Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Artişok
Artişok, Ənginar (lat. Cynara) – mürəkkəbçiçəklilər fəsiləsinə aid bitki cinsi. Azərbaycanda artişokun iki növü əkilir [becərilir]. Bunların biri əkin artişoku, digəri isə İspaniya artişoku adlanır. Hər iki növ çoxillik, göy – yaşıl rəngdə bitkidir, 2 m-ə qədər hündürlükdə yerüstü gövdəsi var. Çiçəkləri qırmızı və ya bənövşəyidir, meyvəsi qutucuqdan ibarətdir. Bitki iyul ayında çiçəkləyir, meyvəsi avqustda yetişir. Əkin artişoku Azərbaycanda Lerik, Şamaxı rayonlarında və Mərəzədə becərilir. Abşeronda da becərilməsi yaxşı nəticə verir. Əkin artişoku ilə yanaşı respublikamızda İspaniya artişoku (Cynara cardunculus) da becərilir.
İspaniya artişoku
İspaniya artişoku (lat. Cynara cardunculus) — mürəkkəbçiçəklilər fəsiləsinin ənginar cinsinə aid bitki növü. Çoxillik, göy-yaşıl rəngdə bitkidir, 2 m-ə qədər hündürlükdə yerüstü gövdəsi var. Çiçəkləri qırmızı və ya bənövşəyidir, meyvəsi qutucuqdan ibarətdir. Bitki iyul ayında çiçəkləyir, meyvəsi avqustda yetişir. Respublikamızda İspaniya artişoku (Cynara cardunculus) da becərilir. İspaniya artişoku boyca əkin artişokundan kiçikdir. == Sinonim == Carduus cardunculus (L.) Baill. Carduus cynara E.H.L.Krause Carduus scolymus Baill. Cnicus communis Lam.
Əkin artişoku
Əkin ənginarı, əkin artişoku, tikanlı ənginar (lat. Cynara scolymus) – fəsiləsinin ənginar cinsinə aid bitki növü. Çoxillik, göy – yaşıl rəngdə bitkidir, 2 m-ə qədər hündürlükdə yerüstü gövdəsi var. Çiçəkləri qırmızı və ya bənövşəyidir, meyvəsi qutucuqdan ibarətdir. Bitki iyul ayında çiçəkləyir, meyvəsi avqustda yetişir. Əkin artişoku Azərbaycanda Lerik, Şamaxı rayonlarında və Mərəzədə becərilir. Abşeronda da becərilməsi yaxşı nəticə verir. N. Nərimanov adına Azərbaycan Dövlət Tibb Universitetinin əməkdaşları tərəfindən respublikada becərilən əkin artişokunun tərkibi kimyəvi analiz edilmiş, onun yarpaqlarında, çiçəklərində, toxumlarında və köklərində bir sıra bioloji fəal maddələr müəyyənləşdirilmişdir. Belə maddələrdən: sinarin qlikozidini, acı maddələri, şəkəri, piyli və qatranlı maddələri, üzvi turşuları, C vitaminini və s. göstərmək olar.
Anisok
Añisoc — Afrikanın Ekvatorial Qvineya əyalətində şəhər. Şəhər, ölkənin mərkəzi hissəsində, materik bölgəsindəki Wele-Nzas əyalətində yerləşən yaşayış sahəsidir. 2012-ci ilin təxmini məlumatlarına görə, şəhərdə 16.626 nəfər yaşayır. 2001-ci ildəki rəsmi siyahıyaalınma nəticələrinə görə 7586 nəfər var idi. Añisoc, ölkənin beşinci ən böyük əhalisi olan şəhər mərkəzidir.
Artist
İncəsənət xadimi və ya artist — musiqi, dramaturgiya əsərləri, teatr tamaşaları, bədii filmlər, sənət məsələlərinə dair elmi əsərlər yaradan və incəsənətin inkişafında, habelə sənətkar kadrların hazırlanmasında və tərbiyə edilməsində xidmətləri olan bəstəkarlıqla, rejissorluqla, dirijorluqla, dramaturqluqla, ssenaristliklə, kinooperatorlıqla, sənətşünaslıqla və ədəbiyyatşünaslıqla məşğul olan şəxsdir.
Artsak
Artsak (mahnı) — 1999-cu ilin erməni mahnısı. Arsak — Azərbaycan ərazisində türk tayfalarına məxsus qədim toponim.
Balet artisti
Balet (fr. balleto - rəqs edirəm) səhnə sənətinin bir növü, xoreoqrafiyanın ən yüksək pilləsidir. Əsas ifadə vasitələri bir-biri ilə qırılmaz tellərlə bağlanmış musiqi və rəsqdir. Baletdə rəqs sənəti musiqili-səhnə tamaşaları səviyyəsinə yüksəlir. == Balet tarixi == Bu sintetik janrın kökləri cox qədimdir. İbtidai icma və quldarlıq cəmiyyətin həyatında onun rolu vacibdir. Misirin, Yunanıstanın, Hindistanın mədəni abidələri bunu təsdiq edir. Əvvəllər balet "çox ədəbli" saray şənliklərinin tərkib hissəsi olmuşdur (Lüllinin, Ramonun operabaletləri, Molyerin komediya-baletləri və b. buna daxildir). Adətən, baletin əsasında müəyyən bir süjet, dramaturji ideya dayanır, lakin süjetsiz baletlər də var.
Müharibə artisti
Müharibə artisti — müharibə təcrübəsini sənədləşdirmək üçün hökumət və ya bir nəşr tərəfindən işə götürülmüş incəsənət xadimi. Müharibə artistləri müharibənin yazılı mənbələrdə və ya digər müharibə qeydlərində tez-tez rast gəlinməyən vizual və hissi aspektlərini araşdırırlar.Müharibə artistləri fotoqraf, kinorejissor, yazıçı, aktyor, müğənni, rəssam ola bilər. Müharibə artistləri əksər halda arxa cəbhədə olurlar, amma bəzi hallarda ön cəbhədə də olurlar. == İstinadlar == == Əlavə ədəbiyyat == == Xarici keçidlər == Mémorial de Caen, 1914–1918 war, Artists of the First World War Ministry of Defence (MoD), MoD art collection, war artists National Archives (UK), The Art of War In War-torn Country a Soldier Looks at Iraq by Lance Nixon, Capital Journal, Vol 134 No. 27, 7 February 2014 pp C1-C6 Harvey Dunn at War by Lance Nixon, Capital Journal, Vol 134 No. 32, 14 February 2014 pp C1-C6 Remembering Battles They Fought Facing East: Plains Indians as War Artists by Lance Nixon, Capital Journal, Vol 134 No. 57 pp C1-C6 About light and dark in peace and war and a piece of Vietnam by Lance Nixon, Capital Journal (South Dakota), 17 January 2014. Drawing fire by Lance Nixon, Capital Journal (South Dakota), 23 January 2014. A photograph of a war is different from a painting “that’s not rocket science” by Dave Askins, Capital Journal (South Dakota), 20 April 2018. Combat artists share ware experiences by Kerri Lawrence, National Archives News, 9 April 2018 National Archives Facebook Combat Art Panel US Army Soldier-Artists in Vietnam (CAT IV, 15 August to 31 December, 1967) by James Pollock, War, Literature & the Arts: An International Journal of the Humanities, free downloadable PDF South Dakota State University Open PRAIRIE repository/2009 Volume 21 SDPB Radio Interview MIDDAY Karl Gehrke interviews James Pollock, 10 June 2015.
Xalq artisti
Xalq artisti — SSRİ-də, hal-hazırda isə bir çox keçmiş sovet respublikalarında, o cümlədən Azərbaycan Respublikasında mədəniyyət sahəsində xüsusi xidmətlərə, yüksək peşə ustalığına və ictimai həyatda fəal iştiraka görə verilən fəxri ad. "Xalq artisti" fəxri adı müstəsna dərəcədə dərin ideyalı və bədii cəhətdən yüksək ustalığa, görkəmli bədii obrazlar, tamaşalar, kinofilmlər və musiqi əsərləri yaratmağa, incəsənətin inkişafında kadrlar hazırlamaqda və tərbiyə etməkdə böyük xidmətlərinə görə əvvəllər "əməkdar artist" və ya "əməkdar incəsənət xadimi" adına layiq görülmüş teatr, filarmoniya, kino, estrada, sirk, ansambl, kapella artistlərinə, rejissorlarına, orkestr və xor dirijorlarına, baletmeysterlərə, musiqi, xor, rəqs və digər kollektivlərin bədii rəhbərlərinə, musiqiçilərə, televiziya və radio verilişləri diktorlarına verilir.
Artist (film)
2011-ci ildə rejissor Mişel Hazanaviçus yenidən səssiz ağ-qara filmə qayıdır və növbəti ildə 5 Oskar mükafatı qazanır – o cümlədən ən yaxşı rejissor və ən yaxşı aktyor nominasiyaları üzrə. Bundan əlavə The Artist 3 Qızıl Qlobus mükafatı, 7 BAFTA mükafatı, 6 Sezar mükafatı və 1 Kann kinofestivalı mükafatı qazanır. Film doğrudan da möhtəşəm alınır və hər hansı bir rejissorun 2011-ci ildə bu cür sadə bir ssenarili səssiz ağ-qara filmdə bu qədər dramaturgiya göstərə biləcəyini az adam təsəvvür edərdi. === Qısa məzmun === Hollywood 1927-ci il. Səssiz Kino ulduzu Corc Valentayn kinematoqrafiyanın səsli filmə keçməsini heç cür qəbul edə bilmir. Tamaşaçılar isə yenilik tələb edir. Valentayna vasitəsilə kinematoqrafiyaya gəlmiş və ona aşiq olmuş Peppi Miller isə getdikcə səsli film sahəsində məşhurlaşır. Birinin yüksəlməsi və digərinin getdikcə publikadan kənarlaşması onları bir birindən daha da uzaqlaşdırır. The Artist aktyor oyunu və səssiz stilistikası ilə özünə sevgi qazandı. Film olduqca yüngül, pozitiv, rəqslər, komedik səhnələr və musiqilərlə bol olduğundan filmi izlədikcə dincəlirsən.
Artsak (mahnı)
Artsak (erm. Արցախ) — Ermənistan bəstəkarı Ara Gevorkyanın 1999-cu ildə "Ani" albomunda yayımlanmış instrumanetal xalq musiqisi. Yayımlanmasından qısa müddət sonra, mahnı Ermənistanda məşhurlaşmışdır. Musiqi kompozisiyasında Fikrət Əmirovun Hüseyn Cavidin "Şeyx Sənan" dram əsərinin tamaşası əsaında çəkilmiş "Kor Ərəbin mahnısı" filmi üçün bəstələdiyi 4 dəqiqə 16-saniyyəlik mahnının ilk və son parçalarından istifadə olunur (melodiyanın 4-dəfə sürətləndirilmiş şəkli oranjman edilib, 25-50-ci saniyyələrində və 03:05-03:55-ci saniyyələrində). Musiqi bir çox mədəni, idman və siyasi mərasimlərdə istifadə edilmişdir. Dünyanın müxtəlif ölkələrindən fiqurlu konkisürənlər, gimnastlar və digər idmançılar da dəfələrlə bu musiqiyə müraciət etmişlər. == İdmanda istifadəsi == == Digər == Ermənistan Pan-Armenian Oyunları Rusiya Pervıy kanalda yayımlanan "Buz dövrü" adlı televiziya şousunda müğənni Aleksandra Savaleva və Rusiyada doğulmuş İsrail fiqurlu konkisürəni Sergey Saxnovski bu musiqinin sədaları altında çıxış etmişlər. ABŞ 2017-ci ildə National Geographic Channel tərəfindən çəkilmiş “Hidden Cities Revealed: Baku” sənədli filmində (43-44-cü dəq.) istifadə edilib. == Qalmaqal == 2007-ci ildə Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu "Artsak" mahnısında Azərbaycan musiqisindən istifadə edilməsini bildirmişdir. Ara Gevorkyan bu iddiaya cavab verərək, mübahisənin Rusiyanın Pervıy kanalında yayımlanan "Lednikoviy period" teleşousunun epizodlarından birində baş vermiş qarışıqlıqla əlaqəli olduğunu bildirmişdir.
Əməkdar artist
Əməkdar artist — SSRİ-də, hal-hazırda isə bir çox keçmiş sovet respublikalarında və Azərbaycan Respublikasında mədəniyyət sahəsində xüsusi xidmətlərə, yüksək peşə ustalığına və ictimai həyatda fəal iştiraka görə verilən fəxri ad. "Əməkdar artist" fəxri adı mühüm bədii obrazlar, tamaşalar, kinofilmlər, musiqi əsərləri yaratmış teatr, kino, estrada, sirk, ansambl, kapella artistlərinə, rejissorlarına, orkestr və xor dirijorlarına, baletmeysterlərə, musiqi, xor, rəqs və digər kollektivlərin bədii rəhbərlərinə, musiqiçilərə, televiziya və radio verilişləri diktorlarına Azərbaycan incəsənətinin inkişafında xidmətlərinə görə verilir.
Albaniya xalq artisti
Albaniya xalq artisti (alb. Artist i Popullit; Artiste e Popullit) ― səhnə sənətlərinin (teatr, musiqi, kino və incəsənət) inkişafı sahəsində müstəsna xidmətləri olan Albaniya Xalq Sosialist Respublikası dövründə görkəmli sənət ifaçılarına verilən fəxri ad. 1960-cı il qanunu ilə təsis edildi və 1980-ci ildə dəyişdirildi. Qanun 1996-cı ildə dəyişdirildikdən sonra Albaniyada bu fəxri ad artıq verilmir. Bu fəxri adın ekvivalenti "Böyük əmək ustası" oldu ki, 1996-cı il qanununa 2001-ci ildə edilmiş düzəlişdən sonra onun da adı "Böyük usta" olaraq dəyişdirildi. == Yaranması == 26 oktyabr 1960-cı ildə təsis edilən “Xalq artisti” fəxri adı Albaniya Xalq Sosialist Respublikası mədəniyyətinin inkişafına böyük töhfə vermiş müğənnilərə, bəstəkarlara, orkestr rejissorlarına, musiqiçilərə, rejissorlara, balet rəqqasələrinə, teatr, kino və opera aktyorlarına verilirdi. İlk quruluşunda titul sahibi yalnız Xalq Məclisi Rəyasət Heyətindən sertifikat alırdı. 1960-cı illərin ortalarında və ya sonlarında titulun xarici simvolu kimi nişan yaradıldı. Nişan qızıla tutulmuş və ya latunda hazırlanmış 27 mm (1,1 düym) diametrli yuvarlaq medaldan ibarət idi. Onun ağ emallı təməlində incə şölələr təsvir olunmuşdur ki, onun üstündə "ARTIST I POPULLIT" ("xalq artisti") yazılı yaqut-qırmızı emallı xətt çəkilmişdir.
Azərbaycan xalq artisti
Azərbaycan Respublikasının xalq artisti — 1991-ci ildən sənətçilərə verilən fəxri ad
Azərbaycanın xalq artisti
Azərbaycan Respublikasının xalq artisti — 1991-ci ildən sənətçilərə verilən fəxri ad
Azərbaycanın əməkdar artisti
Azərbaycan Respublikasının əməkdar artisti — 1991-ci ildən sənətçilərə verilən fəxri ad
RSFSR Xalq artisti
RSFSR xalq artisti — RSFSR-in dövlət mükafatı 10 avqust 1931-ci ildə təsis olunub.
RSFSR əməkdar artisti
RSFSR əməkdar artisti — RSFSR-in dövlət mükafatı 10 avqust 1931-ci ildə yaranıb.
Rusiyanın xalq artisti
Rusiyanın xalq artisti — Rusiya Federasiyasının Ali fəxri adı, teatr, musiqi, sirk, vodvil və kino sahəsində görkəmli nailiyyətlərə görə verilir. Rusiya Federasiyası dövlət premium sisteminə daxil.
SSRİ Xalq Artisti
SSRİ xalq artisti — 13 yanvar 1936-cı ildə təsis olunmuşdur. İlk laureat 6 sentyabr 1936-cı ildə Konstantin Stanislavski olmuşdur.
Zanaqi Artis
Zanaqi Artis (ing. Zanagee Artis) — İqlim dəyişikliyi ilə mübarizə aparan amerikalı ətraf mühit fəalı. O, 2017-ci ildə "Zero Hour" gənclərin iqlim fəalları qrupunun həmtəsisçilərindən biri olandan sonra məşhurlaşır. 2021-ci ildən Artis Zero Hour təşkilatının siyasət direktoru vəzifəsində çalışır. == Bioqrafiya == Orta məktəbin yuxarı siniflərində Yaşıl Komandaya çevrilən Davamlılıq komitəsini qurur. 2017-ci ilin yayında, kiçik və böyük siniflər arasında Princeton Universitetində bir proqramda iştirak edir. Artis ətraf mühit fəalları Ceymi Marqolin və Madlen Tyu ilə danışdıqdan sonra dünya proqramına ev sahibliyi etməyə başlayır. Onlar və digər gənc fəallar Zero Hour təşkilatını qurur. Təşkilat iqlim dəyişikliyinin əsas səbəbləri kimi müstəmləkəçilik, kapitalizm, irqçilik və patriarxatla mübarizə aparır. 2018-ci ilin iyul ayında ABŞ-nin Vaşinqton şəhərində Zero Hour Gənclik iqlimi yürüşünü təşkil edir.
Artist (film, 2011)
2011-ci ildə rejissor Mişel Hazanaviçus yenidən səssiz ağ-qara filmə qayıdır və növbəti ildə 5 Oskar mükafatı qazanır – o cümlədən ən yaxşı rejissor və ən yaxşı aktyor nominasiyaları üzrə. Bundan əlavə The Artist 3 Qızıl Qlobus mükafatı, 7 BAFTA mükafatı, 6 Sezar mükafatı və 1 Kann kinofestivalı mükafatı qazanır. Film doğrudan da möhtəşəm alınır və hər hansı bir rejissorun 2011-ci ildə bu cür sadə bir ssenarili səssiz ağ-qara filmdə bu qədər dramaturgiya göstərə biləcəyini az adam təsəvvür edərdi. === Qısa məzmun === Hollywood 1927-ci il. Səssiz Kino ulduzu Corc Valentayn kinematoqrafiyanın səsli filmə keçməsini heç cür qəbul edə bilmir. Tamaşaçılar isə yenilik tələb edir. Valentayna vasitəsilə kinematoqrafiyaya gəlmiş və ona aşiq olmuş Peppi Miller isə getdikcə səsli film sahəsində məşhurlaşır. Birinin yüksəlməsi və digərinin getdikcə publikadan kənarlaşması onları bir birindən daha da uzaqlaşdırır. The Artist aktyor oyunu və səssiz stilistikası ilə özünə sevgi qazandı. Film olduqca yüngül, pozitiv, rəqslər, komedik səhnələr və musiqilərlə bol olduğundan filmi izlədikcə dincəlirsən.
Elmira Hüseynova (artist)
Elmira Əmbər qızı Hüseynova - A.Şaiq adına Azərbaycan Dövlət Kukla teatrının yüksək dərəcəli artisti == Həyatı == Elmira Əmbər qızı Hüseynova 8 noyabr 1952-ci ildə Bakı şəhərində anadan olub və burada 159 saylı orta məktəbi bitirib. Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla teatrına 1970-ci ildə müsabiqə yolu ilə qəbul olub və bu günə qədər dram artisti vəzifəsində çalışır. Yüksək dərəcəli artisdir. İşlədiyi illərdə Yəməndə (1973), Daşkənd şəhərində (1979), Hindistanda (1980), İranda (1993) beynəlxalq qastrol səfərlərində iştirak edib. Sənətə bağlandığı otuz doqquz il ərzində F.Məmmədovun «Tələ quran özü düşər» (Ördək balası), R.Heydərin «Göylər qonağı» (Ulduz), Ə.Məmmədovun «Cəsur uşaqlar» (I qız), N.Zamanov və M.Məmmədovun «Səfərin nağılı» (Səfər), V.Rabadanın «Zəncirlənmiş pəri» (Qarı), S.Marşalın «Bu ev kimin evidir?» (Qurbağa), H.Ziyanın «Əkiz qardaşlar» (Əkiz tayı), Anarın « Qaravəlli» (Fəridə Fəridova), T.Qarabağlının «Du, du yol verin» (Dovşan), Ü.Hacıbəyovun «Məşədi İbad» (Qızlar), R.Moskvanın «Hara qaçırsan dayça?» (Uşaq), S.Dağlının «Uşağı gecə əyləndirməli» (Meymun), F.Məmmədovun «Ac qulağum, dinc qulağım» (Təlxək), Ə.Vəliyevin «Madarın dastanı» (Şah qadın), M.Lermontovun «Aşıq Qərib» (Qız), Ç.Ələsgərov «Yabançı dostlar» (Qarğa), Namiq Ağayevin«Bakı həyətinin rekviyemi» (Anaxanım), Həsənağa Hüseynovun «Saz əhvalatı» (Qarğa), «Ulamaqdan mələməyə» (Tülkü), Mərkəz Quliyevin «Dovşanın məhkəməsi» (Xoruz), Rəhman Əlizadənin «Sindibadın xoşbəxtlik adasına səyahəti» (Fərraş), «Tıq-tıq xanım» (Yengə, Nübar), «Bilqamıs əfsanəsi» (Aysel), «Damdabaca» (Tükəz), «Dəcəl çəpişlər, belə-belə işlər» (Şəngül), Mirmehdi Seyidzadənin «Sehirli nar» (Qız), Əli Səmədlinin «Əzablı günlərin sonu» (Mimoza), «Artıq tamah baş yarar» (İsgəndər), «Meşədə konsert» (II dovşan), Əyyub Abbasovun «Keçinin qisası» (Şəngülüm), Şahmar Hüseynovun «Sehirli güzgü» (Dadaş), Xanımana Əlibəylinin «Gözəllər gözəli» (Nar), Abdulla Şaiqin «Üç nağıl» (Qarğa, Leylək), «Ovçu məstan» (Xalis xeyransa, Pişik), Mirzə Fətəli Axundovun «Parisi dağıdanlar» (Xanpəri), Tofiq Kazımovun «Qoçaq Polad» (Bənövşə), Tofiq Mütəllibovun «Məşə nağılı» (Süsən), «Danışan qayalar» (Sadıq), Mirzağa Atəşin «Cırtdan» (Gombul), Nicat Kazımovun «Ələddin» (Ana), Eldar Baxışın «Məlikməmməd» (Ortancıl qardaş), Qrim qardaşlarının «Bremen musiqiçiləri» (Cangüdən, Xoruz) tamaşalarında rollarını məharətlə ifa edib.
Alan Mur (müharibə artisti)
Alan Mur (ing. Alan Moore; 1 avqust 1914, Melburn – 24 sentyabr 2015, Ballarat[d]) — Avstraliya müharibə artisti. O, əsasən İkinci Dünya müharibəsi illərində gördüyü işlərlə tanınır. Onun ən tanınmış işi Bergen-Belzen həbs düşərgəsinin təsvirləridir. Onun bir çox əsəri Avstraliya Müharibə Memorialı müzeyində saxlanılır. == Erkən həyatı == Alan Mur 1914-cü ildə Avstraliyanın Melburn şəhərində anadan olmuşdur. O, 16 yaşında rəsm çəkməyə başlamış, lakin nü mövzularına toxunduğuna görə atası onun bu fəaliyyətini davam etdirməsini qadağan etmişdir. Mur 18 yaşı tamam olanda Viktoriya Milli İncəsənət Məktəbi Qalereyasında yenidən rəssamlıqla məşğul olmağa başlamış, ali təhsilini dərəcə ilə başa vurmuşdur. O, həmçinin Sidneydə C.S. Vatkinsin rəhbərliyi altında təhsil almışdır. Mur nü janrında çəkdiyi rəsm əsərlərinə görə 1942-ci ildə Qreys Col adına təqaüd mükafatı da daxil olmaqla, Melburnda bir neçə sənət və rəsm mükafatı qazanmışdır.
Azərbaycan SSR Əməkdar Artisti
Azərbaycan SSR əməkdar artisti (azərb-kiril. Азәрбајҹан ССР әмәкдар артисти) — 28 iyul 1928-ci ildə təsis edilmiş fəxri ad. Azərbaycan SSR Ali Sovetinin Rəyasət heyətinin qərarı ilə Azərbaycan SSR-də incəsənətin teatr, kino və musiqi sahələrində fərqlənən incəsənət xadimlərinə verilirdi. == Həmçinin bax == Azərbaycan SSR əməkdar artistlərinin siyahısı == Mənbə == Фәхри ад // Азәрбајҹан Совет Енсиклопедијасы: [10 ҹилддә ]. X ҹилд: Фрост—Шүштәр. Бакы: Азәрбајҹан Совет Енсиклопедијасынын Баш Редаксијасы. Баш редактор: Ҹ. Б. Гулијев . 1987. С. 540–541.