Bu məqalədəki məlumatların yoxlanıla bilməsi üçün əlavə mənbələrə ehtiyac var. |
Anri Barbüs (fr. Henri Barbusse; 17 may 1873[1][2][…] – 30 avqust 1935[3][1][…], Moskva[3]) — Birinci Dünya Müharibəsi və kommunizm mövzularında əsərlər yazmış fransız yazar.
Anri Barbüs | |
---|---|
fr. Henri Barbusse | |
Doğum adı | Adrien Gustave Henri Barbusse[4] |
Doğum tarixi | 17 may 1873[1][2][…] |
Vəfat tarixi | 30 avqust 1935[3][1][…] (62 yaşında) |
Vəfat yeri | |
Vəfat səbəbi | ağciyər iltihabı |
Dəfn yeri | |
Milliyyəti | Fransız |
Fəaliyyəti | yazıçı, jurnalist, ssenarist, bioqraf, romançı, siyasətçi, rəssam, şair, tarixçi |
Əsərlərinin dili | fransız dili |
Üzvlüyü | |
Mükafatları | |
Anri Barbüs Vikimənbədə | |
Vikianbarda əlaqəli mediafayllar |
Anri Barbüs 1873-cü ildə Fransanın İl-de-Frans departamentinə daxil olan Asnieres-sur-Seine adlı kiçik şəhərdə anadan olmuşdur. 1889-cu ildə 16 yaşı olarkən Parisə köçmüşdür. 1914-cü ildə 41 yaşında olarkən Fransa ordusuna könüllü qoşulmuşdur. Birinci Dünya Müharibəsi zamanı Almaniyaya qarşı mübarizə aparan Fransa orusu sıralarında döyüşən Barbüs gələcəkdə yazacağı əsərlər üçün mövzular toplayırdı. Ağ ciyərində xəstəlik yarana qədər 17 ay boyunca Fransa ordusunda xidmət etmişdir. Birinci Dünya Müharibəsi zamanı cəbhələrdə yaşadığı təcrübələrə əsaslanan (fr. Le Feu) Alov adlı əsərin 1916-cı ildə çap edilməsi, Barbüsün hələ müharibə başa çatmadan məşhurlaşmasına səbəb olur.
1918-ci ilin yanvar ayında Anri Barbüs Moskva şəhərinə yollanır. Burada rus bir qadınla evləndikdən sonra Sovet İttifaqı Kommunist Partiyasına üzv olur. Barbüsün bu tarixdən etibarən olan fəaliyyəti əsasən kommunizm mövzulu əsərlərin yazılması ilə bağlıdır. 1930-cu ildə çap edilən (fr. Manifeste aux Intellectuels, Elevations) adlı əsəri kommunizm və inqilab ruhunda yazılmış ən uğurlu əsər kimi göstərilir. 1921-ci ildə yazılan (fr. Le Couteau entre les dents) adlı əsərində isə Barbüs Bolşevizm və Oktyabr inqilabı ilə bağlı öz düşüncələrini izah etmişdir. 1923-cü ildə Fransız Kommunist Partiyasına qatılan Barbüs növbəti illərdə SSRİ-yə bir necə dəfə səfər etmişdir.
Fransa kommunist ədəbiyyatının və Avropada kommunizm ideyalarının yayılmasında böyük xidmətləri olmuş Henri Barbüs 1935-ci ilin 30 avqust tarixində Moskva şəhərində vəfat etmişdir. Barbüsün məzarı Parisin Per-Laşez məzarlığında yerləşir.