Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Brainly
Brainly — Polşanın Krakov şəhərində yerləşən və baş ofisi Nyu Yorkda olan Polşa təhsil texnologiyaları şirkətidir. O, tələbələr, valideynlər və müəllimlər üçün ev tapşırığı ilə bağlı sualları soruşmaq və cavablandırmaq üçün həmyaşıd öyrənmə platforması təqdim edir. Platformada motivasiya nöqtələri və dərəcələr şəklində oyunlaşdırma elementləri var. Bu, digər istifadəçilərin suallarına cavab verməklə istifadəçiləri onlayn icmaya qoşulmağa təşviq edir. 2020-ci ilin Noyabr ayına olan məlumata görə, Brainly 350 milyon aylıq istifadəçiyə malikdir və bu, onu dünyanın ən populyar təhsil proqramına çevirir.
Braunit
Braunit — mineral, Mn2+ Mn63+ [O8| SiO4] == Haqqında == Braunit lonqbanit ilə dimorfdur. Mn qismən Fe3+-lə əvəz olunur. Qatışıqları Ba, Ca və Mg. Tetraedr. Kristaları dipiramidal, psevdooktaedrik, prizmatik, pazabənzər. İkiləşmə {112} üzrə. Ayrılma {101} üzrə mü­kəm­məl. Aqreqat: dənəvər. Rəngi poladı-boz, qəhvəyi-qara və qara. Cizgisi qonuru-qara.
Krasnıy
Krasnıy — Xocalı rayonununda kənd. Krasnıy (Rusiya) — Rusiyada kənd. Krasnıy (Belarus) — Belarusda qəsəbə.
Branzi
Branzi (it. Branzi) — İtaliyanın Berqamo əyalətinin Lombardiya bölgəsində yerləşən kommuna. Əhalisi 715 nəfərdir (2016). Əhalinin sıxlığı 30 nəfər/km². Ərazisi 25 km² ərazini tutur. Poçt kodu — 24010. Telefon kodu — 0345. Müqəddəs həvari Bartalmay kommunanın himayədarı hesab edilir. Kommunanın bayramı 25 avqust tarixində keçirilir .
Brauni
Brauni (ing. Chocolate brownie) — şokoladlı pirojna. Xarakterik qəhvəyi rəngdə (ing. brown — «qəhvəyi») olduğu üçün brauni adlandırılmışdır. Düzbucaqlı formada kəsilmiş şokolad piroqu olan brauni amerikan mətbəxinin ənənəvi yeməyidir. == Tərkibi == 4 yumurta 1 st şəkər tozu 150 qr. kərə yağı 150 qr. tünd şokolad 1 xörək qaş. kakao 1 paket vanil 1 paket qabartma tozu 4 xörək qaş. un == Hazırlanması == Qaba yumurtaları qırın və şəkəri əlavə edib, əriyənə qədər çırpın.
Aconitum braunii
Turpabənzər kəpənəkçiçəyi (lat. Aconitum napellus) — bitkilər aləminin qaymaqçiçəklilər dəstəsinin qaymaqçiçəyikimilər fəsiləsinin kəpənəkçiçək cinsinə aid bitki növü. == Sinonimləri == Aconitum alatum Wender. Aconitum amoenum Rchb. Aconitum ampliflorum Rchb. Aconitum anglicum Stapf Aconitum bavaricum Starm. Aconitum braunii Rchb. Aconitum caeruleum Dulac Aconitum canescens Schleich. ex Rchb. Aconitum clusii Rchb.
Con Branner
Con Branner(John Kilian Houston Brunner; 24 sentyabr 1934[…] – 25 avqust 1995[…], Qlazqo) — İngilis fantast-yazıçısı. == Həyatı == Con Branner 1934-cü ildə İngiltərənin Oksfordşir şəhərində anadan olmuşdu. Con Branner 1995-ci ildə Qlazqo şəhərində vəfat edib.
Krasnıy Kut
Krasnı Kut — Rusiya Federasiyasında yerləşən şəhər. Saratov vilayətinə daxildir.
Krasnıy Sulin
Krasnıy Sulin — Rusiya Federasiyasında yerləşən şəhər. Rostov vilayətinə daxildir.
Krayniy adası
Krayniy adası — Sedov arxipelaqı qrupuna daxildir. İnzibati cəhətdən Krasnoyarsk diyarının Taymır Dolqan-Nenes rayonu ərazisində yerləşir. == Yerləşməsi == Kara dənizində, Demyan Bednıy adalarının şərqində, Komsomoles adasından 4,2 km şimal-qərbdə yerləşir. Qonşuluğunda yerləşən Qlavnıy və Kolokol adaları ilə qumlu sayla birləşir (müvafiq olaraq 1 km və 650 m). == Təsviri == Şimal-qərbdən cənub-şərqə doğru uzanır. Uzunluğu 1,3 km, eni isə 300 metr təşkil edir. Adanın maksimal hündürlüyü 11 metrdir. Adada çay və göl yoxdur.
Luis Brandis
Luis Brandis (ing. Louis Dembitz Brandeis; 13 noyabr 1856[…], Luisvill, Kentukki – 5 oktyabr 1941[…], Vaşinqton) — Brandeys Universitetinin adını daşıyan amerikalı hüquqşünas. 1916-1939-cu illərdə ABŞ Ali Məhkəməsinin üzvü. == Bioqrafiyası == 13 noyabr 1856-cı ildə Kentukki ştatının Louisville şəhərində Bohemiyadan olan yəhudi mühacir valideynlər — Adolph Brandeis və Frederika Dembitz ailəsində anadan olub. Amerika vətəndaş müharibəsi zamanı ailə müvəqqəti olaraq İndianaya sığınmağa məcbur oldu. Sonra Amerika iqtisadiyyatından narahat olan ata 1872-ci ildə ailəni Avropaya köçürdü və oradan 1875-ci ildə ABŞ-yə qayıtdılar. Louis 14 yaşında Louisville Male High School bitirib. 1872-ci ildən Avropada olarkən Drezdendəki Annen-Realschule məktəbində təhsil alıb. 1875-ci ildə ABŞ-yə qayıdan o, Harvard Hüquq Məktəbində oxumuş, iyirmi yaşında oranı bitirmiş və buradakı Pow-Wow club-na qoşulmuşdur. Məzun olduqdan sonra o, daha bir il Harvardda qaldı və burada öz seçimi ilə hüquq təhsili almağa davam etdi, repetitorluq edərək çörək pulu qazandı.
Melissa Brannen
Melissa Brannenin itkin düşməsi — 3 dekabr 1989-cu ildə Virciniya ştatının Lortondakı Woodside mənzillərində baş vermiş hadisə. O, kompleksdə yaşayan Maykl Brannen və Temmi Brannenin beş yaşlı qızı idi. Kompleksdə sakinlər üçün təşkil olunan ziyafətdə iştirak edərkən yoxa çıxdı. Kompleksdə hər işi bacaran Kaleb Daniel Hyuz pislik etmək məqsədilə qaçırmaqda ittiham olundu və 50 il həbs cəzasına məhkum edildi. Onun cəsədi heç vaxt tapılmadı və heç vaxt öldüyü sübuta yetirilmədi. Onun itkin düşmə hekayəsindən "The FBİ Files"-ın ilk mövsümünün 8-ci epizodunda bəhs olundu. Həmçinin "Forensic Files" televiziya proqramının 4-cü sezonunun 5-ci epizodunda göründü. == İtkin düşməsi == 3 dekabr 1989-cu ildə Temmi Brannenin qızı Melissa ilə birlikdə yaşadığı mənzil kompleksində təxminən 100 qonağın olduğu Milad şənliyi təşkil olundu. Şənlikdən çıxarkən Melissa bir az çips almaq üçün geri qayıtdı və bir daha geri gəlmədi. O, tapılmayanda foul oyunundan şübhələnildi.
Obmannıy adası
Obmannıy — Şimal Torpağına daxil olan ada. İnzibati cəhətdən Krasnoyarsk diyarının Taymır rayonu ərazisinə daxildir. == Coğrafiyası == Kara dənizində, Oktyabr İnqilabı adasında yerləşən Jiloy yarımadasından 400 metr qərbdə yerləşir. Ətrafında kiçik adalar vardır: Bazovıy adası 1,5 km şimal-qərbdə, Zabor adası 3.8 km şimal-qərbdə və Kolosov adaları 4,2 km qərbdə yerləşir. == Xüsusiyyətləri == Cənub-qərbdən şimal-şərqə uzanışdır. Burada uzunluq 1,9 km, eni 1,6 km-dir. Cənub və şərq hissələri qayalıqdır, burada hündürlük 6 metrdir. Maksimal hündürlük 15 metrdir. Ada alcaqboylu otlarla örtülü olur.
Valeri Brainin
Valeri Borisoviç Brainin (27 yanvar 1948, Nijniy Taqil, Sverdlovsk vilayəti) — müsiqişünas, bəstəkar, pedaqoq, şair, tərcüməçi, lingvist və kulturoloq. == Həyatı == Valeri Brainin Avstriya elminə və mədəniyyətinə bir çox tanınmış simalar bəxş etmiş Brayninlər ailəsinin nümayəndəsi, şair, tərcüməçi və siyasi mühacir Boris Lvoviç Braininin (ədəbi təxəllüsü: Sepp Österreicher, 1905–1996) ailəsində anadan olmuşdur. Anası Asia İl'iniçna Brainin (1919–2005) yalan mühakimələr əsasında Tobolsk şəhərinə sürgün olunmuş Passek ailəsinin nümayəndəsidir. Valeri Brainin riyaziyyat (xüsusi riyaziyyat məktəbi, qızıl medal, riyaziyyat olimpiadasının mükafatçısı), linqivistika (Pedaqoji institut, bitirməmişdir), bəstəkarlıq (musiqi məktəbi, O. A. Golovinin sinfi, fərqlənmə diplomu ilə bitirmişdir), musiqi-pedaqoji (Pedaqoji universitet, fərqlənmə diplomu ilə bitirmişdir) təhsili almışdır. 2004-cü ildən etibarən Valeri Brainin UNESCO-nun üzvü olan Musiqi Təhsili üzrə Beynəlxalq Cəmiyyətinin (ISME-International Society of Music Education) qolu olan Rusiya Federasiya Musiqi Təhsili Cəmiyyətinin prezidentidir. O, həmçinin Moskva Dövlət Pedaqoji Universitetinin nəzdində fəaliyyət göstərən Musiqi Təhsilində Yeni Texnologiyalar Laboratoriyasıın rəhbəri, Classica Nova Beynəlxalq Musiqi Müsabiqəsinin bədii direktoru, Brainin Musiqi Məktəbləri şəbəkəsinin (Brainin-Musikschulen) bədii direktoru kimi çalışır. Avstriyada, Almaniyada, ABŞ-da, İtaliyada, Rusiyada, Kolumbiyada və digər ölkələrdə konservatoriyalarda və universitetlərdə seminarlar və ustad dərsləri keçirmişdir, Azadlıq və BBC Radiolarında mütəmadi olaraq musiqi üzrə muhazirələr təqdim etmişdir. Braininin ədəbi, tənqidi və elmi əsərləri rus, alman, ingilis və italyan dillərində işıq üzü görmüşdür. Onun musiqi əsərləri Moskvadakı nüfuzlu Böyük teatrda ifa olunmuşdu. Valeri Brainin hal-hazırda Almaniyanın Hanover şəhərində və Moskvada yaşayır.
Valeri Braynin

Brandi Sieqel
Brandi Sieqel (4 avqust 1979) — Birləşmiş Ştatları təmsil edən bədii gimnast. == Karyerası == Brandi Sieqel Birləşmiş Ştatları 1996-cı ildə Atlanta şəhərində baş tutan XXVI Yay Olimpiya Oyunlarında təmsil edib və qrup turnirində 9-cu pillənin sahibi olub.
Kristian Bannis
Kristian Bannis (4 yanvar 1992-ci ildə Danimarkada anadan olub) — Tarup-Paarup klubunda müdafiəçi kimi çıxış edən peşəkar Danimarkalı futbolçudur. Millinin əsas oyunçuları federasiya ilə mübahisə zamanı yığmanı tərk etdikləri üçün Anders Fonss 2018-ci ilin sentyabr ayında Danimarka milli futbol komandasında debüt etmişdir. == Milli karyerası == 2018-ci ilin sentyabr ayında Danimarka Futbol Assosiasiyası və futbolçular birliyi UEFA Millətlər Liqasında Uels millisinə qarşı açılış oyununda və Slovakiya millisinə qarşı yoldaşlıq oyununda iştirak edəcək milli komandanın futbolçuları haqqında yeni müqaviləni imzalamalı idilər. Lakin müqavilədə futbolçuların kommersiya hüquqları ilə bağlı bənd mübahisəyə səbəb olmuşdur. Beləliklə, onlar müqaviləni imzalamaqdan imtina etmişlər. Gələcək danışıqları təmin etmək üçün əvvəlki sövdələşmənin uzadılması təklifinin verilməsinə baxmayaraq, DBU UEFA-nın cəzasından yaxa qurtara bilmək üçün komandanın əsas oyunçularını millidən göndərmişdir. Onun əvəzində Yon Yensen yeni baş məşqçi təyin edilmiş və komandanın heyəti yenidən qurulmuşdur. Yeni heyət Danimarka 2-ci divizionu və Danimarka Seriyasında (Danimarkanın üçüncü və dördüncü liqası) çıxış edən futbolçuların qarışığından, həmçinin Danimarka milli futzal komandasında çıxış edən futzal oyunçularından təşkil olunmuşdur. 4 sentyabr 2018-ci ildə Bannis 24 oyunçudan ibarət olan heyətə daxil edilmişdir. O, milli ilə debütünü 5 sentyabr 2018-ci ildə Slovakiya millisinə qarşı yoldaşlıq oyununda etmişdir.
Morten Trane Brünnix
Morten Trane Brünnix (dan. Morten Thrane Brünnich30 sentyabr 1737, Kopenhagen – 19 sentyabr 1827, Kopenhagen) — Danimarka zooloqu və mineraloqu. == İşləri == Prodromus insectologiæ Siælandicæ. Kopenhagen 1761. Die natürliche Historie des Eider-Vogels. Kopenhagen 1763. Eder-Fuglens Beskrivelse. Kopenhagen 1763. Tillæg til Eder-Fuglens Beskrivelse. Kopenhagen 1763.
Bagz Banni
Baqz Banni və ya Dovşan Baqz (ing. Bugs Bunny) — Warner Bros. tərəfindən yaradılan cizgi filmi qəhrəmanıdır. Daffi Dakdan başqa cizgi filmlərinin bütün qəhrəmanları onu sevir. İlk dəfə 1938-ci ildə Bruklində Nyu-Yorkda yaradılmışdır. Əsası Teks Eyveri və animator Robert MakKimson tərəfindən qoyulmuşdur. Digər versiyalarda isə personajın yaradıcısını bu kampaniyanın animasiya studiyasında çalışan Çak Consu hesab edirlər. Baqs özündənrazı, laqeyd xarakteri ilə seçilən antromorfik, boz və ağ rəngli dovşandır. Zarafata çox meyillidir. Cizgi filmlərdə, televiziya verilişlərində, video oyunlarında, bir çox reklamlarda rol alıb.
Banni Blü
Banni Blü (1 iyun 1964, Los-Anceles, Kaliforniya) — yəhudi əsilli ABŞ pornoaktrisası. 1983-cü ildən başlayaraq pornofilmlərdə iştirak edir. 1997-ci ildə "AVN Awards Şöhrət Zalı" heyətinə daxil edilmişdir. 500 çox pornofilmdə iştirak etmişdir. Əsl adı Kimberli Syu Uornerdir.
Baqz Banni
Baqz Banni və ya Dovşan Baqz (ing. Bugs Bunny) — Warner Bros. tərəfindən yaradılan cizgi filmi qəhrəmanıdır. Daffi Dakdan başqa cizgi filmlərinin bütün qəhrəmanları onu sevir. İlk dəfə 1938-ci ildə Bruklində Nyu-Yorkda yaradılmışdır. Əsası Teks Eyveri və animator Robert MakKimson tərəfindən qoyulmuşdur. Digər versiyalarda isə personajın yaradıcısını bu kampaniyanın animasiya studiyasında çalışan Çak Consu hesab edirlər. Baqs özündənrazı, laqeyd xarakteri ilə seçilən antromorfik, boz və ağ rəngli dovşandır. Zarafata çox meyillidir. Cizgi filmlərdə, televiziya verilişlərində, video oyunlarında, bir çox reklamlarda rol alıb.
Kaç Rannı
Kaç Rannı (qüc. કચ્છનું મોટું રણ) — Hisdistanın qərbində, az bir hissəsi isə Pakistanın şərqində yerləşən şoranlıq. Öz növbəsində iki yerlə bölünür: Böyük Kaç Rannı (şimal hissə) və Kiçik Kaç Rannı (cənub-şərq hissə). Rann şözü sanskritcədən tərcümədə «səhralıq məkan» anlamını verir. Kaç Qucarat ştatının bir dairəsinin adıdır. Sahəsi 20 min. km²-dir. Orta hündürlüyü 200 m, bəzi ərazilərdə isə 465 m çatır. Mussonlar mövsümündə dəniz suyu və Banas, Luni və d. çaylatrın suyu ilə dolur.
Böyük Kaç Rannı
Böyük Kaç Rannı (ing. Great Rann of Kutch) — Mövsümdən asılı olaraq bataqlaşan şoranlıq ərazisi. Tar səhrasının bir hissəsini təşkil edir. Qucarat ştatının Kaç dairəsinə daxildir. Ran sözü (hind. रण) hindi dilindən tərçümədə "şoranlıq" mənasını verir. Ərazisi 30 000 km² ərazini əhatə edir və Kaç körfəzi ilə Hind çayının mənsəbi arasında yerləşir. Şoranlığın şimalı ilə Kaş körfəzinə Luni çayı tökülür. Yağışlar mövsümündə şoranlıq bütünlüklə su ilə örtülür və burada köçəri quşlar müşahidə edilir. Rütübətli illərdə Kaçdan Kambey körfəzinə qədər ərazilər bataqlıqlaşır.