Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Serval
Serval (lat. Leptailurus serval) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin yırtıcılar dəstəsinin pişiklər fəsiləsinin leptailurus cinsinə aid heyvan növü. == Yayılması və yarımnövləri == Servallar praktik olaraq Saxara, ekvatorial zonaları və materikin lap cənub hissələri istisna olmaqla bütün Afrika ərazisində yayılıblar. Hazırda Saxaradan şimalda (Əlcəzair və Mərakeş) bu heyvana çox nadir şəkildə rast gəlinsə də, Qərbi və Şərqi Afrikada ona rast gəlmək adi hal alıb. 14-ə yaxın yarımnövü qeydə alınıb: Leptailurus serval serval, Tanzaniyadan Kap əyalətinə qədər (CAR), Leptailurus serval beirae, Mozambik, Leptailurus serval brachyura, Qərbi Afrika, Sahel, Efiopiya, Leptailurus serval constantina, Şimali Afrika (nəsli kəsilmək üzrədir), Leptailurus serval hamiltoni, Şərqi Transvaal, Leptailurus serval hindeio, Tanzaniya, Leptailurus serval ingridi, Namibiya, cənubi Botsvana, Zimbabve, Leptailurus serval kempi, Uqanda, Leptailurus serval kivuensis, Konqo, Leptailurus serval liposticta, Şimali Anqola, Leptailurus serval lonnbergi, Cənubi Anqola, Leptailurus serval mababiensis, Şimali Botsvana, Leptailurus serval robertsi, Qərbi Transvaal (CAR), Leptailurus serval togoensis, Toqo, Benin.
Leptailurus serval
Serval (lat. Leptailurus serval) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin yırtıcılar dəstəsinin pişiklər fəsiləsinin leptailurus cinsinə aid heyvan növü. == Yayılması və yarımnövləri == Servallar praktik olaraq Saxara, ekvatorial zonaları və materikin lap cənub hissələri istisna olmaqla bütün Afrika ərazisində yayılıblar. Hazırda Saxaradan şimalda (Əlcəzair və Mərakeş) bu heyvana çox nadir şəkildə rast gəlinsə də, Qərbi və Şərqi Afrikada ona rast gəlmək adi hal alıb. 14-ə yaxın yarımnövü qeydə alınıb: Leptailurus serval serval, Tanzaniyadan Kap əyalətinə qədər (CAR), Leptailurus serval beirae, Mozambik, Leptailurus serval brachyura, Qərbi Afrika, Sahel, Efiopiya, Leptailurus serval constantina, Şimali Afrika (nəsli kəsilmək üzrədir), Leptailurus serval hamiltoni, Şərqi Transvaal, Leptailurus serval hindeio, Tanzaniya, Leptailurus serval ingridi, Namibiya, cənubi Botsvana, Zimbabve, Leptailurus serval kempi, Uqanda, Leptailurus serval kivuensis, Konqo, Leptailurus serval liposticta, Şimali Anqola, Leptailurus serval lonnbergi, Cənubi Anqola, Leptailurus serval mababiensis, Şimali Botsvana, Leptailurus serval robertsi, Qərbi Transvaal (CAR), Leptailurus serval togoensis, Toqo, Benin.
Asırqal
Asırqal (lat. Veratrum) — zanbaqçiçəklilər sırasının melantkimilər fəsiləsinə aid bitki cinsi.
Serial
Serial — bir neçə bir biri ilə bağlı və ya bağlı olmayan hissədən ibarət olan sənət əsəri.
Seyval
Seyval (lat. Balaenoptera borealis) — Zolaqlı balinalar fəsiləsinə, Bığlı balinalar dəstəsinə aid balina növü. Uzunluğu 20 (erkək) və 17 metr (dişi) arasında dəyişir. Çəkisi 30 tondur. == Xüsusiyyətləri == Bel nahiyyəsi tünd, yan nahiyyələri boz parlaq ləkəli, qarın hissəsi isə bozdan ağ rəngə qədər olur. Bel nahiyyəsindəki üzgəc iridir. Qidasının əsasını Xərçəngkimilər, balıq sürüləri və Başıayaqlılar təşkil edir. Yetkinliyə 5–7 yaşlarında çatırlar. Orta ömür müddəti 60 ildir. Boğazlıq dövrü 10,5–12 aydır.
Şərşal
Şərşal (ərəb. شرشال‎) — Əlcəzairdə, Tipaza vilayətinin ərazisində liman şəhəri. Paytaxt Əlcəzairdən 90 km aralıda yerləşir. == Tarixi == Əvvəlcə şəhər İol adlanırdı. Mavritaniya çarı II Yuba onu imperatorun şərəfinə Qeysəriyyə adlandırmışdır. İmperator Klavdinin dövründə Mavritaniya Roma əyalətinə çevrilmiş, beləliklə şəhər Roma koloniyası olmuşdur. İkinci Dünya müharibəsi zamanı, 1942-ci il oktyabrın 21–22-də burada "Məşəl" əməliyyatının planlaşdırılması üzrə İngiltərə–Fransa konfransı keçirilmişdir. == Qalereya == == Ədəbiyyat == Кесария // Энциклопедический словарь Брокгауза и Ефрона: В 86 томах (82 т. и 4 доп.). СПб..
Şəvval
Şəvval - Hicri təqviminin 10-cu ayı. == Tarixi günlər == Şəvvalın 1-i - Ramazan bayramı Şəvvalın 25-i İmam Sadiqin (ə) vəfatı.
Ağ asırqal
Ağ asırqal (lat. Veratrum album) — melantkimilər fəsiləsinin asırqal cinsinə aid bitki növü. Veratrum album (=Veratrum lobelianum Bernh.) – Ağ asırqal (Çoxsalxımlı dioskoreya, şamdanabənzər, dioskoreya) == Botaniki xarakteristikası: == Çoxillik ot bitkisidir. Kökümsovu qalın, şaquli və çoxsaylı uzun köklərdən ibarətdir. Gövdəsi qalın, uzunluğu 70-170 sm-ə bərabərdir. Yarpaqları növbəli, iri, qalın, ellipsvari, bütövkənarlı olub, uzun boruşıkillidir. Yarpaqlarında büzməli lövhəciklər yerləşir. Zirvədəki süpürgə çiçəklərinin uzunluğu 20-60 sm-dir. Çiçəkləri görkəmsiz, yaşıl, sadə, 6 bölümlü və geniş kasa yarpağına malikdir. Meyvələri 3 yuvalı qutucuqdan və çoxsaylı toxumlardan ibarətdir.
Ramdas Aqarval
Ramdas Aqarval (17 Mart 1937 – 26 Yanvar 2017) — Bharatiya Canata Partiyasını (BCP) təmsil etmiş Hindistanlı siyasətçi. Aqarval Parlamentin yuxarı palatasında Rajya Sabhada Racəstanı Hindistan Parlamentində təmsil etmək üçün haqq əldə etmişdir.
Yaşıl asırqal
Yaşıl asırqal (lat. Veratrum viride) — melantkimilər fəsiləsinin asırqal cinsinə aid bitki növü.
"Sərvan" nəğmələri
“Sərvan” nəğmələri – Güney Azərbaycanda qədim toy-nişan mərasimində oxunan nəğmələr. Nişan, xına gecəsi və toy günü mərasimlərində, xüsusilə qadın çalğıçılar məclisdə iştirak edən xanımlarla birgə “sərvanlar” söyləyər, bu nəğmələrin ritmi ilə rəqs edərdilər. “Sarvan” nəğmələri bayatılar əsasında qurulmaqla müxtəlif mövzularda sarvana müraciətlər üzərində oxunur: Oxşar nəğmə başlıqları (“Yoluva qoymuşam iydə”, “Yoluva qoymuşam kahı”, “Yoluva qoymuşam qəndi”, “yoluva qoymuşam alma” və s.) “sərvanlar”ın əvvəlki bənd misralarında yer almaqla həm də qadın çalğıçı, qavalçılarının bir-birlərilə asanlıqla nəğmə qoşub oxumalarına şərait yaradır. “Sərvan” nəğmələri bir çox hallarda oxşar nəqarətlərlə oxunur. “Aş gəl, aş gəl” nəqarətli sərvan nəğmələri Güney toy mərasimləri folklorunda xüsusilə geniş yayılmışdır.
Aliyə (serial)
Aliyə (türk. Aliye) — Türkiyə serialı. == Baş rollar == Sənəm Çəlik (Aliyə)‚ Nejat İşlər (Dəniz)‚ və Xalid Ərgənc (Sinan). Canlandırır. İki uşağı arasında qalan gənc gözəl bir qadının dramını və həyatla mübarizəsindən bəhs edən televiziya serialıdır. == Məzmun == Aliyə evli və iki uşaqlı varlı bir ailənin qızıdır. Böyük bir evdə qaynanası və baldızı ilə birlikdə yaşayır. Ailədə axtardığı xoşbəxtliyi tapa bilməyən Aliyə, əri Sinanın gənc bir qızla onu aldatdığını təsadüfən öyrənir. İki uşağını da götürərək evdən ayrılan Aliyə İstanbulda yaşayan, diş həkimliyi edən dayısı Fəyyazın yanına qaçmağa çalışır. Qatar vağzalında Sinan Aliyəni tapır.
Astral rəsmlər
Astral rəsmlər — göy cisimlərinin qədim sənət əsərləri üzərindəki təsvirləri. Astral rəsmlər qayaüstü təsvirlər arasında xüsusilə geniş yayılmışdır. Bu rəsmlər qədim inancları ilə bağlı olmuşdur. Qədim insanlar həyatdakı uğurlarını təmin etmək üçün Göy cisimlərinə sitsyiş etmişdir. Astral rəsmlər arasında Günəş və Ayla bağlı təsvirlər xüsusilə geniş yer tutur. Bəzən qədim qəbir abidələrinin konstruksiyasında astral simvolikaya rastlanır. == Mənbə == Vəli Baxşəliyev. Gəmiqaya təsvirləri, Bakı, 2003.
Astral səyahət
Astral səyahət — insanın bədəndən kənar, ruhi səyahətidir. Əslində bu anlayışın hələ ki, tam izahı yoxdur. Amma ümumi izahati belədir: Biz ruhi və fiziki bədənlərdən ibarətik. Biz yatanda ruhi bədən fiziki bədənimizi tərk edir. Bu həmişə baş verir, lakin biz heç də həmişə astral adlanan zonaya düşə bilmirik. Cadugərlik və ya ekstrasenslikdə üç dünya var: ruhi dünya, astral dünya və fiziki dünya. Qədim dövrlərdə müdriklər fizika barədə çox dərin biliklərə sahib idilər. Onlar dörd əsas ünsürün adını çəkirdilər: torpaq, su, hava və od. Bu dörd ünsürdən başqa onlar bəzən beşinci ünsürün də olduğunu deyirdilər. Ona incə enerji, efir deyilirdi.
Atiye (serial)
Atiye (ing. The Gift) — Türkiyə istehsalı internet serialı. Yazıçı Şengül Boybaşın Dünyanın oyanışı adlı əsərinə əsaslanır. == Mövzu == İstanbul əsilli bir rəssam Atiye, universal sirrlərə sahib olduğu və keçmişi ilə əlaqəli bir arxeoloji bir yer araşdırmaq üçün bir macəraya imza atır. == Çəkilişlər == Serial çəkilişləri Göbeklitepe- də aparılmaqdadır.
Babil (serial)
Babil — Türkiyə istehsalı teleserial. == Rollarda == === Baş rollar === Halit Ergenç (İrfan Tuna Saygun): 7 yaşındakı oğlu Dəniz üçün əlindən gələni edən bir iqtisad professoru. İlayın köhnə sevgilisi. Ozan Güven (Egemen Kıvılcım): İrfanın uşaqlıq dostu və ən yaxın dostu. Dənizin əsl atası. Aslı Enver (Ayşe Karaali / Nihal): İrfan çətinlik çəkəndə rastlaşan gənc qız. Süleymanın qaranlıq işlərini ortaya çıxarmaq üçün onunla birlikdə gedən gizli polisdir. Daha sonra İrfan və Egemen'in köməkçisi oldu. Birce Akalay (İlay Yücedağ): Süleymanın sevgilisi və İrfanın köhnə sevgilisi. Nur Fettahoğlu (Eda Saygun): İrfanın həyat yoldaşı, Dənizin anası.
Chuck (serial)
"Chuck" — Joş Sxvartz və Kris Fedakın ekranlaşdırdığı döyüş komediya, casus dram janrında televiziya serial. == Serialın xülasəsi == Chuck Bartowski (Zachary Levi) iyirmi yaşının ortalarındadır və Buy More, Burbank, Kaliforniya, istehlakçı-elektronik mağazalar şəbəkəsində işləyir. O, ağıllı, lakin həvəssiz, kompüter xidməti üzrə mütəxəssisdir və ən yaxşı dostu Morgan Grimes (Coşua Qomez) ilə birlikdə işləyir. O, Stenford Universitetindən dərslərinin birində aldatdığına dair saxta ittihamlarla qovulmuşdu və bu, çox güman ki, sürücülüyünə və mənəviyyatına xələl gətirmişdi. O, bacısı Elli (Sarah Lancaster) və onun sevgilisi Devon "Kapitan Awesome" Vudkombla (Ryan McPartlin) birlikdə yaşayır, onlar daim Çakın peşəkar və romantik həyatında irəliləyiş əldə etməyə təşviq edən həkimlərdir. Çakın Stenford Universitetində keçmiş otaq yoldaşı və hazırda Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) agenti olan Bryce Larkin (Metyu Bomer) CIA və Milli Təhlükəsizlik Agentliyinin (NSA) birləşmiş bütün verilənlər bazası olan Intersect-i oğurlayır və onu saxlayan kompüteri məhv edir. Sağ qalan yeganə nüsxə Bryce-dən e-poçtu açanda kodlaşdırılmış şəkillər vasitəsilə Chuck-ın beyninə subliminal şəkildə daxil olur. NSA-nın mayoru Con Keysi (Adam Bolduin) və Mərkəzi Kəşfiyyat İdarəsinin əməkdaşı Sara Uoker (Yvonne Strahovski) araşdırma aparmaq üçün göndərilir. Çak, indi malik olduğu biliklərdən sui-qəsdçilərin və beynəlxalq terrorçuların qarşısını almaq üçün istifadə edərək, onun əvvəllər adi həyatını yaxşılaşdırmaq üçün işə götürülür. The Intersect Çakın verilənlər bazasından məlumatların qeyri-ixtiyari "yanıb-sönməsi"ni almasına səbəb olur, bu, üzlər, səslər, obyektlər və açar sözlər kimi tətiklər tərəfindən aktivləşdirilir.
Dark(serial)
Dark — Baran bo Odar və Jantje Friese tərəfindən yaradılan elmi fantastika və dram növündəki Alman teleserialıdır. Bu, ilk Netflix orijinal alman serialıdır və 1 dekabr 2017-ci ildə yayımlanmağa başladı. Serialın ilk mövsümü tənqidçilərdən daha çox müsbət rəylər aldı və digər Netflix serialı Stranger Things ilə müsbət və mənfi müqayisələr edildi. Üçüncü və son mövsüm 27 iyun 2020-ci ildə yayımlandı. == Məzmun == Almaniyanın Winden şəhərinin uşaqlarının yoxa çıxması ilə bölgədə yaşayan dörd ailənin pozulmuş münasibətləri, ikili həyatı və qaranlıq keçmişi üzə çıxır və üç nəslə yayılan bir sirr üzə çıxır. Əsas personajlar atasının intiharını başa salmağa çalışan gənc Jonas Kahnwald, qardaşı 33 il əvvəl yoxa çıxan polis məmuru Ulrich Nielsen və polis rəisi Charlotte Dopplerdir. 2019-cu ildə başlayan hekayə, qısa müddətdə 1986 və 1953-cü illərdəki hadisələri əhatə etməyə başlayır, serialın əsas ailələrindən bəzi insanlar nüfuzlu Tiedemann ailəsinin işlətdiyi nüvə stansiyasının altında işləyən mağara sistemində bir qurd dəliyinin varlığından xəbərdar olurlar. Birinci sezonda təkcə Kahnwald, Nielsen, Doppler və Tiedemann ailələrinin sirləri üzə çıxmaqla yanaşı həm də itən uşaqlarla şəhər və onun sakinləri arasındakı münasibətlər də üzə çıxdı və ailələrin həyatları məhv olmağa başladı. İkinci sezonda Jonas Adamla görüşür və atasının intihar etməsinin qarşısını almağa və hər şeyin təkrarlanmasının qarşısını almağa çalışır. Ancaq Adam bundan istifadə etdi və orta yaşlı Klaudiya ilə dövrü davam etdirməyə çalışır.
Drakula (serial)
Drakula — 2013-cü ildə Sky Living və NBC telekanallarında yayımlanması gözlənilən Britaniya-ABŞ birgə istehsalı olan limitli serialdır. Serialın premyerası 25 oktyabr 2013-cü il tarixdə, Qrimm serialının yeni seriyasının yayımlanmasından sonra, NBC telekanalında həyata keçiriləcək. Serial Brem Stokerin məşhur Drakula romanının mövzu və obrazları əsasında Kol Heddon tərəfindən yaradılır. HBO telekanalında yayımlanan Karnaval serialının yaradıcısı olan Denyel Nauf isə baş yazar kimi Heddonla birgə çalışır. Pilot seriyanın rejissoru Stiv Şilldir.2012-ci ilin yanvar ayında telekompaniya serialın çəkilməsi öhdəliklərini üzərinə götürdüyünü açıqlamış, 2012-ci ilin iyul ayında isə 10 seriyanın planlaşdırıldığını bildirmişdi. 10 may 2014-cü ildə NBC telekanalı "Drakula" serialının yarımçıq dayandırıldığını elan etdi. == Mövzu == Filmdə XIX əsr, Viktoriya dövrünün London həyatı və Londonda peyda olan Drakulanın macəralarından bəhs ediləcək. Drakula burada müasir elmləri öyrənməyə və viktorian cəmiyyətinə inteqrasiya olunmağa çalışır. Xüsusilə işıqdan gizlənənlərin qaranlıq gecələrini aydınladan elektrik enerjisi onun çox diqqətini çəkir. == Rollarda == === Əsas heyət === Conatan Riz Meyers — Drakula / Aleksandr Qreyson / Vlad Tepeş Cessika De Qou — Mina Murray Oliver Cekson-Koen — Conatan Harker Keti MakQrat — Lüsi Vestenra Nonso Anozi — R. M. Renfield Viktoriya Smurfit — Ledi Ceyn Tomas Kretşmann — Abraham Van HelsinqKretschmann 2012-ci il İtalyan qorxu filmi olan Drakula 3D-də Drakula rolunu canlandırmışdı.Maykl Nardone — Hermann Krüger === Köməkçi heyət === Ben Mayls — Brauninq, Əjdaha ordeninin rəhbəri.
Enn (serial)
Enn (ing. Anne with an E) — Lucy Maud Montgomery'nin 1908 klassik uşaq ədəbiyyatı kateqoriyasına aid edilən əsəri Anne of Green Gablesdan uyğunlaşdırılmış bir Kanada epizodik televiziya serialıdır. CBC üçün Moira Walley-Beckett tərəfindən yaradıldı və Amybeth Mcnulty kimsəsiz Anne Shirley, Geraldine James Marilla Cuthbert, R.H. Thomson Matthew Cuthbert, Dalila Bela Diana Barry və Lucas Jade Zumann Gilbert Blythe rolunu səhnələşdirib. Tele-serialda kimsəsizlik, psixoloji travmalar ve gender bərabərsizliyi, irqçilik kimi sosial mövzulardan bəhs olunmuşdur.1896 -cı ildə iki bacı-qardaş, Mattheu və Marilla Cuthbert, təsərrüfatının işinə kömək etmək üçün uşaq evindən bir oğlan övladlığa götürmək qərarına gəlirlər. Mattheu, övladlığa götürdükləri uşağı götürmək üçün qatar stansiyasına gedəndə anlayır ki, oğlan əvəzinə, 13 yaşında xəyalpərəst, danışan, şən, enerjili bir qız övladlığa götürüblər. Bu qız, Anne ailəsi, yalnız bir neçə aylıq olanda öldü və Anne bu günə qədər fərqli ailələrdə qulluqçu olaraq çalışdı.Mattheu Annenin qalmasını istəsə də, Marilla Annaya güvənmir, çünki yararsız bir yetimdir. Daha sonra Annenin səhvini tuturlar, Anneni yenidən uşaq evinə göndərirlər. Daha sonra Annenin haqqında yanıldıqlarını başa düşürlər və Anneni tapmağa çalışırlar. Anne ailəsi ilə yaşamağa başlayanda, məktəb yoldaşları və qonşuluqdakı qonşuları tərəfindən təklənir. Ancaq Anne zəkası, problem həll etmə qabiliyyəti və təxəyyülü sayəsində bütün çətinliklərin öhdəsindən gəlir.
Hvaran (serial)
Hwarang: The Poet Warrior Youth – 2016–2017-ci illərdə Cənubi Koreyada yayımlanan bir televiziya serialı. Seriya 19 dekabr 2016–21 fevral 2017 tarixləri arasında hər bazar ertəsi və çərşənbə axşamı saat 22: 00-da KBS2-də yayımlanmışdır. == Süjet == Kraliça Ci So, kiçik oğlu (Sam maek jong) Sammakconu paytaxt (Seorabeol)Sorabol-un xaricində və düşmənlərdən və qatillərdən qoruyaraq, Kral Bophonq(Beopheunq) öldükdən sonra Silla Krallığını regent olaraq idarə etdi. Sammakcon böyüdükcə zadəganlar, vətəndaşlar, məmurlar və hamısı Sammakconun özünün hakimiyyətdən imtina etməsini səbizsizliklə gözləyirlər. Bununla birlikdə, Krallığın hakimiyyətini ələ keçirməyə çalışan güclü zadəganlar taxta göz qoymağa davam edirlər və Ci So taxtdan enməsinin nəticələrindən qorxur. Zadəganların gücünü qırmaq üçün, Ci So mövcud güc qruplarınından daha yaxşı yeni bir qrupu Hvaran-ı yaratmağı və onları Sammakconu və taxtı qorumaq üçün özlərinə bağlamağı planlaşdırır. Amma bu qrupda gələcək kralları Sammakcon və özünün də bilmədiyi bir sirrə sahib olan Kim (Seon-u) So-Nu-nun olduğunu bilmirlər. Silla Krallığı dövründə "Hvaran" ("Gözəl Cəngavərlər") adı altında seçilmiş bir gənc kişi döyüşçü qrupunu təsvir edir. "Hvaran" əla görünüşü ilə yanaşı at sürmək və qılınc istifadə yaxşı fiziki qabiliyyətləri ilə də tanınır.
Hərəm (serial)
Hərəm (türk. Harem) — Türkiyənin FOX Türkiye telekanalında yayımlanan teleserial. Xaricə satışa çıxarılan ilk türk komediya serialı olmuşdur.
Kuzgun (serial)
Kuzgun — 13 fevral 2019-cu ildən etibarən Star TV-də yayımlanmağa başlayan Türkiyə istehsalı teleserial. Serial 16 oktyabr 2019-cu ildə sona çatmışdır.
Lupin (serial)
Lupin — Corc Kay və Fransua Uzan tərəfindən yaradılmış və 8 yanvar 2021-ci ildə Netflix-də yayımlanan Fransız sirli və triller veb seriyasıdır. Serial Maurice Leblanc tərəfindən yaradılmış personaj Arsen Lupinin sərgüzəştlərindən ilhamlanıb.Serialda Omar Sy 1900-cü illərin əvvəllərində Maurice Leblanc tərəfindən yaradılan usta oğru Arsen Lupinin sərgüzəştlərindən ilhamlanan Assane Diop rolunda Omar Sy oynayır. Beş epizoddan ibarət birinci hissə əsas personajın ilhamına istinad edərək Dans l'ombre d'Arsène (Arsenin kölgəsində) altyazılıdır. Serial ilk ayda 70 milyon ailə tərəfindən izlənildi və o zaman Netflix-də ingiliscə olmayan seriallar arasında ən çox izlənilən serial oldu. == İcmal == Hekayə övladı üçün daha yaxşı bir həyat axtarmaq üçün Fransaya gələn Seneqaldan olan bir mühacirin yeganə oğlu olan peşəkar oğru Assane Diopdan bəhs edir. Assane'nin atası, işəgötürən, varlı və güclü Hubert Pellegrini tərəfindən bahalı brilyant boyunbağı oğurluğuna görə həbs edilir və utancından özünü həbsxana kamerasında asaraq, yeniyetmə Assane'i yetim qoyur. İyirmi beş il sonra atasının ad günündə ona hədiyyə etdiyi centlmen oğru Arsen Lupin haqqında kitabdan ilhamlanaraq, Assane Pelleqrini ailəsindən qisas almağa, Hubertin oğurluq, hiylə və maskalanma ustalığından istifadə edərək Pelleqrini ailəsindən qisas almağa başlayır. cinayətlər.
Medcezir (serial)
Medcezir — Türk serialı. Türkiyənin Star TV telekanalında 2013-cü ilin sentyabr ayından başlayaraq hər həftənin cümə günləri yayımlanan serialdır. Baş rollarda Çağatay Ulusoy və Serenay Sarıkaya çəkilmişlər. === Baş rollar === Serialın baş rollarından olan Yaman obrazı Çağatay Ulusoy tərəfindən canlandırılır. Digər baş obraz olan Mira rolunu isə Serenay Sarıkaya canlandırır. Mert rolu Taner Ölmez, Ender rolu Mine Tugay, Selim rolu Barış Falay, Eylül rolu isə Hazar Ergüçlü tərəfindən canlandırılır. Yaman Koper (Çağatay Ulusoy) - İstanbulun məhəllələrindən birində, problemli bir ailədə böyümüş ağıllı bir gəncdir. Uşaqlığı dramlarla doludur, erkən yaşda onu tərk edən atasını bir daha heç görməmişdir, həyatdakı tək rol modeli ağabəyi Kənandır... Amma Kənan Yamana fərqli görünməyə çalışsa da, sərsərininin biridir. Mira Beylice (Serenay Sarıkaya) - Mira, Faruk ve Sude cütlüyünün böyük qızıdır.