Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Atomun nüvəsi
Atom nüvəsi atomun mərkəzində yerləşən, proton və neytronlardan ibarət kiçik ve sıx bir bölgədir. Atom nüvəsi1911-ci ildə Ernest Rezerford tərəfindən kəşfedildi. Bu kəşf, 1909-cu ildə həyata keçirilən Geiger-Marsden qızıl lövhə təcrübəsinə istinad edir. Neytron’un 1932-ci ildə kəşfindən sonra, nüvənin proton və neytronlardan ibarət olduğu modeli Dmitri Ivanenko və Werner Heisenberg tərəfindən sürətlə inkişaf etdirildi. Atomun kütləsinin demək olarki bütünü nüvə içərisindədir, elektron buludunun atom kütləsinə qatqısı olduqca azdır. Proton ve neytronlar nüvə qüvvəsi tərəfindən nüvəni əmələ gətirmək ücun birbirlerinə bağlanmışdır. Atom nüvəsinin diametri 1.75 fm 1.75 fm-den (1.75×10−15 m) 15 fm’yə qədər çatir. Hidrogen atomunnüvəsinin diametri (tek bir protonun diametri) üçün 1.75 fm(1.75 × 10^-15m)’dir Daha ağır atomlarda, misal üçün uraniumda, nüvənin diametri 15 fm’ye qədər cata bilir. Bu ölçülər atomun öz diametrindən (nüvə + elektron buludu) çox daha kiçikdir. Atom nüvəsinin quruluşu və nüvəni bir arada tutan qüvvələr üzerində araşdırmalar apararan fizikanın bölməsinə nüvə fizikası adlanır. == Giriş == === Tarix === Nüvə 1911-ci ildə Ernest Rutherford’un Thomson’a aid üzümlü kek atom modeli üzerindəki tecrübələrinin səyləri nəticəsində tapılmışdır.