BALİNA

I. i. whale

II. s. whale; ~ yağı whale oil; blubber, sperm oil; ~ sümüyü whale bone; ~ balası whale-calf; ~ ovu whalefish er; ~ sənayesi whale-fishery, whalefish ing

BALIŞÜZÜLÜK
BALKA
OBASTAN VİKİ
Göy balina
Göy balina (lat. Balaenoptera musculus) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin cütdırnaqlılar dəstəsinin zolaqlı balinalar fəsiləsinin zolaqlı balina cinsinə aid heyvan növü. == Cütləşmə və laktasiya == Cütləşmə və balalama müddətləri çox uzundur. Cənub yarımkürəsində cütləşmə iyul-avqust, Şimalda -yanvara təsadüf edir. Hamiləlik 10–11 aydır. Yeni doğulmuş balanın uzunluğu 7–8 metr olur. Dişilər iki ildən bir balalayır. Bir bala gətirir. Laktasiya müddəti 6–7 aydır. Cinsi yetkinliyə 8–10, başqa məlumata görə 23–30 yaşında çatır.
Mavi Balina
Qatil balina
Qatil balina (lat. Orcinus) — heyvanlar aləminin xordalılar tipinin sürünənlər sinfinin cütdırnaqlılar dəstəsinin delfinlər fəsiləsinə aid heyvan cinsi.
Qozbel balina
Qozbel balina (lat. Megaptera novaeangliae) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin cütdırnaqlılar dəstəsinin zolaqlı balinalar fəsiləsinin megaptera cinsinə aid heyvan növü. Qozbel balina cinsinin yeganə müasir nümayəndəsidir. Öz cinsinin yeganə nümayəndəsi olsa da, Boz balinanın yaxın qohumu sayılır. Qozbel balina adını ya bel üzgəcinə, ya da üzərkən belini güclü şəkildə yığmasına görə almışdır. Qozbel balina zolaqlı balinalar fəsiləsinə aiddir (həmin fəsiləyə həmçinin Göy balina, Brayde zolaqlı balina, Finval və Seyval daxildir) Zolaqlı balinaların bığlı balinalar yarımdəstəsinin digər fəsilələrindən Miosen dövrünün ortalarında ayrıldığı qeyd olunur. Reminqton Kelloq Miosen dövrünə aid edilən qalıqları aşkarlamış Megaptera miocaena növünü qeydə almışdır. Şimali Amerikada aşkarlanan qozbel balinaların qalıqları alt pliosen və pleystosen dövrünə, Avropada aşkarlananlar isə pliosen dövrünə aiddir. Amma bu ailənin digər üzvlərinin bir-birindən nə vaxt ayrıldığı tam məlum deyil. Qozbel balinanı ilk dəfə 1756-cı ildə Matüren-Jak Brisson Regnum Animale "baleine de la Nouvelle Angleterre" olaraq adlandırmışdır.
Zolaqlı balina
Zolaqlı balina (lat. Balaenoptera) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin cütdırnaqlılar dəstəsinin zolaqlı balinalar fəsiləsinə aid heyvan cinsi. Bura daxil canlıların 50–90 arası zolaq olur. Əsl balinalardan fərqli onların bel üzgəclərinə malikdir. Qozbel balinadan fərqli olaraq isə sinə ətrafında yerləşən üzgəcləri qısadır. Bu cinsə daxil olan Göy balina dünyanın ən nəhəng canlısıdır. Qidalarının əsasını xərçənglər və xırda balıqlar təşkil edir.
Porfiri (balina)
Porfiri (yun. Πορφύριος) — VI əsrdə Konstantinopol yaxınlığındakı sularda gəmilərə hücum edən və onları batıran böyük balina. Əlli ildən çox fəaliyyət göstərən Porfiri Bizans dənizçilərinin böyük narahatlığına səbəb olmuşdu. İmperator I Yustinian (hak. 527–565) onu ələ keçirməyi vacib məsələyə çevirmişdi, lakin bunun üçün bir yol tapa bilməmişdi. Porfiri sonda Qara dənizin ağzına yaxın sahilə çıxan zaman yerli əhali tərəfindən hücuma məruz qalmış, ardınca onlar tərəfindən parçalanmışdır. Balinaya Porfiri adını Bizans dənizçiləri tərəfindən verilmişdir. Adın mənşəyi qeyri-müəyyəndir. Bu ad haqqında ümumi fərziyyələr arasında onun dövrün arabaçısı Porfiridən və ya Yunanıstan mifologiyasının tanrılarına qarşı müharibə aparan mifoloji nəhəng Porfiriondan götürülməsi var. 1996-cı ildə Ceyms Allan Stüart Evans bu adın balinanın dəri rəngi ilə əlaqəli olduğunu irəli sürmüşdü.
Balina (dəqiqləşdirmə)
Balina — balinalar dəstəsinin dişli balinalar yarımdəstəsinə aid iri dəniz məməlisi növü.
Enlialın Butulkaburun balina
Enlialın butulkaburun, və ya şimal enlialın butulkaburunu (lat. Hyperoodon ampullatus) — Balinakimilər dəstəsinə, butulkaburun cinsinə aid iri məməli növü. Cinsə daxil olan iki növdən biridir. Bu növ XIX-XX əsrlərdə kütləvi ovlanmaya məruz qalmışdır. Bu məməlilər digər balinakimilər arasında ən dərinə dalan dalğıclardandırlar. Onlar okeanın 1453 m (4767 ft) dərinliklərinə enə bilirlər. == Xüsusiyyətləri == İri dəniz məməlisi 10—11 metr uzunluğa, 7,5 ton çəkiyə malik olurlar. Dərinə üzmələrinə baxmayaraq istirahəti əsasən dayazlıqlarda edirlər. Onlara insanlar və onların gəmiləri maraqlı gəldiyindən daha tez ovlanmalarına səbəb olur. Bu xüsusiyyətlər digər balinakimilərin bir qisminə də aiddir.
Kiçik zolaqlı balina
Kiçik Zolaqlı balina, və ya Kiçik Şimal Zolaqlı balinası,, Cırtan Zolaqlı balina (lat. Balaenoptera acutorostrata) — Balinakimilər dəstəsinə, Zolaqlı balinalar fəsiləsinə aid nov. Öz cinsinin ən kiçik növündən biri hesab edilir. Cırtan Zolaqlı balina üç yarımnövə bölünür: Şimal Kiçik balina (Balaenoptera acutorostrata) şimal yarımkürəsində yayılmışdır, Cırtan Zolaqlı balina cənub yarımkürəsinsə yayılmışdır və Kiçik cənub zolaqlı balina (Balaenoptera bonaerensis) isə tropik qurşaqlarda yayılmışdır. == Xariçi görünüşü == Üzəri tünd boz, qarnı və sinə üzgəclərinin aşağı nahiyələri ağ rəngdə olur. == Həyat tərzi == Cırtan Zolaqlı balina balıq sürüləri və planktonlarla qidalanırlar. Əsasən su səthinə yaxın ərazilərdə ov edirlər. Adətən tək və ya 2–3 başdan ibarət qruplar şəklində yaşayırlar. Adətən 3–9 dəqiqə su altında qalırlar. Ancaq 20 dəqiqəyə qədər su altında qala bilirlər.
İden zolaqlı balina
İden zolaqlı balina (lat. Balaenoptera edeni) — Zolaqlı balinalar fəsiləsinə aid növ. 1993-cü ildə aparılan genetik araşdırmalar nəticəsində müstəqil növ olaraq qəbul edilmişdir. Əvvəllər isə Brayde zolaqlı balinanın (Balaenoptera brydei) yarımnövü hesab edilir. Növ adını britaniya diplomatı Eşli İdenin(1831–1887) şərəfinə adlandırılmışdır. Bu növ balinaların əsasən tropik və subtropik iqlim qurşaqlarında yaşayırlar. Əsas arealı Hind okeanının şərqi və Sakit okeanın qərbində yayılmışlar. Xüsusi ilə İndoneziya və Filippin sularında üzürlər. Görünüşü ilə Brayda balinasını xatırlatsada ölçü baxımından kiçik olurlar. Haqqındakı məlumatlar yalnız ölü fərdlər üzərində aparılan araşdırmalardan əldə edilmişdir.
Mavi balina (oyun)
"Mavi balina" (rus. Синий кит) — Rusiya şəhər əfsanəsi. Bir çox ölkələrdə oynanıldığı iddia olunan internet oyunu. İddialara görə, oyun 50 təlimatdan ibarətdir və son təlimatda oyunçudan intihar etməsi istənilir. Oyunun xarakteri gəncləri cəlb edərək onlara yüngül işlər tapşırıb, sonda intihara sövq olunmasıdır.. == Tarixi == Oyun ilk dəfə 2013-cü ildə "VKontakte" sosial şəbəkəsində "ölüm qrupu" adlı bir qrup vasitəsilə yayılmağa başlamışdır. Bu oyunun səbəbindən ilk intihar 2015-ci ildə qeydə alınmışdır. Oyunu universitetdən qovulmuş psixologiya fakültəsinin keçmiş tələbəsi Filip Budeykinin yazdığı məlumdur. Oyun səbəbindən "ən azı 16 uşağı intihara təşviq etmək" günahından həbs olunan Budeykin, "cəmiyyəti bioloji zibillərdən təmizləmək" məqsədilə bu oyunu yaratdığını bildirmişdir. O, intihara meyilli şəxslərdən ibarət 8 müxtəlif qrup yaratmaqda ittiham edilmişdir.
Balina (film, 2022)
Balina (ing. The Whale) — ssenarisi 2012-ci ildə yayımlanmış eyniadlı pyes əsasında Semuel D. Hanter tərəfindən yazılmış ssenariyə uyğun olaraq Darren Aronofskinin rejissorluğu ilə çəkilmiş və 2022-ci ildə təqdim edilmiş ABŞ psixoloji dram filmidir. Filmdə əsas rollar Brendan Freyzer, Sadi Sink, Honq Çau, Tay Simpkins və Samanta Morton tərəfindən canlandırılmışdır. Film, yeniyetmə qızı ilə münasibətlərini bərpa etməyə çalışan köklükdən əziyyət çəkən ingilis dili müəlliminin həyatından bəhs edir. Filmin premyerası 4 sentyabr 2022-ci ildə 79-cu Venesiya Beynəlxalq Film Festivalında baş tutmuş, 9 dekabrdan filmin ABŞ-də məhdud yayımına başlanılmış, 21 dekabrdan isə A24 filmin geniş yayımına start vermişdir. Aktyor ifası, xüsusilə Freyzer və Çaunun performansı yüksək qiymətləndirilsə də, film tənqidçilərin fikirlərini iki hissəyə ayırmışdır. 3 milyon ABŞ dolları büdcəsi olan film, yayım zamanı 42 milyon ABŞ dolları gəlir toplamışdır. Filmdə canlandırdığı rola görə Brendan Freyzer Ən yaxşı kişi rolu nominasiyasında Oskar mükafatı, eyni zamanda Tənqidçilərin seçimi mükafatı və Ekran aktyorları gildiyasının mükafatını qazanmış, Qızıl qlobus və BAFTA mükafatlarına namizəd göstərilmişdir. "Balina" filmi həm də Ən yaxşı qrim və saç düzümü nominasiyasında Oskar mükafatı qazanmış, Ən yaxşı ikinci plan qadın roluna görə (Çau) isə Oskar mükafatına namizəd göstərilmişdir. Həmçinin "Balina" filmi Ən yaxşı teatral film nominasiyasında Amerika Prodüserlər Gildiyasının mükafatına namizəd göstərilmişdir.
Balina
Kaşalot (lat. Physeter catodon; Physeter macrocephalus) — balinalar dəstəsinin dişli balinalar yarımdəstəsinə aid iri dəniz məməlisi növü. == Görünüşü == Yetkin erkəklərinin uzunluğu 20 m, kütləsi 50 t-a çatır. Dişilərin 11–13 m. Bədən forması damcıvaridir. Başı nəhəngdir, erkəklərdə bədənin 1/3, dişilərdə 1/4 çatır, öndən kütdür. S -formalı cütsüz nəfəs borusu başın ön hissəsində, orta xətdən solda yerləşir. Baş bədəndən az-sezilən boyunla ayrılır. Sinə üzgəcləri qısa, enli, yumruvaridirlər.Quyruq üzgəclərinin bıçaqları böyük, bir-birindən dərin oyma ilə ayrılırlar. Bel üzgəci alçaq və qozbelvaridir.
Ağ balina
Ağ balina və ya Beluga balinası (lat. Delphinapterus leucas) — bütün həyatı boyu suda yaşamağa uyğunlaşmış məməlilər dəstəsi.
Balina (bürc)
Balina bürcü (lat. Cetus) — müasir 88 bürclərdən biridir. Göyün Şimal yarımkürəsindədir. Cetus adı Yunan mifologiyasında bir dəniz canavarı olan Cetusdan əmələ gəlməkdədir. Balina bürcü digər suyla əlaqədar təsvir edilən bürclərlə birlikdə Su adlanan səma bölgəsindədir.
Balina alleyası
Balina alleyası — Qədim zamanlarda Eskimosların müqəddəs məbədi və ya ibadətgahıdır. Çukotka Muxtar Dairəsinın ərazisinə daxil olan İttiqran adasında yerləşir. Bu arxeoloji kompleks Qrenlandiya balinasının sümüklərindən təşkil olunub. İlk dəfə bu tapıntı SSRİ Etnoqrafiya Universitetinin üzvü M.A.Clenov tərəfindən tətqiq edilir. == Ədəbiyyat == Arutyunov, Sergey Aleksandroviç, İ. İ. Krupkin, Clenov, Mixail Anatoleviç. "Balina alleyası". Senyavin boğazına daxil olan adaların qədimi tarixi 1982.
Balina bitləri
Balina bitləri (lat. Cyamidae) — xərçəngkimilər yarımtipinə aid fəsilə. == Bədən quruluşu == Balina bitləri enli olmaları ilə seçilirlər. Ayaqları güçlü olub, üçüncü və dördüncü seqmentlər istisna olaraq digər yerlər ayalarla ördülüdür. Bu seqmentlərdə kisəyə bənzər qəlsəməyə sahibdirlər. == Həyat tərzi == Xərçənkimilərə daxil balina bitləri parazitlərdir. Onlar Balinakimilərin dərilərində yaşayırlar. Əsasən dəliklər olan sahələrə yapışırlar. Dəridəki hüceyrələrlə qidalanırlar. Uzun zaman dərində qaldıqları zaman burada xorlar əmələ gətirirlər.
Balina buxtası
Balina buxtası — Buxta Ross şelf buzlağında, Ruzvelt adasının şimalında yerləşir. Buxta 1841-ci ildə Ceyms Rossun ekspedisiyası tərəfindən kəşf edilmişdir. Buxtanın adı Britaniya qütb araşdırma ekspedisiyasının rəhbəri Ernest Şelktonun Nimrod gəmisinin arxasında (24 yanvar 1908) çoxlu sayda Balinanı müşahidə etməsi ilə əlaqədar verilmişdir. Şelkton buxtanın gəmilərin dayanması və düşərgə qurmaq baxımından əlverişsiz olmasını bildirmişdir. Bununla belə XX əsrin əvvəllərindən sahilləri qütb araşdımalarının məskəni olmuşdur. 1911-ci ildə Balina buxtasında yerləşən Framheym düşərgəsi Rual Amundsen tərəfindən Cənub qütbünə təşkil etdiyi ekspedisiya zamanı uğurla istifadə etmişdir. 1928—1930 illər ərzində buxtada amerikalı Riçard Berdin rəhbərliyi ilə ekspedisiya fəaliyyət göstərmişdir. 1934-cü ildə Berd buxtada iki buzlağın toqquşduğunu müəyyən etmişdir. 1939—1941-ci illər ərzində isə Balina buxtasında Amerika Antarktida proqramı çərçivəsində araşdırma işləri aparılmışdır.
Balina bığı
Balina bığı — Bığlı balinalarda rast gəlinən, balinaların qidasının ağız boşluğunda saxlamasına xidmət edən, buynuz maddəsindən təşkil olunan xüsusi plastinlər. Dişlərə sahib olmayan balinaların üst çənələrində 360-800 arası (uzunluğu 20 - 450 sm) buynuz maddəsindən ibarət plastin olur. Onlar 0,3—1,2 sm arakəsmə ilə bir-birinin ardınca yerləşir. Hər bir plastinin baş hissəsi balıq, molyusk və xərçəngkimilərin suya axmasını əngəlləyən şitləri vardır. Onlar bir növ filter rolunu oynayır. == İstifadəsi == Balina bığları əvvəllər mebel və tekstil sahələrində geniş istifadə edilirdi. Plasmasın ixtirasına qədər onlardan paltarların tikilməsində geniş tətbiq olunmuşdur.
Balina köpəkbalığı
Balina köpəkbalığı (lat. Rhincodon typus) — Orectolobiformes dəstəsinin balina köpəkbalıqları fəsiləsindən balıq növü. 40 ölkədən olan ekspertlər qrupu balina köpək balıqlarının mühafizəsi üçün bir araya gəliblər. Qeyd edək ki, bu növ planetin ən iri balıqlarıdır. Bu haqda Meksikanın Ətraf Mühitin Mühafizəsi və Təbii Sərvətlər Nazirliyindən məlumat yayılıb. Atlantik, Hind və Sakit okean tropik sularının sakinləri olan balina köpək balıqları Karib dənizinin Meksika sahillərində məskunlaşıblar. Bir çox turistlər istirahət adası olan Xolboşun yaxınlığındakı yerə suda bu canlıların ətrafında üzmək üçün gəlirlər. Bu nəhəng balıqların uzunluğu 15 metrə, kütləsi isə 20 tona yaxın olur. Bu balıq növünün problemlərinə həsr olunmuş konfransda iştirak edən mütəxəssis – ixtioloq və ekoloqlar avqust ayının 30-u Beynəlxalq Balina Köpək balığı Günü elan olunması ilə əlaqədar razılığa gəliblər. Onların bu qərara gəlmələrində məqsəd, nəsli kəsilmə təhlükəsi olan bu növə insanların diqqətini cəlb etməkdir.
Balina mahnıları
Balına mahnıları — Balinakimilərin əlaqə qurmaq məqsədilə buraxdığı səslər. Mahnı sözü onunla əlaqədər işlədilir ki, bu səslər həzmliyi ilə seçilir və insanların ifa etdiyi mahnılara bənzəyir. Səsin istifadəsini aktuallaşdıran əsas səbəb suda görmənin məhtudluğu, iyin isə quruya nisbətdə daha zəif yayılmasından irəli gəlir. Belə düşünülür ki, ən qəliz mahnılar Qozbel balina və dişsiz balinaların bir necə növündə müşahidə edilir. Bu güçlü səslər əsasən nikah mövsümündə çıxarılır. Nisbətən zəif səslər isə il boyu səsləndirilir. Görünür bu səslər ya rabitə ya da naviqasiya rolunu oynayır. Dişli balinalar (Osalar belə daxil olaraq) bu səslərin exolokasiya rolunu oynayır. == Səslərin yaranması == Dişsiz balinalarda dişin olmaması səbəbindən səslər udlaqda formalaşır. Onlarda səs tellərinin olmaması bu səslərin formalaşma mexanizmini dəqiq söyləməyə imkan vermir.
Balina ovu
Balina ovu sənayesi — Balinakimilərin gəlir əldə etmək məqsədilə ovlanması. Ovun hədəfi balinaların piyinin əldə edilməsidir. Onların piyi əsasən yanacaq kimi istifadə edilirdi. Üstəlik sənaye ehəmiyyəti olmuşdur. Balinaların ət məqsədli ovu XX əsrin ortalarına qədər davam etmişdir. Balinanın ətindən Kolbasa, sümüklərindən A vitamini, beynindən isə hormonlar və insulin hazırlanır. == Balinaovlayan və emal edən sənaye sahəsi == İlk zamanlar Balina ovu Atlantika və Sakit okeanların sahilyanı hissələrində inkişaf etmişdi. 15 əsrin axırlarında burada balinaların miqdarının azalması ilə əlaqədar olaraq tədricən açıq dənizdə gəmi ilə Balina ovuna başlandı. 19 əsrin axırlarında zolaqlı balinaların miqdarı Şimali Atlantikada kəskin surətdə azaldığından Norvec sənayeçiləri çox sayda balina sürüləri qeydə alınan Antarktika sularına ekspedisiyalar təşkil etdilər. Hazırda dünya okeanlarında, əsasən, 5 növ balina – finval, kaşalot, seyval, qozbel və göy balina ovlanır.
Balina silsiləsi
Balina silsiləsi — sualtı silsilə Atlantik okeanın cənub-şərqində Afrika matetik şelfindən başlayaraq Tristan-da-Kunya adalarına qədər uzanır.. Uzunluğu 1800 km, eni 300 km təşkil edir. Hündürlüyü 3000 metrdir. Səthə ən yaxın yeri 24 metrdir.
Balina susüpürəni
Boz balina
Boz balinalar (lat. Eschrichtiidae) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin cütdırnaqlılar dəstəsinə aid heyvan fəsiləsi.
Antarktika balinaquşu
Antarktika balinaquşu (lat. Pachyptila desolata) — Fırtınaqumukimilər dəstəsinə daxil olan növ. == Görünüşü == Bədəninin uzunluğu 25–27 sm, çəkisi 150–160 q təşkil edir. Qanadları arasında məsafə 58–66 sm-dir. Cinsə daxil olan digər növlərlə çaşdırılsada xüsusən Pachyptila salvini növü ilə səhv salınır. Uçuş zamanı isə demək olar ki, tanımaq mümkün deyil. Antarktika balinaquşunun dimdiyi Pachyptila salvini növünün dimdiyinə nisbətdə qısadır. == Yarımnövləri yayılma arealı == Pachyptila desolata desolata — Kroze adaları, Kergelen və Makkuori adası. Pachyptila desolata alter — Oklend adaları və Herd adası və Makdonald adaları. Pachyptila desolata banksi — Cənubi Georgiya və Cənubi Sandviç adaları, Cənubi Orkney adaları, Cənubi Şetland adaları, Skott adası.
Enlidimdik balinaquşu
Enlidimdik balina quşu (lat. Pachyptila vittata) — Fırtınaquşular fəsiləsinə aid dəniz quşu. == Görünüşü == Bədəninin uzunluğu 29 sm, çəkisi 150–225 q arasında dəyişir. Qanadlarının uzunluğu 18,1–22,5 sm, onlar arasında məsafə isə 57–66 sm-dir. Quşlar əsasən boz rəngdə olur. Qanadlarında M şəkilli tünd ləkə vardır. Bədənin aşağı hissəsi qəhvəyi-ağ rəngə malikdir. Dimdiyi olduğuqa enlidir. Onun quruluşu planktonların asan şəkildə ovlanmasına hesablanmış kimidir. Quş ayaqları ilə suya toxunduqları anda həm də dimdikləri sudan qidanı götürürlər.
Farer adalarında balina ovu
Farer adalarında balina ovu ən azı X əsrdən bəri mövcuddur. Bu məsələ kiçik balinakimilər üzərində Komissiyanın hansı səlahiyyətə sahib olması ilə bağlı yaranan mübahisələrə görə Beynəlxalq Balina Ovlama Komissiyası (ing. International Whaling Commission — IWC) tərəfindən deyil, Farer səlahiyyətliləri tərəfindən tənzimlənir. Hər il təxminən 950 qrind (qara delfinlər, Globicephala melaena) ovlanır, xüsusən isə yayda. Qrind ovu (far. grindadráp [ˈgɹɪndaˌdrɔap]) — icmalar tərəfindən təşkil edilən qeyri-kommersiya tədbiridir və tədbirdə hər kəs iştirak edə bilər. Balıq ovu zamanı balıqçılar qrindləri qayıqlarla əhatə edir, onları geniş yarımdairəyə salırlar və sonra qayıqlar balinaları yavaş-yavaş körfəzə və ya fyordun dibinə qovurlar. Farerlərin çoxu balina ovunu öz mədəniyyətinin və tarixinin mühüm hissəsi hesab edir. Heyvanların hüquqlarını müdafiə edən qruplar balıqçılığı qəddar və lazımsız olaraq tənqid edir, balinaçılar isə əksər jurnalistlərin balıq ovu üsulları və balıqçılığın iqtisadi əhəmiyyəti haqqında məlumatsızlıq nümayiş etdirdiyini iddia edirlər. == Tarixi == Şimali Atlantikada balina ovlamaq uzun zaman adi hal olmuşdur.
Kiçik balinalar
Kiçik balinalar (lat. Neobalaenidae) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin cütdırnaqlılar dəstəsinə aid heyvan fəsiləsi.
Kiçik cənub zolaqlı balina
Kiçik Cənub Zolaqlı balinası (lat. Balaenoptera bonaerensis) — Zolaqlı balinalar fəsiləsinə aid balina növü. == Xüsusiyyətləri == Kiçik Cənub Zolaqlı balinası Zolaqlı və Bığlı balinalara daxil olan ən kiçik nümayyətdədir. Bu canlıların uzunluğu 7,2–10,7 metr, çəkisi isə 5,8–9,1 t arasında dəyişir. Orta ölçülü dişilər erkəklərdən bir metr iri olurlar. Yeni doğulan balaların uzunluğu 2,4–2,8 meyrdir. Bel nahiyyəsi tünd-boz, qarın nahiyəsi isə ağ rəngdə olur. == Yayılması == Cənub yarımkürəsində yerləşən bütün okeanlarda yaşaya bilirlər. Yay ayları hətta Antarktida sahillərində belə görünürlər.
Nazikdimdik balinaquşu
Nazikdimdik balinaquşu (lat. Pachyptila belcheri) — Fırtınaquşular fəsiləsinə aid növ. Nazikdimdik balinaquşular 25–26 sm uzunluğa malik olurlar. Qanadlarının uzunluğu isə 16,6–19,1 sm arasında dəyişir. Qanadları arasında məsafə 56 sm, çəkiləri isə 115–180 q olur. Bir qayda olaraq erkəklər dişilərdən iri olur. Bədəninin üst hissəsi mavi-bozdur. Qanadlarında tünd rəngli "М" hərfinə bənzər ləkə vardır. Bədəninin ön hissəsi ağımtıldır. Növ əsasən Folklend adaları, Kergelen, Kroze adaları və olabilsin ki Cənubi Georgiya adalarında yayılmışdır.
Qar balinaquşu
Qar balinaquşu (Pachyptila turtur) — Fırtınaquşular fəsiləsinə daxil olan növ.. Uzunluğu 28 sm, qanadları arasında məsafə 55–60 sm-ə malikdir. Fırtınaquşular fədiləsinə daxil olan kiçik növdür. Üts hissəsi qara olur. Ön hissəsi isə ağdır. Zəif ayaqlara sahib olması səbəbindən quru sahəsində hərəkəti olduqca zəifdir. Qar balinaquşu ömrünün böyük qismini dənizdə keçirir. Koloniyaların yuva qurduğu bölgələr: Çatem adaları, Sners adaları, Antipodov adaları, Folklend adaları, Prins-Eduard adaları, Kroze adaları, Kroze adaları, Bass boğazı adaları və Makkuori adası. Quşlar gecə vaxtları su üzərində kiçik canlıları ovlayırlar. Onlar balıqçı qayıq və gəmilərini daim qidə məqsədi ilə izləyirlər.
Qrenlandiya balinası
Qrenlandiya balinası (lat. Balaena mysticetus) — balaena cinsinə aid məməli heyvan növü.
Qədimi balinalar
Qədimi balinalar[mənbə göstərin] (lat.
Yapon balinası
Yapon balinası (lat. Eubalaena japonica) — Balinakimilər dəstəsinə Əsl balinalar fəsiləsinə(Balaenidae) aid olan növ. Bu növ əvvəllər Şimal hamar balinanın (Eubalaena glacialis) yarımnövü hesab edilirdi. Yeni texnologiyaların köməyi ilə iki fərqli növ olmaları təstiqlənir. Yapon balinası Şimaliatlantika hamar balinasından xariçi görünüş baxımından fərqlənmirlər. Ən iri fərdin uzunluğu 18,5 metr təşkil edir. Dişilər erkəklərdən iri olurlar. Bu növün nümayəndələri 80 ton çəkiyə malik olur. Tünd rəng çalarlarında olurlar. Bel üzgəcləri qısa olur.
Zolaqlı balinalar
Zolaqlı balinalar (lat. Balaenopteridae) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin cütdırnaqlılar dəstəsinə aid heyvan fəsiləsi.
Zolaqlı balinalar (cins)
Şimal hamar balina
Şimal hamar balina (lat. Eubalaena glacialis) — Əsl balinalar (Balaenidae) fəsiləsinə daxil olan Atlantik okeanın şimal sularında yayılmış balina növü. Şimal hamar balina adətən 13–16 metr uzunluğa malik olur. Hətta 21 uzunluğa malik olan fərdlər belə müşahidə edilmişdir. Bu cablılarən çəkisi 100 ton təşkil edə bilir. Bütün hamar balinalarda olduğu kimi bun növdə bel üzgəci yoxdur. Bədənin rəngi qaradır. Bədəninə çoxlu sayda parazitlər yapışır. Bəzən bu parazitlər o qədər çox olur ki, böyük ağ ləkəni xatırladır. Bədənin hər hissəsində 300 bığ vardır.

Значение слова в других словарях