Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Uayz Blad
Weyes Blood (/waɪzblʌd/ azərb. Uayz Blad‎; əsl adı Natali Lora Merinq, ing. Natalie Laura Mering; 11 iyun 1988, Santa Monika, Kaliforniya, ABŞ) – amerikalı müğənni və bəstəkar. O, dörd albom və bir mini-albom buraxıb. Karyera boyu onun musiqisi əhəmiyyətli dəyişilib. O, Oreqonun Portland şəhərində fəaliyyət göstərən noiz musiqi səhnəsinin Jackie-O Motherfucker qrupunda bas-gitaraçı kimi iştirak edib və Satanized qrupunun vokalısti olub. Weyes Bluhd kimi o, iki albomunu özü yayımlamışdı. Səhnə adını Weyes Blood'a dəyişərək o, "The Outside Room" (2011) albomunu Not Not Fun Records albom şirkətində buraxmışdır. Daha sonra o, "The Innocents" (2014) və "Front Row Seat to Earth" (2016) albomları "Mexican Summer" adlı müstəqil albom şirkətində buraxır. "Titanic Rising" (2019) adlı ən son studiya albomunu Sub Pop-da buraxaraq tənqidçilər tərəfindən müsbət rəylər qazanıb.
Vayz Blad
Weyes Blood (/waɪzblʌd/ azərb. Uayz Blad‎; əsl adı Natali Lora Merinq, ing. Natalie Laura Mering; 11 iyun 1988, Santa Monika, Kaliforniya, ABŞ) – amerikalı müğənni və bəstəkar. O, dörd albom və bir mini-albom buraxıb. Karyera boyu onun musiqisi əhəmiyyətli dəyişilib. O, Oreqonun Portland şəhərində fəaliyyət göstərən noiz musiqi səhnəsinin Jackie-O Motherfucker qrupunda bas-gitaraçı kimi iştirak edib və Satanized qrupunun vokalısti olub. Weyes Bluhd kimi o, iki albomunu özü yayımlamışdı. Səhnə adını Weyes Blood'a dəyişərək o, "The Outside Room" (2011) albomunu Not Not Fun Records albom şirkətində buraxmışdır. Daha sonra o, "The Innocents" (2014) və "Front Row Seat to Earth" (2016) albomları "Mexican Summer" adlı müstəqil albom şirkətində buraxır. "Titanic Rising" (2019) adlı ən son studiya albomunu Sub Pop-da buraxaraq tənqidçilər tərəfindən müsbət rəylər qazanıb.
Blaj
Blaj (albom)
Bled
Bled (sloven. Bled, alm. Veldes‎) — Sloveniyanın şimal-qərb hissəsində yerləşən şəhər. İtaliya və Avstriya sərhəddinə yaxındır. 2002-ci ilin siyahıya alınmasına görə şəhərin əhalisi— 5252 nəfərdir. Şəhər ətrafı yaşayış məntəqələri ilə birlikdə — 10 899 nəfərdir. Bled şəhəri Bled gölü sahilində, Yulian Alpları dağları ətəklərində yerləşir. Şəhər Triqlav Milli Parkından şərqindədir. Ölkənin populyar turizm mərkəzi hesab olunur == Coğrafiyası == Bled ölkənin paytaxtı Lyublyanadan 45 km şimal-qərbdə və Esenise şəhərindən isə 10 km cənub-şərqdə yerləşir. Şəhərin 8 km şimalından Avstriya sərhəddi, 40 km qərbindən isə italiya sərhəddi keçir.
Bolad
Bolad (1240, Monqolustan – 26 aprel 1313, Arran) — Yuan sülaləsinin Elxanilərə göndərdiyi səfiri. == Həyatı == 1240-cı ildə Dörben tayfasında doğulub. Atası Yurki Çingiz xanın etimad duyduğu şəxslərdən olub xanın şəxsi mühafizəçisi idi. 1248-ci ildə Xubilayın oğlu Dorci ilə birlikdə təhsil almış, çin dilini öyrənmişdi. 1260-cı ildə saray hakimi vəzifəsinə yüksəldi və 1264-cü ildə Arıq Buğanın məhkəməsi və 1282-ci ildə Əhməd Fənakatinin qətli işlərində hakimlik etdi. 1285-ci ildə Arqun xanın taxta keçməsindən sonra Elxanilər dövlətinə səfir kimi göndərildi. === Səfir kimi === ==== Arqun xan dövrü ==== 7 Aprel 1286-cı ildə Arqun xana yarlıq və tac gətirən Bolad, Kaydu xanın üsyanına görə Monqolustana qayıda bilmədi və bir həyat yoldaşı ilə iki oğlunu arxada qoydu. Oğulları daha sonra Yuan sülaləsində vəzifələrə yüksəldilər. Arqun xan tərəfindən cariyə və keşik verilərək Xorasan valisi təyin olundu. ==== Keyxatu xan dövrü ==== 1294-cü ildə Keyxatu xana yeni kağız valyutanın çapını məsləhət görmüşdü.
Bаlаd
Balad — İraqın Səlahəddin mühafəzəsində şəhər.
Klad
Klad — əcdadın və nəslin davamçılarının təşkil etdiyi qrupdur. == Xarici keçidlər == Evolving Thoughts: Clade DM Hillis, D Zwickl & R Gutell. "Tree of life". An unrooted cladogram depicting around 3000 species.
Bad
Bad (sinql) — Maykl Cekson tərəfindən ifa olunmuş mahnı. Bad (Quba) — Azərbaycan Respublikasının Quba rayonunun inzibati ərazi vahidində kənd.
Andrea Blas
Andrea Blas (d. 14 fevral 1992) — İspaniyanı təmsil edən su poloçusu. == Karyerası == Andrea Blas, İspaniya yığmasının heyətində 2012-ci ildə Birləşmiş Krallığın London şəhərinin ev sahibliyində baş tutan XXX Yay Olimpiya Oyunlarında mübarizə apardı. Final görüşündə ABŞ yığmasına 5:8 hesabı ilə məğlub olan İspaniya yığması, London Olimpiadasının gümüş medalına sahib oldu.
Blaj (albom)
Blaj (rus. Блажь, azərb. Şıltaqlıq‎, həmçinin kimi tanınan rus. Я тебя люблю, azərb. Mən səni sevirəm‎) — Nikolay Noskovun debüt studiya albomu.
Blaj (şəhər)
Blaj (rum. Blaj; mac. Balázsfalva; alm. Blasendorf‎) — Rumıniyanın Alba judetsində yerləşən şəhər. Şəhərin 20 630 nəfər sakini var. Şəhərin oriyentiri buranın Transilvaniyadakı Roma Yunan Katolik Kilisəsinin mədəni və vacib dini mərkəzi olduğunu göstərir. == Tarixi və etimologiyası == Şəhər tarixən "Kiçik Roma" olaraq adlandırılıb.
Blas Kanto
Blas Kanto Moreno (isp. Blas Cantó Moreno; 26 oktyabr 1991) — İspaniya müğənnisi. O, Auryn qrupunun üzvü kimi şöhrət qazanmışdır. 2017-ci ildə ifaçı öz solo karyerasına başlamışdır. Onun Complicado adlı debüt albomu 2018-ci ilin sentyabr ayında işıq üzü görmüşdür. Albom İspaniyanın albom siyahılarında zirvəyə yüksəlmişdir. Blas Kanto İspaniyanı Niderlandın Rotterdam şəhərində keçirilən 2020 Avroviziya Mahnı Müsabiqəsində təmsil edəcək. == Həyatı == Blas Kanto 26 oktyabr 1991-ci ildə İspaniyanın Mursiya regionunda yerləşən Rikote şəhərində anadan olmuşdur. O, 8 yaşında ikən Veo Veo adlı uşaqlar üçün keçirilən məharət yarışmasında iştirak etmişdir. 2004-cü ildə isə Kanto İspaniyanın TVE telekanalının 2004 Avroviziya Uşaq Mahnı Müsabiqəsi üçün təşkil etdiyi Eurojunior adlı milli seçim turuna qatılmışdır.
Blay (rayon)
Blay (fr. arrondissement de Blaye, oks. arrondiment de Blaia) — Fransanın Akvitaniya reionun rayonlarından biri. Departamenti — Jironda. Suprefektura — Blay. Rayonun əhalisi 2011-ci ildə 84,652 nəfər təşkil edirdi. Əhalinin sıxlığı — 108 nəf / km². Rayonun sahəsi – 782 km².
Bled gölü
Bled gölü (sloven. Blejsko jezero) — Alp dağlarının ətəyində dəniz səviyyəsindən 475 km yüksəklikdə yerləşir. Ümumi 1,45 km² sahəyə malik olan bu gölün uzunluğu 2,1 km, eni isə 1,4 km-dir. Maksimum dərinliyi 30 m-dir. Göl, Lyublyana Beynəlxalq Hava Limanından 35 km və paytaxt Lyublyana şəhərindən 55 km məsafədə yerləşir. Gölün ətrafını bir saata gəzmək mümkündür. Dağlar və meşələrlə əhatələnən bu göl gözəl mənzərəyə malikdir. Gölün üzərində Bled adası (Sloven. Blejski otok). yerləşir.
Brad Delson
Bred Delson (1 dekabr 1977) — Linkin Parkın gitaraçısı. 1996-ci ildə qrubu yaradanlardan biri olmuşdur. = Həyatı = Bred Agura orta məktəbində qrubun digər üzvü Mayk Şinoda ilə eyni məktəbdə oxumuşdur. Onların keçmişdən arzuları biryerdə qrup yaratmaq idi. Məktəbi bitirdikdən sonra 1994-də Rob Bourdon ilə tanışdılar və qruba zərb aləti çala bilən biri əlavə olundu. 1995-də Bred, Mayk, və Rob "Xero" adlı bir qrub yaratmağı müzakirə etdilər və 1996-da bu qrup yarandı. Sonralar qrupun adı Linkin Park olaraq dəyişir və Brad Linkin Parkın gitara çalanı olur.
Loran Blan
Loran Rober Blan (fr. Laurent Robert Blanc; d. 19 noyabr 1965, Ales, Fransa) — Fransa futbolçusu və baş məşqçisi. == Klub karyerası == Loren Blan karyerasına yarımmüdafiəçi kimi çıxış etdiyi "Monpelye"də başlamışdır. O, klubun qol vuran futbolçularından biri olmuşdur. Blanın çıxış etdiyi komanda 1987-ci ildə 1-ci liqadan ən yüksək səviyyəyə yüksəlmiş və 1990-cı ildə Fransa kubokunu qazanmışdır. O, 1991-ci ildə "Napoli"yə keçmişdir. Blan burada 31 oyun keçirmiş və 6 qol vurmuşdur. O, millidə oynamaq istədiyinə görə mövsümün sonunda komandadan ayrılmışdır.
Mount & Blade
Mount & Blade (azərb. At və qılınc‎), Türk firması TaleWorlds tərəfindən yaradılan, İsveçli yayımcı Paradox Interactive-in yayımladığı, özünə aid bir dünyası olan, Orta əsrlər mövzulu, tək oyunçulu oyundur. 16 sentyabr 2008-də Şimali Amerikada satışa çıxan oyun 3 gün sonra Avropada yayımlandı. Oyunun inkişafına "TaleWorlds"ün yaradıcıları Ərmağan Yavuz və yoldaşı İpək Yavuz tərəfindən bir oyun proyekti olaraq başlanıldı. Oyunun satışı hələ də davam edən hal-hazırkı versiyası 3 noyabr 2008-də yayımlanmışdır. Oyun PC Gamer jurnalının "Ən yaxşı 100 oyun" 2011 ili siyahısında 91. sırada yer tapmışdır. == Mövzusu == Kalradya ərazisində müharibə sürətlə yayılır. Bu müharibədən hər kəs öz payını alacaq və hər kəs yaşamaq uğrunda mübarizə verəcəkdir. Ovçusundan tacirinə, kəndlisindən əsgərinə qədər hər kəs bir məqsəd uğrunda mübarizə aparacaqdır: savaşdan sağ qurtulmaq.
Nelli Blay
Nelli Blay (ing. Elizabeth Jane Cochran d.5 may 1864-cü il, ABŞ, Pensilvaniya; ö. 27 yanvar 1922-ci il, Nyu-York) — amerikalı jurnalist, yazıçı, sahibkar. Əsl adı Elizabet Ceyn Kokran olmasına baxmayaraq, jurnalistika həyatında Nelli Blay (ing. Nellie Bly) ləqəbindən istifadə etmişdi. Araşdırmaçı jurnalistika tarixinin əfsanəvi jurnalistlərindən olub. Onun jurnalistikada əsas metodu fərqli şəxsiyyətlərə bürünüb xəbər hazırlamaq olub. Buna ən yaxşı misal 1887-ci ildə Qadın Psixiatriya Xəstəxanası ilə bağlı xəbər hazırlamaq üçün heyəti aldadıb xəstəymiş kimi xəstəxanada qalması olmuşdu. O, bu metodlarla Amerikanın diqqətini çəkməyi bacarmışdı. == Həyatı == Nelli Blay 1864-cü ildə Pensilvaniyanın cənub-qərbində atası Maykl Kokranın qurduğu Kokran Mills qəsəbəsində dünyaya gəlib.
Ulad-Hədac
Ulad-Hədac (ərəb. أولاد هداج‎, fr. Ouled Hedadj) — Əlcəzairin şimalında, Bumerdes vilayəti ərazisində kommuna. == Coğrafi mövqe == Kommuna vilayətin şimal hissəsində, dəniz səviyyəsindən 30 metr hündürlükdə yerləşir, 10 km2 ərazini əhatə edir.Kommuna ölkənin paytaxtı Əlcəzairdən təqribən 31 kilometr şərqdə və Bumerdes vilayətinin inzibati mərkəzindən 18 kilometr qərbdə yerləşir. == Əhalisi == 2008-ci ildə əhalinin sayı 30 573 nəfər idi.
Ulad-Musa
Ulad-Musa (ərəb. أولاد موسى‎, fr. Ouled Moussa) — Əlcəzairin şimalında, Bumerdes vilayətinin ərazisində kommuna. == Coğrafi mövqe == Kommuna vilayətin şimal hissəsində, dəniz səviyyəsindən 117 metr yüksəklikdə yerləşir, sahəsi 29 km2-dir.Kommuna ölkənin paytaxtı Əlcəzairdən təqribən 38 kilometr şərqdə və Bumerdes vilayətinin inzibati mərkəzindən 15 kilometr cənub-qərbdə yerləşir. == Əhalisi == 2008-ci ildə əhalinin sayı 45,770 nəfər idi.
Ulad-Səid
Ulad-Səid (ərəb. أولاد السعيد‎) — Əlcəzairin mərkəzi hissəsində, Adrar vilayətində şəhər və kommuna. Timimun dairəsinə daxildir. == Coğrafi mövqe == Şəhər vilayətin şimal hissəsində, Bğyük Səhranın şimal-qərbindəki vahələrindən birinin ərazisində, ölkənin paytaxtı Əlcəzairdən təxminən 850 kilometr cənub-cənub-qərbdə yerləşir. Mütləq hündürlüyü dəniz səviyyəsindən 343 metrdir.Ulad-Səid kommunasının sahəsi 650 km2-dir. == İqlim == Şəhərin iqlimi quraq isti kimi xarakterizə olunur. İl ərzində yağıntı demək olar ki, yoxdur (orta illik miqdarı - 19 mm). Orta illik temperatur 24,2-dir °C. Ən soyuq ayın (yanvarda) orta temperaturu 11,9°C, ən isti ayda (iyulda) 36,6°C-dir.
Ulad-Yəiş
Ulad-Yəiş (ərəb. أولاد يعيش‎) — Əlcəzairin şimalında, Blida vilayəti ərazisində şəhər və kommuna. Eyniadlı dairənin inzibati mərkəzidir. == Coğrafi mövqe == Şəhər vilayətin mərkəzi hissəsində, vilayətin inzibati mərkəzi Blidanın yaxınlığında, dəniz səviyyəsindən 223 metr yüksəklikdə yerləşir.Ulad-Yəiş ölkənin paytaxtı Əlcəzairdən təxminən 30 kilometr cənub-qərbdə yerləşir. == Tarixi == Əlcəzair müstəqillik qazanmazdan əvvəl şəhər Dalmati adlandırılırdı. == Əhalisi == 2008-ci ilin siyahıyaalınmasına əsasən, şəhərdə əhalinin sayı 87,131 nəfər idi.
Şenin Blan
Şenin Blan (ing. Chenin blanc) — şərab istehsalı üçün istifadə edilən üzüm növlərindən biri. Baha qiymətə satılan üzüm növlərindəndir. Bu üzümdən hazırlanan şərabın meyvə tərkibli qarışıqları da vardır. Şəraba Şardone əlavə edəndə onun dadı meyvəli və turş olur.
Bad-tibira
Bad-tibira (şum. 𒂦𒁾𒉄𒆠), "Mis İşçi(lər)inin divarı" və ya "Dəmirçilər qalası" — İraqın cənubundakı Əl-Şətrah və Tell Əs-Senkereh (qədim Larsa) arasında, müasir Tell Əl-Mədinə kimi müəyyən edilən, "Şumer kralı siyahı"sında antidiluvia şəhərləri arasında görünən Şumer şəhəri. Onun akkad dilində adı Dür-qurqurri idi. O, həmçinin Abiden və Apollodor tərəfindən ötürülən Beros kimi yunan müəllifləri tərəfindən "Παντιβίβλος" ("Pantibiblos") adlanırdı. Bu şəhərin adının digər versiyası olan Patibiranı "Dəmirçilər kanalı" olaraq da tərcümə edə bilərik. == Şumer ədəbiyyatında Bad-tibira == "Şumer kral siyahı"sına görə, Bad-tibira Eredudan sonra daşqından əvvəl Şumerdə "krallığın həyat sürdüyü" ikinci şəhər idi. Bu padşahların Enmenluanna, Enmenqalanna və Təmmuz olduğu deyilirdi. Erkən Şumer mətnində İnannanın cəhənnəmə enməsi hissəsində şəhərin məbədi Emuşkalammadan bəhs edilir. Bu rəvayətdə İnanna cəhənnəmdən gələn cinləri səfalət içində yaşayan Bad-tibiranın himayədarı Lulalı aparmaqdan çəkindirir. Onlar nəhayət Urukda saray zənginliyi içində yaşayan Təmmuzu aparır.
Bad-İburq
Bad-İburq, Almaniyanın Aşağı Saksoniya regionunun Landkreis Osnabrück ərazisində yerləşən bir şəhərdir. İlk Prussiya kraliçası Sofiya Şarlotta bu şəhərdə dünyaya gəlmişdir.