Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Kristian Bannis
Kristian Bannis (4 yanvar 1992-ci ildə Danimarkada anadan olub) — Tarup-Paarup klubunda müdafiəçi kimi çıxış edən peşəkar Danimarkalı futbolçudur. Millinin əsas oyunçuları federasiya ilə mübahisə zamanı yığmanı tərk etdikləri üçün Anders Fonss 2018-ci ilin sentyabr ayında Danimarka milli futbol komandasında debüt etmişdir. 2018-ci ilin sentyabr ayında Danimarka Futbol Assosiasiyası və futbolçular birliyi UEFA Millətlər Liqasında Uels millisinə qarşı açılış oyununda və Slovakiya millisinə qarşı yoldaşlıq oyununda iştirak edəcək milli komandanın futbolçuları haqqında yeni müqaviləni imzalamalı idilər. Lakin müqavilədə futbolçuların kommersiya hüquqları ilə bağlı bənd mübahisəyə səbəb olmuşdur. Beləliklə, onlar müqaviləni imzalamaqdan imtina etmişlər. Gələcək danışıqları təmin etmək üçün əvvəlki sövdələşmənin uzadılması təklifinin verilməsinə baxmayaraq, DBU UEFA-nın cəzasından yaxa qurtara bilmək üçün komandanın əsas oyunçularını millidən göndərmişdir. Onun əvəzində Yon Yensen yeni baş məşqçi təyin edilmiş və komandanın heyəti yenidən qurulmuşdur. Yeni heyət Danimarka 2-ci divizionu və Danimarka Seriyasında (Danimarkanın üçüncü və dördüncü liqası) çıxış edən futbolçuların qarışığından, həmçinin Danimarka milli futzal komandasında çıxış edən futzal oyunçularından təşkil olunmuşdur. 4 sentyabr 2018-ci ildə Bannis 24 oyunçudan ibarət olan heyətə daxil edilmişdir. O, milli ilə debütünü 5 sentyabr 2018-ci ildə Slovakiya millisinə qarşı yoldaşlıq oyununda etmişdir.
Bagz Banni
Baqz Banni və ya Dovşan Baqz (ing. Bugs Bunny) — Warner Bros. tərəfindən yaradılan cizgi filmi qəhrəmanıdır. Daffi Dakdan başqa cizgi filmlərinin bütün qəhrəmanları onu sevir. İlk dəfə 1938-ci ildə Bruklində Nyu-Yorkda yaradılmışdır. Əsası Teks Eyveri və animator Robert MakKimson tərəfindən qoyulmuşdur. Digər versiyalarda isə personajın yaradıcısını bu kampaniyanın animasiya studiyasında çalışan Çak Consu hesab edirlər. Baqs özündənrazı, laqeyd xarakteri ilə seçilən antromorfik, boz və ağ rəngli dovşandır. Zarafata çox meyillidir. Cizgi filmlərdə, televiziya verilişlərində, video oyunlarında, bir çox reklamlarda rol alıb.
Banni Blü
Banni Blü (1 iyun 1964, Los-Anceles, Kaliforniya) — yəhudi əsilli ABŞ pornoaktrisası. 1983-cü ildən başlayaraq pornofilmlərdə iştirak edir. 1997-ci ildə "AVN Awards Şöhrət Zalı" heyətinə daxil edilmişdir. 500 çox pornofilmdə iştirak etmişdir. Əsl adı Kimberli Syu Uornerdir.
Baqz Banni
Baqz Banni və ya Dovşan Baqz (ing. Bugs Bunny) — Warner Bros. tərəfindən yaradılan cizgi filmi qəhrəmanıdır. Daffi Dakdan başqa cizgi filmlərinin bütün qəhrəmanları onu sevir. İlk dəfə 1938-ci ildə Bruklində Nyu-Yorkda yaradılmışdır. Əsası Teks Eyveri və animator Robert MakKimson tərəfindən qoyulmuşdur. Digər versiyalarda isə personajın yaradıcısını bu kampaniyanın animasiya studiyasında çalışan Çak Consu hesab edirlər. Baqs özündənrazı, laqeyd xarakteri ilə seçilən antromorfik, boz və ağ rəngli dovşandır. Zarafata çox meyillidir. Cizgi filmlərdə, televiziya verilişlərində, video oyunlarında, bir çox reklamlarda rol alıb.
Banani
Banani — Malidə yerləşən kənd. Əsas əhalisi doqonlardır.
Bankir
Bank (fr. Banque) — fiziki və hüquqi şəxslərdən depozitlərin və ya digər qaytarılan vəsaitlərin cəlb edilməsi, öz adından və öz hesabına kreditlərin verilməsi, habelə müştərilərin tapşırığı ilə köçürmə və hesablaşma-kassa əməliyyatlarını məcmu halda həyata keçirən maliyyə-kredit təşkilatı. Hüquqi status baxımından hüquqi şəxsdir. XX əsrin əvvəllərinə aid Azərbaycandilli mənbələrdə sərrafxana (صرافخانه) adlandırılmışdır. Bank – pul vəsaitlərinin toplanması, kreditlərin verilməsi, pulla hesablaşmaların həyata keçirilməsi, pulun emissiyası, müxtəlif qiymətli kağızların buraxılması və s. funksiyalarını yerinə yetirən iqtisadi təşkilatlardır. Bankların əsas vəzifəsi kreditorlardan borc alanlara, alıcılardan satıcılara pul vəsaitinin yönəldilməsində vasitəçilik etməkdir. Bank halidən əmanət qəbul edir və eyni zamanda kreditlər verərkən tələb olunan depozit yaradır. Kredit fəaliyyəti birbaşa bank tərəfindən və ya dolayısı ilə kapital bazarları vasitəsilə həyata keçirilə bilər. Banklar keçirdikləri əməliyyatların xarakterinə görə emissiya və kommersiya, verilən kreditlərin xarakterinə görə uzunmüddətli və qısamüddətli, mülkiyyətin xarakterinə görə əsasən dövlət, səhmdar, kooperativ, bələdiyyə və qarışıq banklara bölünürlər.
Banksy
Benksi (ing. Banksy; güm. 28 iyul 1974) — Kimliyi dəqiq məlum olmayan İngiltərəli qalmaqallı, məşhur qraffiti-rəssam, siyasi aktivist, rejissor və rəssam. İsveçrəli sənətçi Maître de Casson-un Banksy ola biləcəyi barədə fərziyyələr var. Maître de Casson veb saytında bunu təkzib edir. O, qanunsuz sayılan küçə sənətini müasir incəsənətin məşhur və bahalı növünə çevirmişdir. Benksinin yaradıcılığı cəmiyyətin, ictimai-siyasi quruluşunu tənqidi, üslubu ilə seçilir. O, dörd kitabın müəllifi, iki kitabın isə qəhrəmanıdır. Həmçinin sənədli komediya filmləri də çəkmişdir. Benksi çəkdiyi rəsmləri satmır, amma onun əsərlərini divarla birlikdə almaq istəyən istəyən insanlar olmuşdur.
Yasnıy
Yasnı — Rusiya Federasiyasında yerləşən şəhər Orenburq vilayətinə daxildir Şəhərin əsası 1961-ci ildə qoyulub. 1979-cu ildən şəhər statusunu daşıyır. 2017-ci ildə şəhər əhalisi 15000 nəfər təşkil edib.
Baknin
Baknin (vyet. Bắc Ninh) — Vyetnamın şimal-şərqində şəhər, Baknin vilayətinin paytaxtı. 1884-cü ilin martında Baknin Fransa ordusu ilə Qara Bayraq Ordusu arasında döyüşün yerinə çevrilmişdi. Şəhər Fransa qoşunları tərəfindən alınmışdı, bundan sonra vilayətin müstəmləkə administrasiyasının siyasi, iqtisadi və mədəni mərkəzi olmuşdu. Baknin 1904-cü ildə dəmir yolu ilə bağlanmışdı. 2006-cı ilin yanvarında Baknin şəhəri vilayət hökuməti şəhəri statusuna yüksəlmişdir. Mütləq hündürlüyü dəniz səviyyəsindən 12 metrdir. Ölkənin paytaxtı Hanoy şəhərindən 31 km şimalda yerləşir.
Bangi
Banqi (fr. Bangui, sanqo Kötä gbätä tî Bangî) — Mərkəzi Afrika Respublikasının paytaxtı və ən böyük şəhəri. Əhalisi 2006-cı ilin hesablamalarına görə 622 771 nəfərdir. Şəhərin əsası 1889-cu ildə fransız hərbi məntəqəsi kimi Ubangi-Şari koloniyasında qoyulmuş, daha sonra adı Kubangi-Şari olaraq dəyişdirilmiş və fransız Ekvatorial Qvineyasının bir hissəsinə çevrilmişdir. rəsmi adı tərcümədə "kandarlar" ("astanalar") mənasını verir.
Banin
Ümmülbanu (bəzi mənbələrdə Ümm-Əl-Banu) Mirzə qızı Əsədullayeva (təxəllüsü: Banin (fr. Banine); (18 dekabr 1905[…], Bakı – 23 oktyabr 1992[…], Paris, Fransa) — Azərbaycan əsilli fransız yazıçı, memuarçı, model, XX əsr Azərbaycan mühacirət ədəbiyyatı nümayəndəsi. Məşhur Azərbaycan milyonçuları Şəmsi Əsədullayevin və Musa Nağıyevin nəvəsi, Azərbaycan Demokratik Respublikasının nazirlərindən biri, milyonçu Mirzə Əsədullayevin qızı olan Ümmülbanu 1905-ci ilin 18 dekabr tarixində anadan olub. Öz tərcümeyi halında o yazır: "Mən doğma anamı tanımırdım. 1905-ci ildə inqilabı gərginliyi aradan qaldırmaq istəyən hakimiyyət Qafqazı millətlərarası qarşıdurmaya təhrik etdi. Azərbaycanlıları, erməniləri, rusları, kürdləri, iranlıları üz-üzə qoydular. Anamı qəddarlıqdan və ağlasığmaz talanlardan qorumaq, eyni zamanda doğmaq üçün atam doğma Bakıdan uzaqda yerləşən bir kəndə göndərir. Doğuş çox ağır keçir, yaxınlıqda həkim olmadığından anam həyatla vidalaşır, mən isə sağ qalıram". Bu hadisədən sonra anasının şərəfinə qızını Ümmülbanu adlandırırlar. Banin atasını həbsxanadan azad etmək, xarici pasport alıb Türkiyəyə qaçmaq üçün istəmədiyi, lakin nüfuzlu bir şəxsə ərə gedir.
Banşi
Banşi (ing. Banshee) — İrland folklorunun personajı. Azərbaycan folklorunda bayquşla müqayisə oluna bilər. Evlərin pəncərəsi qarşısında oturan xəyali qadın obrazıdır. İnanclara görə, hansı evin qarşısında ağlayarsa, o evdə müsibət və ölüm-itim olur. İrlandların inanclarına görə Başinin səsi eşidilən evdə tezliklə bir nəfərin ölüm xəbəri gəlməli idi. Digər bir inanca görə Banşi sadəcə təmiz irland qanına sahib insanların evlərinə gəlməkdədir. Şotland yazıçı Valter Skott tərəfindən 1830-cu ildə yazılmış Demonologiya və Cadugərliklə bağlı yazılar (ing. Letters on Demonology and Witchcraft) əsərində Şimali Şotlandiyada yaşayan insanlarda Banşi inancının güclü olduğunu qeyd etmişdir.
Benni
Benni — ad. Benni Urkides Benni Benson — Alyaska bayrağının yaradıcısı Benni Kristo — müğənni. Benni Devis — bəstəkar, musiqi yazıçısı, müğənni. Benni Cin Edkins — təqaüdə çıxmış Amerika Birləşmiş Ştatları Ordusunun əsgəri. Stefano Benni — italyan yazıçı-satirik, şair, dramaturq, kinodramaturq, jurnalist.
Mannı
Mannı və ya irmək, yarma buğdasının üyüdülməsi və ələnməsi nəticəsində əldə edilən qidadır. Mannı dənələri 125–140 mikrometr, sarı rəngli, parlaq və bucaqlıdır. Ümumiyyətlə sərt buğdadan mannı hazırlanmasında istifadə olunur Mannı, yüksək qida dəyəri olan bir qidadır. Tərkibində 73% karbohidrat var. 100 qram mannıda təxminən 360 kcal enerji var. Mannı makaronun əsas tərkib hissəsidir. Ayrıca, Türkiyə, Yunanıstan, İran, Hindistan və Pakistan kimi ölkələrdə mannı halvası və Ərəbistanda hazırlanan südlü mannı deserti, desert olaraq istehlak edilir.
Banner reklamı
İnternet-banner yaxud Banner reklamı — veb-səhifədə pulsuz xidmətlər, yaxud əvəz-əvəz ödəniş (PAYMENT IN RETURN) təmin edən üçüncü tərəfin yerləşdirdiyi reklam. Daha çox istifadə olunan veb-saytlar (məsələn, www.weather.com kimi) banner reklamları vasitəsilə dəstəklənir. “Banner” veb-səhifədə məhz belə reklamlar üçün ayrılmış sahədir. 1994-cü ilin oktyabr ayının 27-də dünyanın ilk onlayn kommersiya jurnalı Hotwired öz səhifələrində ilk banner yerləşdirib. Bu gündən 15 il sonra tək ABŞ-da internet-reklamın həcmi 20 milyard dollar dəyərləndirilmişdir. İlk banner deyəndə "AT&T" telekommunikasiya şirkətinin "Did you ever clicked your mouse right here? You will!" çağırışlı banneri nəzərdə tutulur. Onun təsvir ölçüləri 468 x 60 piksel olub. Maraqlıdır ki, Şəbəkədə ilk reklam Mosaic Netscape 0.9 – ilk rəsmi brauzerin təqdim olunmasından 12 gün sonra yerləşdirilib. Artıq bu sürəti internet-reklam sahəsinin uğurunun başlanğıcı adlandırmaq olar.
Bannoye gölü
Bannoye gölü (Başqırd dili. Мауыҙлы күле — «cadügər gölü», başqırd dili. Яҡтыкүл — «işıqlı göl»)- Başqırdıstanda yerləşən göldür. Hövzəsi Baykal gölünə daxildir. 1965-ci ildən təbiət abidəsidir. Gölün sahəsi — 7,7 km², uzunluğu — 4170 m, orta eni isə — 1880 m-dir. Maksimal dərinliyi 28 m, orta dərinliyi isə 10,6 m-dir. Gölün ümumi həcmi 81,7 mln m³, hövzəsinin sahəsi isə 36,3 km²-dir. Göl Başqırdıstan Uralının zirvələri olan Kutukay (664 m), Karanyalık (620 m) və Yamankaya dağ silsiləsinin qollarının orta hissəsi arasında yerləşmişdir. Göl Başqırdıstanın Abzelovski rayonunun mərkəzi olan Askarova kəndindən 28 km şimal-şərqdə yerləşmişdir.
Banuyi (Sərdəşt)
Banuyi (fars. بانوي‎) - İranın Qərbi Azərbaycan ostanının Sərdəşt şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 109 nəfər yaşayır (24 ailə).
Banvit BK
Bandırma basketbol klubu, Bandırma mərkəzli, Türkiyədəqurulmuş olan və hələ də dəstəklənilən basketbol klubudur.
Bidens mannii
Bidens mannii (lat. Bidens mannii) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinin yatıqqanqal cinsinə aid bitki növü.
Bonnie Tyler
Bonni Tayler (ing. Bonnie Tyler - 8 iyun 1951) — Uels əsilli müğənni. Əsl adı Geynor Hopkins (Gaynor Hopkins) olan Taylerin yaradıcılığının ən aktiv dövrü XX əsrin 70–80-ci illəri olub. Bonni Tayler 2013 Avroviziya Mahnı Müsabiqəsində Böyük Britaniyanı "Believe In Me" mahnısı ilə təmsil etmiş və Böyük Britaniyaya 19-cu yeri qazandırmışdır. Geynor Hopkins Uelsin Skuene şəhərində 1951-ci il 8 iyun tarixində anadan olub. Atası Qlindur kömür mədənçisi və anası Elsi evdar qadın idi. Hopkins ailəsi dörd qız və iki oğul böyüdüb, onlar dörd otaqlı evdə yaşayırdılar. Onun böyük bacıları gözəl musiqi zövqlərinə malik idilər və onlar Taylerdə Elvis Presli ,The Beatles kimi ifaçılara maraq oyatdılar. Hopkinslər ailəsi çox dindar protestant idilər. Onun ilk ictimai çıxışı uşaq ikən məhz ibadətgahda olub.
Bulbophyllum mannii
Bulbophyllum cochleatum (lat. Bulbophyllum cochleatum) — səhləbkimilər fəsiləsinin bulbofillium cinsinə aid bitki növü. Bulbophyllum cochleatum növü Tropik Afrika üçün endemik növdür. Bulbophyllum cochleatum var. cochleatum Bulbophyllum jungwirthianum Schltr. Bulbophyllum mannii Hook.f. Bulbophyllum pholidotoides Kraenzl.
Casearia mannii
Casearia mannii (lat. Casearia mannii) — bitkilər aləminin malpigiyaçiçəklilər dəstəsinin söyüdkimilər fəsiləsinin kaseariya cinsinə aid bitki növü.
Gardenia mannii
Gardenia mannii (lat. Gardenia mannii) — boyaqotukimilər fəsiləsinin qardeniya cinsinə aid bitki növü.
Inula mannii
Inula mannii (lat. Inula mannii) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinin andız cinsinə aid bitki növü.
Mannix reaksiyası
Mannix reaksiyası və ya Mannixə görə aminometilləşmə reaksiyası - ammonyak, birli və ya ikili aminin və tərkibində heç olmasa bir mütəhərrik hidrogen atomu olan birləşmənin formaldehidlə kondensləşməsindən - Mannix adlanan əsasın əmələ gəlməsindən ibarətdir. Əgər kondensasiyaya daxil olan birləşmədə iki və daha çox karbon atomlarında aktiv hidrogen atomları varsa, onda N−CH2- aminometil qrupları müxtəlif vəziyyətləri tutmaqla izomer qarışıqları əmələ gətirir. Ammonium duzu ilə reaksiya apardıqda, əksər hallarda əmələ gələn birli amin sonradan reaksiyaya girərək ikili və üçlü amin əmələ gətirir. Bundan başqa, ammonium duzunun formaldehidlə qarşılıqlı təsiri nəticəsində əmələ gələn metilamin reaksiyada iştirak etməklə onu çətinləşdirir. İlk dəfə Mannix tipli kondensasiyanı Tollens asetofenonun formaldehid və ammonium xloridlə reaksiya məhsulundan üçlü amini ayıran zaman müşahidə etmişdir. Sonralar, Petrenko-Kritçenko və onun əməkdaşları bu tipli kondensasiyanı öyrənmişlər, lakin onlar bu reaksiyanın ümumi xarakterini müəyyən edə bilməmişlər. 1917-ci ildə Mannix, antipirin salisilatın formaldehid və NH4Cl-lə qarşılıqlı təsirindən üçlü aminin əmələ gəlməsini müşahidə etməsi, başladığı tədqiqatlarına hərtərəfli təkan verdi. Belə ki, 4-dimetilaminoantipirin oxşar reaksiyaya girmədiyindən, tamamilə aydın olur ki, reaksiyada iştirak edən antipirin molekulunda 4 vəziyyətində olan hidrogen atomudur. Baş verən çevrilmələrin dəqiq mexanizmi müəyyən edilməmişdir. Hazırda güman edilir ki, Mannix reaksiyası, CH2O və amindən əvvəlcə imin(ium) duzları , sonra isə amin törəmələri əmələ gəlməsilə baş verir.