Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Biris (Nəmin)
Biris (fars. بريس‎) — İranın Ərdəbil ostanının Nəmin şəhristanı ərazisinə daxil olan kənd. == Coğrafi yerləşməsi == Mərkəzi şəhristanının Nəmin bölgəsində, Ərdəbil şəhərindən 22 km şərqdədir. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 1,204 nəfər yaşayır (273 ailə).
Barıs
Bibiş
Bibiş (25.01.1978-ci ildən Berkaber) — İcevan rayonunda kənd. Erməni silahlı bölmələri bu kənddə yerləşən mövqelərindən daimi olaraq Qazax rayonunun həmin istiqamətdə yerləşən Azərbaycan mövqelərini atəşə tuturlar.
Birds
Birds — (Azərbaycanca: Quşlar) Niderlandın 2013 Avroviziya Mahnı Müsabiqəsindəki mahnısı.
Boris
Boris — kişi adı. Boris Yeltsin — Rusiya dövlət xadimi və siyasətçisi Boris Antonov — Boris Kolker — Boris Xetaqurov — Boris Çinkin — Aktyor. Boris Baykov — Aktyor. Boris Rudnev — Aktyor. Boris Svetlov — Rusiya və SSRİ oyun və sənədli kino rejissoru, ssenarist, kino və teatr aktyoru. Boris Barnet — Rejissor, montajçı, aktyor Boris Berezovski — Rusiya siyasətçisi. Boris Frumkin — kino dirijoru. Boris Medvedev — Rejissor. Boris Pumpyanski — operator, ssenari müəllifi, rejissor. Boris Conson — London şəhərinin meri Boris Laskin — ssenari müəllifi.
Qırış
Qırışlar — mimika əzələlərinin aktivliyi, dərinin elastikliyinin itirilməsi və digər səbəblərdən dəridə yaranan bükük qatların
Çiriş
Çiriş (lat. Eremurus) — qulançarçiçəklilər sırasının asfodelinakimilər fəsiləsinə aid bitki cinsi. Çiriş sözü latın dilində "Eremurus" adlanır. Bu söz yunan dilində "eremos"- səhra, "ura" isə quyruq deməkdir. Sözün lüğəti mənası "səhra quyruğu"dur. == Təbii yayılması == Çirişin Ön, Qərbi, Mərkəzi Asiyada 50, keçmiş SSRİ-də 23, Qafqaz və Azərbaycanda 2 növü bitir. == Botaniki təsviri == Çiriş cinsi əvvəllər zanbaqkimilər fəsiləsinə aid idi. Son vaxtların tədqiqatçılar bitkinin asfodelinakimilər fəsiləsinə daxil olduğunu müəyyən etmişlər. Çiriş çoxillik bitki olub yeraltı orqanı kökyumrusudur. Kökləri yoğunlaşmış iyşəkillidir.
Iris
Süsən (lat. Iris) — bitkilər aləminin qulançarçiçəklilər dəstəsinin süsənkimilər fəsiləsinə aid bitki cinsi. Müxtəli formalı və rəng çalarları olan 800-ə yaxın növü məlumdur. Bu xüsusiyyətinə görə süsən yunanca ἶρῐς — göy qurşağı adlandırılmışdır. == Ümumi məlumatlar == Süsənin (Iris L.) dünya florasının tərkibində 200-ə qədər növü yayılmışdır. Bunlara ən çox Orta Aralıq dənizi ölkələrinin dağlıq ərazisində, Şimal yarımkürəsinin mülayim iqlimli zonalarında rast gəlmək olar. Qafqazda 33, Azərbaycanda 26 növü yayılmışdır. Süsənin xalq təsərrüfatında ancaq bir neçə növündən: sarı süsən — Iris pseudacorus L., Florensiya süsəni — I. florentina L., Almaniya süsəni — I. germanica L., solğun süsən — I. pallida Lam. və s. növlərindən istifadə olunur.
Alqoritmlərə giriş
Alqoritmlərə giriş — Tomas Kormen, Charles E. Leiserson, Ronald L. Rivest, Clifford Stein müəllifləri tərəfindən yazılmış kitabdır. Bir çox universitetlərdə bu kitab alqoritmlər kursunun dərs vəsaiti kimi istifadə olunur. Çap olunduqdan sonra ilk iyirmi ilə yarım milyondan çox tirajı satılıb. İlk nəşri 1990-cı ildə, 3-cü nəşri 2009-cu ildə çap edilib.
Ardıcıl giriş
Ardıcıl giriş (sequential (serial) access) — informasiyanın elə yazılması və axtarılması üsuludur ki, oxumanı verilənlər yığınının lap başlanğıcından başlamaq gərəkdir. Verilənlər bağlı ardıcıllıq ola bilər, yəni ardıcıllıqda hər bir element (fayl, yaxud yazı) növbəti elementi göstərə bilər. Bu termin ardıcıl erişimli fayllara (SEQUENTİAL-ACCESS FİLES) erişməni təsvir etmək üçün istifadə edilə bilər. Hər bir informasiya elementinin özündən əvvəlki informasiyaya istinad etdiyi fayllar (məsələn, poçt göndərmələrinin siyahısından və mətn prosessorlarının sənədlərindən ibarət fayllar) üçün ardıcıl erişimdən istifadə etmək daha yaxşı olur. Ardıcıl erişim maqnit lentində olan müəyyən mahnının axtarılması prosesi kimidir: axtarış lentin başlanğıcından başlamalı və lazım olan mahnı tapılanadək ardıcıllıqla davam etdirilməlidir. == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s.
Baris (Meşkinşəhr)
Baris (fars. باريس‎) — İranın Ərdəbil ostanının Meşkinşəhr şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 131 nəfər yaşayır (33 ailə).
Barış (şəhər)
Barış — Rusiya Federasiyasında yerləşən şəhər.
Barış Akarsu
Barış Akarsu (29 iyun 1979, Bartın – 4 iyul 2007, Bodrum, Muğla ili) — türk müğənnisi və aktyorudur. == Həyatı == Uşaqlıqdan musiqiyə olan marağı səbəbindən müxtəlif alətlərdə ifa etməyi öyrənib. 2004-cü ildə dostlarının təkidi ilə ATV -də yayımlanan "Akademi Türkiye" adlı müsabiqəyə qatılıb. O, uzun müddət iştirak etdiyi yarışmada Haluk Levent, Deniz Arçak kimi bir çox ifaçı ilə duet ifa edib. Üç il ərzində iki studiya albomu çıxaran artist həmçinin "Star TV"də yayımlanan "Yalancı Yarim" serialında da baş rollardan birini oynamışdır. 2007-ci 4 iyulda avtomobil qəzəsı nəticəsində, 5 gün reanimasiyada yatdıqdan sonra vəfat etmişdir.
Barış Arduç
Barış Arduç (9 oktyabr 1987, Münsterlingen[d], Turgau[d]) — türk serial və kino aktyoru. == Həyatı == İsveçrə'nin Şerzingen şəhərində doğulub böyüyən, sonra ailəsi ilə birlikdə Türkiyəyə qayıdan Arduç ibtidai və orta təhsilini burada başa vurub. Teatr aktrisası Ayla Alqanla tanış olduqdan sonra peşəkar aktyorluğa addım atıb. == Fəaliyyəti == O, əvvəlcə Küçük Hanımefendi (2011), Dinle Sevgili (2011), Pis Yedili (2011) kimi seriallarda göründü, sonra isə Benim İçin Üzülme (2012), Bugünün Saraylısı (2013–2014) kimi seriallarda rol aldı.) və Racon: Ailem İçin (2015). O, indiki populyarlığını ona gətirən Kiralık Aşk (2015–2017) adlı serialda rol alıb. Daha sonra Kuzgun və Çukur serialında da rol alıb. 2021-ci ildən etibarən TRT 1-də yayımlanan Alparslan: Büyük Selçuklu serialının baş rol ifaçısıdır.
Barış Manço
Barış Manço (Tosun Yusuf Mehmet Barış Manço; 2 yanvar 1943, İstanbul – 1 fevral 1999, Kadıköy, İstanbul ili) — səhnə adı ilə tanınan Barış Manço, Türk "rock" musiqiçisi, müğənni, söz yazarı, bəstəkar, aktyor, televiziya prodüseri idi. Qalatasaray Liseyinə gedərkən musiqi karyerasından başlayaraq, Türkiyədə rok musiqisinin qabaqcılığı və Anadolu kaya janrının qurucularından biri idi. Onun mahnıları çoxu ingilis, fransız, yapon, yunan, italyan, bolqar, rumın, fars, yəhudi, urdu, ərəb və alman kimi müxtəlif dillərə tərcümə edilmişdir. Televiziya proqramından 7'den 77'ye ("7-dən 77-ə qədər)" Manço dünyaya səyahət edib dünyanın bir çox ölkələrinə səfər edib . Türkiyənin ən məşhur ictimai xadimlərindən biri olaraq qalır. == Həyatı == Barış Manço 2 yanvar 1943-cü ildə Üsküdar şəhərində anadan olub. Anası Rikkat Uyanık 1940-cı illərin əvvəllərində məşhur bir müğənni idi. İkinci Dünya müharibəsi dövründə dünyaya gələn böyük qardaşı, savaşın sonunu qeyd etmək üçün valideynləri tərəfindən Barış ("sülh") olaraq adlandırıldığı zaman Savaş (Türkcə "müharibə") adlandırıldı. Doğulduğunda, Yusufun Tosun adını verdiyi (tam mənası ilə: Yusuf Qüdrətli) əmisi Yusif Tosun adına əlavə edildi. Lakin bu ad ibtidai məktəbə qayıtmadan əvvəl silinmişdir.
Barış Pınarı
Sülh Bulağı əməliyyatı (türk. Barış Pınarı Harekâtı; bəzi mənbələrdə Sülh Mənbəyi əməliyyatı və ya Sülh Çeşməsi əməliyyatı kimi tərcümə olunur) — Türkiyə Silahlı Qüvvələrinin və Azad Suriya Ordusunun Suriyanın şimalında tək tərəfli muxtariyyət elan edən Rojavadakı silahlı qüvvə olan Suriya Demokratik Qüvvələrinə qarşı başladılan hərbi əməliyyat. Əməliyyatın başladığını elan edən Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan əməliyyatın "PKK/YPG və İŞİD terror təşkilatlarına qarşı " başladıldığını açıqlamış və məqsədinin "Türkiyənin cənub sərhədində yaradılmasına çalışılan terror koridorunu yox etmək və bölgəyə sülh və hüzur gətirmək " olduğunu bildirmişdir. == Zəmin == Türkiyə hökumətinin Şimali Suriyaya müdaxilə etmə təhdidinin ardından 2019-cu ilin avqust ayında Türkiyə ilə ABŞ arasında Suriya Demokratik Qüvvələrini Suriyada İŞİD-ə qarşı hərbi müdaxilədə kilid müttəfiqlərindən biri olaraq görən razılaşma əldə edildi. Razılaşma izləmə və ortaq patrul yolu ilə Türkiyənin "təhlükəsizlik narahatlığını" ələ alaraq gərginliyi ortadan qaldırmağı məqsədləyən təhlükəsiz bölgəni qurarkən, SDQ-nin o dövrdə nəzarəti altındakı ərazilər üzərində hakimiyyəti əlində tutmasına icazə verdi. Razılaşma ABŞ və SDQ tərəfindən müsbət qarşılansa da, Türkiyə razılaşmadan məmnun deyildi. Türkiyə hökumətinin məmnuniyyətsizliyi Türkiyənin təhlükəsiz bölgənin əhatə etdiyi sahəni genişlətmək, Türkiyənin ərazinin bir qismi üzərində nəzarətini zəmanətə almaq və ya milyonlarla qaçqını bölgəyə yerləşdirmək kimi bir neçə cəhdinə səbəb oldu. Bu cəhdlərin hamısı sərt SDQ müqaviməti və ABŞ tərəfindən edilən açıqlamalar nəticəsində uğursuz oldu. ABŞ-Türkiyə quru patrul nəzarətinin rəsmi olaraq işə başlamasına, SDQ-nin düşərgələrinin sökülməsinə və YPG qüvvələrinin təhlükəsiz bölgənin bir qismindən geri çəkilməsinə baxmayaraq, Türkiyə və SDQ arasında münasibətlər daha da gərginləşdi. Türkiyənin razılaşmanın status-kvosundan duyduğu narahatlıq prezident Ərdoğanın SDQ-i hədəfləyən çıxışları ilə daha da çıxılmaz hal aldı.
Barış Özcan
Barış Özcan (23 iyul 1974, İstanbul) — türk YouTuber, rejissor və hüquqşünas. == Həyatı == Barış Özcan 23 iyul 1974-cü ildə İstanbulda anadan olmuşdur. Mərmərə Universitetinin hüquq fakültəsinindən məzun olmuşdur. Apple, Adobe və Linkedin şirkətlərində məsləhətçi olaraq fəaliyyət göstərib. Həmçinin TRT, Əl-Cəzirə və CNN Türk telekanallarında sənədli filmlərin rejissoru olub. 13 sentyabr 2014-cü ildə YouTube platformasında video paylaşmağa başladı. 26 aprel 2019-cu ildə kosmosa raket göndərəcəyini açıqlayan NASA Barış Özcana xüsusi dəvətnamə göndərdi. Barış Özcanın həmçinin türk repçi Şanışerlə birlikdə hazırladığı "Korkudan" adlı mahnısı da var.
Barış Əkinçiər
Barış Əkinçiər (24 mart 1999, Hemer[d], Şimali Reyn-Vestfaliya) — Baris Ekincier, 2. Bundesliqa komandalarından Boxumda yarımmüdafiəçi və hücumçu mövqelərində çıxış edən Alman-doğumlu azərbaycanlı futbolçudur. == Klub karyerası == Barış Əkinçiər 24 mart 1999-cu ildə Almaniyanın ərazisinə görə dördüncü, əhalisinin sayına görə isə birinci vilayəti olan Şimali Reyn-Vestfaliya vilayətinin Merkiş rayonunun Hemer şəhərində azərbaycanlı və türk mənşəli ailədə anadan olmuşdur. Əkinçiər futbol karyerasına Şimali Reyn-Vestfaliyanın İzerlon 46/49 komandasında başlamış, sonra eyni vilayətin Essen şəhərini təmsil edən Rot-Vayss Essen klubuna keçmiş, nəhayət 2017-ci ildə Boxum şəhərinin eyniadlı klubunun — Boxumun gənclər akademiyasına qatılmışdır. Peşəkar karyerasına məhz bu klubda başlayan Barış 2017-ci ilin avqustunda Bayer Leverkusen ilə yoldaşlıq oyununda Boxumun əsas komandasında çıxış etdi. 2018-ci ilin iyun ayında Barış Boxumla 2 illik — 30 iyun 2020-ci ilə qədər peşəkar müqavilə imzaladı. 19 avqust 2018-ci ildə Almaniya Kubokunun 2018–2019 mövsümünün Veyç Flensburq-Boxum matçında Almaniya Kubokunda debüt etdi. 5 aprel 2019-cu ildə isə Yan Regensburqa 1–2 hesabı ilə məğlub olduqları oyunda meydana çıxmaqla 2. Bundesliqada da debüt etmək şansı qazandı. Barış 2019–2020 mövsümünü icarə əsasında Avstriya 2-ci Liqa təmsilçisi Austriya Klaqеnfurtda keçirdi.
Boris-Arıta
Boris-Arıta — Olenyok körfəzində yerləşən ada. İnzinati cəhətdən Yakutiya ərazisinə daxildir. Ada körfəzin mərkəzində, Olenok çayının deltasında yerləşir. Şimalında Kutun-Tyebyoleqe cənubunda isə Canqılax-Tyebyoleqe qolları onun sahillərini yuyur. Şərqində Boris-Byolkyoyo adası yerləşir. Ada uzunsov formaya malikdir. Şimal-şərqdən cənub-qərbə uzanmışdır. Maksimal hündürlüyü 3 metrdir. Ada bataqlıqlaşmış ərazilərdən ibarətdir. Elədə böyük olmayan göllərə sahibdir.
Boris Adrianov
Boris Mixayloviç Adrianov (rus. Бори́с Миха́йлович Адриа́нов; 31 dekabr 1920 – 10 oktyabr 1993, Moskva) — SSRİ pilotu, əməkdar sınaq pilotu. O, İkinci Dünya müharibəsi illərində döyüşlərdə iştirak etmiş, buna görə təltif edilmişdir. 1960-cı ildə Adrianov Beynəlxalq Aviasiya Federasiyası tərəfindən "de Lavo" medalı ilə qeyd olunan qapalı döngədə mütləq dünya sürət rekordunu qoymuşdur.
Boris Akunin
Boris Akunin (əsl adı Qriqori Şalvoviç Çxartişvili, gürcü: გრიგორი შალვას ძე ჩხარტიშვილი; 20 may 1956[…], Zestafoni və ya Tbilisi) — rus yazıçısı, yaponşünas alim, ədəbiyyatşünas, tərcüməçi, ictimai xadim. Ayrıca Anatoli Brusnikin, Anna Borisova ədəbi təxəllüsləri ilə nəşr edilib. O, daha çox detektiv və tarixi fantastika üslubunda yazan yazıçı kimi tanınır. Akunin həm də esseist və bədii tərcüməçidir. Onun əsərlərinin personajları arasında Erast Fandorin, Nikolay Fandorin və Pelaqeya bacı məşhurdur. Akunin siyasi bəyanatları və Rusiya prezidenti Vladimir Putin rejimini tənqid etməsi ilə tanınır. Belə ki, Çxartişvili "Liberation" qəzetinə müsahibəsində Putini "sevilməkdən daha çox qorxutmağı üstün tutan imperator Kaliqula" ilə müqayisə edib. Putinin isə öz növbəsində onun bu mövqeyinin, Qriqori Çxartişvilinin gürcü mənşəli olmasına görə şəxsi narazılığı ilə bağlı olduğunu bidirib (Qeyd edək ki, 2008-ci ildə Rusiya–Gürcüstan müharibəsi dövründə, Rusiya Gürcüstanı bombalamışdı). Boris Akunin Rusiyanı tərk edərək 2014-cü ildən Londonda yaşayır. == Həyatı == Qriqori Çxartişvili artilleriya zabiti, Böyük Vətən Müharibəsi iştirakçısı, Qırmızı Ulduz ordeninin kavaleri.
Boris Andreyev
Boris Andreyev – rus aktyoru. == Kino fəaliyyəti == Nazar Duma (“Traktorçular”, 1939) kinoda ilk roludur. “Böyük həyat” (1-ci seriyası 1940), “Boqdan Xmelnitski” (1941), “İki döyüşçü” (1943), “Sibir torpağı haqqında dastan” (1948), “Böyük ailə” (1954), “İlya Muromets” “Alovlu illərin povesti” (1961), “Nikbin faciə” (1963), “Dəfinələr adası” (1971), “Vanyuşinin uşaqları” (1973), “Mənim işim” (1976) və s. filmlərdə çəkilmişdir. Andreyevin yaratdığı obrazlar xarakterinin mənəvi zənginliyi, genişliyi ilə fərqlənir.
Boris Kolker
Boris Qriqoryeviç Kolker (rus. Бори́с Григо́рьевич Ко́лкер; 15 iyul 1939, Tiraspol, Moldova MSSR, SSRİ) — sovet esperantoloqu, dil pedaqoqu və tərcüməçi, müxtəlif bilik səviyyələri üçün bir neçə esperanto dili dərsliyinin müəllifi. == Həyatı == Boris Kolker 15 iyul 1939-cu ildə Moldova MSSR-in Tiraspol şəhərində doğulmuşdur. Anası - iqtisadçı Fanya Samoylovna Kolker Xarkov Ticarət İnstitutunun məzunudur; atası — Qriqori Davidoviç Kolker, tərtibatçı-rəssam və fotoqrafdır. 1940-cı ildə ailə Kişinyova köçmüşdür. 1944-1965-ci illərdə Moldova SSR-nin Kişinyov şəhərində, 1965-1993-cü illərdə isə Başqırdıstan MSSR-in Birsk və Ufa şəhərlərində yaşamışdır. 1993-cü ildən ABŞ-nin Ohayo ştatının Klivlend şəhərində yaşayır. 1962-ci ildə Kişinyov Universitetini "Rus dili, ədəbiyyatı və fransız dili" ixtisası üzrə bitirib. 1985-ci ildə SSRİ EA-nın Dilçilik İnstitutunda ümumi dilçilik ixtisası üzrə esperanto mövzusunda namizədlik dissertasiyası müdafiə edib. Kişinyovda Krupskaya adına Respublika Kitabxanasında biblioqraf, Birsk Pedaqoji İnstitutunun və Başqırd Pedaqoji İnstitutunun xarici dillər fakültələrində baş müəllim, Ufa Aviasiya İnstitutunda tərcüməçi, Ufa Mühərrik İstehsalı Zavodunda Reno fransız maşınqayırma şirkətinin mütəxəssislərinin tərcüməçisi, VNİİ-nin neft sənayesi geofizikasında baş elmi işçi və tərcümə bürosu müdiri işləmişdir.
Boris Laskin
Boris Savelyeviç Laskin — sovet ssenaristi. == Həyatı == Boris Laskin 22 iyul 1914-cü ildə Orşada anadan olub. ÜDKİ-nin ssenari fakültəsində təhsil alıb (1935). Boris Laskin 22 avqust 1983-cü ildə vəfat edib.
Boris Listenqarten
Listenqarten Boris Moyiseyeviç — geologiya-mineralogiya elmləri doktoru, professor == Həyatı == Listenqarten Boris Moyiseyeviç Bakı şəhərində anadan olmuşdur. Mühəndis-geoloq ixtisası üzrə AzSİ-nu bitirdikdən sonra onun həyat yolu "Leninneft" tresti ilə bağlı olmuşdu və burada o geoloq, geoloji dəstənin rəhbəri işləmişdir. Listenqarten B.M. "Azneftgeofizika" trestinin geoloji xidmətinə rəhbərlik edib, sonra isə "Leninneft" trestinin baş geoloqu təyin edilmişdi. 1963-cü ildə "Neft-mədən geologiyasında radioaktiv üsullar" mövzusunda namizədlik, 1966-cı ildə isə "İstismarın gec mərhələsində olan neft və qaz yataqlarının işlənilməsinin geoloji əsasları" mövzusunda doktorluq dissertasiyaları müdafiə etmişdir. 1964-1982-ci illərdə Listenqarten B.M. Azərbaycan DNQYPİ-nun neft, qaz və qaz-kondensat yataqlarının geoloji tədqiqatları laboratoriyasına rəhbərlik edib. == Elmi fəaliyyəti == Listenqarten B.M. neft-qaz geologiyası sahəsində tanınmış alimdir. Onun tədqiqatları və əldə etdiyi nəticələr "Makarov b.", "Bulla-dəniz", "Palçıq-Pilpiləsi" və s. neft və qaz-kondensat yataqlarının karbohidrogen ehtiyatlarının hesablanması, işlənilməsinin layihə edilməsi və təhlili üçün əsas olub. Elmi tədqiqatların sahəsi: radioaktiv üsulların neft-mədən geologiyasına tətbiqi; mədən geofizikası. Listenqarten B.M. onlarla elmi məqalənin və bir sıra monoqrafiyaların müəllifidir.