Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Büzinan (Hurand)
Büzinan (fars. بزينان‎) — İranın Şərqi Azərbaycan ostanının Hurand şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 38 nəfər yaşayır (7 ailə).
Olqa Budina
Olqa Aleksandr qızı Budina (doğ. 22 fevral 1975, Odintsovo, Rusiya SFSR, SSRİ) — rusiyalı teatr və kino aktrisası, romansların ifaçısı, Rusiya dövlət mükafatı laureatı (2001). == Həyatı == Olqa Budina 22 fevral 1975-ci ildə Moskva vilayətinin Odintsovo şəhərində dünyaya gəlmişdir. O humanitar liseyin tarix-ədəbiyyat sinfində təhsil almışdır. Məktəbi "üçsüz" bitirən Olqa humanitar elmlərdə daha uğurlu idi. O həm də sosial işlərdə fəallığı ilə seçilirdi. Yaradıcılığı hələ məktəb illərindən başlamışdır. Musiqi məktəbinin akkordeon sinfində müvəffəqiyyətlə təhsil alaraq pianoda ifa etmişdir. Ona dəfələrlə məktəbdə keçirilən bayram və tamaşaların quruluşu əmanət edilmişdir. Liseydə o özünün şəxsi teatrını yaratmış və "Noxud üstündə yatan şahzadə qız" adlı muzikl təsis etmişdir.
Svetlana Kuzina
Svetlana Kuzina (d. 8 iyun 1975) — Rusiyanı təmsil edən su poloçusu. == Karyerası == Svetlana Kuzina, Rusiya yığmasının heyətində 2000-ci ildə Avstraliyanın Sidney şəhərinin ev sahibliyində baş tutan XXVII Yay Olimpiya Oyunlarında mübarizə apardı. Bürünc medal uğrunda görüşdə Niderland yığmasını 5:4 hesabı ilə məğlub edən Rusiya yığması, Sidney Olimpiadasının bürünc medalına sahib oldu.
Balina
Kaşalot (lat. Physeter catodon; Physeter macrocephalus) — balinalar dəstəsinin dişli balinalar yarımdəstəsinə aid iri dəniz məməlisi növü. == Görünüşü == Yetkin erkəklərinin uzunluğu 20 m, kütləsi 50 t-a çatır. Dişilərin 11–13 m. Bədən forması damcıvaridir. Başı nəhəngdir, erkəklərdə bədənin 1/3, dişilərdə 1/4 çatır, öndən kütdür. S -formalı cütsüz nəfəs borusu başın ön hissəsində, orta xətdən solda yerləşir. Baş bədəndən az-sezilən boyunla ayrılır. Sinə üzgəcləri qısa, enli, yumruvaridirlər.Quyruq üzgəclərinin bıçaqları böyük, bir-birindən dərin oyma ilə ayrılırlar. Bel üzgəci alçaq və qozbelvaridir.
Buzanay
Buzanay və ya Bozanay — Qazaxıstanın Atırau vilayəti İsatay rayonu ərazisində yerləşən qumlu massiv. Səhra massivi 15—17 metr dəniz səviyyəsindən yüksəkdə yerləşir. Burada qumlu barxanlar qərbdən şərqə doğru 60–70 km məsafədə uzanır. Çökək ərazilərdə duzlu göllər vardır. Massivdə dikyarpaq, cuzqun, cil və s. bitkilərə rast gəlinir. Massiv otlaq sahəsi kimi istifadə edilir. Narın qumlar səhrasının bir hissəsini təşkil edir.
Buzovna
Buzovna — Azərbaycan Respublikasının Xəzər rayonunun inzibati ərazi vahidində şəhər tipli qəsəbə. == Tarixi == Bu ərazilərdə əhalinin məskunlaşması eramızdan əvvəl III əsrə təsadüf edilir. Qədimdə bu ərazilərdə kənd əhalisi köçəri həyat tərzi sürmüş, taxılçılıq, maldarlıq və balıqçılıqla məşğul olmuşdur. Həmçinin Azərbaycanın digər bölgələrindən də yay aylarında bu ərazilərə gələnlər mal-qara saxlayırdılar. Məhz bu amili nəzərə alaraq Buzovna kəndinin adı maldarlıqla əlaqədar yaranması və "buzov" mənasını verməsi güman olunur. Lakin bəzi tarixi qaynaqlarda (XIII-XIV əsrlər) bu ərazi "Bozok" tayfalarının adı ilə bağlıdır. Bozok tayfaları qış aylarında bu ərazilərdə məskunlaşmış və təsərrüfat ilə məşğul olurdular. Yay aylarında isə onlar dağlara çəkilirdilər. Buzovna özünün qədim tarixi memarlıq abidələri ilə də zəngindir. Kənddə ən qədim qəbiristanlıq "Hun qəbiristanlığı"dır.
Bılina
Bılina (rus. были́на) — rus xalq ədəbiyyatında folklor janrıdır. Əsasən rusların IX-XIII əsrlər həyatını əks etdirir.rus xalq ədəbiyyatı janrı, qəhrəmanlıq və sosial-məişət məzmunlu epik nəğmə. Bılinalar bahadırlar və xalq qəhrəmanlarının simasında tarixi hadisələri əks etdirən, nağıl şəklində yaradılmış mahnı-poemalardır. Əsasən, 9–13 əsrlərdə naməlum nəğməkar-nağılçılar tərəfindən qoşulan Bılinalar nəsildən-nəslə keçmişdir. Bılinada folklora xas mifoloji ənənələr geniş yer tutur. Burada təsvir olunan aləm real olsa da, fantastik səhnələr çoxdur: bahadırlar divlər və əjdahalarla vuruşur, fövqəltəbii rəşadət göstərirlər. Bılinanın səciyyəvi xüsusiyyətlərindən biri də onun çoxqatlı olması, yəni müxtəlif dövr və yerlərlə bağlı ideya-mövzu əlamətlərinin və surətlərin üzvi surətdə birləşməsidir. Bılina, adətən, coşqun, təmtəraqlı əhvali-ruhiyyə ifadə edir. Təhkiyədə mübaliğə və təkrirə müraciət olunur.
Lüzine
Lüzine (fr. Luzinay) — Fransada kommuna, Rona-Alplar regionunda yerləşir. Departament — İzer. Vyen-1 kantonuna daxildir. Kommunanın dairəsi — Vyen. INSEE kodu — 38215. Kommunanın 1999-cu il üçün əhalisi 2157 nəfər təşkil edirdi. Kommuna dəniz səviyyəsindən 405 ilə 700 qədər metr yüksəklikdə yerləşir. Kommuna Parisdən təxminən 460 km cənub-şərqdə, Liondan 70 km cənub-şərqdə, Qrenobldan 29 km şimal-qərbdə yerləşir.
Bucin
Bucin (fars. بوجین‎) - İranın Həmədan ostanının Əsədabad şəhristanının Mərkəzi bəxşinin ərazisinə daxil olan kənd. == Əhalisi == 2016-cı ilin məlumatına görə kənddə 348 nəfər yaşayır (93 ailə).
Budin
Buda (mac. Buda) - Macarıstan krallığının mərkəzi olmuş tarixi şəhər. Budin şəhərinin yerləşdiyi tarixi yer Budapeşt şəhərindən keçən Dunay çayının cənub tərəfi hesab olunur. Osmanlı imperiyası və Macarıstan krallığı arasında 1526-cı ildə baş vermiş Mohaç döyüşü nəticəsində şəhər Osmanlı imperiyasının nəzarəti altına keçmişdir.
Butin
Butin (C4H6) — Alkinlər sinfindən doymmamış karbohidrogen.
Achillea euxina
Achillea euxina (lat. Achillea euxina) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinin boymadərən cinsinə aid bitki növü.
Ağ balina
Ağ balina və ya Beluga balinası (lat. Delphinapterus leucas) — bütün həyatı boyu suda yaşamağa uyğunlaşmış məməlilər dəstəsi.
Balina (bürc)
Balina bürcü (lat. Cetus) — müasir 88 bürclərdən biridir. Göyün Şimal yarımkürəsindədir. Cetus adı Yunan mifologiyasında bir dəniz canavarı olan Cetusdan əmələ gəlməkdədir. Balina bürcü digər suyla əlaqədar təsvir edilən bürclərlə birlikdə Su adlanan səma bölgəsindədir.
Balina alleyası
Balina alleyası — Qədim zamanlarda Eskimosların müqəddəs məbədi və ya ibadətgahıdır. Çukotka Muxtar Dairəsinın ərazisinə daxil olan İttiqran adasında yerləşir. Bu arxeoloji kompleks Qrenlandiya balinasının sümüklərindən təşkil olunub. İlk dəfə bu tapıntı SSRİ Etnoqrafiya Universitetinin üzvü M.A.Clenov tərəfindən tətqiq edilir. == Ədəbiyyat == Arutyunov, Sergey Aleksandroviç, İ. İ. Krupkin, Clenov, Mixail Anatoleviç. "Balina alleyası". Senyavin boğazına daxil olan adaların qədimi tarixi 1982.
Balina bitləri
Balina bitləri (lat. Cyamidae) — xərçəngkimilər yarımtipinə aid fəsilə. == Bədən quruluşu == Balina bitləri enli olmaları ilə seçilirlər. Ayaqları güçlü olub, üçüncü və dördüncü seqmentlər istisna olaraq digər yerlər ayalarla ördülüdür. Bu seqmentlərdə kisəyə bənzər qəlsəməyə sahibdirlər. == Həyat tərzi == Xərçənkimilərə daxil balina bitləri parazitlərdir. Onlar Balinakimilərin dərilərində yaşayırlar. Əsasən dəliklər olan sahələrə yapışırlar. Dəridəki hüceyrələrlə qidalanırlar. Uzun zaman dərində qaldıqları zaman burada xorlar əmələ gətirirlər.
Balina buxtası
Balina buxtası — Buxta Ross şelf buzlağında, Ruzvelt adasının şimalında yerləşir. Buxta 1841-ci ildə Ceyms Rossun ekspedisiyası tərəfindən kəşf edilmişdir. Buxtanın adı Britaniya qütb araşdırma ekspedisiyasının rəhbəri Ernest Şelktonun Nimrod gəmisinin arxasında (24 yanvar 1908) çoxlu sayda Balinanı müşahidə etməsi ilə əlaqədar verilmişdir. Şelkton buxtanın gəmilərin dayanması və düşərgə qurmaq baxımından əlverişsiz olmasını bildirmişdir. Bununla belə XX əsrin əvvəllərindən sahilləri qütb araşdımalarının məskəni olmuşdur. 1911-ci ildə Balina buxtasında yerləşən Framheym düşərgəsi Rual Amundsen tərəfindən Cənub qütbünə təşkil etdiyi ekspedisiya zamanı uğurla istifadə etmişdir. 1928—1930 illər ərzində buxtada amerikalı Riçard Berdin rəhbərliyi ilə ekspedisiya fəaliyyət göstərmişdir. 1934-cü ildə Berd buxtada iki buzlağın toqquşduğunu müəyyən etmişdir. 1939—1941-ci illər ərzində isə Balina buxtasında Amerika Antarktida proqramı çərçivəsində araşdırma işləri aparılmışdır.
Balina bığı
Balina bığı — Bığlı balinalarda rast gəlinən, balinaların qidasının ağız boşluğunda saxlamasına xidmət edən, buynuz maddəsindən təşkil olunan xüsusi plastinlər. Dişlərə sahib olmayan balinaların üst çənələrində 360-800 arası (uzunluğu 20 - 450 sm) buynuz maddəsindən ibarət plastin olur. Onlar 0,3—1,2 sm arakəsmə ilə bir-birinin ardınca yerləşir. Hər bir plastinin baş hissəsi balıq, molyusk və xərçəngkimilərin suya axmasını əngəlləyən şitləri vardır. Onlar bir növ filter rolunu oynayır. == İstifadəsi == Balina bığları əvvəllər mebel və tekstil sahələrində geniş istifadə edilirdi. Plasmasın ixtirasına qədər onlardan paltarların tikilməsində geniş tətbiq olunmuşdur.
Balina köpəkbalığı
Balina köpəkbalığı (lat. Rhincodon typus) — Orectolobiformes dəstəsinin balina köpəkbalıqları fəsiləsindən balıq növü. 40 ölkədən olan ekspertlər qrupu balina köpək balıqlarının mühafizəsi üçün bir araya gəliblər. Qeyd edək ki, bu növ planetin ən iri balıqlarıdır. Bu haqda Meksikanın Ətraf Mühitin Mühafizəsi və Təbii Sərvətlər Nazirliyindən məlumat yayılıb. Atlantik, Hind və Sakit okean tropik sularının sakinləri olan balina köpək balıqları Karib dənizinin Meksika sahillərində məskunlaşıblar. Bir çox turistlər istirahət adası olan Xolboşun yaxınlığındakı yerə suda bu canlıların ətrafında üzmək üçün gəlirlər. Bu nəhəng balıqların uzunluğu 15 metrə, kütləsi isə 20 tona yaxın olur. Bu balıq növünün problemlərinə həsr olunmuş konfransda iştirak edən mütəxəssis – ixtioloq və ekoloqlar avqust ayının 30-u Beynəlxalq Balina Köpək balığı Günü elan olunması ilə əlaqədar razılığa gəliblər. Onların bu qərara gəlmələrində məqsəd, nəsli kəsilmə təhlükəsi olan bu növə insanların diqqətini cəlb etməkdir.
Balina mahnıları
Balına mahnıları — Balinakimilərin əlaqə qurmaq məqsədi ilə buraxdığı səslər. Mahnı sözü onunla əlaqədər işlədilir ki, bu səslər həzmliyi ilə seçilir və insanların ifa etdiyi mahnılara bənzəyir. Səsin istifadəsini aktuallaşdıran əsas səbəb suda görmənin məhtudluğu, iyin isə quruya nisbətdə daha zəif yayılmasından irəli gəlir. Belə düşünülür ki, ən qəliz mahnılar Qozbel balina və dişsiz balinaların bir necə növündə müşahidə edilir. Bu güçlü səslər əsasən nikah mövsümündə çıxarılır. Nisbətən zəif səslər isə il boyu səsləndirilir. Görünür bu səslər ya rabitə ya da naviqasiya rolunu oynayır. Dişli balinalar (Osalar belə daxil olaraq) bu səslərin exolokasiya rolunu oynayır. == Səslərin yaranması == Dişsiz balinalarda dişin olmaması səbəbindən səslər udlaqda formalaşır. Onlarda səs tellərinin olmaması bu səslərin formalaşma mexanizmini dəqiq söyləməyə imkan vermir.
Balina ovu
Balina ovu sənayesi — Balinakimilərin gəlir əldə etmək məqsədi ilə ovlanması. Ovun hədəfi balinaların piyinin əldə edilməsidir. Onların piyi əsasən yanacaq kimi istifadə edilirdi. Üstəlik sənaye ehəmiyyəti olmuşdur. Balinaların ət məqsədli ovu XX əsrin ortalarına qədər davam etmişdir. Balinanın ətindən Kolbasa, sümüklərindən A vitamini, beynindən isə hormonlar və insulin hazırlanır. == Balinaovlayan və emal edən sənaye sahəsi == İlk zamanlar Balina ovu Atlantika və Sakit okeanların sahilyanı hissələrində inkişaf etmişdi. 15 əsrin axırlarında burada balinaların miqdarının azalması ilə əlaqədar olaraq tədricən açıq dənizdə gəmi ilə Balina ovuna başlandı. 19 əsrin axırlarında zolaqlı balinaların miqdarı Şimali Atlantikada kəskin surətdə azaldığından Norvec sənayeçiləri çox sayda balina sürüləri qeydə alınan Antarktika sularına ekspedisiyalar təşkil etdilər. Hazırda dünya okeanlarında, əsasən, 5 növ balina – finval, kaşalot, seyval, qozbel və göy balina ovlanır.
Balina silsiləsi
Balina silsiləsi — sualtı silsilə Atlantik okeanın cənub-şərqində Afrika matetik şelfindən başlayaraq Tristan-da-Kunya adalarına qədər uzanır.. Uzunluğu 1800 km, eni 300 km təşkil edir. Hündürlüyü 3000 metrdir. Səthə ən yaxın yeri 24 metrdir.
Balina susüpürəni
Balına mahıları
Balına mahnıları — Balinakimilərin əlaqə qurmaq məqsədi ilə buraxdığı səslər. Mahnı sözü onunla əlaqədər işlədilir ki, bu səslər həzmliyi ilə seçilir və insanların ifa etdiyi mahnılara bənzəyir. Səsin istifadəsini aktuallaşdıran əsas səbəb suda görmənin məhtudluğu, iyin isə quruya nisbətdə daha zəif yayılmasından irəli gəlir. Belə düşünülür ki, ən qəliz mahnılar Qozbel balina və dişsiz balinaların bir necə növündə müşahidə edilir. Bu güçlü səslər əsasən nikah mövsümündə çıxarılır. Nisbətən zəif səslər isə il boyu səsləndirilir. Görünür bu səslər ya rabitə ya da naviqasiya rolunu oynayır. Dişli balinalar (Osalar belə daxil olaraq) bu səslərin exolokasiya rolunu oynayır. == Səslərin yaranması == Dişsiz balinalarda dişin olmaması səbəbindən səslər udlaqda formalaşır. Onlarda səs tellərinin olmaması bu səslərin formalaşma mexanizmini dəqiq söyləməyə imkan vermir.
Bidzina Kvernadze
Bidzina Kvernadze (Aleksandr Aleksandroviç) (gür. ბიძინა კვერნაძე; 29 iyul 1928, Siğnaği, Sığnaq qəzası – 8 iyul 2010, Tbilisi) — Sovet gürcü bəstəkarı və pedaqoqu. == Həyatı == Bidzina Kvernadze 1953-cü ildə Tbilisi Konservatoriyasında A.M.Balançivasenin bəstəkarlıq sinfini bitirmişdir. 1953—1968-ci illərdə Tbilsinin musiqi məktəblərində nəzəri fissiplinlərin tədrisi üzrə müəllim işləmişdir. 1958-ci ildən Tbilisi Konservatoriyasında bəstəkarlıq kafedrasının (1988-ci ildən professor).