Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Arxaizm
Arxaizm — köhnəlmiş, yaxud istifadədən çıxmış söz, ifadə, qrammatik forma. Arxaizmlər xalq dilində indi də işlənir. Dilin lüğət tərkibində xalqın tarixi əks olunur. Sözlər elmdə, texnikada, mədəniyyətdə baş verən dəyişikliklərin, tarixi hadisələrin canlı şahidləridir. Zaman keçdikcə bəzi məfhumlar dəyişir, yox olur və belə məfhumları bildirən sözlər də köhnəlir, öz ümumişlək xüsusiyyətini itirir. Belə sözlər köhnəlmiş sözlər adlanır. Köhnəlmiş sözlər iki yerə bölünür: arxaizmlər, tarixizmlər. Arxaizm deyəndə bu gün işlənməyən sözlər nəzərdə tutulur. Söz özü dildən çıxmış, həmin sözlərin əvəzinə onların mənasını verən sözlər yaranmışdır. Yəni anlayış qalır, onu ifadə edən söz dəyişir.
Arkaim
Arkaim— Açıq hava muzeyi, qədim yaşayış məskəni. Rusiya Federasiyasının Çelyabinsk vilayətində e.ə. 20–18 (başqa məlumatlara əsasən e.ə. 18–16) əsrlərə aid yaşayış məskəni. Böyük Karaqanka və Utyaqanka çayları vadisində yerləşir. 1971 ildə aşkar olunmuş, 1980–90 illərdə tədqiq edilmişdir. İki dairəvi torpaq sədlə əhatələnmiş yaşayış məskəninin dünya cəhətlərinə istiqamətlənmiş dörd keçidi vardır. Evlər iç-içə iki dairəvi cərgədə yerləşir, cərgələrin arasından isə taxta döşənmiş dairəvi yol keçir. Yolun altında suaşıran quyuları olan yağış suları kanalizasiyasının xəndəyi aşkar edilmişdir. Arkaimin mərkəzində diametri təqribən 25 m olan boş meydança var.