Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Bilbao
Bilbao (Bask dilində: Bilbo) İspaniyanın Şimalındakı, Basklar ölkəsinin (País de Vasco/Euskadi) əhali etibariylə ən böyük şəhəri və Biskay vilayəti nin (Vizcaya/Bizkaia) mərkəzidir. == Tarixi və iqtisadiyyatı == İspaniyanın şimalında şəhər. Əhalisi 352,3 min (2004; şəhərətrafı ilə 1,2 mln.-dan çox). Basklar Ölkəsi muxtar vilayətinin ən böyük şəhəri, Biskayya əyalətinin inz. m. Mühüm nəqliyat qovşağı. Nervyon çayının aşağı axınında, Atlantika okeanının Biskay körfəzindən 13,6 km aralı port (dəniz gəmiləri daxil olur; illik yük dövriyyəsi təqr. 8 mln. t-dur; əsasən, dəmir filizi, çuqun, şərab, konserv, maşın və avadanlıqlar ixrac, daş kömür, neft məhsulları, oduncaq idxal olunur). Sondika beynəlxalq aeroportu.
Bibai
Bibai (yap. 美唄市) — Yaponiyanın Hokkaydo adasında və eyni adlı prefekturanın Soraçi sabprefekturada yerləşən şəhər.
Binab
Bünab (yerli xalqın ləhcəsində bəzən Binab) (fars. بناب‎)— İranın Şərqi Azərbaycan ostanındakı Bünab şəhristanının inzibati mərkəzi. 2006-cı ilin hesablamalarına görə əhalisinin sayı 75 332 nəfərdir. Əhalisi azərbaycanlılardan ibarətdir və regionun ümumi dili Azərbaycan dilidir. Bünab şəhəri Marağa şəhəri və Urmiya gölünün arasında yerləşir. == Tarixi yerlər == Səvər kəndi, Qoyunlar və Çaxmaqlar köhulləri, Geymasxan kəndi, Siçan təpəsi, Erməni təpəsi, Çimən təpəsi, Supigan Qara Təpəsi, Gəzöviş Qara Təpəsi, Garaküllük təpəsi, Quruq təpəsi, Pus təpəsi, Süpigan yer altındakı köhüllər, Zuvara qəbirləri, İskəndər qalası, Qızlar qalası, Qarqa dərəsi,… Beş gözlü körpü, Meydan məscidi, Mehrava məscidi, Zərgərlər məscidi, İsmayıl bəy məscidi, Göy məscid, Həci Fətulla Hamamı, Mehrava hamamı, Seyfullama evi, Hac Əli Bəzzaz evi,… == Mədəniyyəti == Bünabın Kababı bütün dünyada tanınmışdır. Binabın Zuvara kəndinin üzümü dünyada ən yaxşı üzümdür və habelə binab xiyarı iranda tanınmışdır. İndilikdə Binabda olan Universitetlər (Kolleclər) bunlardılar: Azad İslam Universiteti, Pəyam-i Nur Universiteti (PNU), Enginering state university (Tabriz university), Power state university, Səhənd Universiteti, IT university. Bünabda olan fabrikaların sayı 100-dən artıqdır. Bünab kəndlərində yaşayanlar əkinçiliklə də məşğuldurlar.
İzabo
İzabo — İsraili Avraviziya 2012-də "İzabo" rok qrupu "Time" mahnısı ilə təmsil etdi. Qrup 4 musiqiçidən-Ran Shem-Tov (vokal və gitara), Shiri Hadar (klavir), Jonathan Levy (bas gitara) və Nir Mantzurdan (baraban) ibarətdir.
Athletic Bilbao
Atletik Bilbao (bask Athletic Kluba) — İspaniyanın Baskoniya bölgəsinin Bilbao şəhərini təmsil edən futbol klubu. Klub Real Madrid və Barselona ilə birlikdə La Liqada heç vaxt aşağı diviziyona düşməyən üç klubdan biridir. La Liqada səkkiz dəfə çempion olmuşdur ki, bu da ispan klubları arasında 4-cü ən yaxşı nəticədir. Atletik İspaniya Kral Kubokunu 24 dəfə (İspaniya Futbol Federasiyası 23 qələbəni qəbul edir) qazanmışdır ki, bu nəticə ilə onlar yalnız Barselona klubundan geridə qalır. Atletikin əsas iki rəqibi vardır. Bunlardan biri Real Sosyedad, digəri isə həm idman, həm də siyasi cəhətdən bir-birinə rəqib olan Real Madriddir. == Tarixi == Atletik Bilbao, İspaniyanın Bask bölgəsinin futbol komandasıdır. 1928-ci ildə bəri La Liqada mübarizə edən üç klub Real Madrid və Barselona ilə birlikdə La Liqadan heç düşməmiş üç komandadan biridir. Athleic Bilbao 8 dəfə La Liqanın, 24 dəfə də İspaniya Kubokunu qazanmağı bacarmışdır. Bask bölgəsinin digər komandalarından fərqli olan Atletik Bilbao bölgə xaricində heç bir oyunçunu komandasında oynatmaz.
Babo
Babo (16 noyabr 1976, La Tortuqa[d]) — məşhur Meksika reperi.
Babbo Natale
Şaxta baba (rus. Дед Мороз və ya Дедушка Мороз; belar. Дзед Мароз; ukr. Дід Мороз; serb. Деда мраз; bolq. Дядо мраз; sloven. Dedek Mraz; mak. Дедо мраз; xorv. Djed Mraz ) — Yeni il bayramının əsas nağıl personajı.
Binab (Zəncan)
Binab (fars. بيناب‎) — İranın Zəncan ostanında kənd.. == Coğrafi yerləşməsi == Kənd Zəncan şəhristanında, Zəncan şəhərinin 18 kilometrliyində yerləşir. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 604 nəfər yaşayır (172 ailə).
Teo Siabo
Time (İzabo)
Time — Eurovision 2012 Mahnı Müsabiqəsində İsraili təmsil edən İsrailin rok qrupu Izabonun mahnısı.
Atletik Bilbao FK
Atletik Bilbao (bask Athletic Kluba) — İspaniyanın Baskoniya bölgəsinin Bilbao şəhərini təmsil edən futbol klubu. Klub Real Madrid və Barselona ilə birlikdə La Liqada heç vaxt aşağı diviziyona düşməyən üç klubdan biridir. La Liqada səkkiz dəfə çempion olmuşdur ki, bu da ispan klubları arasında 4-cü ən yaxşı nəticədir. Atletik İspaniya Kral Kubokunu 24 dəfə (İspaniya Futbol Federasiyası 23 qələbəni qəbul edir) qazanmışdır ki, bu nəticə ilə onlar yalnız Barselona klubundan geridə qalır. Atletikin əsas iki rəqibi vardır. Bunlardan biri Real Sosyedad, digəri isə həm idman, həm də siyasi cəhətdən bir-birinə rəqib olan Real Madriddir. == Tarixi == Atletik Bilbao, İspaniyanın Bask bölgəsinin futbol komandasıdır. 1928-ci ildə bəri La Liqada mübarizə edən üç klub Real Madrid və Barselona ilə birlikdə La Liqadan heç düşməmiş üç komandadan biridir. Athleic Bilbao 8 dəfə La Liqanın, 24 dəfə də İspaniya Kubokunu qazanmağı bacarmışdır. Bask bölgəsinin digər komandalarından fərqli olan Atletik Bilbao bölgə xaricində heç bir oyunçunu komandasında oynatmaz.
Fransua Ribado Düma
Fransua Ribado Düma (fr. François Ribadeau Dumas; 14 iyun, 1904 – 27 dekabr, 1998) — fransız yazıçı, tarixçi və publisist. == Həyatı == Fransua Ribado Düma 14 iyun 1904-cü ildə Nöyi-sür-Sendə anadan olmuşdur. Gizli ezoterik elmlərlə üzrə mütəxəssis. O, rəsmi Paris-Rive Qaşe bələdçi-direktoru və Qastronomiya Mətbuat Assosiasiyasının (l'Association de la presse gastronomique) qurucu üzvü olmuşdur. Parisin 7-ci dairəsinin (Saint-Tomas-d'Aquin) müşaviri və Senanın baş müşaviri idi. Fransua Ribado Düma 27 dekabr 1998-ci ildə vəfat etmişdir. == Əsərləri == Histoire de Saint-Germain-des-Prés (1959); Hitler et la sorcellerie (1975). (Azərbaycanca tərcüməsi: Hitler: insan, yoxsa şeytan? Bakı: TEAS-Press, 2021); Spiritualité de la magie (1995); Grandeur et misère des Jésuites (1994); La Magie chez les Jésuites (1989); La Lumière et l'illumination (1984).
Biab (Zəncan)
Biab — İranın Zəncan ostanında kənd.. == Coğrafi yerləşməsi == Mərkəzi şəhristanının Sirdan bölgəsinin Yuxarı Tarım kəndistanında, Sirdan qəsəbəsindən cənubdadır.
Mirabo (Yuxarı Provans Alpları)
Mirabo (fr. Mirabeau, oks. Mirabèu) — Fransada kommuna, Provans-Alp-Kot-d'Azur regionunda yerləşir. Departament — Yuxarı Provans Alpları. Qərbi Din-le-Ben kantonuna daxildir. Kommunanın dairəsi — Din-le-Ben. INSEE kodu — 04122. == Əhalisi == 2008-ci ildə əhalinin sayı 2875 nəfər təşkil edirdi. == İqtisadiyyatı == 2007-ci ildə əmək qabiliyyətli 307 nəfər (15-64 yaş) arasında 237 nəfər iqtisadi fəal, 70 nəfər fəaliyyətsizdir (fəaliyyət göstərici 77,2%, 1999-cu ildə 70.9%). Fəal 237 nəfərdən 219 nəfər (111 kişi və 108 qadın) işləyir, 18 nəfər işsizdir (8 kişi və 10 qadın).
Petrus de Monte Libano
Petrus de Monte Libano — Səfəvi imperiyası ilə Avropa ölkələrinin ortaq düşməni olan Osmanlı imperiyasına qarşı ittifaq məsələlərini müzakirə etmək üçün Macarıstan kralı II Layoş və Müqəddəs Roma imperiyası imperaotru V Karl tərəfindən Səfəvi sarayına gönədrilmiş diplomat. == 1516-cı il missiyası == Petrus de Monte Libano suriyalı bir maronit idi və Səfəvi sarayına ilk dəfə 1516-cı ildə göndərilmişdi. İlk səfəri zamanı görünür, I İsmayıl Osmanlı ilə yeni bir müharibədə maraqlı olmamışdır. Geri dönüş zamanı o, I İsmayıl tərəfindən avropalı hökmdarlar üçün yazılmış məktubla göndərilmişdir. Polşa sarayına antiosmanlı təkliflərlə gedən Petrus onlara I İsmayıl tərəfindən yazılmış məktubları təqdim etmişdir. == 1523–1525-ci il missiyaları == 1523-cü ildə o, yenidən Səfəvi sarayına göndərildi. İlk səfəri zamanı görünür, I İsmayıl Osmanlı ilə yeni bir müharibədə maraqlı olmamışdır. 1523-cü ilin oktyabrında Petrus de Monte Libano imperator V Karl və Mararıstan monarxı II Layoşun göstərişi ilə yenidən Habsburq-Səfəvi ittifaqını formalaşdırmaq üçün Səfəvi sarayına göndərilir. Səfəvi sarayəna çatdıqdan sonra Petrus Şah İsmayıl tərəfindən qəbul edildi. Fars dilini bilən Petrus şaha Avropadakı siyasi vəziyyəti ifadə edən hesabatını təqdim etdikdən sonra, İspaniya və Müqəddəs Roma imperatoru V Karlın, onun qohumu II Layoşun salamlarını I İsmayıla çatdırdı.
Bibb qraflığı (Alabama)
Bibb dairəsi (ing. Bibb County) ― ABŞ-nin Alabama ştatının mərkəzi hissəsində qraflıq. 2010-cu il əhalinin siyahıyaalınması məlumatına görə əhalisi 22.915 nəfər olmuşdur. Qraflıq mərkəzi Sentrvill şəhəridir. Alabama Ərazisinin Qubernatoru və birinci Alabama qubernatoru olmuş Vilyam Vayt Bibbin şərəfinə adlandırılmışdır.