Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Barduk (Urmiya)
Barduk (fars. بردوك‎‎) — İranın Qərbi Azərbaycan ostanının Urmiya şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 368 nəfər yaşayır (64 ailə).
Bambuk
Bambuk və ya Hind qamışı — böyüməsi ilə çox qəribə olan bir bitkidir: əvvəlcə toxum əkilir, sonra bu toxum sulanıb gübrələnir. Birinci il toxumda heç bir dəyişiklik olmur. Toxum yenidən sulanıb gübrələnir. Bambuk toxumu ikinci il də boy atmır. Üçüncü və dördüncü illərdə də bambuk toxumu sulanır və gübrələnir. Fəqət inadkar toxum yenə boy atmır. Bu işdə təcrübəsi olan Çinlilər, böyük bir səbrlə beşinci ildə də toxuma su və gübrə verməyə davam edirlər. Və nəhayət beşinci ilin axırına yaxın bambuk toxumu yaşıllaşmağa başlayır və altı həftə kimi qısa bir müddətdə də bambukun boyu təxminən 27 metrə çatır.
Bancul
Banjul (ing. Banjul, 1973-cü ilədək Baterst) — Qambiyanın paytaxtı. Əhalisi 2003-cü ilin hesablamalarına görə 34 828 nəfər, şəhər ətrafı ilə birlikdə 357 238 nəfərdir. Şəhər Qambiya çayının Atlantik okeanına töküldüyü yerdə, Müqəddəs Məryəm adasında yerləşir. == Tarixi == Şəhərin əsası 1816-cı ildə ingilislər tərəfindən liman şəhəri kimi qoyulmuş və o vaxtkı Böyük Britaniya Müharibə və Koloniyalar naziri Henri Baterstin şərəfinə Baterst adlandırılmışdır. 1973-cü ildə şəhərin adı dəyişdirilərək indiki adını almışdır.
Banduk
Banduk (çeç. БӀен-дукъ; çeçen. bIо — «qoşun» + duk— «silsilə» sözlərindən) — Çeçenistan Respublikasının Şatoy rayonunda dağ zirvəsi. == Haqqında == Dəniz səviyyəsindən hündürlüyü 1359 metrdir. Banduk dağı dəniz səviyyəsindən 1342 metr yüksəkliklərdə, yaxud da ətraf ərazidən 306 metr hündürlükdə yerləşir. Ətəyində dağın eni 4,5 km-dir. Ən yaxın yaşayış məntəqələri: Zona, Yarış-Mardı, Daçu-Borzoy, Ulus-Kert, Şatoy. Banduk dağı ətrafındakı ərazilər şimal-qərbə doğru təpəlik, cənub-şərqə doğru dağlıqdır. Rayonun ən yüksək zirvəsi Banduk silsiləsidir. Dəniz səviyyəsindən hündürlüyü 1771 metrdir.
Barbus
Şirbit (lat. Barbus) — heyvanlar aləminin xordalılar tipinin şüaüzgəclilər sinfinin çəkikimilər dəstəsinin çəkilər fəsiləsinə aid heyvan cinsi. == Təsviri == Şirbitlər əsasən Cənubi və Cənub-Şərqi Asiya, Afrika, Avropada yayılmışdır. bədənləri uzadılmış formadadır, quyruq üzgəcləri iki tirəlidir. Dişilər iri qarınları səbəbiylə daha böyük görünür. kürüləmə dövründə erkəklər daha parılaq görünür.
Barcil
Barcil (İdil – 731) — Xəzər xaqanının oğlu, sərkərdə. == Həyatı == Xəzərlər Azərbaycan ərazisində tez-tez görünürdülər. Xəlifə Yezid ibn Əbd əl-Malik 722-723-cü illərdə böyük ordu ilə Ərdəbilə qədər irəliləmişdi. Xəlifənin ordusu xəzərlər tərəfindən məhv edilmiş, xəzərlər böyük qənimət əldə etmişdilər. bu döyüşdə Barcil də iştirak etmişdi. İlk dəfə adı 722-ci ilə aid qaynaqlarda hallanır. Ərəb valisi Əl-Cərrah ibn Əbd-ül-Lah əl-Həkəmi Xəzər xaqanlığına hücum edərkən onu qarşılayıb vuruşmuşdu. 726/727-ci illərdə Xəzərlər xaqanın oğlunun, barcilin başçılığı altında yenidən Azərbaycana daxil olmuş, ancaq ərəblərin güclü müqaviməti ilə rastlaşıb geriyə çəkilməyə məcbur olmuşdular. Araz çayı sahilində, Varsanda güclü döyüşlər gedərkən Barcilin qoşunu böyük itki verib geri çəkilmişdilər. Ərəb ordusuna əl-Haris ibn Əmr başçılıq edirdi.
Barium
Barium (Ba) – D.İ. Mendeleyevin elementlərin dövri sistemində 56-cı element.
Barlık
Abidələrin 4-ü də Barlık çayı sahilində D.A.Klements tərəfindən tapılıb və ilk dəfə V.V.Radlov tərəfindən nəşr edilib. 1-ci abidə hündürlüyü 171, eni 56, qalınlığı 5 sm. olan qırmızı qum daşının Şərq tərəfində yazılmış 3, 2-ci abidə hündürlüyü 140, eni 56 sm. olan qırmızı qum daşının üzərində yazılmış 4, 3-cü abidə hündürlüyü 140, eni 56 sm. olan qırmızı qum daşının üzərində yazılmış 4, 4-cü abidə isə uzunluğu 92, eni 68 sm. olan daşın üzərində yazılmış 3 sətirdən ibarətdir. 4-cü abidənin daşı çox aşındığı üçün yazının bəzi yerləri pozulub. 2-ci və 3-cü abidədə yarımdairə və xaç şəkilli damğalar da var.
Barsum
Çaykənd (1991-ci ilədək Barsum) – Azərbaycan Respublikasının Şəmkir rayonunun inzibati ərazi vahidində kənd. == Tarixi == Aşağı Çaykənd Şəmkir rayonunun Barsum inzibati ərazi vahidində kənd. Dağ ətəyində yerləşir. XIX əsrdə bu ərazidə Gürcüstandan və Ermənistandan gəlmə ermənilər məskunlaşdıqdan sonra kəndin adı Barsum kimi rəsmiləşdirilmişdir. Hal-hazırda, əsasən Ermənistanın Qaraqoyunlu mahalının Çay-kənd kəndindən və Göyçə mahalından didərgin salınmış Azərbaycanlı ailələr burada məskunlaşmışlar. Qədim tarixə malik Çaykənd kəndində elmi araşdırmalar aparmaq üçün qədimi abidələrlə zəngindir,rayon mərkəzindən uzaq və dağlıq ərazidə olmasına görə arxeoloqların nəzərini cəlb etməsə də,yaxın gələcəkdə elmə yeni töhfələrin verəcəyinə və kəndin qədim tarixinin üzə çıxmasına səbəb olacaqdır == Mədəniyyəti == Kənddə klub, kitabxana fəaliyyət göstərir, 1 orta məktəb binası, tibb məntəqəsi var. == Coğrafiyası və iqlimi == Şəmkir, Daşkəsən və Gədəbəy rayonlarının sərhədində yerləşir, kənd dağlarla əhatə olunub və 3 tərəfinin də dağlarla əhatələnməsi kəndin mənzərəsinə xüsusi ahəngdarlıq qatır. == İqtisadiyyatı == Əsas təsərrüfatı heyvandarlıq və əkinçilikdir.
Bərzük
Bərzük – İranın İsfahan ostanının Kaşan şəhristanının Bərzük bəxşində şəhər və bu bəxşin mərkəzi. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 3,211 nəfər və 936 ailədən ibarət idi.
Carcur
Carcur — İrəvan quberniyasının Aleksandropol qəzasında, indi Düzkənd (Axuryan) rayonunda kənd.
Kauçuk
Kauçuk (təbii) - bitkilərdən alınan təbii polimerdir. Ondan vulkanizasiya yolu ilə rezin əldə edilir. Kauçuk yüksək molekulalı, otaq temperaturunda yüksək qayıdış deformasiya xassələrinə malik elastomerlər qrupuna aiddir. Kauçuk təbii yolla Braziliyada heveya adlanan ağaclardan alınan lateksdən hazırlanır. Bu maddənin adı Braziliyia əhalisinin lateksdən hazırladıqları "kauçu" (kau-ağac, uçu-axmaq deməkdir) sözü ilə bağlıdır. Kauçuk, plastik kütlə, sintetik liflər və s.dedikdə polimer maddələr nəzərdə tutulur. Müasir sənayenin yüksək texniki səviyyəsini kauçuksuz təsəvvür etmək çətindir. Rezin müxtəlif sahələr üzrə istifadə edilməsini səviyyələndirmək üçün yada salmaq kifayətdir ki, TU-104 markalı sərnişin təyyarəsində 126 min müxtəlif rezin hissə var. Bir tankın istehsalına 800 kq, bir yük avtomobilinə 240 kq, təyyarəyə 600kq, böyük gəmiyə isə 68 ton kauçuk sərf olunur. Bir sıra müsbət xassələrinə - elastikliyinə, elektriki keçirməməsinə, havanı müxtəlif qazları, habelə suyu özündən buraxmamasına, sürtünməməyə qarşı davamlılığına, kimyəvi cəhətdən aqressiv sayılan maddələrdə xarab olmamasına və s.görə kauçuk,sənayenin müxtəlif sahələri üçün olduqca qiymətli və əvəz edilməz materialdır.
Marduk
Nibiru (tərcüməsi Keçid planeti, müasir dilimizdə X planeti) — Günəş sistemində yerləşdiyi güman edilən xəyali planet. Yer planetindən 4 dəfə böyükdür. == Tədqiqatlar == Bəzi tədqiqatçıların iddialarına görə bu səmavi cisim Şumer mətnlərində Günəş sistemində 12-ci planet kimi təsvir olunub. Əfsanəyə görə, planet hər 3600 ildən bir Mars və Yupiter arasında peyda olur. Lakin bu məsələ ilə bağlı nə şumerşünaslıq, nə də astronomiya sahəsində konkret elmi işlər mövcud deyildir. == Şumer inancı == Əfsanəyə görə bu planet əvvəllər gəlmiş və insanlığı yaratmışdır. Şumerlər onları "Anunakilər" yəni tanrılar adlandırmışdırlar. Əfsanəyə görə onların kişilərinin boyu 5 metrə, qadınlarının boyu isə 3 metrə çatarmış. Şumer tabletlərində onlar qanadlı təsvir olunmuş üzləri isə sanki maska ilə örtülü olarmış. Bu da onu göstərir ki, onlar bu planeti mühitinə uyğun olmayan bir şəkildə tənəffüs edirlər.
Yalçuk
Arcut
Arçut (rus. Арчут) — Pəmbək mahalında, indiki Quqark rayonunda kənd. == Tarixi == Arçut İrəvan quberniyasının Pəmbək mahalında, Böyük Qarakilsə şəhərindən 6 km şimal-qərbdə, Bozabdal dağının ətəyində, Pəmbək çayının yaxınlığında yerləşir. Qafqazın 5 verstlik xəritəsində Arçut kimi qeyd edilmişdirToponim artuç (ardıc) bitki adı əsasında yaranmışdır. Fitotoponimdir. Quruluşca sadə toponimdir. == Coğrafiyası və iqlimi == Kəndi Arçut çayı 2 bölür.Bazum daglarının ətəyində yerləşir.Soyuq kontinental iqlimi var yayi +18,+28 qışı +4,-25 dərəcə olur. == İqtisadiyyatı == Əkinçilik və heyvandarlıq daha geniş yayılıb. Tikiş fabrikasında 1230 nəfər işçi olub. 2240 nəfər basqa yerlərdə işləyənlər olub.
Arçud
Arçud Borçalı bölgəsində kənd adı. == Toponimkası == Arçud - Borçalı bölgəsində kənd adı. İrəvan quberniyasının Aleksandropol qəzasında bir azərbaycanlı kəndi də (1988-ci ildə həmin kəndin 700 ailəsi Azərbaycana deportasiya edilmişdir) Arçut adlanırdı. Həmin qəzada Arçut adlı xaraba kənd vardı. Türk dillərində arça (ardıc) ağac adındandır.
Barak
Barak — Kişi adı. Bu adı olan tanınmışlarBarak Obama — ABŞ prezidenti.DigərBarak (mifologiya) — türk mifologiyasında müqəddəs it.
Barum
Yuxarı Çaykənd (1991-ci ilədək Barum) – Azərbaycan Respublikasının Şəmkir rayonunun inzibati ərazi vahidində kənd. Kəndin əhalisi 414 nəfər təşkil edir ki, onun da 222 nəfəri kişi, 192 nəfəri isə qadındır. == İqtisadiyyatı == Əsas təsərrüfatı heyvandarlıq və əkinçilikdir.
Baruq
Barıq (Qoşaçay)
Borçu
Borçu (Monqolca: Bo'orču, Boγorču, Farsca: بورچى نويان Būrchī Nūyān, بوغورچى نويان Būghūrchī Nūyān, Çincə: 孛斡兒出, 博爾朮), ?-?)— Çingiz xanın andası. Çingiz xanın ən məşhur dörd sərkərdəsindən biri. == Həyatı == Borçu Naxu-bayan oğlu idi. O, Arulat tayfasından çıxmışdı. Temuçinin uşaqlıq dostu idi. 1204-cü ilin qışında Çingiz xan keşik adlı şəxsi qvardiyasını yaratdı. Bu qvardiyanı dörd hissəyə böldü. Hissələrin birinə Borçu başçılıq edirdi.
Aleksandr Berçek
Aleksandr Berçek (serb dilində: Aleksandar Berçek; 4 sentyabr 1950, Vrdnik, Serbiya, Yuqoslaviya) — Yuqoslaviya və serb aktyoru. == Həyatı == "Kimsə orada oxuyur" filmində roluna görə əsas kişi rolu üçün Qızıl Arena mükafatını almışdır. O, 1993-cü ildən 1997-ci ilədək Serbiya Milli teatrının direktoru olmuşdur. 2001-ci ildə "Pavle Vyisiç" mükafatını almışdır.
Anri Barbüs
Anri Barbüs (fr. Henri Barbusse; 17 may 1873[…] – 30 avqust 1935[…], Moskva) — Birinci Dünya Müharibəsi və kommunizm mövzularında əsərlər yazmış fransız yazar. Anri Barbüs 1873-cü ildə Fransanın İl-de-Frans departamentinə daxil olan Asnieres-sur-Seine adlı kiçik şəhərdə anadan olmuşdur. 1889-cu ildə 16 yaşı olarkən Parisə köçmüşdür. 1914-cü ildə 41 yaşında olarkən Fransa ordusuna könüllü qoşulmuşdur. Birinci Dünya Müharibəsi zamanı Almaniyaya qarşı mübarizə aparan Fransa orusu sıralarında döyüşən Barbüs gələcəkdə yazacağı əsərlər üçün mövzular toplayırdı. Ağ ciyərində xəstəlik yarana qədər 17 ay boyunca Fransa ordusunda xidmət etmişdir. Birinci Dünya Müharibəsi zamanı cəbhələrdə yaşadığı təcrübələrə əsaslanan (fr. Le Feu) Alov adlı əsərin 1916-cı ildə çap edilməsi, Barbüsün hələ müharibə başa çatmadan məşhurlaşmasına səbəb olur. 1918-ci ilin yanvar ayında Anri Barbüs Moskva şəhərinə yollanır.
Balbuk (Uçalı)
Balbık (başq. Балбыҡ, rus. Старобалбуково) — Başqırdıstan Respublikasının Uçalı rayonunda yerləşən kənd. Kənd Tunqatar kənd şurasının tərkibindədir. == Coğrafi yerləşməsi == Məsafələr: rayon mərkəzindən (Uçalı): 56 km, ən yaxın dəmiryol stansiyasından (Kuramino stansiyası): 16 km. == Əhali == === Milli tərkibi === 2002-ci ildə keçirilən Ümumrusiya əhalinin siyahıya alınmasına əsasən kənddə başqırdlar (98 %) üstünlük təşkil edir.
Bambuk ayısı
Böyük panda (çin 熊貓, 熊猫, Xiongmao; lat. Ailuropoda melanoleuca) və ya bambuk ayısı — ayıkimilər fəsiləsinə aid məməli heyvan növü. Vətəni mərkəzi Çin hesab olunur. Çinin (Şərqi Tibet, Sıçuan, Yunnan) dağ meşələrində yaşayır. Ovçuluq, kənd təsərrüfat sahələrini genişləndirilməsi, meşəliklərin qırılması və digər səbəblərdən nəsli məhv olmaq təhlükəsi altındadır. Buna görə də adı qırmızı kitaba salınmışdır. == Bədən quruluşu == Gözlərinin ətrafında, qulaqlarını üzərində və gövdəsində böyük qara rəngli xəz ilə xarakterizə olunur. Düşünülür ki, bu cür rəng kombinasiyası kölgəli, yaxud qarlı-qayalı ərazilərdə kamuflyaj üçün yararlıdır. Hündürlükləri 1.6-1.9 metr aralığında dəyişir. Yetkin pandaların ağırlığı 100-120 kq arasında dəyişir.
Barbus brachycephalus
Xəzər şirbiti (lat. Luciobarbus brachycephalus) — heyvanlar aləminin xordalılar tipinin şüaüzgəclilər sinfinin çəkikimilər dəstəsinin çəkilər fəsiləsinin luciobarbus cinsinə aid heyvan növü. Dənizin cənub və qərb hissələrində yayılmışdır və adətən sahilə yaxın 13-24 m dərinliklərdə yaşayır. Keçici balıqdır, çoxalmaq üçün Kür, Səfidrud, Lənkəran, Qorqan, həmçinin Terek çaylarına girir. Xəzər şirbitinin kürü vermək üçün çaya girməsi ildə 2 dəfə yaz və yay-payız aylarında müşahidə olunur. Kütləvi çaya girmə yazda (martda) suda temperatur 6,7-11°C olduqda başlayır və aprelin sonunadək davam edir. Yay mövsümündə isə suyun temperaturu 25,2 - 27,2°C olduqda baş verir. Küləkli havalar, xüsusən dənizdən əsən küləklər, balıqların çaya girməsini sürətləndirir. Xəzər şirbiti iri balıqdır, ovlanmış balıqlar içərisində 10-15 kq ağırlığında fərdlərə rast gəlmək olur, lakin kütləsi 2-6 kq olanlar çoxluq təşkil edir. Xəzər şirbiti ləng böyüyən və gec cinsi yetişkənliyə çatan balıqdır: dişilər 7-9 yaşında, erkəklər isə dişilərdən 1-2 il tez cinsi yetişkənliyə çatır.