Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Batiskaf
Batiskaf (yun. bathycskaphos) — Sualtı qayığa oxşayır, lakin onun uzunsov gövdəsi hava ilə yox, benzinlə doldurulub. Burada hava yaramır: çox böyük dərinlikdə suyun təzyiqindən batiskaf əzilə bilər. Benzin isə həm də sudan yüngüldür. Odur ki, benzinlə doldurulmuş gövdə batiskaf üçün üzgəc vəzifəsini daşıyır. Hava isə yalnız batiskafın alt hissəsindəki polad kürənin (qondolandın) içində olur . Adamlar və tədqiqat cihazları da bu hissədə yerləşir. == Enməsi == Ballastın yəni tarazlıq yükünün ağırlığı altında dənizin dibinə doğru hərəkət edir. == Projektor == Projektor okeanın dibinin işıqlandırılması üçün vacibdir. Batiskafın projektoru dəniz dibinin öyrənilməsi üçün mühüm yer tutur.
Qradişka
Qradişka (bosn. Bosanska Gradiška, serb. Градишка / Gradiška, xorv. Bosanska Gradiška) — Bosniya və Herseqovinanda yerləşən şəhər. Serb Respublikasına daxil olan eyni adlı icmasının və subregionun inzibati mərkəzidir. Banya Luka bölgəsindən şimalda yerləşir. Qradişka dəniz səviyyəsindən 92 m yüksəklikdə yerləşir. Şəhər Serb Respublikasının ən əhəmiyyətli sərhəd keçidlərindən birinə sahibdir. İcma 762 km² ərazisi olan Liev və Podkozarye ərazisini tutur. Coğrafi cəhətdən Krajinanın şərq bölgəsində yerləşir.
Aratika
Aratika (fr. Aratica) — Tuamotu arxipelaqına daxil olan kiçik atoll (Fransa Polineziyası). Fakarava atolundan 47 km şimalda, Kauehidən isə 35 km şimal-şərqdə yerləşir. == Coğrafiya == Atollun sahəsi 8,2 km²-dir. Daxilində böyük laqun vardır. Atollun şimal və cənubundan laqun okeanla kiçik boğazla birləşir. == İnzibati bölgüsü == İnzibati baxımından Fakarava kommunasına daxildir. == Əhali == 2017-ci il məlumatına görə adada 225 nəfər yaşayır. Paparava əsas yaşayış məntəqəsidir. Adada uçuş-eniş zolağı var.
Batika
Batika (yav. mumla çəkmək) — möhürləyici məhlulların istifadəsi ilə aparılan qumaş üzərində nəqqaşlıq. Şərq ölkələrində (İndoneziya, Hindistan, Çin, Azərbaycan və s.) yayılmışdır. 2009-cu ildə İndoneziya batikası UNESCO-nun Bəşəriyyətin Toxunulmaz Mədəni İrsi Listəsinə daxil olub. == Söz açımı == == Tarixçə == Batikanın vətəninin Malaziya və İndoneziya olduğu söylənilsə də, araşdırmalar bu ölkələrdə sənət növünün Azərbaycanla eyni dövrdə yarandığını təsdiqləyir. Batika Azərbaycan xalqının qədim ənənələrə malik kəlağayı sənətinin çağdaş varisi kimi inkişaf edib zənginləşməkdədir. Orta əsrlərdən başlayaraq Şirvan, Basqal və Gəncədə ipəkçiliyin inkişafı ilə əlaqədar xalq sənətkarlarının, əsasən də qadınların məşğuliyyət növü kimi bu sənətlə məşğul olanların sayı yüzlərlə olmuşdur. Şərq ölkələrində (Hindistanda, Çində, İndoneziyada və s.) batika texnikasında əsas etibarilə ipək və pambıq parça üzərində fırça ilə rəsm çəkərdilər. Batikanın vətəni olan cənub-şərqi Asiyada bir neçə texnika geniş yayılmışdı. Yavada hər bir rəngin üstü daim isti mumla örtülür, Malayziyada isə rəsmin əsas hissəsi nəfis şəbəkəli ornamentlə xüsusi möhürün köməyi ilə basılır.
Bratsk
Bratsk (rus. Братск) — Rusiya Federasiyasında yerləşən şəhər İrkutsk vilayətinin tərkibinə daxildir == Tarixi == Buryad - ərazisi möhtəşəm Hun imperiyası hüdudlarına daxil olan qədim diyar müasir İrkutsk vilayətində şəhər. XVII əsrin əvvəllərindən başlayaraq bura ilk rus, kazak bölükləri ayaq basır. 1629-cu ildə Yenisey Voevodası Yakov Xripunov 30 gəmi ilə Anqara ilə gedib Oka çayının ağzına yetişdi. Qızıl Yarı (sonralar rus qalası Krosnayarski) istila edib möhkəmləndirən Xripunovun iştahı böyük idi. O burada Oka buryadlarından görünməmiş həyasızlıqla elə yasaq tələb etdi ki, özlüyündə xeyirxah, səmimi adamlar olan buryadların səbri tükənir. Onlar bu çağırılmamış qonaqlara silahlı müqavimət göstərirlər. Lakin ataman Perfilyev ehtiyatlı hərəkət edir; 1631-ci ildə sakitcə gəlib Anqaranın sol sahilində ağacdan möhkəm qalaça tikdirir. Tezliklə buryadlar bir "gecəqondu" kimi gizlincə və qısa zamanda əlüstü tikilən rus qalasını görüb həyəcana gəldilər. Oka boyu xanları silahlı hücuma keçib rus bölüklərini darmadağın edib qalanı da yandırdılar.
Frantiska Plaminkova
Frantiska Plaminkova (çex. Františka Plamínková) — Çex siyasətçisi, jurnalist, feminist, Çexoslovakiya və beynəlxalq qadın hərəkatının təşkilatçısı. Heydrixiad dövründə edam edilir. == Bioqrafiya == Frantiska Plaminkova Praqa ayaqqabıçı ailəsində anadan olub və ailənin üç qızının ən kiçiyi olub. İbtidai və orta məktəbi, həmçinin Praqa Pedaqoji İnstitutunu bitirib. 1894-1895-ci illərdə Tabor və Sobeslavda müəllimlik etməyə başlayır. 1895-ci ildən Praqada işləməyə başlayır. 1908-ci ildə o, Praqa-Bubnıda (Qoleşovisenin bir hissəsi) orta məktəbə müəllim təyin edilir. Avstriya-Macarıstan qanunlarına görə müəllimlərə evlənmək və uşaq sahibi olmaq qadağan edildiyi üçün o, evlənir. Gənc yaşlarından Masarikovlar ailəsi ilə əlaqə saxlayır.
Norkis Batista
Norkis Batista (ing. Norkys Batista ) — məşhur Venesuela aktrisası və modeli . Atası Luis Batista, anası Miqdalis Villaroel Batista. == Həyatı == Norkis Batista 30 avqust 1977-ci ildə Venesuelanın paytaxtı Karakas şəhərində anadan olmuşdur . == Karyerası == === Serialları === 2001: Juana la virgen 2002: Mi gorda bella 2004: Estrambotica Anastasia / Dəlisov Anastasiya 2005: Amor a Palos 2008: La trepadora 2009: Esto es lo que hay 2010: Que el cielo me explique 2011: Flor Salvaje === Filmləri === 2006: Miranda 2007: 13 segundos 2008: El Sr.
Covanni Batista Tyepolo
Covanni Batista Tyepolo, (digər adı Janbatista və ya Jiambatista Tyepolo) 1696-1770-ci illər ərzində yaşayıb, fəaliyyət göstərib. Venesiyalı rəssam, qravür ustası idi. Tyepolo Venesiya freskaçılarının son “böyük usta”sı olaraq tanınırdı. == Uşaqlığı və gəncliyi (1696-1726) == Janbatista Tyepolo Venesiyada kapitan Dominiko Tyepolonun ailəsində doğulub. Bu soyad aristokrat nəslinə aid idi. Amma Dominiko aristokrat rütbəsini almaq istəmədi. Rəssam yaşadığı bölgədəki Pietro di Castello da xaç suyuna salınıb. Xaç atası Covanni Batista Dorianın adına uyğun olaraq bu adı veriblər. Tyepolonun bir yaşı olanda atası ailəsini maddi çətinliklər içində qoyaraq vəfat edir. Janbatista əvvəllər Gregorio Lazzarinin şagirdi olub.
Bratsk su anbarı
Bratsk su anbarı — Rusiyanın İrkutsk vilayətində yerləşən su anbarı. Dünyanın ikinci böyük su anbarı olan Bratsk Su Elektrik Stansiyasının tikintisi nəticəsində Anqara çayı üzərində əmələ gəlmişdir. Adı verilən Bratsk şəhəri sahillərdə yerləşir. Su anbarı gəmiçilik, balıq ovu, taxta daşınması və su təchizatı üçün geniş istifadə olunur. Əhəmiyyətli balıq ehtiyatlarına malikdir. == Əsas xüsusiyyətlər == Bratsk Su Elektrik Stansiyasındakı bənd 1961-ci ildə tikilmiş, anbarın doldurulması 1967-ci ildə başa çatmışdır. Su səthi 5426 km²-dən 5470 km²-ə qədərdir və həcmi 169 km³-ə çatır. Su anbarının faydalı həcmi 35.41 km³, orta dərinliyi 31 m, maksimal dərinliyi 150 m, nasos stansiyasından istismar zamanı səviyyənin dəyişməsi 7.08 m təşkil edir. Təxminən 7400 km uzunluğundakı sahil zolağı böyük çayların - Anqara, Oka, İi və başqalarının birləşməsi zamanı əmələ gəlmişdir. Anbarın eni 20 km-dən çoxdur.
Qradişka–Banya Luka avtomagistralı
Qradişka–Banya Luka avtomagistralı (serb. Autoput Gradiška–Banja Luka / Аутопут Градишка — Бања Лука) — Bosniya və Herseqovinadakı avtomobil yolu, Qradiska şəhərini Banya Luka şəhəri ilə birləşdirən E661 Avropa marşrutunun bir hissəsidir. Buraya dörd qovşaq (Maxovlyanska, Krnete, Berek və çatrne) və iki tunel (Laktaşi və Klaşniçe) daxildir. Ümumi uzunluğu 32,1 km-dir. Maxovlyanskaya döngəsi 15 may 2012-ci ildə nəqliyyat üçün açılıb, onun Doboya əlavə çıxışı var. Qovşağındakı Krnete döngəsində Aleksandrovas, Berek döngəsində Novu Topolaya, Çatrne döngəsində Kozarska-DubiKa-Qradiska avtomobil yoluna çıxış var. 16 mart 2015-ci il tarixindən etibarən yolda gediş haqqı ödənişlidir. Gediş haqqı 2 ilə 10 konvertasiya markası (1 avrodan 5 avroya qədər) dəyişir. == Tikinti == Avtomobil yolunun tikintisinə 2004-cü il sentyabrın 8-də başlanılıb. Planlaşdırılan tamamlama tarixi əvvəlcə 2008-ci il olub, lakin Klaşnikadan Maxovlyana qədər olan yolun 5,6 km hissəsi yalnız 2011-ci ildə açılıb.
Sao Joao Batişta qəbiristanlığı
Sao Joao Batişta qəbiristanlığı (port. Cemitério de São João Batista) — Braziliyanın Rio de Janeyro şəhərində yerləşən məzarlıq. == Tarixi == Bu məzarlıqda ilk dəfə 1852-ci ilin dekabr ayında Sao Joao Batişta adlı 4 yaşlı qız uşağı dəfn olunub. Hazırda məzarlıq xeyli böyüyüb. Burada o qədər məşhur adamlar dəfn olunub ki, məzarlıq "Ulduzalar qəbiristanlığı" adını alıb.