Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Şamisen
Şamisen (yap. 三味線 "üç sim") – baçi adlı bir mızrab ilə çalınan üç telli Yaponiya çalğı aləti. XVI əsrdə cənubi Yaponiyada yaranıb. Şamisen müxtəlif formalarda hazırlanır və teatr tamaşalarında istifadə olunur.
Samsun
Samsun — Türkiyənin Samsun ilinin inzibati mərkəzi.
Samsun Babayev
Samsun ili
Samsun - Türkiyədə il. Samsun Qaradəniz bölgəsinin Orta Qaradəniz hissəsində yerləşir. Qaradənizin ən böyük və ən önəmli limani buradadır.
Samsun bombardmanı
Samsun bombardmanı — 7 iyun 1922-ci ildə ABŞ hərbi dəniz qüvvələri və Yunan hərbi dəniz qüvvələrinin Samsuna hücumu. Qurtuluş savaşı illərində Qara dənizdə bir neçə kiçik gəmi ilə Sovet İttifaqından silah və sursat gətirməyə çalışan türk dənizçiləri Yunan ovçu qayıqları və döyüş gəmilərinin öhdəsindən gəlməkdə çətinlik çəkirdilər. Daha böyük gəmilərə ehtiyacı olan dənizçilər üçün Trabzon Nəqliyyat Dəniz Qüvvələrinin komandanı Fəxri bəyin planına uyğun olaraq Qara dənizdəki böyük Yunan ticarət gəmilərindən birinin tutulmasına qərar verildi. Plana görə, Rusiyanın Novorossiysk limanında yüklənən “Enosis” yük gəmisi yola çıxdıqdan sonra iki kanoner qayığı tərəfindən dayandırılmalı, ələ keçirilməli və gizli şəkildə Trabzona gətirilməli idi. Plan 1922-ci il aprelin 26-da axşam həyata keçirildi. Bir neçə saatlıq təqibdən sonra 500 min lirəlik material və qızılla ələ keçirilən Enosis Trabzon adı ilə Türk gəmiçilik donanmasına qatıldı. O günə qədər Qara dənizdə yalnız daşınma ilə məşğul olan Qüvayi-milliyənin dənizçiləri bu əməliyyatla ticarət gəmiləri vasitəsilə Yunanıstan qüvvələrinə zərbə endirməyə başladılar. Yunanlar isə Samsun bombardmanını cavab tədbiri kimi planlaşdırmışdılar. 7 iyun 1922-ci il səhər saatlarında Yunan donanması Georgios Averof və Kilkis döyüş gəmiləri, Panter sinif iki destroyer, iki köməkçi kreyser və dörd kiçik minaaxtaran gəmi ilə Samsuna gəldi. Müdafiə tədbirləri görən Samsun Dəniz Mühafizə dəstəsi və 10-cu diviziya səngərlərə sursat yığmağa başlayır, sahilə artilleriya batareyaları yerləşdirir.
Əsbgəran (Ağmiyun dehistanı)
Əsbgəran (fars. اسبگران‎) - İranın Şərqi Azərbaycan ostanının Sərab şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 339 nəfər yaşayır (77 ailə).
Samsun Şəhər Muzeyi
Samsun Şəhər Muzeyi — Türkiyənin Samsun şəhərində yerləşən muzey. Muzeydə Samsunun sosial, tarixi, mədəni, coğrafi və iqtisadi quruluşu ilə bağlı məlumat və materiallar nümayiş etdirilir. Muzey Tarixi Şəhərlər Assosiasiyasının münsiflər heyətinin xüsusi mükafatına layiq görülüb. Muzeyin yerləşdiyi bina Samsun dəmiryolları tarixində mühüm yer tutur. Cümhuriyyətin ilk illərində dəmiryollarına və işçilərinə əhəmiyyət verilir və burada çalışanlara yaşayış yerləri ayrılırdı. Muzeyin əsasını təşkil edən iki taxta bina 1928-ci ildə Samsun-Sivas Dəmir Yolu İnşaat və İstismar İdarəsi və Dövlət Dəmiryolu yataqxanası olaraq inşa edilmişdir. Bu iki mərtəbəli binaların birinci mərtəbələri ofislər, ikinci mərtəbələri isə yaşayış üçün istifadə olunurdu. Cümhuriyyət küçəsində yerləşən əlavə bina 1936-cı ildə tikilib və uzun illər Samsun Dəmirsporun yeməkxanası kimi istifadə olunurdu. A və B blokları adlanan yaşayış binaları daş bünövrələr üzərində kərpic hörgü və yuxarı mərtəbələrdə taxta karkas-kərpiç dolgu sistemi ilə tikilmişdir. Bərpa prosesində bu tikililərin orijinal materialları qorunub saxlanılmış, dəyişdirilmiş ərazilər orijinal materiallar və texnika ilə təmir edilmişdir.
Samsun-Ceyhan neft kəməri
Samsun-Ceyhan neft kəməri Samsun ilə Ceyhan arasında yaradılması istənilən neft kəməri. Qazaxıstan və Azərbaycandan gələcək nefti boğazlardan keçirtmədən Aralıq dənizinə endirmək hədəf alınıb. Hal-hazırda Samsun ilə Rusiya arasında Qaradənizin altından bir təbii qaz boru xətti (Mavi axın) keçir. Türkiyə bu xəttə paralel bir digər təbii qaz xətti daha istəyir. Ancaq bəzi alimlər Rusiyaya asılılığı daha çox artıracağı səbəbi ilə Rusiya ilə yeni layihələrdə təmkinli olmaq lazım olduğunu deyir. Bu xəttin daha əvvəldən başlanğıc nöqtəsi Samsun olarak müəyyən etdi, lakin layihəni tətbiq edəcək olan firma xəttin başlanğıc nöqtəsini Samsundan Ünyeyə sürüşdürülmüşdür.