Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Polotsk
Polotsk (belar. По́лацк) — Belarus Respublikasının Vitebsk vilayətində şəhər, Polotsk bölgəsinin inzibati mərkəzi. Qərbi Dvinanın hər iki sahilində, Polota çayının axdığı yerdə yerləşir. Novopolotsk şəhəri və ən yaxın şəhər və kəndlərlə birlikdə təxminən 270 min nəfər əhalisi olan Polotsk aqlomerasiyasını təşkil edir. Belarusiyanın ən qədim şəhəridir.
Bolotin (Avurğazı)
Bolotin (başq. Болотин, rus. Болотино) — Başqırdıstan Respublikasının Avurğazı rayonunda yerləşən kənd. Kənd Tukaev kənd şurasının tərkibindədir. Məsafələr: rayon mərkəzindən (Talbazı): 24 km, kənd sovetliyindən (Tukay): 4 km. ən yaxın dəmiryol stansiyasından (Ağ Göl stansiyası): 8 km. 2002-ci ildə keçirilən Ümumrusiya əhalinin siyahıya alınmasına əsasən kəndidə ruslar (57%) üstünlük təşkil edir.
Zolotıe vorota metrostansiyası
«Zolotıe vorota» (ukr. «Золоті́ воро́та», ; azərb. Qızıl darvaza‎) — Kiev metropoliteninin 29-cu stansiyası. Stansiya Sresko-Peçerski xəttində, «Lukyanovskaya» və «Dvores sporta» stansiyaları arasında yerləşir. Stansiya 31 dekabr 1989-cu ildə istismara verilib. Stansiya öz adını yaxınlıqda yerləşən şəhərin tarixi ərazisindən almışdır. Ümumi sərnişin istifadəsi — 19,9 min adam/sutka. 2011-ci ildən stansiya "mədəni irs yeri", memarlıq və şəhərsalma abidəsi, monumental sənət abidəsi statusunu əldə etmişdir. Zolotıe vorota stansıyasının ilkin layihəsi daha sadə və bəsit idi. Sonradan həm dərinlik artırıldı, həm də həcmi genişləndirildi.
Edqar Bloşe
Edqar Bloşe (fr. Edgard Blochet; 12 dekabr 1870, Burj – 5 sentyabr 1937, Paris) — fransız şərqşünası. Şərq dilləri məktəbində ərəb, fars, türk və hind dillərini öyrənmişdir. 1895-ci ildən Paris Milli Kitabxanasının əlyazmalar şöbəsində işə başlamış, 1935-ci ilədək burada çalışmışdır. "Ərəb, fars və türk əlyazmalarına rəsmlərin kataloqu" (1911), "Türk əlyazmaları kataloqu" (c. 1–2, 1932–33) kitablarını nəşr etdirmişdir. Həmin kataloqlarda Paris Milli Kitabxanasında saxlanılan Azərbaycan şairlərinin (o cümlədən Həsənoğlu, Qazi Bürhanəddin, Nəsimi, Füzuli, Məsihi və b.) əsərlərindən ibarət cünglərin təsviri verilmişdir. Kataloqlarda 12–20-ci əsrlər Azərbaycan şairlərinin nadir əlyazmaları haqda xeyli məlumat var. Bloşe "Türk əlyazmaları kataloqu"nda Nizami Gəncəvinin ana dilində şeirləri olduğunu qeyd etmişdir. Kataloqun 2-ci cildində 710 nömrəli əlyazmasının bütövlükdə Nizaminin "Yeddi gözəl" poemasının türkcəyə tərcüməsi olduğu və əsərin həmin tərcümədən fransızcaya çevrildiyi göstərilmişdir.
Müqəddəs Sofiya kafedralı (Polotsk)
Müqəddəs Sofiya kafedralı (belar. Полацкі Сафійскі сабор; rus. Собор Святой Софии в Полоцке) — Belarus respublikasının Polotsk şəjərində kafedral. Kafedral şahzadə Vseslav tərəfindən 1044-1066 illəri arasında tikdirilmişdir. Polota və Qərbi Dvina çaylarının şəhərin şərq tərəfindəki qovuşduğu yerdə yerləşir və bəlkə də Belarusiyadakı ən qədim kilsədir. Kafedral, Kiyevdəki və Novqoroddakı kimi, Allahın Müqəddəs Hikmətinin adını daşıyır. Öz kafedralını qurduqdan sonra izqoy knyazı olan Vseslav Kiyev taxtını ələ keçirməyə çalışdı. Lakin bu cəhdi uğusuzluqla nəticələnir və ətrafdakı ərazilərə basqın etməyə başlayır. 1067-ci ildə Böyük Novqoroda basqın edir və Müqəddəs Sofiya Kafedralını qarət edərək öz kafedralını bəzəmək üçün bir zəng və digər qənimətlər gətirir. Kafedral XI-XVIII əsrlər arasında əhəmiyyətli dərəcədə yenidən qurulmuş və ciddi şəkildə dəyişdirilmişdir.