Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Aralduz
Aralduz (qaz. Аралтұз) — Qazaxıstan mədən şirkəti, qida və texniki duz istehsalçısı. İstehsal müəssisələri Qazaxıstanın Qızılorda vilayətinin Jaksıkılış qəsəbəsində, qərargahı Alma-Ata şəhərindədir. Qazaxıstanın ən böyük duz şirkətidir və MDB-də ən böyüklərindən biridir. Ölkə bazarının 70%-ə qədərini əlində cəmləyir. Cəmiyyətin tam adı "Araltuz" səhmdar cəmiyyətidir. == Tarix == İlk dəfə Jaksıkılış gölündən xörək duzunun çıxarılmasına 1913-cü ildə başlanılır ki, bu da Aral dənizində balıq ovunun inkişafına təkan verir. Sənaye miqyasında duz hasilatı 1925-ci ildə Sol-Artel müəssisəsinin yaranması ilə başlanır. Zamanla “Sol-Artel” Sovet İttifaqı respublikalarına ildə 600 min ton duz verən “Aralsulfat” zavoduna qədər genişləndirilir. Bundan əlavə, göldən natrium sulfat da çıxarılır ki, bu da yerli qəsəbəyə Aral sulfat adını verir.
Salun
Salon — Vəhşi Qərb mədəniyyətinə daxil olan və əsasən kovboylar tərəfindən istifadə edilən əyləncə yerləri.
Haldun Taner
Haldun Taner — Türkiyə yazıçısı, jurnalist. == Həyatı == Haldun Tanerı 16 mart 1915-ci ildə İstanbulda anadan olmuşdur. Orta təhsilini 1935-ci ildə Qalatasaray Sultanisində bitirib məzun olandan sonra dövlət tərəfindən təhsilini davam etdirmək üçün Almaniyaya — Heidelberq Universitetinə göndərilib. 1938-ci ildə ağır vərəm xəstəliyinə görə təhsilini yarım qoyub vətəninə qayıdır. 1938–1942-ci illərdə Erenköy Sanatoriyasında müalicə olunur. Ali təhsilini 1950-ci ildə İstanbul Universiteti Ədəbiyyat Fakültəsi Alman Filalogiyası bölməsində tamamlamışdır. 27 may 1960-cı ildəki hərbi çevrilişi nəticəsində universitetdən uzaqlaşdırılan və 147-lər adlanan alimlər arasında idi. == Yaradıcılığı == Ədəbiyyat yaradıcılığına gənclik illərində yazdığı eskizlərlə başlamışdır. "Töhmət" adlı ilk hekayəsi 1946-cı ildə Yedigün jurnalında "Haldun Yağcıoğlu" təxəllüsü ilə çap edilmişdir. Yazıçılıqla yanaşı İstanbul Universiteti Qəzetçilik İnstitutunda, Ankara Universiteti Dil və Tarix-Coğrafiya Fakültəsində, İstanbul Universiteti Ədəbiyyat Fakültəsində ədəbiyyat, sənat tarixi ve teatr dərsləri verən Haldun Taner, Milliyət Qəzetində redaktor işləyərkən, 7 may 1986-cı ildə İstanbulda vəfat etmişdir.
İbn Haldun
İbn Xəldun (tam adı: Əbu Zeyd Əbdürrəhman ibn Məhəmməd ibn əl Hədrami (ərəb. أبو زيد عبد الرحمن بن محمد بن خلدون الحضرمي‎; 27 may 1332, Tunis – 17 mart 1406, Qahirə) — çağdaş tarixin, sosiologiyanın və iqtisadiyyatın öncüllərindən biri olaraq qəbul edilən XIV əsr filosofu, dövlət xadimi və tarixçisi. Orta əsrlərin ən böyük mütəfəkkirlərindən biri olaraq qəbul edilir. Nüfuzlu bir ailənin övladı olduğu üçün gözəl təhsil almış, Tunisdə və Mərakeşdə dövlət vəzifələrində xidmət etdikdən sonra Qranada və Misirdə çalışıb. Şimali Afrikanın o dönəmki qeyri-sabit və intriqalarla dolu siyasi quruluşu onun 2 il həbsdə yatmasına səbəb olmuşdur. Daha sonra Bədəvi qəbilələrini çox yaxşı tanımasına görə axtarılan bir dövlət xadimi və müşavirə çevrilmişdir. Dəməşqi işğal edən Əmir Teymurla olan görüşməsi tarixə düşmüşdür. Siyasi fəaliyyətdən çəkildikdən sonra adını tarixə yazan 7 cildlik dünya tarixi, Kitabul-İber və onun giriş kitabı olaraq düşündüyü Müqəddiməni yazıb. Əsəri ərəb dünyasına ciddi təsir göstərməsə də, Osmanlı tarix anlayışına dərindən təsir göstərmişdir. Bir çox Osmanlı tarixçisi Osmanlı dövlətinin yüksəlişini və tənəzzülünü onun nəzəriyyələri ilə əsaslandırmışdır.
Şalqun (Sərab)
Şalqun (fars. شالقون‎) - İranın Şərqi Azərbaycan ostanının Sərab şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 909 nəfər yaşayır (239 ailə).
Şandun yarımadası
Şandun yarımadası (çin. 山東半島) — Çinin şərqində, Sarı dəniz və Bohai körfəzi daxilinə istiqamətlənir. 1282-ci ildən şimal və cənub çay yollarının birləşməsindən sonra faktiki olaraq adaya çevrilmişdir. == Coğrafiyası == Relyefi əsasən təpəlikdir. Burada qranit təbəqəsi səthə çıxır. Qranit təbəqəsinin maksimal hündürlüyü 180 metrdir. Yarımadanın maksimal hündürlüyü isə 1 132 metrə çatır. == İqtisadiyyat == Ərazisində kiçik sahələrdə olsa belə alma, üzüm, armud, çay və s. yetişdirilir. Yarımada dəmir, maqnezit və qızıl ilə zəngindir.
Şandun problemi
Şandun sualı (山東問題, Santo monday) və ya Şandun problemi – 1919-cu ildə Paris Sülh Konfransından sonra Şandun yarımadasının kimə aid olması haqqında Çinlə Yaponiya arasında baş vermiş münaqişə. Problem 1922-ci ildə Çinin xeyrinə həll edilmişdir. == Arxa plan == Çinin şimal-şərqində yerləşən Şandun yarımadası XIX əsrdə xarici güclərin diqqətini cəlb etmişdir. Xüsusilə, Almaniya Asiyada möhkəmlənmək üçün bu yarımadadakı Sindao limanına nəzarət etmək istəyirdi. 1896-cı ildə ərazidə yaşayn iki alman missionerin öldürülməsindən istifadə edən Almaniya donanması bölgəyə nəzarəti ələ keçirmiş və limanı tutmuşdur. Növbəti il burada 400 kilometr uzunluğunda dəmiryolu inşa etdirmək icazəsi almış, yarımadanı öz mülkünə çevirmişdir. Şandun yarımadasında maraqları olan digər ölkə Yaponiya idi. 1911-ci ildə Çində baş vermiş inqilabdan sonra Yaponiya ordusunun və Yaponiya Xarici İşlər Nazirliyinin bir neçə üzvü Yaponiyanın təsir sahəsini Şandun yarımadasına qədər genişləndirmək istəyirdilər. 1914-cü ildə başlayan Birinci dünya müharibəsində Yaponiya Britaniya ilə müttəfiq olmuş və Almaniyaya müharibə elan etmişdir. Britaniyanın tövsiyəsinə baxmayaraq, Yaponiya 1914-cü ilin sentyabrında Sindaonu işğal etmiş və Tsinan–Sindao dəmiryolunu ələ keçirmişdir.
Şandun sualı
Şandun sualı (山東問題, Santo monday) və ya Şandun problemi – 1919-cu ildə Paris Sülh Konfransından sonra Şandun yarımadasının kimə aid olması haqqında Çinlə Yaponiya arasında baş vermiş münaqişə. Problem 1922-ci ildə Çinin xeyrinə həll edilmişdir. == Arxa plan == Çinin şimal-şərqində yerləşən Şandun yarımadası XIX əsrdə xarici güclərin diqqətini cəlb etmişdir. Xüsusilə, Almaniya Asiyada möhkəmlənmək üçün bu yarımadadakı Sindao limanına nəzarət etmək istəyirdi. 1896-cı ildə ərazidə yaşayn iki alman missionerin öldürülməsindən istifadə edən Almaniya donanması bölgəyə nəzarəti ələ keçirmiş və limanı tutmuşdur. Növbəti il burada 400 kilometr uzunluğunda dəmiryolu inşa etdirmək icazəsi almış, yarımadanı öz mülkünə çevirmişdir. Şandun yarımadasında maraqları olan digər ölkə Yaponiya idi. 1911-ci ildə Çində baş vermiş inqilabdan sonra Yaponiya ordusunun və Yaponiya Xarici İşlər Nazirliyinin bir neçə üzvü Yaponiyanın təsir sahəsini Şandun yarımadasına qədər genişləndirmək istəyirdilər. 1914-cü ildə başlayan Birinci dünya müharibəsində Yaponiya Britaniya ilə müttəfiq olmuş və Almaniyaya müharibə elan etmişdir. Britaniyanın tövsiyəsinə baxmayaraq, Yaponiya 1914-cü ilin sentyabrında Sindaonu işğal etmiş və Tsinan–Sindao dəmiryolunu ələ keçirmişdir.
Burxan Xaldun dağı
Burxan Xaldun dağı — Monqolustanın Xentiy vilayətində yerləşən hündürlüyü 2.445 metrə bərabər dağ. Dağ YUNESCOnun Qeyri-maddi mədəni irsinə daxil "Xan Khentii Qoruğu"nun ərazisindədir. Bundan əlavə dağı ən çox tanıtdıran özəlliyi monqulların tarixi şəxsiyyəti olan Çingiz Xanın burada dəfn olunmasıdır.
Əhməd Haldun Tərzioğlu
Əhməd Haldun Tərzioğlu (7 yanvar 1960, Trabzon) — Türk yazıçısı, 2007-cı il Mustafa Necati Səbətçioğlu tarixi roman yarışması laureatı. Tarixi üslubunda yazdığı romanları Azərbaycan dilinə tərcümə olunmuşdur. == Həyatı və kitabları == Əhməd Haldun Tərzioğlu 1960-cı ildə Trabzonun Beşikdüzü vilayətinin Takazlı kəndində anadan olub. universiteti bitirdikdən sonra dövlət məmuru olaraq Türkiyənin bir çox yerlərində çalışıb və 2006-ci ildə öz istəyi ilə təqaüdə çıxaraq özünü tamamilə yazıçılığa yönəltdi. Yazıçının “Göy Tanrının övladları”, “Oğuz xan”, “Hüzün”, “Bizi tufan vurdu”, “Alp Ər Tunqa”, “Güllərin solduğu gün”, “Çiçi xan”, “Komando”, “Türk Kimmerlər/Kimmeriya”, “Nazir bəyi vurdular”, “Teoman xan/Böyük Hun dövlətinin qurucusu”, “Mete xan/Böyük Hun xaqanı”, “Kiok xan/Mete xanın oğlu”, “Hərəm ağası”, “Rəisim Çatlı/Bozqurdların qanunu”, “Çingiz xan/Göy Moğolların başbuğu”, “Tomris xan/Saxaların qadın xaqanı”, “Kür Şad”, “Almatun piri/Həsən Sabbah”, “Alp Urunqu”, “Ağsaçlılar məclisi/Dövlətin qoruyucuları”, “Səlcuq bəy/Bir dövlətə ad verən ata”, “Toğrul və Çağrı bəy/Dövlət yolunda”, “Alparslan/Zəfərlər əsri”, “Darağacında bir bozqurd”, “Provokator”, “Göytürklər”, “Moğol”, “ Sevda üzərinə məmləkət hekayələri” və tarixi araşdırma kitabı olan “Hunlarda çılğındı/Hun Türklərinin çılğın tarixi” adlı əsərləri yayımlanıb. Tanınmış filimlərin senarisini yazmış, Türk tarixinə maraq göstərən yazıçının kitabları 2004-cü ildən etibarən çap olunmağa başlamışdır. 2007-ci ildə Mustafa Necati Səbətçioğlu tarixi roman yarışmasında “Alp Ər Tunga” adlı tarixi romanı ilə qalib olan yazıçının eyni zamanda teatr, hekayə sahəsində də bir çox uğurlar əldə etmişdir. Hal hazırda Mərsin şəhərində yaşayıb yaradır.