Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Atrofiya
Atrofiya (ing. Atrophy — qidalanmanın olmaması) — Normal böyüklükdə bir orqanizmin, orqanın, toxumanın və ya hüceyrənin sonradan kiçilməsidir. Atrofiyalar, hüceyrə sayısının azalmasına (riyazi) və ya hüceyrə həcmlərinin kiçilməsinə bağlıdır; İkisi birlikdə ola bilər. Atrofiya səbəbilə həcmi kiçilən toxumanın yerini bağ toxuması ala bilər. Sümük iliyi atrofiyasında, bu toxumanın yerini yağ toxuması alır. Atrofiyalar iki qrupa bölünür: — Fizioloji atrofiya — Patoloji atrofiya Fizioloji Atrofiya- Həyatın müəyyən dövrlərində bəzi orqan və toxumaların atrofiyaya məruz qalmasıdır, buna involusiya da deyilir. Yaranması normaldır, olmadığı zaman patologiya kimi qəbul edilir. Məsələn; Doğuşdan sonra ana bətni, əmizdirməkdən sonra məmələr kiçilir və normal halına qayıdır. Yaşlandıqda bütün orqanlar və bədən kiçilir, buna senil atrofiya deyilir. Müəyyən sərhədlər daxilində təbiidir.
Abronia
Abroniya (lat. Abronia) — bitkilər aləminin qərənfilçiçəklilər dəstəsinin niktaginkimilər fəsiləsinə aid bitki cinsi.
Yatrofa
Yatrofa (lat. Jatropha) — bitkilər aləminin malpigiyaçiçəklilər dəstəsinin südləyənkimilər fəsiləsinə aid bitki cinsi.
Aronia
Aroniya (lat. Aronia) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinə aid bitki cinsi.
Atropa
Xanımotu (lat. Atropa) — bitkilər aləminin quşüzümüçiçəklilər dəstəsinin quşüzümükimilər fəsiləsinə aid bitki cinsi. == Yayılması == Xanımotu cinsinin Azərbaycanda bir növünə — Qafqaz xanımotuna (Atropa caucasica Kr.) təsadüf edilir. Ona əsasən Böyük və Kiçik Qafqazın aşağı və orta dağ qurşaqlarında rast gəlinir. Meşələrdə, meşə açıqlıqlarında, yol və çayların kənarlarında bitir. == Növləri == Adi xanımotu (Atropa bella-donna L.) Qafqaz xanımotu (Atropa caucasica Kreyer) Sivri xanımotu (Atropa acuminata) - Hindistanda Himalay və Hindiquş dağlarında yayılıb. İspan xanımotu (Atropa baetica) - Piriney yarımadasında, Əndəlis və ya Bet dağlarında yayılıb Komarov xanımotu (Atropa komarovii) (= Atropa lutescens Blin. et Shal. (1944)) — Kopetdağda tapılıb. Sarı çiçəkləri və meyvələri ilə fərqlənir.
Aromia
Amblyopappus (lat. Amblyopappus) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinə aid bitki cinsi. == Sinonimləri == === Heterotipik sinonimləri === Aromia Nutt. Infantea J.Rémy == Növləri == Amblyopappus pusillus Hook. & Arn.
Trofi
Trofi İsrail Müdafiə Qüvvələri tərəfindən istifadə edilən aktiv müdafiə sistemidir. Həm ağır, həm də yüngül zirehli maşınlara yaxınlaşan raketləri və ya döyüş raketlərini zərərsizləşdirmək üçün istehsal olunur. Trophy, RAFAEL və İsrailin Elta şirkəti ilə müştərək şəkildə hazırlanmışdır. İstehsalçılara görə, bu model silah texnologiyasında bir etalon olacaqdır. Bu sistem əvvəlcə İsrail istehsalı Merkava əsas müharibə tankını tamamlamaq üçün istehsal edilmişdir. Dizaynında F/G lent atışa nəzarət sistemi olan sistemin avtomobildə 4 düz polad panel antenası var. Bu antenalar 360° bucaq altında maşının ətrafını müşahidə altında saxlayır. Hər hansı bir silahdan atəş edildikdə, daxili kompüter gələn silahın yaxınlaşma bucağını tapır. Yaxınlaşan silah tam müəyyən edildikdən sonra, kompüter təxmini vaxtı və onu təsirsiz hala gətirmək üçün lazım olan bucağı hesablayır. Avtomobilin hər iki tərəfində növbə ilə işləyən rampalar var.
Abronia (bitki)
Atmofil elementlər
Atmofil elementlər — atmosferdə sərbəst və ya davamlı birləşmələr şəklində toplanan yüksək uçuculuq qabiliyyətli və atom çəkisi böyük olan kimyəvi elementlər. Atmofil elementlər içərisində xarici elektron örtüyündə 8 elektron olan atomlar (nəcib, inert qazlar) üstünlük təşkil edir. Bunlardan başqa, atmofil elementlər N (aşağı temperaturda), H, həmçinin Cl, Br və I aid edilir. Litosferin əsas hissəsini təşkil edən oksigen atmosferdə qeyri-sabit olub yalnız fotosintez və suyun fotolizi ilə tənzimlənir. == Mənbə == Geologiya terminlərinin izahlı lüğəti. Bakı: Nafta-Press. 2006. 679.
Aromia tenuifolia
Aronia melanocarpa
Qarameyvə aroniya (lat. Aronia melanocarpa) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin aroniya cinsinə aid bitki növü.
Atropa acuminata
Sivri xanımotu (lat. Atropa acuminata) — bitkilər aləminin quşüzümüçiçəklilər dəstəsinin quşüzümükimilər fəsiləsinin xanımotu cinsinə aid bitki növü.
Atropa baetica
İspan xanımotu (lat. Atropa baetica) — bitkilər aləminin quşüzümüçiçəklilər dəstəsinin quşüzümükimilər fəsiləsinin xanımotu cinsinə aid bitki növü.
Atropa belladonna
Adi xanımotu (lat. Atropa belladonna) — bitkilər aləminin quşüzümüçiçəklilər dəstəsinin quşüzümükimilər fəsiləsinin xanımotu cinsinə aid bitki növü. Adi xanımotu yaxşı inkişaf etmiş yoğun və ətli köklərə, qısa çoxşaxəli kökümsova malik çoxillik ot bitkisidir. Gövdəsi silindrik formalı, yaşıl rəngli olub, hündürlüyü 100-180 sm-ə çatır. Yarpaqları tünd yaşıl rəngli, yumurtavari formalı, zirvəsi bir qədər sivri və tam kənarlıdırlar. Gövdənin aşağı yarpaqları tək-tək yerləşərək növbəli düzülürlər, yuxarı yarpaqları isə qoşa yerləşirlər. Qoşa yarpaqların biri böyük, digəri kiçik ölçülü olur. Çiçəkləri yarpaqların qoltuğunda tək-tək inkişaf edir. Çiçək saplağı tükcüklü olub, bir qədər sallaqdır. Çiçək saplağının ucunda bir, bəzən də iki çiçək yerləşir.
Atropa caucasica
Qafqaz xanımotu (lat. Atropa caucasica) — bitkilər aləminin quşüzümüçiçəklilər dəstəsinin quşüzümükimilər fəsiləsinin xanımotu cinsinə aid bitki növü. IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və statusu "Nəsli kəsilməyə həssas olanlar" kateqoriyasına aiddir – VU B1b (i, iii). Azərbaycanın nadir, Qafqazın endemik növüdür. == Qısa morfoloji təsviri == Hündürlüyü 1-1,5 (2) m, gövdəsi düz, budaqlanmış, yaşıl, bəzən qırmızımtıl rəngli, çılpaq və ya demək olar ki, yuxarı hissəsi vəzili-tüklü olan çoxillik ot bitkisidir. Kökümsovu qalın, çoxgünbəzlidir, iri şaxələnmiş kökləri vardır. Çoxillik ot bitkisidir. Yarpaqları iri, yumurtaşəkilli və ya uzunsov-ellipsvaridir, tamkənarlıdır. Sivri və ya az sivriləşmişdir, qaidə hissəsində qısa saplağa (1-3 sm uzunluqda) daralmışdır,çılpaqdır və yaxud alt tərəfdən damarın üzəri tüklüdür. Hər iki tərəfdən çox az bozumtul nöqtəlidir (oturaq vəziciklər), yuxarı yarpaqlar cüt-cüt düzülmüş və eyni böyüklükdə deyil, uzunluğu 10-20 sm, eni 4-9 sm-dir.
Atropa komarovii
Komarov xanımotu (lat. Atropa komarovii) — bitkilər aləminin quşüzümüçiçəklilər dəstəsinin quşüzümükimilər fəsiləsinin xanımotu cinsinə aid bitki növü.
Atropa lutescens
Komarov xanımotu (lat. Atropa komarovii) — bitkilər aləminin quşüzümüçiçəklilər dəstəsinin quşüzümükimilər fəsiləsinin xanımotu cinsinə aid bitki növü.
Trofim Lısenko
Trofim Denisoviç Lısenko Ukrayna və Sovet aqronomu və bioloqudur. Biologiya- Miçurin aqrobiologiyasında yalançı elmi istiqamətin banisi və ən böyük nümayəndəsi, SSRİ Elmlər Akademiyasının (1939), Ukrayna Elmlər Akademiyasının (1934), VASXNİL-in akademikidir (1935). Sosialist Əməyi Qəhrəmanıdır (1945). Üç dəfə birinci dərəcəli Stalin mükafatı laureatıdır (1941, 1943, 1949). 1934-cü ildə elmi rəhbər, 1936-cı ildə isə Odessada Ümumittifaq Seleksiya və Genetika İnstitutunun direktoru təyin edilir. 1940-1965-ci illərdə SSRİ Elmlər Akademiyasının Genetika İnstitutunun direktoru olub.. Trofim Lısenko bir aqronom kimi bir sıra aqrotexniki üsulları (vernalizasiya, pambıq budanması, kartofun yay əkini) təklif və təbliğ etmişdir. Lısenkonun təklif etdiyi üsulların əksəriyyəti hələ sovet kənd təsərrüfatında geniş tətbiq olunduğu dövrdə də P.N. Konstantinov, A.A. Lyubişev, P.İ. Lisitsyn və başqaları tərəfindən tənqid edilmişdir. Lısenkonun nəzəriyyələrinin və aqronomik metodlarının ümumi çatışmazlıqlarını üzə çıxaran elmi rəqibləri də onu dünya elmi və təsərrüfat praktikasından ayrıldığına görə qınayırdılar. Bəzi üsullar (məsələn, macar entomoloqu Yablonovskinin təklif etdiyi Asproparthenis punctiventris ilə mübarizə üsulu) Lısenkodan çox-çox əvvəl məlum idi, lakin gözləntiləri doğrultmadı və ya köhnəlmişdi..
Atropa bella-donna
Adi xanımotu (lat. Atropa belladonna) — bitkilər aləminin quşüzümüçiçəklilər dəstəsinin quşüzümükimilər fəsiləsinin xanımotu cinsinə aid bitki növü. Adi xanımotu yaxşı inkişaf etmiş yoğun və ətli köklərə, qısa çoxşaxəli kökümsova malik çoxillik ot bitkisidir. Gövdəsi silindrik formalı, yaşıl rəngli olub, hündürlüyü 100-180 sm-ə çatır. Yarpaqları tünd yaşıl rəngli, yumurtavari formalı, zirvəsi bir qədər sivri və tam kənarlıdırlar. Gövdənin aşağı yarpaqları tək-tək yerləşərək növbəli düzülürlər, yuxarı yarpaqları isə qoşa yerləşirlər. Qoşa yarpaqların biri böyük, digəri kiçik ölçülü olur. Çiçəkləri yarpaqların qoltuğunda tək-tək inkişaf edir. Çiçək saplağı tükcüklü olub, bir qədər sallaqdır. Çiçək saplağının ucunda bir, bəzən də iki çiçək yerləşir.