ALSIN

1. Payızda bitən otu alsın (alısın) adlandırırıq. Sözün kökü olan al “hiylə”, “yalan” anlamlarını verir (aldatmaq sözü də buradandır). –sın şəkilçisi meyil mə­nalı sözlər düzəldir və -sa, -sə, -sun, -sın və s. formalarda işlədilir: susa(maq), – “su­ya meyl etmək”, “su istəmək” deməkdir. Gülümsün-“gülməyə meyl etmək”, “azca gülmək” deməkdir. Alsın – “hiyləyə, yalana meyil” deməkdir. Payızda bitən ot çox inkişaf etmir, tez məhv olur, yəni yalançı otdur, “yalana meyli olan ot” de­məkdir. İkinci mülahizə də söyləmək olar: söz alçaq (aşağı) kəlməsi ilə kök­daşdır. Alçaq sözü alsın formasına düşüb, “çox hündürə qalxa bilməyən (alçaq) ot” mənasını verir.

2. “Payız otu” deməkdir. Ordubadda bunun yerinə, güzdək işlə­dilir. Bir sıra dialekt­lərdə güz – “quzu ağılı” (Salyan), “şumlanmış yer” (Sabir­abad) mə­nasını əks et­dirir. Biləsuvarda güzdək sözü “payız yurdu” mənasında işlədilir. (əsli: güzləkdir, müq. et: yaylaq). Görünür, al sözünün “payız” mənası da mövcud olub. 

ALPƏR
ALŞAN
ви́дный враски́дку гие́ны дистилли́роваться заста́вить намо́л сардони́ческий шляхе́тствовать вспузы́риться гарнизо́нный закуси́ть удила иметь го́лову на плечах неприго́же огиба́ть протоколи́рование фагопрофила́ктика кафимский лясы стрекать fluid drive rock-pigeon крестить скот чей-нибудь шушукаться