Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Bratsk
Bratsk (rus. Братск) — Rusiya Federasiyasında yerləşən şəhər İrkutsk vilayətinin tərkibinə daxildir == Tarixi == Buryad - ərazisi möhtəşəm Hun imperiyası hüdudlarına daxil olan qədim diyar müasir İrkutsk vilayətində şəhər. XVII əsrin əvvəllərindən başlayaraq bura ilk rus, kazak bölükləri ayaq basır. 1629-cu ildə Yenisey Voevodası Yakov Xripunov 30 gəmi ilə Anqara ilə gedib Oka çayının ağzına yetişdi. Qızıl Yarı (sonralar rus qalası Krosnayarski) istila edib möhkəmləndirən Xripunovun iştahı böyük idi. O burada Oka buryadlarından görünməmiş həyasızlıqla elə yasaq tələb etdi ki, özlüyündə xeyirxah, səmimi adamlar olan buryadların səbri tükənir. Onlar bu çağırılmamış qonaqlara silahlı müqavimət göstərirlər. Lakin ataman Perfilyev ehtiyatlı hərəkət edir; 1631-ci ildə sakitcə gəlib Anqaranın sol sahilində ağacdan möhkəm qalaça tikdirir. Tezliklə buryadlar bir "gecəqondu" kimi gizlincə və qısa zamanda əlüstü tikilən rus qalasını görüb həyəcana gəldilər. Oka boyu xanları silahlı hücuma keçib rus bölüklərini darmadağın edib qalanı da yandırdılar.
Bratsk su anbarı
Bratsk su anbarı — Rusiyanın İrkutsk vilayətində yerləşən su anbarı. Dünyanın ikinci böyük su anbarı olan Bratsk su-elektrik stansiyasının tikintisi nəticəsində Anqara çayı üzərində əmələ gəlmişdir. Adı verilən Bratsk şəhəri sahillərdə yerləşir. Su anbarı gəmiçilik, balıq ovu, taxta daşınması və su təchizatı üçün geniş istifadə olunur. Əhəmiyyətli balıq ehtiyatlarına malikdir. == Əsas xüsusiyyətlər == Bratsk su-elektrik stansiyasındakı bənd 1961-ci ildə tikilmiş, anbarın doldurulması 1967-ci ildə başa çatmışdır. Su səthi 5426 km²-dən 5470 km²-ə qədərdir və həcmi 169 km³-ə çatır. Su anbarının faydalı həcmi 35.41 km³, orta dərinliyi 31 m, maksimal dərinliyi 150 m, nasos stansiyasından istismar zamanı səviyyənin dəyişməsi 7.08 m təşkil edir. Təxminən 7400 km uzunluğundakı sahil zolağı böyük çayların — Anqara, Oka, İi və başqalarının birləşməsi zamanı əmələ gəlmişdir. Anbarın eni 20 km-dən çoxdur.
Trotski
Lev Davidoviç Trotski (rus. Лев Дави́дович Тро́цкий, əsl soyadı Bronşteyn; 26 oktyabr (7 noyabr) 1879, Bereslavka[d], Xerson quberniyası, Rusiya imperiyası – 21 avqust 1940[…], Koyoakan[d]) — Marksist inqilabçı və nəzəriyyəçi, Sovet siyasi xadimi, Qırmızı ordu qurucusu və ilk rəhbəri, trotskizm nəzəriyyəsinin banisi. Trotski əvvəlcə Rusiya Sosial Demokrat Fəhlə Partiyasının Menşevik İnternasionalist qanadını dəstəkləyirdi. O 1917-ci il Oktyabr İnqilabı baş verməmiş, tez bir zamanda Bolşeviklərə qoşulmuş və nəhayət Rusiya Sosial Demokrat Fəhlə (bolşeviklər) Partiyasında lider olmuşdur. RSFSR-in və SSRİ-nin ilk illərində o, Xarici İşlər üzrə Xalq Komissarı kimi və sonra Hərbi Dəniz İşləri üzrə Xalq Komissarı rütbəsi ilə Qırmızı Ordunun yaradıcısı və komandanı kimi xidmət etmişdir. 1920-ci illərdə Stalinin siyasəti və yüksəlişinə qarşı və Sovet İttifaqında bürokratiyanın artan roluna qarşı apardığı uğursuz mübarizədən sonra, Trotski hakimiyyətdən kənarlaşdırılmış (Oktyabr 1927), Kommunist Partiyasından xaric edilmiş (Noyabr 1927) və sonda, 1929-cu ildə Sovet İttifaqından sürgün olunmuşdur. Meksikada sürgündə olarkən, Trotski, IV İnternasionalın başçısı kimi, Sovet İttifaqındakı Stalin bürokratiyasına qarşı çıxmağa davam etmişdir. Avropa faşizminə qarşı Qırmızı Ordunun müdaxiləsinin ilk təbliğatçısı, Trostski, Stalinin Hitlerlə imzaladığı "qarşılıqlı toxunulmazlıq paktı"na qarşı çıxmışdır. 1940-cı ilin avqustunda Stalinin əmrilə Meksikada ispaniyalı Sovet agenti Ramon Merkader (Ramón Mercader) tərəfindən qətlə yetirilmişdir. Onun SSRİ-də qalan ailə üzvlərinin əksəriyyəti həbs olunmuş və edam edilmişdir.
Brask
Brask (fr. və oks. Brasc) — Fransada kommuna, Cənub-Pireneylər regionunda yerləşir. Departament — Averon. Ser-Sernen-syur-Rans kantonuna daxildir. Kommunanın dairəsi — Miyo. INSEE kodu — 12035. Kommuna təxminən Parisdən 550 km cənubda, Tuluza şəhərindən 100 km şimal-şərqdə, Rodezdən isə 45 km cənubda yerləşir. == Əhalisi == 2008-ci ildə əhalinin sayı 203 nəfər təşkil edirdi. == İqtisadiyyatı == 2007-ci ildə 110 yaşında (15-64 yaş arasında) 79 nəfər iqtisadi cəhətdən, 31 nəfər fəaliyyətsizdir (fəaliyyət göstəricisi 71.8%, 1999-cu ildə 67.6%).
Aglaia brassii
Aglaia brassii (lat. Aglaia brassii) — bitkilər aləminin sabunağacıçiçəklilər dəstəsinin meliyakimilər fəsiləsinin aqlaiya cinsinə aid bitki növü.
Bulbophyllum brassii
Bulbophyllum brassii (lat. Bulbophyllum brassii) — bitkilər aləminin qulançarçiçəklilər dəstəsinin səhləbkimilər fəsiləsinin bulbofillium cinsinə aid bitki növü. == Arealı == Yeni Qvineya üçün endemik növdür. == Sinonimləri == Peltopus brassii (J.J.Verm.) Szlach. & Marg.
Calophyllum brassii
Calophyllum brassii (lat. Calophyllum brassii) — bitkilər aləminin malpigiyaçiçəklilər dəstəsinin kalofillumkimilər fəsiləsinin kalofillum cinsinə aid bitki növü.
Kamensk-Uralski
Kamensk-Uralskiy — Rusiya Federasiyasında yerləşən şəhər. Sverdlovsk vilayətinə daxildir.
Lev Trotski
Lev Davidoviç Trotski (rus. Лев Дави́дович Тро́цкий, əsl soyadı Bronşteyn; 26 oktyabr (7 noyabr) 1879, Bereslavka[d], Xerson quberniyası, Rusiya imperiyası – 21 avqust 1940[…], Koyoakan[d]) — Marksist inqilabçı və nəzəriyyəçi, Sovet siyasi xadimi, Qırmızı ordu qurucusu və ilk rəhbəri, trotskizm nəzəriyyəsinin banisi. Trotski əvvəlcə Rusiya Sosial Demokrat Fəhlə Partiyasının Menşevik İnternasionalist qanadını dəstəkləyirdi. O 1917-ci il Oktyabr İnqilabı baş verməmiş, tez bir zamanda Bolşeviklərə qoşulmuş və nəhayət Rusiya Sosial Demokrat Fəhlə (bolşeviklər) Partiyasında lider olmuşdur. RSFSR-in və SSRİ-nin ilk illərində o, Xarici İşlər üzrə Xalq Komissarı kimi və sonra Hərbi Dəniz İşləri üzrə Xalq Komissarı rütbəsi ilə Qırmızı Ordunun yaradıcısı və komandanı kimi xidmət etmişdir. 1920-ci illərdə Stalinin siyasəti və yüksəlişinə qarşı və Sovet İttifaqında bürokratiyanın artan roluna qarşı apardığı uğursuz mübarizədən sonra, Trotski hakimiyyətdən kənarlaşdırılmış (Oktyabr 1927), Kommunist Partiyasından xaric edilmiş (Noyabr 1927) və sonda, 1929-cu ildə Sovet İttifaqından sürgün olunmuşdur. Meksikada sürgündə olarkən, Trotski, IV İnternasionalın başçısı kimi, Sovet İttifaqındakı Stalin bürokratiyasına qarşı çıxmağa davam etmişdir. Avropa faşizminə qarşı Qırmızı Ordunun müdaxiləsinin ilk təbliğatçısı, Trostski, Stalinin Hitlerlə imzaladığı "qarşılıqlı toxunulmazlıq paktı"na qarşı çıxmışdır. 1940-cı ilin avqustunda Stalinin əmrilə Meksikada ispaniyalı Sovet agenti Ramon Merkader (Ramón Mercader) tərəfindən qətlə yetirilmişdir. Onun SSRİ-də qalan ailə üzvlərinin əksəriyyəti həbs olunmuş və edam edilmişdir.
Senecio brassii
Senecio brassii (lat. Senecio brassii) — mürəkkəbçiçəklilər fəsiləsinin xaçgülü cinsinə aid bitki növü.
Slatski düsturu
Slutski düsturu (ing. Slutsky equation) mikroiqtisadiyyatda istehlakçının seçiminə təsir göstərən və qiymətlərin dəyişməsi ilə bağlı sərvət və əvəz etmə effektlərini izah edir. Başqa sözlərlə, o, Marşal tələbində və Hiks tələbində qiymət üzrə baş verən dəyişiklikləri əlaqələndirir. Yevgeni Slutski (rus. Евгений Слуцкий) (1880–1948) şərəfinə adlandırılmışdır. Əvəzetmə effekti iki məhsul bir-birini əvəz etmə qabiliyyətinin dəyişməsi deməkdir. Misal üçün, əgər bir normal məhsula qiymət qalxsa, ona tələb düşəcək, və eyni zamanda onu əvəz edə bilən məhsula tələb artacaq. Sərvət(gəlir) effekti səbəbi qiymətin artması və ya azalması olan istehlakçının alıcılıq qabiliyyətinin dəyişməsi deməkdir. Əgər məhsula qiymət düşsə, istehlakçı bu məhsuldan daha çox almaq istəyə bilər, və tələb artacaq. Slutski matrisasının hər bir elementi (çünki söhbət sayı ikidən çox olan məhsullardan gedə bilər) aşağıdaki kimi ifadə olunur: ∂ x i ( p , w ) ∂ p j = ∂ h i ( p , u ) ∂ p j − ∂ x i ( p , w ) ∂ w x j ( p , w ) , {\displaystyle {\partial x_{i}(p,w) \over \partial p_{j}}={\partial h_{i}(p,u) \over \partial p_{j}}-{\partial x_{i}(p,w) \over \partial w}x_{j}(p,w),\,} burada h ( p , u ) {\displaystyle h(p,u)} Hiks tələbidir və x ( p , w ) {\displaystyle x(p,w)} Marşal tələbidir, p qiymətlərdir, w sərvətdir, və u fayda deməkdir.
Trotski (dəqiqləşdirmə)
Trotski (film, 1993) Trotski (film, 2009) Trotski (teleserial, 2017) — Rusiya televiziya serialı.
Trotski (soyad)
Trotski — soyad. Lev Trotski — Marksist inqilabçı və nəzəriyyəçi, Sovet siyasi xadimi. Sergey Trotski — Ssenari müəllifi, aktyor.
İosif Brodski
İosif Brodski (rus. Иосиф Бродский; 24 may 1940[…], Leninqrad – 28 yanvar 1996[…], Bruklin, Nyu-York ştatı) — yəhudi əsilli görkəmli RSFSR və ABŞ şairi, esseist, dramaturq, tərcüməçi, Ədəbiyyat üzrə Nobel mükafatı laureatı (1987). Yəhudi əsilli rus-amerikan şairi İosif Aleksandroviç Brodski Leninqradda (indiki Peterburq), fotoqraf ailəsində doğulmuşdu. Uşaqlıq illəri Leninqradın blokadası, müharibədən sonrakı yoxsulluq və ehtiyac dövrünə təsadüf etmişdi. Yeddinci sinifdən sonra məktəbi ataraq zavodda tornaçı şagirdi olmuşdu. Bu bir tərəfdən valideynlərinə maddi kömək etmək arzusu ilə bağlı idi. Digər tərəfdən isə İosif Brodski ayrı-ayrı müəllimlərin timsalında üzləşdiyi antisemitizmə etirazını bu yolla bildirmişdi. Dənizçilik məktəbinə daxil olmaq cəhdləri boşa çıxdıqdan sonra o, matros, qazançı, geoloji ekspedisiyada fəhlə kimi müxtəlif peşələr dəyişmişdi. Bir müddət həkim olmaq fikrinə düşmüş və təcrübə toplamaq üçün Leninqraddakı məşhur Kresti həbsxanasının ölüxanasında işə düzəlmişdi. Ali məktəbdə oxumaq imkanından məhrum olsa da, bütün bu illər ərzində İosif Brodski sərbəst şəkildə, ardıcıllıq və inadla təhsili ilə məşğul olurdu.
İrafski rayonu
İrafski rayonu (oset. Ирæфи (Æрæфы) район) — Rusiya Federasiyası, Şimali Osetiyanın tərkibində inzibati ərazi vahidi. İnzibati mərkəzi Çikalo kəndidir. İrafski rayonu respublikanın cənub-qərb hissəsində yerləşir. Cənubdan Gürcüstan, qərb və şimalda Kabarda-Balkariya Respublikası, şərqdə — Digorski və Alagirski rayonları ilə həmsərhəddir. Ərazinin böyük hissəsi dağlardır. İrafski rayonunun ən böyük çayları: Urux, Xaznidon, Lesken. Rayonun ərazisi 1376 km²-dir. Rayonun öz adını bölgə boyunca axan Urux çayının Osetiya adından — İraf (oset. Ирæф/Æрæф) almışdır.
İsaak Brodski
İsaak İzraileviç Brodski (rus. Исаак Израилевич Бродский; 25 dekabr 1883 (6 yanvar 1884) – 14 avqust 1939[…], Leninqrad[…]) — rus rəssamı, RSFSR əməkdar incəsənət xadimi (1932). Tanınmış rəssam, SSRİ xalq rəssamı Viktor Oreşnikov onun şagirdi olmuşdur. "İsti gün" (1908), "Fontan" (1909), "Qış" (1913), "Nağıl" (1910–1911), "İtaliya" (1910–1911). "Hacı Zeynalabdin Tağıyevin portreti" (1912), "V.İ.Lenin və Manifestisiya" (1919), L.D.Troskinin portreti (1921) Q. E. Zinovyevanın portreti(1921) M.İ.Kalininin portreti (1921) A.V.Lunçarskinin portreti (1921) "V.İ.Lenin Kremlin fonunda" (1924), "V.İ.Lenin Valkovstroyanın fonunda" (1926), İ.V.Stalinin portreti (1928), K.E.Voroşilovanın portreti (1929, 1931), M.V.Frunzenin portreti (1929), V.İ.Lenin Smolnıda (1930), V.R.Menjinskonun portreti (1932), V.M.Molotovun portreti (1933), S.M.Kirovun portreti (1934), V.V.Kuybışevin portreti (1935), A.A.Jdanovun portreti (1935), L.M.Kaqanoviçin portreti (1935), Q.K.Orconikidzenin portreti (1936) M.Qorkinin portreti (1929). "Kominternin II konqresinin təntənəli açılışı" (1920–1924), "26 Bakı kommisarının güllələnməsi" (1925).
Peltopus brassii
Bulbophyllum brassii (lat. Bulbophyllum brassii) — bitkilər aləminin qulançarçiçəklilər dəstəsinin səhləbkimilər fəsiləsinin bulbofillium cinsinə aid bitki növü. Yeni Qvineya üçün endemik növdür. Peltopus brassii (J.J.Verm.) Szlach. & Marg.
Barski evi
Barski evi — Qroznı şəhərində Putin prospektində yerləşən 1923-cü ildə tikilmiş bina. Bina Rusiyanın yerli əhəmiyyətli mədəni irs obyekti siyahısına daxildir. Binada 1957-ci ildən 1994-cü ildə ölənə qədər çeçen hüquqşünas, tarixçi, hüquq müdafiəçisi və ictimai xadim Dziyaudin Malsaqov yaşamışdır. == Təsviri == Bina Qroznı şəhərinin mərkəzində bütöv bir məhəlləni tutur. Bir tərəfi iki, digər tərəfi üç mərtəbəlidir. Binanın bir hissəsindəki üçüncü mərtəbəsi 1930-cu illərdə əlavə edilmişdir. Barski evinin kvadrat formalı və həyətə açılan tağlı darvazası var. Bina Qriboyedov və Uqryumov küçələrinə (keçmiş Dağıstanskaya) və Putin prospektlərinə (keçmiş Qələbə prospekti) və Esambayev prospektinə (keçmiş İnqilab prospekti) baxır. == Tarixi == Oktyabr inqilabından sonra Rusiyada Xalq Komissarları Sovetinin 20 (7) iyun 1918-ci il tarixli "Neft sənayesinin milliləşdirilməsi haqqında" dekreti əsasında müəssisənin əmlakı dövlətin xeyrinə milliləşdirildi. Ancaq Yeni İqtisadi Siyasət dövründə vətəndaş müharibəsindən sonra sənayeni bərpa etmək üçün bolşeviklər tərəfindən yenidən xarici şirkətlər ölkəyə cəlb edildi..
Barski meşəsi
Barski meşəsi (rus. Барский лес) – Başqırdıstanın (Rusiya) İşimbayski rayonunun şimal-qərbində yerləşən meşə. Sahəsi 14 km2 təşkil edir. Sterlitamak şəhərindən 20 km, İşimbay şəhərindən 20 km uzaqlıqda yerləşir. Axmerovski meşəsində üstünlük təşkil edən əsas ağac növləri palıd və cökədir.
Bratso Dimitriyeviç
Slobodan "Bratso" Dimitriyeviç (bosn. Braco Dimitrijević;18 iyun 1948[…], Sarayevo) ― konseptualizm üslubunda çəkən Bosniya rəssamı. Əsərləri əsasən tarixə və insanın tarixdəki yerinə həsr edilib. Fransanın Paris şəhərində yaşayır və çalışır. 1985-ci ildə Teyt qalereyasında da daxil olmaqla 1970-ci illərdən bəri beynəlxalq sərgilərdə iştirak etmişdir. O, Documenta (1972, 1977 və 1992) və Venesiya biennalında (1976, 1982, 1990, 1993 və 2009) iştirak etmişdir. Onun əsərləri Teyt qalereyası, Nyu-York Müasir İncəsənət Muzeyi və Pompidu Mərkəzi kimi müxtəlif yerlərdə saxlanılır. == İlk illəri və əsərləri == 18 iyun 1948-ci ildə o vaxtı Yuqoslaviyanın tərkib hissəsində olan Bosniya və Herseqovinın Sarayevo şəhərində anadan olmuşdur. Atası Yuqoslaviyanın ən məşhur müasir sənətkarlarından biri olan rəssam Voyo Dimitriyeviç idi. O, 5 yaşında rəsm çəkməyə başladı və 1957-ci ildə "Filmske Novosti "("Kino Xəbərləri") adlı televiziya şousunda iştirak etdi.
Peter Bartşi
Peter Bartşi (d. 23 dekabr 1935) — İsveçrəli keçmiş üzgüçü. Peter Bartşi İsveçrəni 1960-cı ildə XVII Yay Olimpiya Oyunlarında təmsil etdi. Peter Bartşi birinci dəfə Olimpiya Oyunlarına 1960-cı ildə qatıldı. O, Romada baş tutan XVII Yay Olimpiya Oyunlarında kişilər 100 m sərbəst stildə, təsnifat mərhələsində iştirak etdi. 1:02.9 saniyəlik nəticəsi ilə öz cığırında 7-ci yeri tutdu və yarımfinala vəsiqə qazana bilmədi.
Praski Vitti
Praski Vitti (Vitalij Petrovič Petrov; rus. Виталий Петрович Петров), 17 sentyabr 1936) — Sovet və Rusiya rəssamı. O həmçinin şair Andrey Voznesenskinin şeirləri üçün şəkillər çəkir .
Şatski yaylası
Şatski yaylası — Sakit okeanda Yaponiyanadan şərqdə yerləşir. Hündürlüyü 5500–6000 m, zirvə hissəsindən səthə olan məsafə isə 2400—3100 metr təşkil edir. Şimal-qərqə istiqamətlənir. Tərkibinə Şişov, Ori və TAMU massivləri daxildir. Uzunluğu 1700 km, eni isə 500 km-dir. 1970-1980 illərdə SSRİ alimləri tərəfindən aşkarlanmışdır. 2013-ci araşdırmaları yaylada yerləşən TAMU massivi Yer kürrəsində ən böyük, Günəş sistemində isə ən böyük vulkalardan biridir . Formalaşması Yura dövrünün sonları Təbaşir dövrünün əvvəllərində formalaşmışdır. Sakit okean plitəsi, Farallon plitəsi və İzaqani plitəsinin toqquşması nəticəsində əmələ gəlmişdir. Yayla sovet geoloqu Nikalay Sergeyeviç Şatskinin şərəfinə adlandırılmışdır.
Mənim həyatım (Trotski)
Mənim həyatım: avtobioqrafik təcrübə (rus. Моя жизнь: Опыт автобиографии) — Oktyabr inqilabının təşkilatçılarından biri, Qırmızı Ordunun yaradılmasında əsas rol oynamış inqilabçı Lev Trotskinin (1879-1940) tərcümeyi-halı. Trotski əsəri Almatıda və Türkiyədə yaşayarkən yazmışdır; ilk dəfə 1929-1930-cu illərdə nəşr edilmişdir. Müəllifin bioqraflarının fikrincə, kitab keçmiş xalq komissarının əsərləri arasında ən yaxşılarından biridir və geniş oxucu kütləsinin marağına səbəb olub. Bu “polemik” əsərdə Oktyabr hadisələrinin mühüm tarixi təfərrüatları var və açıq-aşkar antistalinist oriyentasiya hiss olunur – orada sovet lideri ilk dəfə “görkəmli ortabab” kimi təsvir olunur. Kitab dünyanın bir çox dillərinə tərcümə olunub; ilk dəfə 1991-ci ildə SSRİ-də qanuni olaraq nəşr edilmişdir.
Trotski (teleserial, 2017)
"Trotski" (rus. Троцкий) — Aleksandr Kott və Konstantin Statskinin rejissorluğu ilə çəkilmiş 8 seriyalı Rusiya televiziya serialı. Serial Lev Trotskinin həyatını və onun XX əsrin siyasi hadisələrindəki rolunu əks etdirir. Premyerası 6 noyabr 2017-ci ildə Pervıy kanalda baş tutmuşdur. Serialın dünya premyerası Kannda keçirilən MIPCOM beynəlxalq televiziya sərgisində olub. 1940-cı ilin mayında Mexikonun ucqar ərazilərində polis geyimində olan kommunistlər rus inqilabının keçmiş lideri Lev Trotskinin evinə hücum edirlər. Onlar bir neçə saat ərzində evi atəşə tuturlar, lakin Trotski və xanımı müəmmalı şəraitdə sağ qalırlar. On bir illik sürgündə, demək olar ki, bütün yaxınlarını və doğmalarını itirmiş Trotski anlayır ki, əbədi düşməni İosif Stalin onu ömrünün sonuna qədər təqib edəcək. Onun əlindən qaçmaq mümkündür, lakin gizlənmək olmaz. Beləliklə, Trotski döyüşə başlayır.