Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Bölgə
Region və ya bölgə (lat. regio — "nahiyə", "ölkə", "vilayət") — vahidliyi olan və ona daxil olan elementlərinin sıx bağlıılğı olan müəyyən bir ərazi. Hansısa ölkənin və ya dünyanın müəyyən hissəsi də başa düşülür.
Adaptiv bölgə
Adaptiv bölgə — taksonun inkişaf edə bildiyi yaşama sahəsi. == İstinadlar == == Ədəbiyyat == R. Ə. Əliyeva, Q. T. Mustafayev, S. R. Hacıyeva. "Ekologiyanın əsasları" (Ali məktəblər üçün dərslik). Bakı, "Bakı Universiteti" nəşriyyatı, 2006, s. 478 – 528.
Bölgə (balıq)
Ağ balıq (lat. Huso) — heyvanlar aləminin xordalılar tipinin şüaüzgəclilər sinfinin nərəkimilər dəstəsinin nərələr fəsiləsinə aid heyvan cinsi.
Bölmə (riyaziyyat)
Bölmə (bölmə əməli) — 4 sadə hesab əməlindən biri. Vurmanın tərsidir.Ədədin qalıqsız bölündüyü hər bir ədəd həmin ədədin böləni adlanır. Bölmə elə əmələ deyilir ki, nəticədə alınan ədədi bölən ədədə vurduqda bölünən ədəd alınır. Bölmənin komponentləri bölünən, bölən və qismətdir. Məsələn, 8:2=4 bərabərliyində 8 - bölünən, 2 - bölən, 4 - isə qismət adlanır.
Diter Bolen
Diter Bolen (alm. Dieter Günter Bohlen‎, 7 fevral 1954[…]) – Alman pop ifaçı, Modern Talking duetinin iştirakçısı. == Həyatı == Diter Bolen 1954-cü ildə Almaniyada Hamburq şəhərində anadan olmuşdur. 1978-ci ildə gimnaziyanı fərqlənmə ilə bitirir. İqtisadiyat üzrə diplom qazanır. Diter müxtəlif qqruplara prodüserlik edir. 1984-cü ildə Diter Bolenin Tomas Anders ilə əmdaşlığı nəticəsində məşhur Modern Talking (səslənməsi:"Modern Tokinq") qrupu yaranır. 1986-cı ildə onlar arasında mübahisə yaranır. Diter və Tomas arasında mübahisənin əsas səbəbi qrupun ifaçı heyəti ilə bağlı olur. Mətbuat və ictimaiyyət isə qrupun dağılmasınd əsas səbəb kimi Tomasın şöhrətpərəst həyat yoldaşı Nora Balllinqi göstərirdi.
Kayes (bölgə)
Kayes (Bambara: ߞߊߦߌ ߘߌߣߋߖߊ təl. Kayi Dineya) — Malinin inzibati bölgüsünə daxil olan səkkiz bölgədən biri. Malinin birinci inzibati ərazisidir və 120 760 kv. kilometr ərazini əhatə edir. Paytaxtı Kayes şəhəridir. Bölgə tarixən Qana imperiyası və Mali imperiyasının tərkibində olmuşdur. == Coğrafiya == Kayes bölgəsi şimaldan Mavritaniya, qərbdən Seneqal, cənubdan Qvineya və şərqdən Kulikoro bölgəsi ilə həmsərhəddir. 2009-cu ildə bölgənin əhalisi 1 996 812 nəfər olmuşdur. Ərazidə yaşayan etnik qruplara Soninkelər, Xasonkelər, Mandinkalar, Dialonkelər və Fulalar ( fr. Peuls, ful.
Midiya (bölgə)
Midiya (Qədim Fars dilində: Māda, Orta Farsca: Mad), Güney Azərbaycanın (indiki iranda) orta və cənub bölgəsindəydi və Midiya Dövlətinin siyasi və mədəni mərkəzi olaraq tanınırdı. Əhəmənlər dövründə indiki Azərbaycan, Cənubi Azərbaycanı, Urmiya və Rəşt, Sari, Simnan əhatə edirdi.Əhəmənlər hakimiyyəti altındakı Satrap olaraq, şimalda Dağıstanın cənubuna qədər uzanan daha geniş bir bölgəni əhatə edərdi. Ancaq Böyük İsgəndərin müharibələrindən sonra şimal hissələr ayrıldı və Atropaten adlandırıldı, qalan bölgəsiysə Kiçik Midiya olaraq tanındı. Madaylar, mataylar, madalılar və ya midiyalılar (q. fars Māda-, q.yun. Μῆδοι, ivr. ‏מָדַי‏‎, translit Maday) – mannalardan sonra Azərbaycanda ikinci dövlət qurumunun əsasını qoymuş müasir Azərbaycan türklərinin etnogenezində mühüm rol oynamış tayfalardan biridir. Azərbaycan xalqının formalaşması prosesində madaylar başqa türk etnosları ilə qaynayıb qarışdı. Onların birbaşa varisləri Cənubi Azərbaycanda türk dilində danışan Madabad, Madi, Mahnabad, Mehni (fars dilinin təsiri ilə d səsi h səsinə keçmişdir) və başqa kəndlərdə yaşamaqdadır . Savalanda indi əhalisi türkdilli Madya kəndi vardır.
Osvaldo Bölke
Osvaldo Bölke (ing. Osvaldo Boelcke; 1920[…], Buenos-Ayres – 1990[…]) — Argentina botaniki. Osvaldo Bölke Akantkimilər üzrə ixtisaslaşmışdır. O. Bolecke. 1986. Notas sobre crucíferas argentinas II: dos nuevas especies chaqueñas del género 'Lepidium' y sinopsis de sus especies en el NE Argentino y países vecinos. 27 pp. O. Bolecke. Plantas vasculares de la Argentina. ISBN 950-504-490-9 O. Bolecke.
Qao (bölgə)
Qao (Bambara: ߜߊߏ ߘߌߣߋߖߊ Qao Dineya) — Malinin şimal-şərqində rayon. Paytaxt şəhəri Qaodur. Rayon şimaldan Kidal, qərbdən Tombuktu bölgələri, şərqdən və cənubdan isə Burkina-Faso (Sahel bölgəsi) ilə cənub sərhədinin bir hissəsini bölüşən Niger (Taxua və Tillaberi regionları) ilə həmsərhəddir. Qao bölgəsindəki ümumi etnik qruplara Sonqay, Bozo, Tuareq, Bambara və Kounta daxildir. Qao bölgəsi, Malinin 2012-ci il Tuareq üsyanı zamanı Avazadanın Azadlığı Üçün Milli Hərəkat (MNLA) tərəfindən ayrılmış və müstəqil elan edilmiş şimal hissəsi idi. Müharibə illərində, xüsusən Qao bölgəsində bir sıra döyüşlər baş vermişdi. Qao inzibati olaraq dörd dairəyə bölünür: Qao bölgəsi əvvəllər ölkənin Tomboktu bölgəsindən şərqdə olan şərq hissəsini əhatə edirdi. 1991-ci ildə Qao bölgəsinin şimal yarısı Kidal bölgəsinə verildi.
Sikaso (bölgə)
Sikaso (Bambara: ߛߌߞߊߛߏ ߘߌߣߋߖߊ təl. Sikaso Dineya) — Malinin ən cənub bölgəsi. Bölgənin paytaxtı Sikaso, ölkənin ikinci ən böyük şəhəridir və Kot-d'İvuardakı şiddətdən cənuba qaçan insanlar səbəbiylə sürətlə böyüyür. Əsas etnik qruplar arasında maskaları və heyvanlara hörmətləri ilə tanınan Senoufolar, Malinin ən yaxşı fermerləri kimi tanınan Samaqolar və Malidəki əsas etnik qrup olan Bambara qəbiləsi var. Bölgənin yerli iqtisadiyyatı əkinçiliyə əsaslanır və Malinin digər bölgələrindən daha çox yağış aldığından meyvə və tərəvəz ilə tanınır.
Skane (bölgə)
Skane — İsveçin ən cənubunda yerləşən inzibati ərazi vahidi.
Skone (bölgə)
Skane — İsveçin ən cənubunda yerləşən inzibati ərazi vahidi.
Sudan (bölgə)
Sudan (ərəb. بلاد السودان‎ — bilâd as-sudan; hərfi mənada "qaralar ölkəsi") — Mərkəzi Afrikanın Saxaradan cənubda 5-co şimal yarımkürəsinin ekvtordan şimala 5-ci paralelinə kimi olan şimal hissəsi. Qərbdən Seneqaldan, Şərqdən Efiopiya, cənubdan Keniya ilə əhatələnib. İqliminin münasib olmasına baxmayaraq e.ə. I minillikdən başlayaraq eramızın I minilliyi də daxil olmaqla bütün Afrika əhalisinin yarısı bu ərazilərdə məskunlaşıb. Shəsi 5 mln. km²-ə yaxındır. Sudan və Saxara arasında sərhəd zona Sahel adlanır.
Sıfra bölmə
Sıfra bölmə (ing. zero divide, rus. деление на нуль) — bölənin sıfır olduğu bölmə əməli. Riyaziyyatda sıfra bölmə hesablana bilməyən qeyri-müəyyən nəticə verir, buna görə də hesablama texnikasında o, həll oluna bilmir və xəta kimi qəbul olunur. Sıfra bölmək olmaz. Belə ki, əgər {\displaystyle a:0=b} {\displaystyle a:0=b}, onda bölmənin tərifinə görə {\displaystyle b\times 0=a} {\displaystyle b\times 0=a} olmalıdır, eyni zamanda istənilən b üçün {\displaystyle b\times 0} {\displaystyle b\times 0} sıfra bərabərdir. Başqa sözlə 0-ın tərsi yoxdur. İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s.
Federal bölgə
Federal ərazi — federasiya quruluşlu bəzi dövlətlərdə ölkənin inzibati bölgüsünə daxil olan subyektlər tərəfindən deyil, birbaşa federal hökumət tərəfindən idarə olunan xüsusi ərazi. Bu tip bölgüyə, əsasən federal paytaxtın yerləşdiyi ərazilər daxil olur.
51-ci Bölgə
51-ci ərazi (ing. Area 51) (ICAO: KXTA) — Nevada Sınaq və Təlim Bazasında yerləşən yüksək səviyyəli ABŞ Hava Qüvvələri müəssisəsi. Rəsmi olaraq Homey hava limanı (KXTA) və ya yaxınlıqda yerləşən duz gölünün adı ilə Qrum Gölü adlandırılır. Müəssisədə keçirilən əməliyyatların detalları ictimaiyyətə açıqlanmasa da, ABŞ Hava Qüvvələri bunu "açıq təlim bazası" adlandırır. Ehtimal olunur ki, tarixi sübutlara əsaslanaraq eksperimental təyyarə və silah sistemlərinin inkişafı və sınaqları burada həyata keçirilir. ABŞ Hava Qüvvələri 1955-ci ildə, ilk növbədə Lockheed U-2 təyyarəsinin uçuş sınaqları üçün buranı seçdi.
Odişi (tarixi bölgə)
Odişi (gürc. ოდიში) Qərbi Gürcüstanda keçmiş Mingreliya knyazlığının əsas mülkü olan tarixi bölgədir. 19-cu əsrin əvvəllərindən bu toponimi Sameqrelo (Mingrelia) əvəz etmişdir. Gürcüstanın əksər tarixi bölgələri kimi Odişanın da dəyişkən sərhədləri vardı. Qərbdə Qara dəniz və şərqdə Tsxenistski çayı ilə sərhəddir; Şimalda Takveri dağları, Rioni çayı cənubda Odişi ilə Guria arasındakı sərhədi meydana gətirdi. Sözün daha dar mənasında Odişi, Qara dəniz tərəfindən yuyulan İnguri və Tehuri çayları arasında bir torpaq sahəsi deməkdir. Əsas şəhər və ən böyük yaşayış yeri Zuqdidi idi. Martvilidəki Çkondidi, əsas xristian katedrali olaraq xidmət etdi. Odişi xalqı üçün gürcü cin odişarı idi. Odişi ilk dəfə Gürcüstan salnamələrində, Kraliça Tamarın hakimiyyəti dövründə (1184–1213-cü illərdə hökmranlıq etmişdir), müvafiq yerlərdən gələn Bediani və Dadiani ailə adları olan bir sülalədən bir eristavi ("hersoq") tərəfindən idarə olunan bir fiefdom olaraq görünür.
Rus (tarixi bölgə)
Rus (Qədim Rus dilində Роусь, və ya Роусьскаѧ землѧ (Rus torpağı) — şərqi slavyanların yaşadığı tarixi bölgə. Dövlət adı kimi Rus sözündən ilk dəfə 911-ci il rus-bizans müqaviləsində istifadə edilib. Bundan daha əvvəllər rus etnonimi (xalq adı olaraq) olub. XII əsrin əvvələrində yazılmış "İbtidai salnamə"yə əsasən bu söz varyaqların rus adlanan tayfalarından əmələ gəlib hansılar ki, slavyanlar (sloven, kriviçi) və fin-uqorlar tərəfindən 862-ci ildə tayfalararası münqaşiləri həll etmək üçün vasitəçi kimi dəvət olunublar. Tarixşünaslıqda belə bir məsələ var ki, şərqi slavyanaların torpaqlarında Rus xaqanlığı adında dövlət mövcud olub. Azsaylı yazılı mənbələr sayəsində Rus xaqanlığının rus ərazisində yerləşdiyi qeyd olunub. Səlnamə mənbələrində qeyd olunduğu kimi, şərq slavyanlarının Rus dövlətinin adı varyaqların rus adlanan tayfalarının adından yaranıb. Varyaqların slavaynalar tərəfindən çağrılmasına qədər, gələcəkdə "birinci rus dövlətinin" yaranacağı bölgədə yaşayan slavyan tayfaları öz adları ilə yaşayırmışlar. Qədim rus salnaməçilərindən olan XII əsrin əvvəlində monax olmuş Nestor (Nesor Səlnaməçi) qeyd edir ki, "həmin varyaqlardan etibarən Ris torpağı adı yarandı". Цукерман К. «Два этапа формирования Древнерусского государства».
Sen-Lui (bölgə)
Sen-Lui — ( fr. Région de Saint-Louis ) Seneqalın Mavritaniya sərhəddə yerləşən bölgəsi. İnzibati mərkəzi Sen-Luidir. 19-cu əsrdə Fransız müstəmləkəçiləri tərəfindən inşa edilən çuqun körpü ilə məşhur olan bölgədə minlərlə quşun yaşadığı Cuc Milli Parkı yerləşir.
Ən böyük ortaq bölən
Ən böyük ortaq bölən a və b natural ədədlərinin hər ikisinin bölündüyü ən böyük natural ədədə a və b-nin ən böyük ortaq böləni deyilir və ƏBOB(a;b) kimi işarə olunur. ƏBOB (a;b)-ni tapmaq üçün: a və b sadə vuruqlarına ayrılıb qüvvət kimi göstərilir. Ortaq vuruqlardan qüvvəti kiçik olanlar seçilir. Onların hasili tapılır. ƏKOB(a, b)×ƏBOB(a, b)=a×b ƏBOB (75, 45)=15 75=3×5×545=3×3×5 3×5=15 Birdən başqa ortaq bölənləri olmayan natural ədədlərə qarşılıqlı sadə ədədlər deyilir. Qarşılıqlı sadə ədədlərin ən böyük ortaq böləni 1-ə bərabərdir. Ardıcıl ədədlər qarşılıqlı sadə ədədlərdir. Məsələn, ƏBOB (15, 16)=1 Ardıcıl tək ədədlər də qarşılıqlı sadə ədədlərdir. Məsələn, ƏBOB (37, 39)=1 Ədədlərdən biri digərinin bölənidirsə, ƏBOB bu ədədlərdən kiçiyinə bərabərdir.
Ortaq bölən və ən böyük ortaq bölən.Evklid alqoritmi
TƏRİF. a 1 , a 2 , . . . , a n {\displaystyle a_{1},a_{2},...,a_{n}} tam ədədlərinin hər birinin eyni zamanda bölündüyü d {\displaystyle d} ədədinə bu ədədlərin ortaq böləni deyilir. Məsələn, 60, 25, 45 ədədləri üçün 5 ədədi ortaq böləndir. TƏRİF.Verilən a 1 , a 2 , . . . , a n {\displaystyle a_{1},a_{2},...,a_{n}} ədədlərinin ortaq bölənləri içərisindən ən böyüyünə bu ədədlərin ən böyük ortaq böləni (ƏBOB) deyib, onu ( a 1 , a 2 , . .
Balel
Mustafa Balel (d. 1 sentyabr 1945, Sivas) — Türkiyə yazıçısı, tərcüməçi. == Həyatı == Mustafa Balel 1945-ci ildə Türkiyənin Sivas şəhərində anadan olub. Ankara Qazi Ali Təhsil İnstitutunun Fransız dili şöbəsində təhsil aldıqdan sonra (1968), Türkiyənin Ardahan şəhərində fransız dili müəllimi kimi çalışıb. Sonradan məqsədli təqaüd qazanaraq Fransanın Poitiers Universitetində "müqayisəli dünya ədəbiyyatı" üzrə təhsil alıb. İstanbul Atatürk Ali Təhsil İnstitutunda XX əsr fransız ədəbiyyatı və tərcüməçiliyi (1978-1980), İstanbul Bağçalıevlər Liseyində fransız dili və ədəbiyyatı (1980-1997), Adnan Menderes Anadolu Liseyində ədəbiyyat (1997-2000) dərsləri deyib. Ədəbi aləmə 1972-ci ildə "Yeni Ortam" qəzetində yazdığı kitab resenziyaları və ədəbi-tənqidi məqalələri ilə qədəm qoyub. Qəzet və jurnallarda nəşr etdirdiyi hekayələri, ədəbi-tənqidi məqalələri və tərcümələri ilə məşhurlaşıb. Meydan Larousse, Görsel Büyük Genel Kültür Ansiklopedisi, Gelişim Büyük Larousse, Memo Larousse, Axis 2000 və s. ensiklopediyaların tərtib olunmasında iştirak edib.
Baler
Baler — Filippinin Aurora vilayətində şəhər və bələdiyyə və bu vilayətin mərkəzi.
Balet
Balet (fr. balleto - rəqs edirəm) — səhnə sənətinin bir növü, xoreoqrafiyanın ən yüksək pilləsi. Əsas ifadə vasitələri bir-biri ilə qırılmaz tellərlə bağlanmış musiqi və rəsqdir. Baletdə rəqs sənəti musiqili-səhnə tamaşaları səviyyəsinə yüksəlir. == Balet tarixi == Bu sintetik janrın kökləri çox qədimdir. İbtidai icma və quldarlıq cəmiyyətin həyatında onun rolu vacibdir. Misirin, Yunanıstanın, Hindistanın mədəni abidələri bunu təsdiq edir. Əvvəllər balet "çox ədəbli" saray şənliklərinin tərkib hissəsi olmuşdur (Lüllinin, Ramonun operabaletləri, Molyerin komediya-baletləri və b. buna daxildir). Adətən, baletin əsasında müəyyən bir süjet, dramaturji ideya dayanır, lakin süjetsiz baletlər də var.
Belde
Bəldə (türk. Belde; hərfi mənada "qəsəbə" deməkdir) — türk dilində "bələdiyyəsi olan böyük kənd" mənasını verən söz. Türkiyənin bütün vilayət və rayon mərkəzlərində bələdiyyələr var, lakin kəndlər adətən bələdiyyələrə sahib olmaq üçün çox kiçikdir. Bəzi kəndlərdə əhalinin sayı 2,000 nəfəri keçə bilər və belə kəndlərdə sakinlərin seçimindən asılı olaraq kiçik bələdiyyə yaradıla bilər. Belə kəndlərə "bəldə" deyilir. 2014-cü ilə qədər "bəldə" bələdiyyələrinin sayı 1,400-ə yaxın idi. Bununla belə, 30 mart 2014-cü il tarixli 6360 saylı qanuna görə, 30 vilayətdə bütün kəndlər (bələdiyyəsi olan və olmayanlar) rayon bələdiyyələrinin şəhər quruluşuna daxil edilmişdir. Beləliklə, 30 vilayətdə "bəldə" bələdiyyələri ləğv edilmişdir. Ləğv edilmiş "bəldə" bələdiyyələrinin sayı 1040-dır. Hal-hazırda 6360 saylı qanunun əhatə dairəsinə daxil olmayan 51 vilayətdə hələ də 394 "bəldə" bələdiyyəsi fəaliyyət göstərir.
Belen
Belen (Para) — Braziliya da yerləşən şəhər. Para vilayətinin mərkəzi şəhəri. Belen xanım — türk mifologiyasında səyahət ilahəsi.
Belle
Belle (fr. Belley) — Fransada kommuna, Rona-Alplar regionunda yerləşir. Departament — En. Belle kantonuna daxildir. Kommunanın dairəsi — Belle. INSEE kodu — 01034. == Əhalisi == 2010-ci ildə əhalinin sayı 8755 nəfər təşkil edirdi.
Belém
Belen — Braziliyada şəhər. Para vilayətinin mərkəzi şəhəri.
Bilnə
Bilnə (Lerik) — Azərbaycan Respublikasıınn Lerik rayonunun inzibati ərazi vahidində kənd. Bilnə (Yardımlı) — Azərbaycan Respublikasıınn Yardımlı rayonunun inzibati ərazi vahidində kənd.
Biləv
Biləv — Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikasının Ordubad rayonunun eyniadlı inzibati ərazi vahidində kənd. == Ümumi məlumat == Biləv bələdiyyəsinin mərkəzidir. Rayonun mərkəzindən 35 km şimal-qərbdə, Ordubad-Bist avtmobil yolunun üstündədir. Gilan çayının (Arazın qolu) sahilində, Zəngəzur silsiləsinin ətəyindədir Orta məktəbi, klubu, kitabxanası, tibb məntəqəsi, rabitə şöbəsi, ATS-i var. Gilançayın yuxarı axını boyunca yerləşən Biləv kənd ərazisində Tunc və ilk Dəmir dövürlərinə aid maddi mədəniyyət qalıqları tapılmışdır. Biləv kəndində orta əsrlərə aid nekropol və Gilançay üzərində iki açırımlı körpü də var. == Oykonimin izahı == Oykonim kəndin ərazisindəki eyniadlı bulağın adındandır. Tədqiqatçılar kəndin adının ərazidəki dağlarda olan bulov daşlarından götürüldüyünü ehtimal edirlər. Lakin belə olduqda kəndin adı Bilov deyil, Bulovlu olmalı idi. Oykonim mənbələrdə də Biləv kimi qeydə alınmışdır.
Boldu
Beilschmiedia (lat. Beilschmiedia) — bitkilər aləminin dəfnəçiçəklilər dəstəsinin dəfnəkimilər fəsiləsinə aid bitki cinsi.