Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Verona
Verona — (ven. Veròna‎) İtaliyanın Veneto regionunda Adice çayı sahilində 258.031 əhalisi olan şəhərdir. Regionun və şimal-şərqi İtaliyanın ən böyük şəhər bələdiyyəsidir, yeddi əyalətindən biri olan Verona əyalətinin paytaxtıdır. Verona şəhər aqromerasiyası 1426 km² ərazini əhatə edir və əhalisi 714,310 nəfərdir. Mədəni, tarixi və memarlıq irsi, yarmarka və şouları, həmçinin qədim Roma amfiteatrı olan Arenada təşkil edilən opera sezonları bu şəhəri Şimali İtaliyanın əsas turistik yerlərindən birinə çevirib. 13-14-cü əsrlər arasında şəhər della Skala ailəsi tərəfindən idarə olunurdu. Ailənin, xüsusən də I Kanqrande della Skalanın hakimiyyəti altında şəhər böyük tərəqqi yaşadı, zəngin və qüdrətli oldu və yeni divarlarla əhatə olundu. Verona ətrafında çoxsaylı abidələrdə della Skala dövrü qorunub saxlanılır. Uilyam Şekspirin iki pyesi Veronada cərəyan edir: Romeo və Cülyetta və İki veronalı əsilzadə. Şekspirin nə vaxtsa Verona və ya İtaliyaya getdiyi məlum deyil, lakin onun pyesləri Verona və ətraf şəhərlərə çoxlu ziyarətçi cəlb edib.
BelKA
BelKA (rus. БелКА Abreviatura Белорусский космический аппарат ) Belarus Milli Elmlər Akademiyası tərəfindən sifariş edilən uzaqdan idarə olunan Belorusiya kosmik aparatı Rusiyanın Raket və Kosmos Korporasiyası "Enerji" şirkəti tərəfindən "Victoria" universal kosmik platformasına əsaslanaraq yaradılmışdır. Başlanğıc 26 iyul 2006-cı ildə Baykonur da baş verib və raket daşıyıcısı Dnepr vasitəsinin qəzası səbəbindən uğursuzluqla nəticələnmişdir. İkinci Belarusiya Distant Məsafədən zondlama peyki (БелКА-2) 2012-ci ildə buraxılmışdır. Gələcəkdə, Birlik dövlətinin (Rusiya ve Belarusiya Birlik Dövləti) maraqları əsnasında istifadə üçün bir peyk qrupu qurulması planlaşdırılır. == BelKA Yaradılma tarixi == İlk Belarusiya peykinin layihəsi 2003-cü ildə qoyuldu. "BelKa" kosmis aparatı Belarusiya-Rusiya Distant Məsafədən zondlama qrupunun bir elementi kimi planlaşdırılrdı. Bura daxil olan məlumatlar Fövqəladə Hallar Nazirliyi , Təbii Sərvətlər və Ekologiya Nazirliyi, Nəqliyyat Nazirliyi və digər aidiyyəti orqanlar üçün zəruridir.
Bella
Bella — ad. Bella Svon — Stefani Mayer tərəfindən yazılmış “Alatoran” romanlar seriyasının əsas qəhrəmanlarından biridir. Bella Çao — Bella Porç — Filiipin əsilli amerikalı internet ulduzu və müğənni. Bella Davidoviç — yəhudi əsilli sovet-amerikan pianoçusu. Bella Hadid — Fələstin əsilli amerikalı model.
Bela
Bela — ad. Bela Luqoşi — Macar teatr oyunçusu və qorxu filmi aktyoru. Bela Tarr — macar rejissor, prodüser, ssenarist. Bela Bartok — Macarıstan bəstəkarı, folklorşünası.
Hellas Verona
"Hellas Verona FK " — İtaliyanın futbol klubu. Verona şəhərini təmsil edir. Klubun əsas rəngləri sarı və göydur. Hal hazırda peşəkar futbol klubu statusuna malikdir və İtaliyanın yüksək futbol liqası olan A Seriyasında iştirak edir. Klubun ən böyuk naliyyəti 1985-ci ildə İtaliya çempionu olmasıdır. == Tarixi == Futbol klubu 1903-cü ildə İtaliyanın Verona şəhərində yerləşən litseyin tələbələri tərəfindən yaradılıb. Kluba ilk adı Hellas olub və bu adı kluba litseyin yunan dili müəllimi verib. Daha sonra, 1919-cu ildən başlayaraq klub "Hellas Verona" adlanmağabaşlayıb. Klub 1911-ci ildən başlayaraq əyalət çempionatında iştirak edib. Verona klubu 1929-cu ildə İtaliyanın "B Seriyası"nda debut edib.
Korona virus
Koronavirus — məməlilərdə və quşlarda xəstəliklərə səbəb olan RNT virus qrupudur. İnsanlarda və quşlarda yüngüldən ölümcülə qədər nəticəsi ola bilən tənəffüs yolu infeksiyasına səbəb olur. İnsanlarda yüngül formasına zökəmin bəzi halları daxildir (buna digər viruslar, əsasən rhinoviruslar səbəb olur). Daha ölümcül növləri SARS, MERS və COVID-19 xəstəliyinə səbəb ola bilir. Bu virus inək və donuzlarda diareyaya, siçanlarda isə hepatit və ensefalomiyelitə səbəb olur. Hazırda insanları koronavirus infeksiyasına qarşı qoruyan və ya müalicə edən dərman və ya vaksin yoxdur. Koronavirus koronaviruslar ailəsinə aiddir. Tam olaraq orthocoronavirinae fəsiləsinin nidovirales dəstəsinin koronaviruslar sinifinə aiddirlər. Koronaviruslar superkapsid viruslardır. (+)ssRNA virus və RNT genomuyla kapsid spiral simmetriyaya malikdirlər.
Krubera-Voronya
Krubera mağarası və ya Voronya — Dünyanın ən dərin mağarası. Dərinliyi 2212 metrdir. Gürcüstan ərazisində yerləşir. Hal-hazırda Gürcüstan Respublikasının torpaqlarında yerləşir.
Verona (mahnı)
Verona — Estoniyanın 2017 Avroviziya Mahnı Müsabiqəsindəki mahnısı. Koyt Toome və Laura Pıldvere dueti "Verona" mahnısı ilə Estoniyanı Ukraynanın paytaxtı Kiyevdə keçirilən Avroviziya 2017-də təmsil etmişdir. Mahnı Estoniyalı bəstəkar Sven Lıhmus tərəfindən yazılmışdır. Mahnının eyni zamanda italyan dilində səslənən versiyası da mövcüddür.
Verona Arenası
Verona Arenası (it. Arena di Verona) — Klassik Romalılardan qalma qədim arena. Ən yaxşı saxlanılan ən qədim tikililərdən biridir. Geniş miqyaslı teatr və opera sənət əsərləri nümayiş etdirilən amfiteatrdır.
Verona Universiteti
Verona Universiteti (it. Università degli Studi di Verona) — İtaliyanın Verona şəhərində yerləşən ali təhsil müəssisəsi. == Tarixi == Verona Universitetinin əsası 1982-ci ildə qoyulmuşdur.
Korona (Kaliforniya)
Korona (ing. Corona) — ABŞ-nin Kaliforniya ştatının Riversayd qraflığında yerləşən şəhər.
Banksia bella
Dryandra pulchella (lat. Dryandra pulchella) — bitkilər aləminin proteyaçiçəklilər dəstəsinin proteyakimilər fəsiləsinin dryandra cinsinə aid bitki növü.
Bekaa vadisi
Biqa vadisi (ərəb. وادي البقاع‎‎‎‎ Wādī l-Biqā‘) — Livanın şərqində yerləşən vadi. Romalılar dövründə önəmli kənd təsərrüfatı sahəsi kimi istifadə edilən vadi, bu gün də Livanda eyni məqsədlər üçün istifadə edilir. Paytaxt Beyrut şəhərindən 30 km qərbdə yerləşir.
Belaya Kalitva
Belaya Kalitva — Rusiya Federasiyasında yerləşən şəhər. Rostov vilayətinə daxildir.
Belaya Tserkov
Bila Tserkva (ukr. Біла Церква) — Ukraynanın Kiyev vilayətində şəhər.
Belaya Xolunitsa
Belaya Xolunitsa — Rusiya Federasiyasında yerləşən şəhər Kirov vilayətinə daxildir
Bella Ahmadulina
Bella (İzabella) Ahatovna Axmadulina (rus. Бе́лла (Изабе́лла) Аха́товна Ахмаду́лина; 10 aprel 1937 – 29 noyabr 2010) — Sovet və Rusiya şairəsi, yazıçı və tərcüməçisi, XX əsrin ikinci yarısında ən böyük rusiya lirik şairələrindən biri. Beynəlxalq PEN Klubunun Rusiya bölməsinin Rus PEN Mərkəzinin icraiyyə komitəsinin və A.S.Puşkin adına Təsviri incəsənət muzeyinin dostları Cəmiyyətinin üzvü, Amerika İncəsənət və Ədəbiyyat Akademiyasının fəxri üzvü. == Həyatı == 19 yaşında Qorki adına Ədəbiyyat institutuna daxil olanda Bella artıq ulduz idi. Hamı onunla tanış olmağa can atırdı. Şairə ətrafındakıları nəinki şeirləri, özünəməxsus oxumaq qaydası ilə və həm də özünə əminliyi ilə heyran edirdi. Nasir və şair Kiril Kovalci Bellanı belə xatırlayırdı: “Sanki qız kim olduğunu və rus poeziyasında nə kimi yer tutduğunu atıq bilirdi”. Bellanın poeziyasının rus ədəbiyyatına daxil olmasına heç kim şübhə eləmirdi, İosif Brodski özü şairəni lermantov-pasternak xəttnin şəksiz varisi sayırdı. Pavel Antokolskiy adlı şair-dramaturq yazırdı: “Salam, Bella adlı möcüzə!”. Məşhur sirk artisti Leonid Yengibarov tez-tez təkrarlayırdı: “Belloçka, bu işıqlı dünyada iki faciəvi kloun var, biri sənsən, biri mən”.
Bella Axmadulina
Bella (İzabella) Ahatovna Axmadulina (rus. Бе́лла (Изабе́лла) Аха́товна Ахмаду́лина; 10 aprel 1937 – 29 noyabr 2010) — Sovet və Rusiya şairəsi, yazıçı və tərcüməçisi, XX əsrin ikinci yarısında ən böyük rusiya lirik şairələrindən biri. Beynəlxalq PEN Klubunun Rusiya bölməsinin Rus PEN Mərkəzinin icraiyyə komitəsinin və A.S.Puşkin adına Təsviri incəsənət muzeyinin dostları Cəmiyyətinin üzvü, Amerika İncəsənət və Ədəbiyyat Akademiyasının fəxri üzvü. == Həyatı == 19 yaşında Qorki adına Ədəbiyyat institutuna daxil olanda Bella artıq ulduz idi. Hamı onunla tanış olmağa can atırdı. Şairə ətrafındakıları nəinki şeirləri, özünəməxsus oxumaq qaydası ilə və həm də özünə əminliyi ilə heyran edirdi. Nasir və şair Kiril Kovalci Bellanı belə xatırlayırdı: “Sanki qız kim olduğunu və rus poeziyasında nə kimi yer tutduğunu atıq bilirdi”. Bellanın poeziyasının rus ədəbiyyatına daxil olmasına heç kim şübhə eləmirdi, İosif Brodski özü şairəni lermantov-pasternak xəttnin şəksiz varisi sayırdı. Pavel Antokolskiy adlı şair-dramaturq yazırdı: “Salam, Bella adlı möcüzə!”. Məşhur sirk artisti Leonid Yengibarov tez-tez təkrarlayırdı: “Belloçka, bu işıqlı dünyada iki faciəvi kloun var, biri sənsən, biri mən”.
Bella Beletskaya
Bela Beletskaya — aktrisa. == Həyatı == Bella Qeorqiyevna Beletskaya Ukrayna aktrisasıdır. Azərbaycanda və Gürcüstanda filmlərə çəkilib. Gürcüstanın əməkdar artistidir (1943).
Bella Davidoviç
Bella Mixaylovna Davidoviç ( rus. Бе́лла Миха́йловна Давидо́вич) — yəhudi əsilli sovet-amerikan pianoçusu. Bella Mixayılovna Davidoviç 1928-ci ilin 16 iyun tarixində Bakı şəhərində yəhudi ailəsində anadan olub. 6 yaşı olarkən piano təhsili almağa başlayır və cəmi üç il sonra Lüdviq van Bethovenin 1 nömrəli piano konserti parçasını sərbəst işləyir. 1939-cu ildə musiqi təhsilini genişləndirmək üçün Moskva şəhərinə köçür. 18 yaşı olarkən daxil olduğu Çaykovski adına Moskva Dövlət Konservatoriyasında dövrünün tanınmış musiqişünasları Konstantin İqumunov və Yakov Filyerdən dərslər almışdır. Pianoçunun ilk böyük uğuru Frederik Şopenin xatirəsinə həsr olunmuş musiqi yarışmasında dərəcə qazanması olmuşdur. Frederik Şopenin xatirəsinə həsr olunmuş musiqi yarışmasında qazanılmış uğur Bella Davidoviçin gələcək karyerasında dönüş nöqtəsi oldu və bundan sonra pianoçu SSRİ və Şərqi Avropada tanınmağa başlandı. Bella Davidoviç Sankt-Peterburq Filarmoniya orkestrında 28 mövsüm solist kimi fəaliyyət göstərmiş və eyni zamanda 16 il Çaykovski adına Moskva Dövlət Konservatoriyasında dərs demişdir. Pianoçu SSRİ musiqisi üçün əhəmiyyətli şəxs olmaqla yanaşı SSRİ mədəniyyət dairələrində qəbul edilmiş bir necə qadın sənətçidən biri olmuşdur.
Bella Hadid
İzabella Xair Hadid (ing. Isabella Khairiah Hadid; 9 oktyabr 1996, Vaşinqton) — Fələstin əsilli amerikalı model. == Həyatı == Bella Hadid Kaliforniya ştatının Los -Anceles şəhərində teleaparıcı və keçmiş model Yolanda Hadid və Fələstinli Amerikalı multimilyonçu Məhəmməd Hadidin ailəsində anadan olmuşdur. Model müsahibəsində" Atam Amerikaya ilk dəfə gələndə qaçqın idi,həmişə çox dindar idi və bizimlə birlikdə dua edirdi, müsəlman olduğum üçün qürur duyuram "dedi. Bellanın böyük bacısı model Gigi Hadid və kiçik qardaşı Ənvər Hadid var.Hadidin həmçinin atasının əvvəlki evliliyindən Mariel və Alana adlı 2 bacısı var. Yeniyetmə ikən Bella Hadid atçılıq idmanında uğur qazandı və 2016 -cı ildə Rio -de -Janeyroda keçiriləcək Olimpiya Oyunlarında iştirak etməyi planlaşdırırdı, lakin sonradan sağlamlıq səbəbiylə məşq edə və yarışa bilmədi. Həkimlər qıza gənə dişləməsinin səbəb olduğu lyme xəstəliyi diaqnozu qoydular. Anası Yolanda və qardaşı Ənvər də eyni xəstəlikdən əziyyət çəkirlər. Ancaq qız təslim olmadı və 2014 -cü ilin payızında Nyu -Yorka köçdü. Burada fotoqrafiya ilə məşğul oldu.
Bella Moretti
Bella Moretti (12 mart 1989, Las-Veqas, Nevada) — ABŞ pornoaktrisası. Bella Moretti ləqəbi ilə tanınan Ariel Miles 2008-ci ildə porno karyerasına başlayıb.
Bella Porç
Bella Porç (9 fevral 1997, Filippin) — Filiipin əsilli Amerikalı internet ulduzu və müğənni. == Həyatı == Bella Porç 8 fevral 1997-ci ildə Filippində anadan oldu və orada böyüdü. Bella 13 yaşında olanda ailəsi ABŞ-nin Texas ştatına köçdü. == Fəaliyyəti == === Fenomen və müğənni === Bella Porç 2020-ci ilin yanvarında TikTok hesabı açdı. 2020-ci ilin aprelindən etibarən oyun və cosplay məzmunlarında TikTok-da aktiv olaraq videolar paylaşdı. 2020 avqust ayında — 18 yaşında ingilis reper Milli B-nin "Soph Aspin Send" mahnısına dodaq sinxronzasiyası etdiyi TikTok videosu ən çok bəyənilən TikTok videoları siyahısında birinci sıraya çatmışdır. Həmçinin 7 iyun 2021-ci ildə TikTok platformasında 71.9 milyondan çox izləyici ilə ən çok izləyicisi olan Çarli Damelio və Addison Raedən sonra ən çox izlənən üçüncü şəxs olmuşdur. 14 may 2021-ci ildə sinql "Build a B*tch" mahnısını yayımladı. Bu mahnı Warner Records tərəfindən "tarixin ən böyük çıxışı" olaraq adlandırıldı. 100 Thieves adlı YouTube kanalının yayımladığı podkastların bir hissəsində mahnısının uşaqlığında yaşadığı şiddətlərə əsaslandığı deyilmişdir.
Bella Qinnes
Bella Qinnes (ing. Belle Sorenson Gunness); doğum adı Brunqilda Polsdotter Storşett (norv. Brynhild Paulsdatter Størseth; 11 noyabr 1859, Selbu, Norveç — 28 aprel 1908 ?, La Port, İndiana, ABŞ) — Norveç mənşəli Amerika serial qatili. Bella, boyu 183 sm və çəkisi təxminən 90 kq olan fiziki cəhətdən güclü bir qadın idi. Bəzi məlumatlara görə, bir neçə onilliklər ərzində 25-dən 40-a qədər adam öldürmüşdür. İddiaya görə, Bella öz təsərrüfatında baş vermiş yanğında vəfat etmişdir və rəsmi olaraq öldüyü elan edilsə də, ölüm xəbərini saxtalaşdırdığı barədə şayiələr (heç nə ilə təsdiqlənmədi) dəfələrlə ortaya çıxdı. == Bioqrafiyası == === Erkən illəri === Bella Qinnesin mənşəyi müzakirə mövzusudur. Bioqrafçılarının çoxu onun Norveçdə, Syorr-Tryondelaq əyalətindəki Selbu bələdiyyəsində bir göldə anadan olduğunu və Bryunnhilde Polsdotter Storşett adını aldığını iddia edir. Valideynləri Paul Pedersen Storşett (bir kərpic istehsalçısı) və Barit Olsdatter idi. Bella, ailənin 8 uşağının böyüyü idi.
Calliandra bella
Calliandra bella (lat. Calliandra bella) — bitkilər aləminin paxlaçiçəklilər dəstəsinin paxlakimilər fəsiləsinin kalliandra cinsinə aid bitki növü.
Cirona
Girona (rəsmi olaraq və kat: Girona; isp: Gerona) — İspaniyanın Kataloniya muxtariyyətində şəhər. Barselona şəhərindən təxminən 100 km məsafədə yerləşən şəhərin 2018-ci il məlumatlarına əsasən yüz mindən artıq əhalisi mövcuddur. Girona, katalon əsilli insanların ən sıx yaşadığı şəhərlərdən biridir.
Corone
Qoyunqulağı (lat. Silene) — bitkilər aləminin qərənfilçiçəklilər dəstəsinin qərənfilkimilər fəsiləsinə aid bitki cinsi.
Horonu
Horonu — Azərbaycan Respublikasının Yardımlı rayonunun inzibati ərazi vahidində kənd. == Tarixi == Horonu Yardımlı rayonunun Yolocaq inzibati ərazi vahidində kənd. Viləş çayının sahilində Qələbaşı dağının yamacındadır. Oykonim Talış dilindəki hor (mal yemləmək üçün təknə) və honi və ya honu (bulaq) sözlərinin birləşməsindən əmələ gəlib, "təknəli bulaq" mənasındadır. Yaşayış məntəqəsi salındığı ərazidəki bulağın adı ilə adlandırılmışdır.
Karona
Karona (it. Carona) — İtaliyada kommuna. Lombardiya bölgəsində, Berqamo əyalətində yerləşir. Əhalisi 356 nəfər (2008), əhalinin sıxlığı 8 nəfər/km². Sahəsi 44 km² ərazini tutur. Poçt kodu — 24010. Telefon kodu — 0345. Kommunanın himayədarı 24 iyunda qeyd olunan Vəftizçi Yəhyadır.
Koroça
Koroça — Rusiya Federasiyasında yerləşən şəhər, Belqorod vilayətinə daxildir.
Kortona
Kortona (it. Cortona) — İtaliyanın Toskana regionunda şəhər.
Morone
Amerika lavrakları (lat. Morone) — xanıkimilər dəstəsinə, Lavrakkimilər fəsiləsinə daxil olan cins. Cinsə daxil olan balıqlar Şimali Amerika ərazisində yayılmışdır. Zolaqlı lavraklar 1965-ci ildən Krasnodar diyarının sularında qeydə alınmışdır. Onlara Kuban çayında rastlamaq mümkündür.
Moroni
Moroni (fr. Moroni, ərəb. موروني‎) — Komor adalarının paytaxtı, Nqazica muxtar adasının inzibati mərkəzi, ölkənin ən iri şəhəri. == Adın etimologiyası == Hesab edilir ki, şəhərin adı malaqasi dilidə olan moron — "sahil" sözündən yaranıb ya da Kartala vulkanına işarə olaraq "odun ürəyi" deməkdir. Digər versiyaya görə ad Oundroni sözündən yaranıb "rifah" deməkdir. == İqtisadiyyatı == Şəhərdə dəniz portu və şahzadə Səid İbrahim adına beynəlxalq aeroport vardır. Moronidə kənd təsərrüfatı və emal müəssisələri vardır. == Tarixi == 1886–25 iyul 1912-ci ildə Moroni Bambao sultanlığının paytaxtı olub. 1962–6 iyul 1975-ci ildə Fransa nın dəniz ərazisi Komor adalarının paytaxtı olub. 6 iyul 1975-ci ildən Moroni müstəqil Komor adalarının paytaxtıdır.
Viorna
Ağəsmə (lat. Clematis) — bitkilər aləminin qaymaqçiçəklilər dəstəsinin qaymaqçiçəyikimilər fəsiləsinə aid bitki cinsi.
Vornak
Vornak, Vurnak, (1935–ci ildən) Akner (erm. Ակներ) — Ermənistan Respublikasının Loru mərzində kənd. Rusiya imperiyası zamanına aid rəsmi sənədlərdə kəndin adı həm Vornak, həm də Vurnak kimi qeyd edilir; Ermənistan SSR təşkil edildikdən 1935–ci ilədək rəsmən Vornak adlansa da, Ermənistan SSR Ali Soveti Rəyasət Heyətinin 3 yanvar 1935–ci il tarixli fərmanı ilə kəndin adı Akner olaraq dəyişdirildi. 7 noyabr 1995–ci il tarixində Ermənistan Respublikası Milli Məclisinin qəbul etdiyi və 4 dekabr 1995–ci ildə Ermənistan Respublikasının prezidenti Levon Ter-Petrosyanın təsdiq etdiyi "Ermənistan Respublikasının inzibati-ərazi bölgüsü haqqında Qanunu" na əsasən Allahverdi şəhəri ilə birlikdə "Alaverdi bələdiyyəsi"ni (erm. Ալավերդու քաղաքային համայնքի) təşkil edir. 12 – 21 oktyabr 2011–ci il siyahıyaalınmasına əsasən kəndin (de–yuri) daimi əhalisi 512 nəfərdir.
Voronej
Voronej — Rusiya Federasiyasında yerləşən şəhər, Voronej vilayətinə daxildir. == İqtisadiyyatı == Böyük iqtisadi mərkəzi. Businesses Rusiya kosmik sənayesi üçün avadanlıq yaratmaq. İlin Voronej regional məhsul 15 milyard dollar ötüb.
Vorsma
Vorsma — Rusiya Federasiyasında yerləşən şəhər Nijeqorod vilayətinə daxildir
Voruta
Voruta — 13-cü əsrdə kral Mindauqasın dövründə Litva Böyük Litva Knyazlığının paytaxtı olduğu düşünülür. Voruta haqqında yazılı mənbələrdə bir dəfə qısaca bəhs olunur və dəqiq yeri məlum deyil. Bütün qeyri-müəyyənliklərə baxmayaraq, Voruta anlayışı Litva təsəvvüründə məşhur və populyardır. == Tarixdə == İlk və yeganə litva kralı olan Mindauqas, doğma bacıları Tautvilas və Edivydasın Jemaytiya şahzadəsi Vykintasa qarşı daxili müharibəsi zamanı Vorutada müdafiə edildi. İpativ salnaməsindən götürülmüş bu məlumat, Voruta haqqında yazılmış yeganə çəlumatdır. Mindauqas qalası ifadəsinə daha iki dəfə rast gəlinmişdir, lakin nə adı, nə də yeri göstərilməmişdir. Bu qısa qeydlərin eyni yerə aid olub-olmadığı məlum deyil. Buna baxmayaraq, 19 və 20-ci əsrlərdə bəzi tarixçilər onu "Litvanın ilk paytaxtı" adlandırdılar və yerini müəyyənləşdirməyə çalışdılar. Ümumilikdə Vorutanın təklif edilən təxminən on dörd yeri var. Digərləri, Voruta'nın əsl şəhər olmadığını, sadəcə paytaxt mənasını verən bir sözün səhv şərh edildiyini iddia edirlər.
Coroya
Dalbergiya (lat. Dalbergia) — bitkilər aləminin paxlaçiçəklilər dəstəsinin paxlakimilər fəsiləsinə aid bitki cinsi. == Sinonimləri == === Heterotipik sinonimləri === Acouroa Aubl. Amerimnon P.Browne Coroya Pierre Drakensteinia DC. Drakenstenia Neck. Ecastaphyllum P.Browne Endespermum Blume Fornasinia Bertol. Hecastophyllum Kunth Miscolobium Vogel Podiopetalum Hochst. Pterocarpus P.J.Bergius Securidaca L. Semeionotis Schott Trioptolemea Mart. ex Benth. Triptolemea Mart. == Növləri == Dalbergia abrahamii Bosser & R.Rabev.