Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Buldaci
Buldaci — İranın Çahar-Mahal və Bəxtiyari ostanının Bürucin şəhristanının Buldaci bəxşində şəhər və bu bəxşin mərkəzi. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 10,905 nəfər və 2,598 ailədən ibarət idi. Əhalisinin əksəriyyəti qaşqaylardan ibarətdir, qaşqay dilində danışırlar və şiə müsəlmandırlar. Bu şəhər öz gəzi ilə seçilir.
Buğacıq
Buğacıq - Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında (indi Ermənistanın Sisyan r-nunda) kənd adı 1906-cı ildə Azərbaycan türklərindən ibarət əhalisi qovulmuş və kənd dağıdılmışdır. Orta əsrlərdə Suriyada (Şamda) Buka mahalında yaşamış Şamlı tayfasının gətirdiyi addır.
Bulgaria Air
"Bulgaria Air" (bolq. България Ер, ing. Bulgaria Air) — Bolqarıstan dövlətinə aid olan aviaşirkət. Aviaşirkət Sofiya Beynəlxalq hava limanında bazalanmışdır. Şirkət Himimport Inc sahibidir. 2008-ci ildə şirkət 118 543 sərnişin daşımışdır. Dövriyyəsi 434 mln lev, ümumi gəliri isə 470 000 lev təşkil etmişdir. "Bulgaria Air" Bolqarıstan bazarında əsas hava daşıyıcısı hesab edilir. Ölkənin milli aviadaşıyıcısıdır. Şirkətin aviaparkında 17 təyyarə vardır ki, onlarda dünyanın 19 ölkəsinin 27 şəhərinə uçuşlar təşkil edir.
Nikolay Bulqanin
Nikolay Aleksandroviç Bulqanin (11 iyun (30 may) 1895-ci il, Nijni Novqorod — 24 fevral 1975, Moskva) — SSRİ dövlət və hərbi xadimi, Sov. İKP Siyasi Bürosu üzvü (1948—1958), Sovet İttifaqı Marşalı (3 noyabr 1947, 26 noyabr 1958-ci ildə rütbədən məhrum edilib).
Dirsə xan oğlu Buğacın boyu
Dirsə xan oğlu Buğacın boyu - Kitabi Dədə Qorqud dastanına daxil olan boylardan biri. == Tədqiqi == «Kitabi-Dədə Qorqud» eposunun nəşr və tədqiq tarixi 200 illik bir dövrü əhatə edir. «Kitabi-Dədə Qorqud» dastanı haqqında ilk məlumatı Yakob Reyske (1716-1774) və Şərq əlyazmaları kataloqunu tərtib edən Fleyşer vermişdir. Lakin «Kitabi-Dədə Qorqud» dastanının nəşri və tədqiqinə XIX əsrdən başlanmışdır. Bu böyük abidəni ilk dəfə dünyaya tanıtdıran alman şərqşünası Fon Dits olmuşdur. O, Drezden kitabxanasında müqəddimə və 12 boydan ibarət “Dədə Qorqud” dastanlarını aşkar etmişdir. 1952-ci ildə isə italyan şərqşünası Ettori Rossi Vatikan kitabxanasında 6 boydan ibarət başqa bir nüsxəni üzə çıxarıb, geniş elmi müqəddimə ilə nəşr etdirir. 2019-cu ildə isə «Kitabi Dədə Qorqud»un yeni bir nüsxəsi – hazırda elm aləmində “Türkmənsəhra nüsxəsi” adı ilə tanınan nüsxənin olması barədə yeni faktlar üzə çıxdı. Dirsə xan oğlu Buğacın boyu həm Drezden nüsxəsinə həm də Vatikan nüsxəsinə həm də Türkmənsəhra nüsxəsinə daxil olan ortaq boylardan biridir. Bu boy Drezden nüsxəsində “Dirsə xan oğlu Buğac xan boyu” adlanır və ilk sıradadır.