Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Biskvit
Biskvit — un, şəkər, yağ, su və qatqı maddələrinin qarışdırılıb bişirilməsi ilə əldə edilir. Biskvit növləri; şəkərli, duzlu, kremli, kəpəkli, vitamin və mineral qatqılı, örtməli vs.-dir. Biskvit, sözü Latınca "bis coctus" sözündən gəlməkdədir. Roma sivilizasiyasında üst sinif olan patriarxların aşbazları süd, bal və unla biskvitlər bişirərmişlər. Bişirilən biskvitlərə operalactaria və dulçuya adları verilirdi. Bu biskvitlər üst sinifə təqdim edilərmiş. Tarixə baxdığımızda, 1840-cı illərdə, Fransada inkişaf etdirilən sənaye biskvitlə Türkiyə əvvəl idxalat yoluyla tanış oldu. Daha sonralar kiçik atelyelərdə biskvit çıxarmağı sınayan Türk təşəbbüskarlar da oldu. Lakin Türkiyədə biskvit sənayesinin təməli 1944-cü ildə kiçik bir biskvit emalatxanasında Səbri Ülkər tərəfindən atıldı. Ülkər, 1970-ci illərdə ixracata başladı.
Biskvit tortu
Bəhrə Biskvit Fabriki
Bəhrə Biskvit Fabriki — "UNİKAL" Yeyinti Məhsulları İstehsalı Müəssisəsi == Məlumat == 1992-ci ildən Azərbaycanda qida sənayesi üzrə şirniyyat sektorunda əsasən biskvit məhsulları istehsalı üzrə fəaliyyətə başlamışdır. 2006-cı ildən isə "UNİKAL" Yeyinti Məhsulları Müəssisəsi "Bəhrə" əmtəə nişanı adı altında biskvit fabriki kimi fəaliyyətə başlamış və ən qısa zamanda Azərbaycan şirniyyat sektorunda "Sağlam qida üçün sağlam məhsul" şüarı ilə sürətlə inkişaf edərək böyük alıcı və istehlakçı kütləsinin rəğbətini qazana bilmişdir. "Bəhrə Biskvit Fabriki hal-hazırda biskvit və digər şirniyyat məhsullarının topdan və pərakəndə satışı üzrə ixtisaslaşmışdır. Bəhrə Biskvit Fabrikinin satış nümayəndəlikləri Bakı, Sumqayıt şəhərləri, regionlarda isə Gəncə, Şəki, Ağsu, Quba, Masallı, Salyan, Hacıqabul və Naxçıvanda da "Bəhrə" əmtəə nişanı adı altında xalqa xidmət göstərir. Bəhrə Biskvit Fabrikinin məhsullarını Respublikamızın ən ucqar qəsəbə və kəndlərində belə istehlakçılarımız tərəfindən əldə etmək mümkündür. == İstehsal prosesi == Müəssisədə məhsul istehsalı qabaqcıl İtalyan və Alman şirkətləri tərəfindən hazırlanmış avadanlıqlarda hazırlanır. Bəhrə Biskvit Fabriki istehsal etdiyi yüksək keyfiyyətli məhsulların xammallarını əsasən Avropa ölkələrindən Türkiyə, Almaniya, İtaliya, Danimarka və Avstriyadan idxal edir. Bununla yanaşı Bəhrə Biskvit Fabriki Avstriyanın çörək-bulka istehsalı göstəricilərinə görə dünya markası olan Backaldrin şirkətinin də Azərbaycanda distribütorudur. Bəhrə Biskvit Fabrikinin istehsal etdiyi məhsullar təmiz, gigyenik normalara cavab verən, insan sağlamlığı üçün tam təhlükəsiz, yüksək keyfiyyətliliyi ilə digər firma və müəssisələrin məhsullarından həm əmtəə görünüşünə və həm də əmtəə bağlamasına görə çox fərqlənir. İstehsal olunan məhsullar sırasında biskvitli ruletlər, biskvitli pirojnalar, kekslər, müxrəlif növ laylı peçenyelər yer tutur.
Bişofit
Bişofit — mineral, MgCl2 6H2O == Haqqında == Bişofit - Monoklinik. Kristalları qısaprizmatik, vərəqvari, lifli. Aqreqat - torpaqvari-kristallik. Rəngsiz. Parıltısı şüşəli. Sərtliyi 1-2. Xüsusi çəkisi 1,604. Dadı kəskin acı. Mg-la zəngin sulfat tipli duz yataqlarında. == Mənbə == Geologiya terminlərinin izahlı lüğəti.
Limp Bizkit
Limp Bizkit — 1994-cü ildə Ceksonvil şəhərində (Florida ştatı) yaradılmış ABŞ nü-metal qrupudur. 1994-cü ildə qrupun solisti Fred Dörst, bassist Sem Riverslə tanış olur və onlar birlikdə qrup yaratmaq qərarına gəlir. Onlara Riversin qohumu zərbçi Con Otto və qitaraçı Ves Borland qoşulur. 1995-ci ildə onlar House of Pain qrupunun keçimiş di-ceyi – DJ Letalı qrupa dəvət edirlər və ilk demo disklərini 4 mahnıdan ibarət olan Mental Aquaducts albomunu yazırlar. Elə ilk illərdən qrupun en boyuk dostu və onlara dəstək verən artıq məşhurlaşmış və böyük fanat dəstəsinə sahib olan Korn qrupu olur. Ilk rəsmi albom "Three Dollar Bill, Yall$" olduqca uğurlu olsa da populyarlıq qazanmadı və yalnız qrupun 18 aylıq konsert turlarından sonra, yüksək satışlara nail oldu və dünya üzrə 2 milyon nüsxəyə yaxın satıldı. Bu günə kimi albom rapcore və nü-metal janrlarında yazılmış ən uğurlu albomlardan biri hesab edilir. Limp Bizkit, 1999-cu ilin yazında, ikinci albomlarını – Significant Other – çıxartdı və Billboard 200 siyahısında birinciliyə yükseldi. "Nookie" mahnısı onların dünya şöhrətini bir qədər də artırdı. 2000-ci ilin axırında ise, 3-cü albom "Chocolate Starfish and the Hot Dog Flavored Water" işıq üzü gördü.
Aslı Iskıt
Aslı İskit (d. 7 dekabr 1993) — Türkiyəni təmsil edən həndbolçu. Aslı İskit, Türkiyə yığmasının heyətində 2017-ci ildə baş tutan IV İslam Həmrəyliyi Oyunlarında gümüş medal qazanıb. == Karyerası == Aslı İskit, 2017-ci ildə Türkiyə yığması ilə birgə IV İslam Həmrəyliyi Oyunlarına qatıldı. Yarışların həlledici, final görüşündə Türkiyə yığması, gərgin oyunun sonunda Azərbaycan yığmasına 26:28 hesabı ilə məğlub oldu və IV İslam Həmrəyliyi Oyunlarının gümüş medalına sahib oldu.
Aslı İskit
Aslı İskit (d. 7 dekabr 1993) — Türkiyəni təmsil edən həndbolçu. Aslı İskit, Türkiyə yığmasının heyətində 2017-ci ildə baş tutan IV İslam Həmrəyliyi Oyunlarında gümüş medal qazanıb. == Karyerası == Aslı İskit, 2017-ci ildə Türkiyə yığması ilə birgə IV İslam Həmrəyliyi Oyunlarına qatıldı. Yarışların həlledici, final görüşündə Türkiyə yığması, gərgin oyunun sonunda Azərbaycan yığmasına 26:28 hesabı ilə məğlub oldu və IV İslam Həmrəyliyi Oyunlarının gümüş medalına sahib oldu.
Herbert Henri Askvit
Herbert Henri Askvit (12 sentyabr 1852[…] – 15 fevral 1928[…]) — 1908–1916 illərdə Baş Nazir olmuş dövlət xadimi. Birinci Dünya Müharibəsinin ilk iki ilində ölkəni idarə etdi və 1911-ci ildə Lordlar Palatasının səlahiyyətlərini məhdudlaşdıran Parlament Qanununun qəbul edilməsinə səbəb oldu. == Həyatı == Herbert Henry Asquith 12 sentyabr 1852-ci ildə Böyük Britaniyada anadan olub. Təhsilini Oksforddaki universitetlərdən birində alıb. Universiteti bitirdikdən sonra vəkil olub. Asquith daha sonra ailə həyatı qurub, onun bir oğlu və üç qızı olub, lakin qızlardan sadəcə biri uşaq vaxtı sağ qalıb. == Karyerası == Asquith 1908-ci ildə Henry Campbell-Bannermanın vəzifədən istehfa etməsindən sonra Baş Nazir oldu. Asquith, Almaniyanın qələbəsinin İngiltərə üçün bir fəlakət olacağını bildiyi halda Birinci Dünya Müharibəsinə qatılmaqda tərəddüd edirdi. Almaniyanın Belçikayı işğal etməsindən sonra qərarını dəyişdirdi. 1916-cı ilin yanvarında Çanaqqala hərəkatının uğursuzluqla nəticələnməsi, Qərb cəbhəsində hər hansı bir irəlləyişin olmaması və aprel ayında İrlandiyada başlayan etirazlar siyasi vəziyyəti pisləşdirdi.