətirib. Pelin xanım bu filmi kolleksiyaçı olan əmisi Mithat Əsmərdən ilhamlanaraq ərsəyə gətirir.2005-ci ildə Pelin xanımın ilk səs küylu və ona uğur gətirən "Oyun" adlı sənədli filmi əsrsəyə gəlir.
Adelin həyatı (film, 2013)
"Adelin həyatı" (fr. La Vie d'Adèle — chapitre 1 & 2, hərfi tərcüməsi — "Adelin həyatı: I və II hissələr") — fransız rejissoru Abdellatif Keşişin dram janrında çəkdiyi filmdir. 2013-cü ildə ekranizasiya olmuşdur. Film Jüli Maronun "Mavi ən isti rəngdir" (fr. "Le Bleu est une couleur chaude") adlı qrafik romanının əsasında çəkilib. Film 66-cı Kann kinofestivalında "Qızıl Palma Budağı"na layiq görülüb. Adelin həyatı Qızıl Palma budağının eyni anda həm rejissor, həm də aktrisalara təltif etdiyi yeganə filmdir. Seydu və Ekzarkopulos isə Ceyn Kempion istisna olmaqla bu mükafatı bütün tarix boyu qazanan yeganə qadın oyunçular hesab olunurlar. Festivaldan sonra rejissor filmin prokat-montaj işləri üzərində çalışmışdı (Kannda filmin iş versiyası nümayiş etdirilmişdir). "Adelin həyatının" milli və beynəlxalq prokatı 2013-cü ilin payızında başlamışdı, Fransada box-office'in ilk xətti ilə başlayan filmi ilkhəftə sonunda 260 mindən çox insan izləmişdi.
De, Gəlsin! (veriliş, 2001)
"De, Gəlsin!" — 2001-ci ildən 2013-cü ilə qədər Azərbaycanın ANS TV kanalında yayımlanan meyxana yarışma televerilişi. == İstehsal == 2001-ci ildən televerilişin introsu meyxana, hip-hop və kapoeyra elementlərindən ibarət olub. Verilişin loqosunun dizaynı "Mortal Kombat" video oyunun əjdaha loqosu üzərində əsaslanıb. == Tarixi == Verilişin qalibləri 2001-ci ildə Aydın Xırdalanlı, 2002-ci ildə Aqşin Fateh və Vüqar Coratlı (III mövsümdə), 2004-cü ildə Vüqar Yasamallı, 2006-cı ildə Namiq Məna, 2007-ci ildə Mirfərid Zirəli və 2013-cü ildə Pərviz Arif olub. == İştirakçılar == Rəng açarı === Meyxanaçılar === === Ustadlar şurası === == İstinadlar == == Xarici keçidlər == De, Gəlsin!
Adelin həyatı filminin qazandığı mükafatların siyahısı
"Adelin həyatı" — fransız rejissoru Abdellatif Keşişin dram janrında çəkdiyi filmdir. Film Jüli Maronun "Mavi ən isti rəngdir" adlı qrafik romanının əsasında çəkilib. Film 66-cı Kann kinofestivalında "Qızıl Palma Budağı"na layiq görülüb. Adelin həyatı Qızıl Palma budağının eyni anda həm rejissor, həm də aktrisalara təltif etdiyi yeganə filmdir. Seydu və Ekzarkopulos isə Ceyn Kempion istisna olmaqla bu mükafatı bütün tarix boyu qazanan yeganə qadın oyunçular hesab olunurlar. == İstinadlar == == Xarici keçidlər == Adelin həyatı filminin mükafatları Internet Movie Database-də.