Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Blüz
Blüz (ing. Blues və ya Blue Devils — "kədər", "qəm") — XIX əsrin sonunda ABŞ-nin cənub-şərqinin afroamerika icmasında "Pambıq zonası" plantasiyalarından çıxanlar arasında yaradılmış musiqi forması və musiqi janrı.
Blua
Blua (fr. Blois) — Fransada şəhər. Luar və Şer departamentinin inzibati mərkəzi. == Əhalisi == Əhalisi 49, 6 min (2005) nəfərdir. Luara çayının sahilindədir. == Tarixi == Blua 6-cı əsrdən məlumdur. 9-cu əsr – 13-cü əsrin əvvəllərində Şampan qraflığı ilə sülalə ittifaqında və uzunmüddətli uniyada olan və Fransa krallarına qarşı mübarizə aparan güclü qraflığın mərkəzi idi. 1391-ci ildən Valua sülaləsinin Orlean qolu şahzadələrinin mülkiyyətində, 1498-ci ildən kral domeninin tərkibində olmuşdur. 16-cı əsrdə Bluada Fransa krallarının daimi iqamətgahı yerləşirdi. 1576–77-ci və 1588–89-cu illərdə Baş ştatlar Bluada toplanmışdı.
Blue
Blue (Blu) — britan boyz-bend. "Blue" qrupu 2001-ci ildə yaranmış İngilis pop qrupudur. Qrupun 4 üzvü vardır. Bunlar Li Rayan, Simon Uebb, Dankan Ceyms və Antoni Kostadır. Qrupun 4 albomu var: All Rise, One Love, Guilty və Best of Blue. Hal-hazırda qrup üzvləri solo fəaliyyət göstərir.
Blyuz
Blüz (ing. Blues və ya Blue Devils — "kədər", "qəm") — XIX əsrin sonunda ABŞ-nin cənub-şərqinin afroamerika icmasında "Pambıq zonası" plantasiyalarından çıxanlar arasında yaradılmış musiqi forması və musiqi janrı.
Blui
Blui (ing. Bluey) — 1 oktyabr 2018-ci ildən ABC Kids telekanalında yayımlanan Avstraliya istehsalı məktəbəqədər uşaqlar üçün cizgi serialı. Proqram Co Bramm tərəfindən yaradılıb. Animasiyası Kvinslenddə yerləşən Ludo Studio şirkəti tərəfindən hazırlanmışdır. Serial ilk olaraq ABŞ-də Disney Junior kanalında nümayiş etdirilib və hal-hazırda digər ölkələrdə Disney+ axın platformasından izləmək mümkündür. Serial hər şeyə maraq göstərən canlı və təxəyyüllü insanabənzər bir küçük olan Blui haqqındadır. Blui atası Bandit, anası Çilli və kiçik bacısı Binqo ilə birlikdə yaşayır. Onlar Bluinin yaratdığı əyləncə dolu fantaziya oyunlarında onun macəralarına həvəslə qoşulurlar. Serialda bir-birindən fərqli it cinsinə aid olan personajlar da var. Cizgi serialda ailə münasibətlərinə, böyümə prosesinə və Avstraliya mədəniyyətinin təsvirinə yer verilib.
Buz
Buz — bərk aqreqat halında olan su, mineral. Bəzən buz dedikdə bərk aqreqat halında olan maddələr də nəzərdə tutulur. Məsələn, quru buz, ammiak buzu və ya metan buzu. == Buzun sürüşkənliyi == Buz hamar bir səth olduğu üçün düşünüldüyü kimi sürüşkən deyil. Bu vəziyyət belədir, buz konkisinin çox kiçik səthinə olan təzyiq nəticəsində toxunduğu yerdəki buz əriyir və konki bu nazik su təbəqəsi üzərində hərəkət edir. (Ucu iti bıçaq kimi olan konkilərin sahəsi buza o qədər kiçik toxunur ki, buzun səthini dərhal əridir, ərimə temperaturunu 1 °C azaltmaq üçün tam olaraq 130 kq/sm2 tələb olunur.) == Su buzunun əsas xüsusiyyətləri == Hazırda üç amorf və 15 kristal formalı buz modifikasiyası məlumdur. Təbii şəkildə Yerdə buz ancaq bir kristal modifikasiyada, geksoqonal sinqoniya (Buz Ih) şəklində mövcuddur. Ih buzunda hər Н2O molekulu eyni məsafədə yerləşən dörd molekulla əhatə edilir. Bu məsafə 2,76 Å-yə bərabərdir və düz tetraderin zirvəsində yerləşir. Buzun sıxlığı 0 °C-də 916,7 kq/m³-dir, bu isə suyun (999,8 kq/m³) sıxlığından azdır.
Blez Kompaore
Blez Kompaore (fr. Blaise Compaoré) - Burkina-Faso Respublikasının VI prezidenti. 1987-ci ilin 15 oktyabr tarixində ölkənin V prezidenti Toma Sankaraya qarşı edilən sui-qəsd cəhtindən sonra elə həmin gün Blez Kompaore ölkənin yeni prezidenti olduğunu elan etmişdir. 1987-ci ildən etibarən hakimiyyətə gəlmiş Blez Kompaore 2005 və 2010-cu illərdə ölkədə keçirilən prezident seçkiləri zamanı mütləq səs çoxluğu ilə qalib gəlir.. Avropa ölkələri tərəfindən tanınmayan seçkilərin ardından Kompaore və ona bağlı qüvvələr ölkənin idarəsinə tam nəzarət edirlər. 2014-cü ilin oktyabr ayında Kompaorenin konstitusiyaya bəzi dəyişiklər edəcəyini elan etməsi ölkədə ciddi narazılıqlara səbəb olmuşdur. Etirazçılar konstitusiyaya ediləcək əlavə və dəyişiklilərin Kompaorenin daha bir müddətə prezident seçilməsi istəyi ilə əlaqədar olduğunu bildirirlər. 15 oktyabr tarixindən başlayan nümayişlər, 28 oktyabrda yerini silahlı toqquşmalara bıraxır və paytaxt Uaqaduqu başda olmaqla ölkənin bir çox böyük şəhərlərində hökumət qüvvələri ilə nümayişçilər arasında toqquşmalar baş verir. Burkina-Fasoda hakimiyyət çevrilişin baş verməsinin ardından Blez Kompaorenin 28 illik hakimiyyətinə son qoyulur. Sabiq prezident hadisələrdən sonra Fil Dişi Sahilinə sığınmışdır.
Blez Paskal
Blez Paskal (19 iyun 1623[…] – 19 avqust 1662[…], Paris, Fransa krallığı) — fransız dahisi, riyaziyyatçısı, fiziki, filosofu və yazıçısı. Eyni zamanda böyük bir riyaziyyatçı olan Torriçelli (Torricelli) təxəllüsü ilə əsərlər yazan və ilk hesab maşınını icad etmiş olan Paskalın ən məşhur əsəri ölümündən sonra yayımlanmış olan "Düşüncələr"dir. 1642-ci ildə fransız fiziki, riyaziyyatçı və filosof Blez Paskal (Blaise Pascal) tərəfindən ilk mexaniki hesablama qurğusu yaradılmışdır. Ədədlərin üzərində toplama əməliyyatı aparan bu cəmləyici maşın Paskalina (Pascalina) adlanırdı. Paskal bu qurğunu vergi işçisi olan atasının hesablama işlərini asanlaşdırmaq üçün hazırlamışdı. == "Düşüncələr" əsəri == O 1654-cü ildə dini bir təcrübə yaşamış, hayatının bundan sonraki dövrünə, elmi fəaliyyətdən çox, din və Allah haqqında mübahisələr aparmışdır. Başqa sözlə, Paskal deist bir hümanizmin, rasional bir şübhəciliyin ve sərbəst düşüncənin hakim olduğu bir zamanda və cəmiyyətdə, Allahın və İlahi qüvvənin gərəkliyini və gücünü göstərmək istəmişdir. Descartes'ı həm qəbul edən həm də təkmilləşdirən, Dekardın riyazi üsulun istifadə sahəsini genişləndirmək istədiyi yerdə, riyazi üsulun digər sahələrə uyğunlaşdırılması ve yararı mövzusunda şübhəci bir münasibət sərgiləyən Paskal, bu üsulun teolojiyle də, metafiziklə də bir əlaqəsi olmadığını demişdir. Soyut, analitik ve tümdengelimsel düşünen ağıl, Paskala görə, Allahın varlığını sübut edə bilməz. Həqiqəti bilmənin, mütləq doğruluğa çatmanın tək yolunun ağıl, riyazi ya da elmi üsul olmadığını deyən Paskala görə, qurtuluş urək və inancdadır.
Blua (rayon)
Blua (fr. Blois) — Fransanın Mərkəz - Luara vadisi regionun rayonlarından biri. Departamenti — Luar və Şer. Prefektura — Blua. Rayon əhalisi 2006-cı ildə 167,110 nəfər təşkil edirdi. Əhalinin sıxlığı — 65 nəf / km². Rayon ərazisi — 2565 km².
Blue Anqels
Blue Anqels (azərb. Mavi Mələklər‎) — ABŞ Hərbi Donanmasına məxsus aerobatika eskadronudur. 1946-cı ildə əsası qoyulmuşdur və 1931-ci ildə yaradılmış Fransanın Aerobatik Patrulundan sonra ikinci ən qədim aerobatika komandasıdır. Şou təyyarəsi kimi Boeing F/A-18E istifadə olunur. Nəqliyyat təyyarəsi kimi Lockheed Martin C-130J Super Hercules istifadə olunur. == Missiya == Birləşmiş Ştatların Hərbi Dəniz Qüvvələrinin Uçuş Nümayiş Eskadrilyasının missiyası uçuş nümayişləri ilə ölkəyə mükəmməllik və xidmət mədəniyyətini ilhamlandırmaqla Birləşmiş Ştatların Hərbi Dəniz Qüvvələrinin və Dəniz Piyadaları Korpusunun qürurunu və peşəkarlığını nümayiş etdirməkdir. == Tarixi == Komanda ilk dəfə 1946-cı ilin Aprel ayında "Navy Flight Exhibition Team" adı altında yaradılmışdır. Daha sonra ad dəyişilib Blue Anqels olmuşdur. Komanda ilk dəfə 1946-cı il iyun ayının 15-i Blue Anqels adı altında təqdim olunmuşdur. == Hadisələr == Blue Anqels tarixində ümumilikdə 26 pilot və 1 heyət üzvü həlak olmuşdur.
Blue Exorcist
Blue Exorcist və ya Yaponiyada tanınan adı ilə Ao no Exorcist (青の祓魔師, Ao no Ekusoshisuto, azərb. "Göy ekzorsist"‎) — Kazue Kato tərəfindən yazılmış və çəkilmiş fövqəltəbii manqa seriyası. Manqa seriyası Shueisha nəşriyyatı tərəfindən 2009-cu ilin aprelindən "Jump SQ" jurnalında nəşr olunur. 4 yanvar 2024-cı ilə qədər manqa seriyasının fəsilləri 30 tankobon cildində toplanmışdır. Manqa seriyası anasının insan, amma atasının Şeytan olduğunu və Şeytanın güclərini qazandığını öyrənən Rin Okumura adlı gənc haqqındadır. Şeytan Rinin ögey atasını öldürdükdən sonra Rin atasını məğlub etmək üçün ekzorsist olmağa qərar verir. Manqa seriyası əsasında A-1 Pictures tərəfindən 2011-ci ildə anime serialı və 2012-ci ilin dekabrında anime filmi ("Ao no Exorcist Gekijouban") çəkilmişdir. Viz Media manqanı Şimali Amerika üçün lisenziyalaşdırmışdır və ilk tərcümə olunmuş cild 5 aprel 2011-ci ildə nəşr olunmuşdur. Aniplex of America anime serialının ingiliscə dublajlarını DVD şəklində buraxmışdır. 7 yanvar 2017-ci ildəmn "Blue Exorcist: Kyoto Saga" adlı davam mövsümü yayımlanacaq.
Blue Origin
Blue Origin - kosmik araşdırma şirkəti. Amazon.com-un yaradıcısı Ceff Bezos tərəfindən yaradılıb və mərkəzi Vaşinqtonda yerləşir. Şirkətin qarşısına qoyduğu məqsəd kosmosa az xərclə və tam təhlükəsizlik şəxsi səyahət edə bilmək üçün mümkün texnologiyalar yaratmaqdır. Blue Origin şirkəti suborbital və orbital kosmosa çıxış üçün raketlə işləyən şaquli qalxma və şaquli eniş (VTVL) vasitələrinə diqqət yetirməklə müxtəlif texnologiyalar inkişaf etdirir. Şirkətin adı başlanğıc nöqtəsi kimi mavi Yer planetinə istinad edir.[3] Əvvəlcə suborbital kosmos uçuşuna diqqət yetirən şirkət, Texas ştatının Culberson şəhərindəki obyektlərində New Shepard avtomobilinin bir çox prototiplərini dizayn etdi, tikdi və uçurdu. Alan Şepardın adını daşıyan New Shepardın inkişaf test uçuşları 2015-ci ilin aprel ayında başladı və uçuş sınaqları davam edir. Şirkət hələ kommersiya sərnişin uçuşlarına başlamayıb və onların nə vaxt başlayacağı ilə bağlı dəqiq tarix açıqlamayıb.
Blue Shift
Half-Life: Blue Shift (azərb. Mavi qarışıq‎) — orijinal Half-Life üçün hazırlanmış ikinci əlavədir. Bu add-on 12 iyul 2001-ci ildə Gearbox Software videooyun stusiyası tərəfindən hazırlanmışdır. Gearbox-dan olan digər əlavələr – Half-Life: Opposing Force və Half-Life: Decay kimi, Blue Shift Half-Life-da olan hadisələri başqa personajın gözlərindən görür. Burada baş qəhrəman "Qara Mezanın" mühafizəçisi — Barni Kalhaundur. Barni simasında oyunçu başqa dünyadan olan gəlmələrin və HECU əsgərlərinin ələ keçirdiyi gizli laboratoriyanı tərk etməlidir. Birinci əlavə Opposing Force-dan fərqli olaraq Half-Life: Blue Shift avtonom add-on rolunu oynayır və çalışması üçün orijinal Half-Life istəmir. Blue Shift yazılarkən istifadəçiyə özündə personajların yenilənmiş modelləri və silahlarını birləşdirən "Half-Life High Definition Pack" paketini yükləməyi təklif edir. Bu qrafikanı orijinaldakı Half-Life-dan az da olsa fərqləndirir. Blue Shift-in ABŞ buraxılışı Opposing Force-un tam versiyası ilə yayılır.
Blue System
Blue System — 1987-ci ildə alman ifaçısı Diter Bolen tərəfindən qurulan Sinti pop qrupudur. == Yaranması == "Blue System" qrupu 1987-ci ildə Modern Talking qrupunun dağılmasından sonra Diter Bolen tərəfindən yaranmışdı. "Blue System" qrupu "Modern Talking" qrupunun uğurlarını təkrar edə bilməmişdi. "Blue System" qrupunun karyera boyu 13 albomu və 30 sinqlı təqdim edilmişdi. Bu qrupun adı ilə Diter Bolen 1989-cu ildə SSRİ-də konsert vermişdir. Konsertdəki görüntülərini "Love Me on the Rocks" mahnısında göstərilir. Mahnıda SSRİ-nin konsert zalındakı tamaşaçıları, onunla görüşmək istəyən pərəstişkarları və SSRİ ordusunun əsgərlərini görmək mümkündür. 1990-cı illərin əvvəlindən etibarən mahnı stilini təmamilə dəyişir. Bu isə fanatlar arasında qrupun populyarlığını aşağı salır. 1997-ci ildə Diter Bolen qərar verir ki, Modern Talking qrupunu yenidən səhnəyə gətirsin.
Harold Blum
Harold Blum (ing. Harold Bloom) (11 iyul 1930[…], Nyu-York, Nyu-York ştatı – 14 oktyabr 2019[…], Nyu-Heyven, Konnektikut) — amerikalı ədəbiyyatşünas. == Fəaliyyəti == Kornell Universitetini bitirmişdir (1951). Yel Universitetində dərs demişdir (1955-ci ildən). Nəzəri görüşləri freydizm və strukturalizmin təsirilə formalaşmışdır. Blumun erkən yaradıcılığında romantizm poeziyasına dair əsərləri və mədəni irs problemlərinə həsr olunmuş tetralogiyası əsas yer tutur; burada o, dahinin ("güclü şair") ədəbi sələfinə ("mənəvi ata") qarşı mübarizəsini şərh edir: "Təsirin qorxusu" (1973), "Yanlış oxu xəritəsi" (1975), "Kabbala və tənqid" (1975), "Poeziya və repressiya" (1976). Nüfuzlu yazıçı və onun xüsusi təsir qüvvəsi kimi estetik prioritetləri formalaşdıran mətnləri yaradıcılığının yetkin dövrünün daimi mövzusudur. Uilyam Şekspiri "Qərb mədəniyyəti kanonunun" əsası hesab edən Blum, postmodernizmin ənənəvi ədəbi dəyərləri dekonstruksiyalaşdırmaq cəhdinə qarşı çıxır ("Qərb kanonu: kitablar və epoxalar məktəbi", 1995; "Şekspir: insanlığın kəşfi", 1998). "Müqəddəs həqiqətlərin süqutu: Bibliyadan bugünədək poeziya və inam" (1989) və "Amerika dini: postxristian millətinin yaranması" (1992) kitablarının müəllifidir.
La-Klüz
La-Klüz (fr. La Cluse, oks. La Clusa) — Fransada kommuna, Provans-Alp-Kot-d'Azür regionunda yerləşir. Departament — Yuxarı Alplar. Kommunanın dairəsi — Qap. Sent-Etyen-an-Devolüi kantonuna daxildir. INSEE kodu — 05042. == Əhalisi == 2008-ci ildə əhalinin sayı 53 nəfər təşkil edirdi. == İqtisadiyyatı == 2007-ci ildə 30 yaşdan yuxarı (15-64 yaş arasında) 26 nəfər iqtisadi cəhətdən fəal, 4 nəfər fəaliyyətsizdir (fəaliyyət göstərici 86,7%, 1999-cu ildə 81.6%). Fəal olan 26 nəfərdən 24 nəfər (14 kişi və 10 qadın), 2 nəfər işsiz (1 kişi və 1 qadın) idi.
Manuel Blüm
Manuel Blyum (ing. Manuel Blum; 26 aprel 1938, Karakas) — hesablama sistemləri nəzəriyyəsi sahəsində ixtisaslaşmış alim. == Həyatı == 26 aprel 1938-ci ildə hesablama sistemləri nəzəriyyəsi sahəsində ixtisaslaşmış alim, Karnegi-Mellon Universitetinin informatika üzrə professoru Manuel Blyum (Manuel Blum) anadan olmuşdur. 1995-ci ildə o, mürəkkəb hesablamalar nəzəriyyəsinin tədqiqatlarında əldə etdiyi nailiyyətlərə və onların kriptoqrafiyada və proqramların yoxlanmasında tətbiqinə görə Türinq mükafatına layiq görülmüşdür. == Ədəbiyyat == Əliquliyev R.M., Salmanova P.M. İnformasiya cəmiyyəti: maraqlı xronoloji faktlar. Bakı: "İnformasiya Texnologiyaları" nəşriyyatı, 2013, 169 səh.
Orlando Blum
Orlando Blum (ing. Orlando Jonathan Blanchard Bloom; 13 yanvar 1977[…], Kenterberi, İngiltərə, Birləşmiş Krallıq) — Britaniya aktyoru. Ona bu nadir adı XVI əsrdə yaşamış bəstəkar Orlando Gibbonsun şərəfinə qoyublar. Orlando uşaqlıqdan disleksiya xəstəliyindən əziyyət çəkib. Çətinliklə danışsa da, bir neçə saat içərisində məktəb dərnəyi üçün Şekspirin bütün pyes və monoloqlarını əzbər öyrənirdi. Orlando Blum sənətə gəlişini belə izah edir: "Mənim 9 yaşım olanda məktəb yoldaşlarımla bir qıza vurulmuşduq. Hər gün parkda qaçıb, onun sevgilisinin bu dəfə kim olacağını müəyyən edirdik. Mən istəyirdim ki, Supermen olum və onu xilas edim. Bir gün anladım ki, Supermenləri aktyorlar ifa edir. Onda özümə dedim "Bax bu iş əsl mənlikdir""...
Volter Blum
Volter Blum Birinci Dünya müharibəsi illərində Alman əsgəri idi. Birinci Dünya müharibəsi ərəfəsində Gasta 26 və 9 təyyarələri ilə uçuşlar həyata keçirirdi.26 arialdan zəfərlə ayırlan Volter Blum Dəmir Xaç və Pour le Merit orderlərini qazandı.Birinci Dünya müharibəsi illərindən sonra təyyarələrdə jet dizaynının öndərlərindən biri oldu və Albatros və Arado üçün irəli texnologiyalı(o vaxt üçün) dizaynın müəlliflərindən bir oldu. Volter Blum Hirşberq, Siliseada dünyaya gəldi və ilk olaraq 1914-cü ilin Sentyabrında 5. Silezyalı Jaeqer Taborunda xidmət etdi. Atışmalarda yaralandıqdan sonra 30 yanvar 1915-ci ildən etibarən pilot təlimindən keçməyə başladı.18 yanvar 1916 – 20 noyabr 1917-ci illər arasında Felfliqer abtellunq 65 ilə iki nəfərlik Aviatik təyyarələrdə uçuşlarına başladı. Bu müddət ərzində 24 iyul 1916-cı ildə Dəmir Xaçın ikinci dərəcəsini aldı.1917 Noyabrında Gasta 26-da vəzifləndirildi Blum 7 avqust 1918-ci ildə, House Order of Hohenzollern orderiylə mükafatlandırıldı və bunu ardınca 2 oktyabr 1918-ci ildə Pour le Merid ordeninə layiq görüldü. 15 noyabr 1919-cu ildə tərhis olundu. I Dunya Müharibəsindən sonra aviasiyada qaldı. Hannoverdəki Texniki Üniversitetdə aviasiya mühəndisi olaraq təhsil aldı və daha sona Ar 95, Arado Ar 96 və Ar 196 nın dizaynınında iştirak etdiyi 1920-ci illərin ortalarında Alman Arado Fluqzeuverkinə qatıldı. Arado Fluqzeuverkində Baş dizyan mühəndisi olaraq fəaliyyət göstərdi.
Blue Banisters
Blue Banisters — amerikalı müğənni Lana Del Reyin səkkizinci studiya albomu. Əvvəlki albomu Chemtrails over the Country Club buraxıldıqdan yeddi ay sonra, 21 oktyabr 2021-ci ildə Interscope və Polydor Records tərəfindən buraxılıb. Prodüserliyini Zak Daues, Loren Humphrey, Mike Dean, Barrie-James O'Neill, Rick Nowels və başqaları etmişdir. == Trek siyahısı == ↑ əlavə prodüser göstərilib. "Interlude - The Trio" treki Ennio Morrikonenin "Yaxşı, pis, zalım" (1966) filmi üçün bəstələdiyi "The Trio" mahnısının semplidir. "Dealer" mahnısını Mayls Keyn ilə birgə ifa edib.
Blue Stacks
Bluestacks — Mərkəzi Amerikada yerləşən proqram şirkəti. 2009-cu ildə Rosen Sharma tərəfindən qurulmuşdur. == Haqqında == Bluestacks App Player proqramı, Windows və Macintosh əməliyyat sistemlərinə sahib kompüterlərdə Android proqramlarını istifadə etmək üçündür. 25 may, 2011-ci ildə Bluestacks şirkəti tərəfindən Citrix Synergy konfrasında rəsmi olaraq tanıdılmışdır. 11 noyabr, 2011-ci ildə proqramın alfa versiyası çıxmışdır. 27 dekabr, 2012-ci ildə isə beta versiyası çıxmışdır.Proqram 7 iyun, 2014-cü ildə tam versiyaya keçmşdir.
Blue Neighbourhood
Blue Neighbourhood — Avstraliya müğənnisi Troy Sivanın debüt studiya albomu. 4 dekabr 2015-ci ildə EMI Music Australia və Capitol Records tərəfindən buraxılıb.
Blue Weekend
Blue Weekend — İngiltərə rok qrupu Wolf Alice-in üçüncü studiya albomu. 4 iyun 2021-ci ildə Dirty Hit tərəfindən buraxılıb.
Benjamin Blum
Benjamin Samuel Blum (ing. Benjamin Samuel Bloom; 21 fevral 1913 – 13 sentyabr 1999, Çikaqo) — amerikalı təhsil psixoloqu və Blum taksonomiyasının yaradıcısı. == Bioqrafiya == Pensilvaniya ştatının Lansford şəhərində anadan olub. 1935-ci ildə Pensilvaniya Universitetini bakalavr və magistr dərəcələri ilə bitirmişdir. 1942-ci ildə Çikaqo Universitetində doktorluq dissertasiyasını müdafiə etmişdir. 1960-cı illərdə o, öz nəzəriyyəsini inkişaf etdirən iki kitab: “Blumun taksonomiyası: İnsan xüsusiyyətlərində sabitlik və dəyişiklik” və “Təhsil məqsədlərinin taksonomiyası” nəşr etdi. 1965-1966-cı illərdə Təhsil Tədqiqatçıları Assosiasiyasının prezidenti oldu. Tezliklə Blum taksonomiyası ABŞ-ın bir çox təhsil müəssisəsi tərəfindən qəbul edildi, lakin sonradan obyektiv tənqidlərə görə məktəblərdə istifadəsi azaldı.
Blum taksonomiyası
Blum taksonomiyası — təhsilin təlimverici məqsədlərini mürəkkəblik və spesifiklik səviyyələrinə görə təsnif etmək üçün istifadə olunan üç iyerarxik modeldən ibarətdir. Üç siyahı koqnitiv, affektiv və psixomotor sahələrdə öyrənmə məqsədlərini əhatə edir. Koqnitiv domen siyahısı bir çox ənənəvi təhsilin əsas diqqət mərkəzində olmuşdur və tez-tez kurikulumların, qiymətləndirmələrin və fəaliyyətlərin təlim məqsədlərini strukturlaşdırmaq üçün istifadə olunur. Modellər 1956-cı ildə taksonomiyanı işləyib hazırlayan pedaqoqlar komitəsinə rəhbərlik edən Benjamin Blumun şərəfinə adlandırılmışdır. O, həmçinin standart mətnin birinci cildini, Təhsil Məqsədlərinin Taksonomiyası: Təhsil Məqsədlərinin Təsnifatını redaktə etmişdir. Blum taksonomiyası daha sadə və daha səthi bacarıqlardan daha mürəkkəb və dərin olanlara keçən 6 səviyyədən ibarətdir: 1. Bilik (yaddaş): məlumatı yadda saxlama bacarığı. 2. Anlama: məlumatı izah etmə və şərh etmə bacarığı. 3.