Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Biris (Nəmin)
Biris (fars. بريس‎) — İranın Ərdəbil ostanının Nəmin şəhristanı ərazisinə daxil olan kənd. Mərkəzi şəhristanının Nəmin bölgəsində, Ərdəbil şəhərindən 22 km şərqdədir. Kənddə 2006-cı il siyahıya alınmaya görə 1,204 nəfər yaşayır (273 ailə).
Barıs
Bibiş
Bibiş (25.01.1978-ci ildən Berkaber) — İcevan rayonunda kənd. Erməni silahlı bölmələri bu kənddə yerləşən mövqelərindən daimi olaraq Qazax rayonunun həmin istiqamətdə yerləşən Azərbaycan mövqelərini atəşə tuturlar.
Birds
Birds — (Azərbaycanca: Quşlar) Niderlandın 2013 Avroviziya Mahnı Müsabiqəsindəki mahnısı.
Boris
Boris — kişi adı. Boris Yeltsin — Rusiya dövlət xadimi və siyasətçisi Boris Antonov — Boris Kolker — Boris Xetaqurov — Boris Çinkin — Aktyor. Boris Baykov — Aktyor. Boris Rudnev — Aktyor. Boris Svetlov — Rusiya və SSRİ oyun və sənədli kino rejissoru, ssenarist, kino və teatr aktyoru. Boris Barnet — Rejissor, montajçı, aktyor Boris Berezovski — Rusiya siyasətçisi. Boris Frumkin — kino dirijoru. Boris Medvedev — Rejissor. Boris Pumpyanski — operator, ssenari müəllifi, rejissor. Boris Conson — London şəhərinin meri Boris Laskin — ssenari müəllifi.
Qırış
Qırışlar — mimika əzələlərinin aktivliyi, dərinin elastikliyinin itirilməsi və digər səbəblərdən dəridə yaranan bükük qatların
Çiriş
Çiriş (lat. Eremurus) — qulançarçiçəklilər sırasının asfodelinakimilər fəsiləsinə aid bitki cinsi. Çiriş sözü latın dilində "Eremurus" adlanır. Bu söz yunan dilində "eremos"- səhra, "ura" isə quyruq deməkdir. Sözün lüğəti mənası "səhra quyruğu"dur. Çirişin Ön, Qərbi, Mərkəzi Asiyada 50, keçmiş SSRİ-də 23, Qafqaz və Azərbaycanda 2 növü bitir. Çiriş cinsi əvvəllər zanbaqkimilər fəsiləsinə aid idi. Son vaxtların tədqiqatçılar bitkinin asfodelinakimilər fəsiləsinə daxil olduğunu müəyyən etmişlər. Çiriş çoxillik bitki olub yeraltı orqanı kökyumrusudur. Kökləri yoğunlaşmış iyşəkillidir.
Iris
Süsən (lat. Iris) — bitkilər aləminin qulançarçiçəklilər dəstəsinin süsənkimilər fəsiləsinə aid bitki cinsi. Müxtəli formalı və rəng çalarları olan 800-ə yaxın növü məlumdur. Bu xüsusiyyətinə görə süsən yunanca ἶρῐς — göy qurşağı adlandırılmışdır. Süsənin (Iris L.) dünya florasının tərkibində 200-ə qədər növü yayılmışdır. Bunlara ən çox Orta Aralıq dənizi ölkələrinin dağlıq ərazisində, Şimal yarımkürəsinin mülayim iqlimli zonalarında rast gəlmək olar. Qafqazda 33, Azərbaycanda 26 növü yayılmışdır. Süsənin xalq təsərrüfatında ancaq bir neçə növündən: sarı süsən — Iris pseudacorus L., Florensiya süsəni — I. florentina L., Almaniya süsəni — I. germanica L., solğun süsən — I. pallida Lam. və s. növlərindən istifadə olunur.
Baris (Meşkinşəhr)
Baris (fars. باريس‎) — İranın Ərdəbil ostanının Meşkinşəhr şəhristanı ərazisinə daxil olan kənd. Kənddə 2006-cı il siyahıya alınmaya görə 131 nəfər yaşayır (33 ailə).
Barış (şəhər)
Barış — Rusiya Federasiyasında yerləşən şəhər.
Barış Akarsu
Barış Akarsu (29 iyun 1979, Bartın – 4 iyul 2007, Bodrum, Muğla ili) — Türkiyə müğənnisi və aktyoru idi. Uşaqlıqdan musiqiyə olan marağı səbəbindən müxtəlif alətlərdə ifa etməyi öyrənib. 2004-cü ildə dostlarının təkidi ilə ATV -də yayımlanan "Akademi Türkiye" adlı müsabiqəyə qatılıb. O, uzun müddət iştirak etdiyi yarışmada Haluk Levent, Deniz Arçak kimi bir çox ifaçı ilə duet ifa edib. Üç il ərzində iki studiya albomu çıxaran artist həmçinin "Star TV"də yayımlanan "Yalancı Yarim" serialında da baş rollardan birini oynamışdır. 2007-ci 4 iyulda avtomobil qəzəsı nəticəsində, 5 gün reanimasiyada yatdıqdan sonra vəfat etmişdir.
Barış Arduç
Barış Arduç (9 oktyabr 1987, Münsterlingen[d], Turgau[d]) — türk serial və kino aktyoru. İsveçrə'nin Şerzingen şəhərində doğulub böyüyən, sonra ailəsi ilə birlikdə Türkiyəyə qayıdan Arduç ibtidai və orta təhsilini burada başa vurub. Teatr aktrisası Ayla Alqanla tanış olduqdan sonra peşəkar aktyorluğa addım atıb. O, əvvəlcə Küçük Hanımefendi (2011), Dinle Sevgili (2011), Pis Yedili (2011) kimi seriallarda göründü, sonra isə Benim İçin Üzülme (2012), Bugünün Saraylısı (2013–2014) kimi seriallarda rol aldı.) və Racon: Ailem İçin (2015). O, indiki populyarlığını ona gətirən Kiralık Aşk (2015–2017) adlı serialda rol alıb. Daha sonra Kuzgun və Çukur serialında da rol alıb. 2021-ci ildən etibarən TRT 1-də yayımlanan Alparslan: Büyük Selçuklu serialının baş rol ifaçısıdır.
Barış Manço
Barış Manço (Tosun Yusuf Mehmet Barış Manço; 2 yanvar 1943, İstanbul – 1 fevral 1999, Kadıköy, İstanbul ili) — səhnə adı ilə tanınan Barış Manço, Türk "rock" musiqiçisi, müğənni, söz yazarı, bəstəkar, aktyor, televiziya prodüseri idi. Qalatasaray Liseyinə gedərkən musiqi karyerasından başlayaraq, Türkiyədə rok musiqisinin qabaqcılığı və Anadolu kaya janrının qurucularından biri idi. Onun mahnıları çoxu ingilis, fransız, yapon, yunan, italyan, bolqar, rumın, fars, yəhudi, urdu, ərəb və alman kimi müxtəlif dillərə tərcümə edilmişdir. Televiziya proqramından 7'den 77'ye ("7-dən 77-ə qədər)" Manço dünyaya səyahət edib dünyanın bir çox ölkələrinə səfər edib . Türkiyənin ən məşhur ictimai xadimlərindən biri olaraq qalır. Barış Manço 2 yanvar 1943-cü ildə Üsküdar şəhərində anadan olub. Anası Rikkat Uyanık 1940-cı illərin əvvəllərində məşhur bir müğənni idi. İkinci Dünya müharibəsi dövründə dünyaya gələn böyük qardaşı, savaşın sonunu qeyd etmək üçün valideynləri tərəfindən Barış ("sülh") olaraq adlandırıldığı zaman Savaş (Türkcə "müharibə") adlandırıldı. Doğulduğunda, Yusufun Tosun adını verdiyi (tam mənası ilə: Yusuf Qüdrətli) əmisi Yusif Tosun adına əlavə edildi. Lakin bu ad ibtidai məktəbə qayıtmadan əvvəl silinmişdir.
Barış Pınarı
Sülh Bulağı əməliyyatı (türk. Barış Pınarı Harekâtı; bəzi mənbələrdə Sülh Mənbəyi əməliyyatı və ya Sülh Çeşməsi əməliyyatı kimi tərcümə olunur) — Türkiyə Silahlı Qüvvələrinin və Azad Suriya Ordusunun Suriyanın şimalında tək tərəfli muxtariyyət elan edən Rojavadakı silahlı qüvvə olan Suriya Demokratik Qüvvələrinə qarşı başladılan hərbi əməliyyat. Əməliyyatın başladığını elan edən Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan əməliyyatın "PKK/YPG və İŞİD terror təşkilatlarına qarşı " başladıldığını açıqlamış və məqsədinin "Türkiyənin cənub sərhədində yaradılmasına çalışılan terror koridorunu yox etmək və bölgəyə sülh və hüzur gətirmək " olduğunu bildirmişdir. Türkiyə hökumətinin Şimali Suriyaya müdaxilə etmə təhdidinin ardından 2019-cu ilin avqust ayında Türkiyə ilə ABŞ arasında Suriya Demokratik Qüvvələrini Suriyada İŞİD-ə qarşı hərbi müdaxilədə kilid müttəfiqlərindən biri olaraq görən razılaşma əldə edildi. Razılaşma izləmə və ortaq patrul yolu ilə Türkiyənin "təhlükəsizlik narahatlığını" ələ alaraq gərginliyi ortadan qaldırmağı məqsədləyən təhlükəsiz bölgəni qurarkən, SDQ-nin o dövrdə nəzarəti altındakı ərazilər üzərində hakimiyyəti əlində tutmasına icazə verdi. Razılaşma ABŞ və SDQ tərəfindən müsbət qarşılansa da, Türkiyə razılaşmadan məmnun deyildi. Türkiyə hökumətinin məmnuniyyətsizliyi Türkiyənin təhlükəsiz bölgənin əhatə etdiyi sahəni genişlətmək, Türkiyənin ərazinin bir qismi üzərində nəzarətini zəmanətə almaq və ya milyonlarla qaçqını bölgəyə yerləşdirmək kimi bir neçə cəhdinə səbəb oldu. Bu cəhdlərin hamısı sərt SDQ müqaviməti və ABŞ tərəfindən edilən açıqlamalar nəticəsində uğursuz oldu. ABŞ-Türkiyə quru patrul nəzarətinin rəsmi olaraq işə başlamasına, SDQ-nin düşərgələrinin sökülməsinə və YPG qüvvələrinin təhlükəsiz bölgənin bir qismindən geri çəkilməsinə baxmayaraq, Türkiyə və SDQ arasında münasibətlər daha da gərginləşdi. Türkiyənin razılaşmanın status-kvosundan duyduğu narahatlıq prezident Ərdoğanın SDQ-i hədəfləyən çıxışları ilə daha da çıxılmaz hal aldı.
Barış Özcan
Barış Özcan (23 iyul 1974, İstanbul) — türk YouTuber, rejissor və hüquqşünas. Barış Özcan 23 iyul 1974-cü ildə İstanbulda anadan olmuşdur. Mərmərə Universitetinin hüquq fakültəsinindən məzun olmuşdur. Apple, Adobe və Linkedin şirkətlərində məsləhətçi olaraq fəaliyyət göstərib. Həmçinin TRT, Əl-Cəzirə və CNN Türk telekanallarında sənədli filmlərin rejissoru olub. 13 sentyabr 2014-cü ildə YouTube platformasında video paylaşmağa başladı. 26 aprel 2019-cu ildə kosmosa raket göndərəcəyini açıqlayan NASA Barış Özcana xüsusi dəvətnamə göndərdi. Barış Özcanın həmçinin türk repçi Şanışerlə birlikdə hazırladığı "Korkudan" adlı mahnısı da var.
Barış Əkinçiər
Barış Əkinçiər (24 mart 1999, Hemer[d], Şimali Reyn-Vestfaliya) — Baris Ekincier, 2. Bundesliqa komandalarından Boxumda yarımmüdafiəçi və hücumçu mövqelərində çıxış edən Alman-doğumlu azərbaycanlı futbolçudur. Barış Əkinçiər 24 mart 1999-cu ildə Almaniyanın ərazisinə görə dördüncü, əhalisinin sayına görə isə birinci vilayəti olan Şimali Reyn-Vestfaliya vilayətinin Merkiş rayonunun Hemer şəhərində azərbaycanlı və türk mənşəli ailədə anadan olmuşdur. Əkinçiər futbol karyerasına Şimali Reyn-Vestfaliyanın İzerlon 46/49 komandasında başlamış, sonra eyni vilayətin Essen şəhərini təmsil edən Rot-Vayss Essen klubuna keçmiş, nəhayət 2017-ci ildə Boxum şəhərinin eyniadlı klubunun — Boxumun gənclər akademiyasına qatılmışdır. Peşəkar karyerasına məhz bu klubda başlayan Barış 2017-ci ilin avqustunda Bayer Leverkusen ilə yoldaşlıq oyununda Boxumun əsas komandasında çıxış etdi. 2018-ci ilin iyun ayında Barış Boxumla 2 illik — 30 iyun 2020-ci ilə qədər peşəkar müqavilə imzaladı. 19 avqust 2018-ci ildə Almaniya Kubokunun 2018–2019 mövsümünün Veyç Flensburq-Boxum matçında Almaniya Kubokunda debüt etdi. 5 aprel 2019-cu ildə isə Yan Regensburqa 1–2 hesabı ilə məğlub olduqları oyunda meydana çıxmaqla 2. Bundesliqada da debüt etmək şansı qazandı. Barış 2019–2020 mövsümünü icarə əsasında Avstriya 2-ci Liqa təmsilçisi Austriya Klaqеnfurtda keçirdi.
Boris Tokaryev
Boris Vasilyeviç Tokaryev (rus. Борис Васильевич Токарев) — Rusiyanın teatr və kino aktyoru. Rusiyanın əməkdar artisti, Rusiya Kinoaktyorlar Gildiyasının ilk vitse-prezidenti, "Debüt" studiyasının baş prodüseri. Boris Tokaryev 1947-ci ildə Kaluqa vilayətinin Kiselyovo kəndində anadan olmuşdur. Onun uşaqlıq illəri də elə orada keçmişdir. Sonralar Tokaryevlər Moskvaya köçür və Boris məhz orada ilk dəfə məktəbə gedir. Boris kino debütünə 12 yaşında "Xilas edilmiş nəsil" filmində çəkilərək imza atır. 13 yaşında ikən Boris Puşkin adına teatra dəvət alır. Bir müddət sonra onu rejissor Pobedonossevin yanına assistent kimi qəbul edirlər. Beləliklə, Boris məktəbdə təhsilini davam etdirə-etdirə böyük səhnədə əsl aktyor kimi yetişməyə başlayır.
Boris Troyanovski
Boris Troyanovski (3 (15) aprel 1883 – 12 iyun 1951, Leninqrad) — Rusiya musiqiçisi. Boris Troyanovski Pskov vilayətinin Novorjevsk rayonunun Ruqodevo kəndində anadan olmuşdur. Onu "rus Paqaninisi", "balalaykanın kralı" adlandırırdılar. Onun istedadının sorağı Rusiya hüdudlarından çox-çox kənarlara Böyük Britaniya, Amerika Birləşmiş Ştatları, Portuqaliya, Almaniya, İsveç, Danimarka və Rumıniyaya qədər gedib çıxmışdır. Hətta Parisdə bu gün Troyanovskinin adını daşıyan rus xalq alətləri kvarteti fəaliyyət göstərir.
Boris Turayev
Boris Aleksandroviç Turayev (rus. Бори́с Алекса́ндрович Тура́ев; 24 iyul (5 avqust) 1868, Novoqrudok[d], Minsk quberniyası[d] – 23 iyun 1920, Petroqrad) — rus tarixçisi. Boris Aleksandroviç Turayev 5 avqust 1868-ci ildə Rusiya imperiyasının Minsk quberniyasının Novoqrudok şəhərində anadan olmuşdu. Orta təhsilini Vilno gimnaziyasında almışdı. 1891-ci ildə Sankt-Peterburq Dövlət Universitetinin tarix-filologiya fakültəsini bitirmişdi. Boris Turayev Rusiyada Qədim Şərq tarixinin əsasını qoyan alimlərindəndir. Qədim Misir və Nubiya tarixi ilə məşğul olmuşdu. Boris Turayev 23 iyul 1920-ci ildə Sankt-Peterburq şəhərində vəfat edib.
Boris Ukaçin
Boris Ukaçinoviç Ukaçin (rus. Борис Укачинович Укачин;18 fevral 1936 – 25 dekabr 2003 və ya 2003) — Altay şairi, yazıçısı, publisisti və tərcüməçisi, SSRİ Yazıçılar Brliyinin üzvü (1964), Rusiya Federasiyası Əməkdar Mədəniyyət işçisi (1993) Boris Ukaçin 18 fevral 1936-cı ildə Oyrot Muxtar Vilayətinin (indiki Altay Respublikasının) Onqudaysk rayonunun Kayarlık aulunda çoban ailəsində doğulmuşdur. O, orta məktəbi 1956-cı ildə doğulduğu aulda bitirmişdir. Lakin ailə yoxsul olduğundan tez-tez təhsilini yarımçıq buraxmağa məcbur olmuş, kolxoz və digər təsərrüfat işlərində anasına kömək etmişdir. Uzaq Şərqdə hərbi xidmət keçmişdir. “Yollarda” adlanan ilk şeir toplusunda əsgər həyatının müxtəlif problemlərini “Əsgər düşüncələri” silsilə yazılarında poetik şəkildə əks etdirmişdir. 1962-1967-ci illərdə Moskvadakı M. Qorki adına Ədəbiyyat İnstitutunda təhsil almışdır. O, institutda Fikrət Qoca, Qazimbəy Baqandov, Əhməd Qubanov, Vasili Belov, İqor Şklyarevski, Ruslan Kireyev, Nikolay Rubtsev kimi sonra ədəbiyyat aləmində böyük nüfuz sahibi olmuş yaradıcı şəxsiyyətlərlə birgə oxumuşdur. “Altaydın çolmonı” «Pravda», «Sovetskaya Rossiya», «Sovetskaya kultura», «Literaturnaya qazeta», «Literaturnaya Rossiya» qəzetlərində, «Drujba narodov», «Sibirskiye oqni», «Znamya», «Don», «Avrora», «Smena», «Yunost», «Neva», «Sovetskaya literatura» dərgilərində və radioda jurnalist kimi çalışmışdır. 25 dekabr 2003-cü ildə Altay Respublikasının Qorno Altaysk şəhərində vəfat etmişdir.
Boris Xetaqurov
Boris Xetaqurov — Azərbaycanın Əməkdar Həkimi Boris Xetaqurov Naneeviç 12 avqust 1940-cı ildə Bakı şəhərində anadan olmuşdur. 1964-cü ildə Azərbaycan Dövlət Tibb Universitetini bitirib. 1965-ci ildən 2003-cü ilə qədər "Neftçi" FK-da həkim vəzifəsində çalışıb. 1992-ci ildən Azərbaycan milli futbol komandasının həkimidir. 2004-cü ilin iyulundan 2005-ci ilin yanvarınadək Xəzər-Lənkəran klubunda işləyib. Azərbaycanın Əməkdar Həkimidir.
Boris Yakobi
Boris Yakobi (alm. Moritz Hermann von Jacobi‎; 9 (21) sentyabr 1801, Potsdam – 11 mart 1874, Sankt-Peterburq) — alman və rus fiziki. Görkəmli alman və rus fiziki və elektrotexniki Yakobi (Morits German) Almaniyanın Potsdam şəhərində anadan olub. İbtidai təhsilini evdə, orta təhsilini isə yerli gimnaziyada alıb. Məktəb dövründən Yakobi dəqiq elmlərlə maraqlanmış, elmi-texniki yaradıcılığa daha çox meyl göstərirmiş. O, 1821-cı ildə Berlin Universitetinə daxil olub, bir ildən sonra Qettingen universitetinə keçir və 1823-cü ildə fizika-texnika fakültəsini bitirir. Tələbəlik illərində və ondan sonrakı dövrdə Yakobi həmişə öz təhsilini müstəqil olaraq artırırmış. O, fizika və texnika, inşaat texnikası və arxitektura elminin nailiyyətlərini diqqətlə izləyərmiş. Berlin və Potsdam arasındakı böyük körpünün layihəsini Yakobi hazırlamışdır. Yakobinin işləri elektromaqnetizm və onun praktik tətbiq sahələrinə aiddir.
Boris Yefimiçev
Boris Yefimov
Boris Yefimoviç Yefimov (rus. Борис Ефимович Ефимов; doğum adı — rus. Борис Хаимович Фридлянд) — rus və sovet rəssamı, karikatura ustası. SSRİ Rəssamlıq Akademiyasının akademiki (1975). Sosialist Əməyi Qəhrəmanı (1990). SSRİ xalq rəssamı (1967). Boris Yefimov 28 sentyabr (11 oktyabr) 1900-cü ildə Kiyev şəhərində anadan olmuşdur. 1922-ci ildən "İzvestiya", "Pravda" qəzetlərində və "Krokodil" jurnalında əməkdaşlıq etmişdir. 1966-cı ildən "Agitplakat" yaradıcılıq-istehsalat birliyinin baş redaktoru olmuşdur. Yefremov beynəlxalq mövzuda siyasi karikaturaların müəllifidir.
Boris Yeltsin
Boris Nikolayeviç Yeltsin (rus. Борис Николаевич Ельцин; 1 fevral 1931[…], Butka[d] – 23 aprel 2007[…], Moskva) — rus və sovet siyasətçisi, 1991–1999-cu illərdə Rusiya Federasiyasının 1-ci Prezidenti olub. 1961-ci ildən 1990-cı ilə qədər. O, daha sonra siyasi müstəqil olaraq dayandı və bu müddət ərzində ona ideoloji cəhətdən liberalizm və rus millətçiliyi ilə uyğunlaşdırılmış biri kimi baxıldı. Yeltsin Ural vilayətinin Butka şəhərində anadan olub. Tatar MSSR-in Kazan şəhərində böyüyüb. Ural Dövlət Texniki Universitetində təhsil aldıqdan sonra tikintidə çalışıb. Kommunist Partiyasına daxil olduqdan sonra partiya sıralarında yüksəldi və 1976-cı ildə partiyanın Sverdlovsk vilayəti komitəsinin birinci katibi oldu. Yeltsin əvvəlcə Sovet lideri Mixail Qorbaçovun yenidənqurma islahatlarının tərəfdarı idi. Daha sonra o, islahatları həddən artıq mötədil olduğu kimi tənqid edib və çoxpartiyalı təmsilçi demokratiyaya keçidə çağırıb.