Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Yuri Barakoviç
Yuri Barakoviç (xorv. Juraj Baraković) — İntibah dövrünün xorvat şairi. Keşiş, Zaqrebdəki kanon və zamanında məşhur vaiz. == Bioqrafiya == Soylu mənşəlidir. İlk təhsilini Zadarda almışdır. Daha sonra təhsilini Venesiya və digər İtaliya şəhərlərində davam etdirib. O, teoloji təhsil almış, İntibah dövrü italyan ədəbiyyatının klassik yazıçılarının, eləcə də o dövrün xorvat yazıçılarının əsərlərinə yaxşı bələd olmuşdur. Gəncliyində keşiş olmağa qərar verir. 1564-cü ildə Zaqrebdə din xadimi, kanon olur, 1586-cı ildə 1598-ci ilə qədər Noviqradda keşiş kimi xidmət edir. Çox güman ki, o zaman Osmanlı imperiyasına qarşı mübarizədə iştirak edir.