Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Bred Delson
Bred Delson (1 dekabr 1977) — Linkin Parkın gitaraçısı. 1996-ci ildə qrubu yaradanlardan biri olmuşdur. = Həyatı = Bred Agura orta məktəbində qrubun digər üzvü Mayk Şinoda ilə eyni məktəbdə oxumuşdur. Onların keçmişdən arzuları biryerdə qrup yaratmaq idi. Məktəbi bitirdikdən sonra 1994-də Rob Bourdon ilə tanışdılar və qruba zərb aləti çala bilən biri əlavə olundu. 1995-də Bred, Mayk, və Rob "Xero" adlı bir qrub yaratmağı müzakirə etdilər və 1996-da bu qrup yarandı. Sonralar qrupun adı Linkin Park olaraq dəyişir və Brad Linkin Parkın gitara çalanı olur.
Bred Fitspatrik
5 fevral 1980-ci ildə amerikalı proqramçı, “Livejournal.com” – pulsuz şəbəkə gündəlikləri saytının müəllifi Bred Fitspatrik (Brad Fitzpatrick) anadan olmuşdur. Hal-hazırda o, “Google” şirkətində proqram təminatının yaradılması üzrə mütəxəssis vəzifəsində çalışır. Brend Fitspatrik Ayova ştatında anadan olan Fitzpatrick Oreqon ştatının Beaverton şəhərində böyüyüb və Sietldəki Vaşinqton Universitetində kompüter elmləri üzrə ixtisaslaşıb . O, ilk şirkəti FreeVote.com-u orta məktəbdə olarkən qurdu.. == Həmçinin bax == Şəxsi veb saytı == Ədəbiyyat == Əliquliyev R.M., Salmanova P.M. İnformasiya cəmiyyəti: maraqlı x faktlar. Bakı: “İnformasiya Texnologiyaları” nəşriyyatı, 2013, 169 səh.
Bred Pitt
Bred Pitt (Uilyam Bredli Pitt, 18 dekabr 1963[…], Şauni[d], Oklahoma) – məşhur ABŞ kinoaktyoru, prodüseri, film səsləndiricisi. 1995-ci ildə "12 Meymun" kinofilmindəki 2-ci planda canlandırdığı obraza görə Qızıl qlobus mükafatına, "12 İllik əsarət" filminə görə 2014-cü ilin ən yaxşı prodüseri Oskar Mükafatına və 2020-ci ildə Bir vaxtlar Hollivudda filmindəki ən yaxşı 2-ci plan kişi roluna görə Oskar mükafatına layiq görülmüşdür. Həyat yoldaşları – Ancelina Coli (2014–2016); Cennifer Eniston (2000–2005). Üçü bioloji olmaqla altı uşaq atasıdır. == Həyatı == Pitt 1963-cü ilin Dekabrın 18-də Oklahoma ştatının Şauni şəhərində anadan olub. Atası Ulliam Pitt yükdaşıma şirkətinin birində menecer, anası isə məktəbdə müəllimə vəzifəsində çalışıb. Bred anadan olduqdan bir müddət sonra Pitt ailəsi Missuri ştatının Sprinqfild şəhərinə köçür və o burada özündən yaşca kiçik olan qardaşı və bacısı ilə birlikdə böyüyür. Məktəbdə Bred bir neçə idman növü ilə məşğul olur. Bir neçə intellektual klubların aktiv üzvünə çevrilir. Məktəbi bitirdikdən sonra təhsilini 1982-ci ildə qəbul olduğu Missuri Universitetinin jurnalistika fakültəsində davam etdirir, lakin universitetdən məzun olmağa az müddət qalmış Bred öz gələciyini jurnalistika sahəsində görməyərək,Hollivud ulduzu olmaq kimi bayağı bir istəklə filmlərin vətəninə-Los Angeles şəhərinə üz tutur.
Bred Pit
Bred Pitt (Uilyam Bredli Pitt, 18 dekabr 1963[…], Şauni[d], Oklahoma) – məşhur ABŞ kinoaktyoru, prodüseri, film səsləndiricisi. 1995-ci ildə "12 Meymun" kinofilmindəki 2-ci planda canlandırdığı obraza görə Qızıl qlobus mükafatına, "12 İllik əsarət" filminə görə 2014-cü ilin ən yaxşı prodüseri Oskar Mükafatına və 2020-ci ildə Bir vaxtlar Hollivudda filmindəki ən yaxşı 2-ci plan kişi roluna görə Oskar mükafatına layiq görülmüşdür. Həyat yoldaşları – Ancelina Coli (2014–2016); Cennifer Eniston (2000–2005). Üçü bioloji olmaqla altı uşaq atasıdır. == Həyatı == Pitt 1963-cü ilin Dekabrın 18-də Oklahoma ştatının Şauni şəhərində anadan olub. Atası Ulliam Pitt yükdaşıma şirkətinin birində menecer, anası isə məktəbdə müəllimə vəzifəsində çalışıb. Bred anadan olduqdan bir müddət sonra Pitt ailəsi Missuri ştatının Sprinqfild şəhərinə köçür və o burada özündən yaşca kiçik olan qardaşı və bacısı ilə birlikdə böyüyür. Məktəbdə Bred bir neçə idman növü ilə məşğul olur. Bir neçə intellektual klubların aktiv üzvünə çevrilir. Məktəbi bitirdikdən sonra təhsilini 1982-ci ildə qəbul olduğu Missuri Universitetinin jurnalistika fakültəsində davam etdirir, lakin universitetdən məzun olmağa az müddət qalmış Bred öz gələciyini jurnalistika sahəsində görməyərək,Hollivud ulduzu olmaq kimi bayağı bir istəklə filmlərin vətəninə-Los Angeles şəhərinə üz tutur.
Berd
Berd, Tovuzqala — Ermənistan Respublikası ərazisində şəhər. Berd rayonunun mərkəzi. == Tarixi == Tovuzqala Yelizavetpol (Gəncə) quberniyasının Qazax qəzasında (İndi ERmənistanın Şəmşədil rayonunda) kənd adı. Albaniyanın erkən orta əsrlərdə qalalarından birinin adıdır. “Alban tarixi”ndə adı 827-ci ilə aid hadisələrlə əlaqədar çəkilir (III kitab, 20-ci fəsil). Tovuz çayının sıldırım sahilində tikilmiş qala çayın adı ilə adlanmışdır (Qudyalçay və Qudyalqala-Quba kimi). Çayın adı isə qədim türk dillərində taus “səs-küy” sözündən ibarətdir. Tavusçay “səs-küylü çay” mə’nasındadır.
Bled
Bled (sloven. Bled, alm. Veldes‎) — Sloveniyanın şimal-qərb hissəsində yerləşən şəhər. İtaliya və Avstriya sərhəddinə yaxındır. 2002-ci ilin siyahıya alınmasına görə şəhərin əhalisi— 5252 nəfərdir. Şəhər ətrafı yaşayış məntəqələri ilə birlikdə — 10 899 nəfərdir. Bled şəhəri Bled gölü sahilində, Yulian Alpları dağları ətəklərində yerləşir. Şəhər Triqlav Milli Parkından şərqindədir. Ölkənin populyar turizm mərkəzi hesab olunur == Coğrafiyası == Bled ölkənin paytaxtı Lyublyanadan 45 km şimal-qərbdə və Esenise şəhərindən isə 10 km cənub-şərqdə yerləşir. Şəhərin 8 km şimalından Avstriya sərhəddi, 40 km qərbindən isə italiya sərhəddi keçir.
Brend
Brend və ya marka (ing. brand, [brænd] — marka) — marketinq termini, firma, onun məhsulu və ya xidməti haqqında tam informasiya. Brend deyiləndə hər hansı şirkətin və ya məhsulun özünəməxsus və onu bazardakı digər rəqiblərdən fərqləndirən ad və ya imici nəzərdə tutulur. Brendinq keyfiyyətdə, qiymətdə və komfortda unikal olmaqdır. Şirkətin və ya məhsulun brendi onun: adı, loqosu, sloqanı, rəngi, melodiyası ola bilər. Brend həmçinin aşağıdakılar deməkdir: vəzifəsi və fərdi atributları: adı, loqotip və şirkəti fərləndirən digər vizual elementləri (şrift, dizayn, simvolu və rəng sxemi). obraz, imic, şirkətin reputasiyası və s. "brend" sözü qədim skandinav dilindəki "Brandr" sözündən törəyib, "yandırmaq, alov" kimi tərcümə olunur. Damğalar belə adlanırdı, hansıkı heyvan sahibləri öz mal-qarasını onun vasitəsiylə işarələyirdilər. === Şəxsi brendinq === Şəxsi brendinq bir şəxsin tanıtımıdır.
Brez
Brez (fr. Braize) — Fransada kommuna, Overn regionunda yerləşir. Departament — Alye. Seriyi kantonuna daxildir. Kommunanın dairəsi — Monlyuson. INSEE kodu — 03037. == Əhalisi == 2008-ci ildə əhalinin sayı 286 nəfər təşkil edirdi. == İqtisadiyyatı == 2007-ci ildə əmək qabiliyyətli 183 nəfər (15-64 yaş) arasında 124 nəfər iqtisadi fəal, 59 nəfər fəaliyyətsizdir (fəaliyyət göstərici 67,8%, 1999-cu ildə 72.3%). Aktiv olan 124 nəfərdən 111 nəfər (62 kişi və 49 qadın) işləyir, 13 nəfər işsizdir (7 kişi və 6 qadın). 59 hərəkətsiz 9 nəfər arasında şagird və ya tələbə, 22 nəfər təqaüdçü, 28 nəfər digər səbəblərə görə fəaliyyətsizdir.
Ərəd
Ərəd-İranın Fars ostanının Gəraş şəhristanının Ərəd bəxşində şəhər və bu bəxşin mərkəzi. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 5,264 nəfər və 1,181 ailədən ibarət idi.
Bored
"Bored" — amerikalı müğənni Billi Aylişin "13 səbəb" serialının soundtrek albomunda ifa olunmuş mahnısı. Mahnının müəllifləri Ayliş, onun qardaşı Finneas O'Konnell, Aron Forbes və Tim Andersondur. Mahnı 30 mart 2017-ci ildə Darkroom və Interscope Records tərəfindən rəqəmsal formatda buraxılıb.
Fred Asif
Asif Məhərrəmov və ya Fred Asif (tam adı: Asif Yusif oğlu Məhərrəmov; 26 iyul 1952, Ağdam – 1 iyul 1994, Yalta, Krım Muxtar Respublikası) — Azərbaycanın Milli Qəhrəmanı, Birinci Qarabağ müharibəsi iştirakçısı. == Həyatı == === Erkən illəri === Asif Yusif oğlu Məhərrəmov 1952-ci il iyulun 26-da Ağdam şəhərində anadan olub. On bir uşağı olan böyük bir ailənin ilki idi. Uşaqlığı yoxsulluq içində keçib. Uşaqlıqdan boks və futbolla məşğul olub. 1969-cu ildə Ağdam şəhər 1 saylı orta məktəbi bitirmiş, Ağdam Dəzgahqayırma Zavodunda fəhlə kimi əmək fəaliyyətinə başlamışdır. 1971-ci il 31 oktyabr ayında Ağdam kinoteatrında davada iştirakına görə, onu həbs edirlər. Asifə iki il iş kəsilir, və o, onun səkkiz ayını həbsxanada yatır. Asifin qardaşı Ədalət Məhərrəmov xatırlayır: 1976-cı ildə Asif qız qaçırıb və onunla qısa ömür sürəndən sonra qəfil avtomobil qəzasına tuş gəlir. Təsadüf nəticəsində "Təcili yardım" maşınını vurulmasına görə, ona 4,5 il iş veriblər.
Fred Aster
Fred Aster (əsl adı: Frederick Austerlitz; d. 10 may 1899, Omaha, Nebraska - ö. 22 iyun 1987, Los-Anceles, Kaliforniya), ABŞ-lı rəqsçi, xoreoqraf, müğənni və aktyor. == Həyatı == Nümayiş və əyləncə dünyasıyla beş yaşlarındaykən tanış olan Aster rəqsə 1917-ci ildə bacısı Adele ilə Broadwayda Over the Top revüsünde başladı. Daha sonra London və Nyu-yorkda (Lady be Good, 1924) bir çox musiqili komediyada iştirak etdi. 1933-cü ildə "Dancing Lady" adlı filmlə kinoya keçid etdi. Eyni il "Flying down to Rio" adlı filmlə Ginger Rogers ilə birlikdə bir rəqs cütlüyü yaratdı. Birlikdə "Silindr şapka" (1935), "Rəqs vaxtı" (1936), "Carefree" (1938) kimi bir çox filmdə böyük müvəffəqiyyət qazandılar. 1945-ci ildə II Dünya Müharibəsinin sonunda iki il ara verdiyi səhnələrə və kamera qarşısına döndü. Fred Aster 1950-ci illərdə Eleanor Powell, Rita Hayworth, Yenə Kelly, Judy Garland, Cyd Charisse kimi qabaqcıl aktyorlarla yoldaşlıq edərək kinoda musiqili komediyanın bəzi əhəmiyyətli əsərlərində iştirak etdi: Broadway Melodiyası (1940), İnstrumental Never Get Rich (1941), Gözəllər Revüsü (1946), Əyləncələr Pərisi (1948), Müasir Aşiqlər (1953), İpək Corablar (1957), Yanğın Qülləsi (1974).
Fred Kilqur
Fred Kilqur (ing.
Fred Rocers
Frederik Makfili Rocers (ing. Fred Rogers; 20 mart 1928 – 27 fevral 2003, Pitsburq, Pensilvaniya) — ABŞ aktyoru, "Oskar" mükafatı laureatı.
Fred Rompelberq
Fred Rompelberq (nid. Fred Rompelberg; d. 30 oktyabr 1945, Maastrixt) — bir neçə dünya rekordu əldə edən keçmiş holland velosipedçi. Əldə etdiyi 11 dünya rekorduna və bir neçə rekordu qırmaq üçün apardığı cəhdlərə görə tanınır. 3 oktyabr 1995-ci ildə ABŞ-nin Yuta ştatının Bonnevil ərazisində velosipedi ilə 268.831 km/saat sürət yığaraq dünya rekordu əldə etmişdir. Həmçinin dünyanın ən yaşlı peşəkar velosipedçisi idi. Onun bu rekordu heç kim tərəfindən hələ ki təkrarlanmayıb və Ginnesin Rekordlar Kitabına düşüb. Əvvəlki rekord isə 1985-ci ildə 245 km/saat sürət ilə Con Hovarda aid idi. O da bu rekordu Yuta ştatında əldə etmişdi. Rompelberq 1971-ci ildə peşəkar velosipedçi olmuşdur və bu onu dünyada ən yaşlı peşəkar velosipedçi etmişdir.
Fred Stoller
Frederick "Fred" Stoller (ing. Fred Stoller; 19 mart 1958 və ya 19 mart 1965, Çikaqo) — ABŞ aktyoru.
Fred Tramp
Frederik Krist Tramp (ing. Frederick Christ Trump; 11 oktyabr 1905, Bronks, Nyu-York ştatı – 25 iyun 1999) — ABŞ inşaatçısı, investoru və biznesmeni. Biznesmen və siyasətçi Donald Trampın və ABŞ Apelyasiya Məhkəməsinin hakimi Marianna Tramp Barrinin atasıdır.
Jak Brel
Jak Brel (8 aprel 1929[…], Sxarbek[d], Brüssel paytaxt vilayəti[d], Belçika – 9 oktyabr 1978[…]) — belçikalı müğənni, mahnı müəllifi, aktyor, rejissor. Müasir şanson janrının ustadı hesab olunur. Mahnılarını əsasən fransız, bəzən isə alman dilində yazırdı. Buna baxmayaraq bir çox ingilis dilli yazarlara təsir etmişdi. == Həyatı == Jak Brel 8 aprel 1929-cu ildə Sxarbekdə anadan olmuşdur. Jak və onun böyük qardaşı Pyer Katolik ibtidai məktəbinə gedirdilər. 1941-ci ilin sentyabrında universitetə qəbul olan Brel dram klubu yaradır. O kiçik hekayələr, şerlər və esselər yazırdı. 1944-cü ildə, 15 yaşında ikən, gitara çalmağı öyrəndi. Növbəti illərdə isə dostları ilə birlikdə öz teatr qrupunu yaratdı və əsərlər yazmağa başladı.
Loru Berd
Loru Berd (erm. Լոռի բերդ) — Ermənistan Respublikasının Loru mərzində kənd. Rusiya imperiyası zamanına aid rəsmi sənədlərdə kəndin adı Lori və ya Berti kimi qeyd edilir. 7 noyabr 1995–ci il tarixində Ermənistan Respublikası Milli Məclisinin qəbul etdiyi və 4 dekabr 1995–ci ildə Ermənistan Respublikasının prezidenti Levon Ter-Petrosyanın təsdiq etdiyi "Ermənistan Respublikasının inzibati-ərazi bölgüsü haqqında Qanunu" na əsasən "Loru Berd bələdiyyəsi"ni (erm. Լոռի բերդ համայնքի) təşkil edir. 12 – 21 oktyabr 2011–ci il siyahıyaalınmasına əsasən kəndin (de–yuri) daimi əhalisi 405 nəfərdir.
Maks Brod
Maks Brod alman dilli yəhudi yazıçısı, tərcüməçisi və bəstəkarı olmuşdur. Onun yaratdığı ədəbi əsərlər böyük əhəmiyyət kəsb etməsə də, Frans Kafka və bəstəkar Leos Yanaçekin işlərinin geniş yayılmasında gördüyü işlərə böyük qiymət verilmişdir. == Həyatı == Maks Brod 1884cü ildə alman dilində danışan yəhudi ailəsində anadan olmuşdur. O Praqada yerləşən Karla-Ferdinand univeristetini bitirir. 1912-ci ildə sionizmə qurşanr, sonralar 1918-ci ildən "Yəhudi milli şurası"nın viçeprezidenti seçilir. 1902-ci ildə o Franç Kafka ilə tanış olur və onunla dostlaşır. Kafkanın sağlığında onun əsərlərinin çap olunmasında Brodun rolu böyük olmuşdur. Kafkanın vəfatından sonra onun əlyazmalarını çap etdiri və Kafkanın tərcümeyi halı haqqında kitab yazır. 1939-cu ildə həyat yoldaşı ilə birlikdə Fələstinə köçür. Habima teatrı üçün əsərlər yazır.
Metyu Bredi
Metyu Bredi (18 may 1822, Uorren[d], Nyu-York ştatı və ya Nyu-York ştatı – 15 yanvar 1896[…], Manhetten, Nyu-York ştatı) — Amerika vətəndaş müharibəsi zamanı ən vacib şəxslərin fotolarını çəkərək XIX əsrin ən məşhur fotoqrafı olmuşdur. Metyu Bredi fotoqrafiyanın qurucusu hesab olunur. Bredi Nyu-Yorkun Uorren qraflığında irlandiyalı mühacir Endryu və Culiya Bredinin ailəsində anadan olub. Gələcək fotoqraf 16 yaşında Nyu-Yorkun Saratoqa qraflığına köçdü. 1841-ci ildə Bredinin bədii qabiliyyəti ona ixtisaslı mütəxəssis Samuel Morse ilə təhsil almağa icazə verdi. 1844-cü ildə Nyu Yorkda öz fotoqrafiya studiyası var. Bredi məşhur amerikalıların portretlərini sərgiləməyə başladı. 1849-cu ildə Bredi Vaşinqtonda studiya açdı və burada 1850-ci ildə evləndiyi Culiya Handi ilə tanış oldu. Bredi nin ilk işi dagerreotip texnikasında edildi, və işinə görə bir çox mükafatlar aldı. 1850-ci illərdə dagerreotip məşhurlaşan ambrotiplə əvəz olundu.
Piter Brek
Cozef Piter Brek (d. 13 mart 1929; Roçester Nyu- York – ö. 6 fevral 2012; Vankuver), Amerikalı aktyor. The Big Valley və Mavericksdə bir neçə hissə rol alan Piter Brek, bundan başqa həmin sıralar başqa Vestern seriallarında da qonaq oyunçu olaraq yer aldı.
Robert Berd
Robert Berd — ABŞ Nümayəndələr Palatasında Şimali Virciniya ştatını təmsil edən demokrat senator Robert Berd Konqresdə davamlı fəaliyyətinə görə ABŞ tarixində rekorda imza atıb. O, qanunverici orqanda 57 il çalışıb. Robert Berd ilk dəfə 1952-ci ildə Nümayəndələr Palatasına seçilib. 28 iyun 2010-cu ildə 93 yaşında dünyasını dəyişib.
Semmi Berd
Stüart Samuyel Berd (ing. Stuart Samuel Baird; 13 may 1930, Denni[d] – 21 aprel 2010, Banqor[d]) — keçmiş Şotlandiya futbolçusu və məşqçisi. Futbolçu karyerası ərzində "Preston Nort End", "Reyncers", "Hibernian", "Terd Lanark" və "Sterlinq Albion" klbularında çıxış etmişdir. O, "Reyncers"la birgə üç Şotlandiya liqası (1956, 1957 və 1959) və bir Şotlandiya Kubokunun (1960) qalibi olmuşdur. "Klayd" klubu ilə o, 1951-52-ci illərdə İkinci Divizionun qalibi olmuşdur. UEFA Çempionlar Kubokunun 1959/1960 mövsümündə o, beş qol vuraraq "Reyncers"ə yarımfinala qədər çatmağa kömək etmişdir. O, 1956-1958-ci illərdə Şotlandiya millisinin formasıyla yeddi oyuna çıxmışdır. O, Yuqoslaviyaya qarşı keçirdiyi debüt oyunda fərqlənə bilmişdir, həmçinin 1958 FIFA Dünya Kubokunun Fransa millisinə qarşı keçirilən final oyununda (2-1) təsəlli qolun müəllifi olmuşdur. Həmin qolla Berd Dünya Kubokunun finalında qol vurmuş ilk "Reyncers" futbolçusu oldu. O, hələ də buna nail olan yeganə futbolçudur.
Slаvоnski-Brоd
Slavonski-Brod — Xorvatiyanın altıncı böyük şəhəridir. Roma İmperiyası dövründə şəhər Marsonia adlanırdı. Şəhər Brodsko-Posavskaya bölgəsinin inzibati mərkəzidir. Şəhərin adı xorvat dilində Slavyan gəmisi deməkdir. Şəhər tarixi Slavoniya bölgəsindəki Sava çayının sahilində yerləşir. Şəhərin əhalisi (2011-ci il siyahıyaalma məlumatlarına görə) 59,507 nəfərdir.