Quzugüdən (Sərdarabad)
Quzugüdən — İrəvan quberniyasının Eçmiədzin qəzasında, indiki Sərdarabad (Oktemberyan)
rayonunda kənd.
== Tarixi ==
Rayon mərkəzindən 9 km cənub-şərqdə Araz çayının yaxınlığında yerləşir. Kəndin ilkin, qədim adı Quzukutan olmuşdur. 1728-ci ildə tərtib edilmiş "İrəvan əyalətinin icmal dəftəri"ndə Kəndin adı Quzugüdənli formasında qeyd edilir və göstərilir ki, "Kəndin əhalisi mürsəlli camaatındandır". Erməni mənbələrində kəndin adı Ğuzigedən, Ğuzigedan, Kuzikutan formalarında, Qafqazın 5 verstlik xəritəsində Kuzikuden formasında qeyd edilmişdir.
== Toponimi ==
Toponim əfşar türk tayfasından olan quzugüdənli etnonimi əsasında əmələ gəlmişdir. Etnotoponimdir. Quruluşca sadə toponimdir. Ermənistan SSR Ali Soveti Rəyasət Heyətinin 19. IV.1950-ci il fərmanı ilə adı dəyişdirilib Ayqeşad qoyulmuşdur.