Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Bankomat
ATM və ya Bankomat (ing. Automated Teller Machine) — ən asan anlamda müştərilərin bankın xidmətlərindən istifadə zamanı insansız çalışan elektromexanik vasitədir. Bankomat bank kartlarından istifadə edərək kart hesabından nağd pul vəsaitləri çıxarmağa, hesab barədə məlumat almağa, kommunal və digər xidmətlərin haqqını ödəmək üçün nağdsız hesablaşmalar aparmağa imkan verən aparatdır. Maşınlar, əsasən plastik kartlar və istifadəçi kodları (PİN) vasitəsilə işlədilir. Ekrana istifadəçini yönləndirməyə yarayan bir menyu gəlir. İstifadəçilər ATM xidmətlərindən özlərinə lazım olan mesaj və variantlar vasitəsilə faydalanırlar. İlk maşınlar sadəcə müəyyən miqdarda pul götürmək üçün istifadə olunurdusa indi daha da inkişaf edən texnologiya dövründə maşınların təqdim etdiyi xidmətlər daha da artmışdır. Son illərdə hesaba pul köçürmə, hesab durumları haqqında məlumat alma, maaş alma, daimi ödemələri aparma, hesabdan hesaba pul köçürmə, və s. əməliyyatlar aparılır. Çox şöbəli böyük banklar şöbələr üçün lazımlı bina və heyət xərclərini azaltmaq məqsədilə ATM-lərə maraq göstərirsə, daha kiçik bankların əksəriyyəti isə bazar paylarını, dolayısıyla gəlirlərini artırmaq üçün eyni xidməti göstərmək yolunu seçmişlər.
Bafomet
Bafomet — 14-cü əsrin əvvəllərində Katolik Kilsəsi tərəfindən xaric edilmiş Məbəd Cəngavərləri tərəfindən sitayiş edildiyi iddia edilən şeytan fiquru. İlk dəfə 1307-ci ildə tanrı kimi istifadə olunsa da, Bafomet termini 19-cu əsrdə populyarlaşdı. Xüsusilə bu tarixdən sonra Bafomet Elifas Levinin çəkdiyi "Sabbat Keçisi" olaraq da bilinən əsəri ilə xarakterizə olunmağa başladı. Bu təsvir kişilik və qadınlıq, yaxşı və pis, yuxarı və aşağı kimi təzadlı anlayışları ehtiva edir. == Adın etimologiyası == Müasir akademiklər və "İngilis dilinin Oksford lüğəti"nə görə Bafomet qədim fransızcada yer alan və mənası Məhəmməd olan Mahomet sözündən törəmişdir. Qədim dövrlərdə xristianlar müsəlmanlara Məhəmmədə ibadət edən bütpərəstlər olaraq baxırdılar.
Bafomet (heykəl)
Bafomet (ing. Baphomet) – Şeytan məbədi tərəfindən 2015-ci ildə ABŞ-nin Miçiqan ştatının Detroyt şəhərində təqdim edilmiş, Bafometi təsvir edən 2.7 metr hündürlüyə malik tunc heykəl. Məbəd ardıcılları heykəlin Oklahomadakı On qüsurlu hərəkət monumenti yaxınlığında ucaldılmasını istəyirlər. Bir ton ağırlığa malik olan heykəldə insan bədəni, keçi başı və ayaqları, həmçinin qanadı olan Bafomet sağ tərəfində oğlan, sol tərəfində isə qız uşaqları ilə təsvir edilmişdir. == Tarixi == 2014-cü ildə Satana məbədi Oklahoma Ştat Kapitolunda nümayiş etdirilməsi nəzərdə tutulan Bafomet və iki uşağı təsvir edəcək heykəlin hazırlanması üün “Indiegogo” saytında kraudsorsinq işinə başlamışdır. İyanə səhifəsinə bildirilirdi ki, heykəl Oklahoma təmsilçisi Mayki Ritzin təşəbbüsü ilə 2012-ci ildə yaradılmış On qüsurlu hərəkət monumentinə cavab olaraq, onun yaxınlığında ucaldılacaq. 25 iyul 2015-ci ildə heykəl Satana məbədi tərəfindən Detroytda təqdim edilmiş və şəhərdə dini təşkilatların etirazı ilə qarşılanmışdır. “Mərasimə mane olmaq istəyən etirazçıların qarşısının alınması üçün” mərasim zamanı 700 iştirakçı ruhunu Satanaya satmışdır.“Time” jurnalının məlumatına görə, “qrup birbaşa Satanaya inamı təbliğ etmir. Onların məntiqinə görə Satana abstraksiyadır, ədəbi forma kimi qəbul edilən Satana rasionallıq, skeptisizm, böyük şəxsi itkilərlə başa gəlsə belə, hakimiyyətə qarşı həqiqətləri dilə gətirməyi tərənnüm edir.” Jurnalın məlumatında deyilir ki, “Bunu Libertarian qotikası və ya Ayn Randın azad seçimə qarşı səlib yürüşünün daha qaranlıq təqdimatı da adlandırmaq olar. Məbəd ardıcıllarından biri isə açıq şəkildə şəxsi azadlığa iddia edir.
Yomi Bankole
Yomi Bankole (7 yanvar 1960 — 29 yanvar 2012) — Nigeriyanı təmsil edən stolüstü tennisçi. == Karyerası == Yomi Bankole Nigeriyanı 1988-ci ildə Seul şəhərində baş tutan XXIV Yay Olimpiya Oyunlarında təmsil edib və fərdi turnirdə 41-ci, cüt turnirdə isə 29-cu pillənin sahibi olub. Daha sonra Yomi Bankole Nigeriyanı 1992-ci ildə Barselona şəhərində baş tutan XXV Yay Olimpiya Oyunlarında təmsil edib və fərdi turnirdə 33-cü, cüt turnirdə isə 17-ci pillənin sahibi olub.