Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Anna Burova
Anna Burova (d. 23 yanvar 1996) — Rusiya əsilli Azərbaycanı təmsil edən həndbolçu. Anna Burova, Azərbaycan yığmasının heyətində 2017-ci ildə baş tutan IV İslam Həmrəyliyi Oyunlarında qızıl medal qazanıb. == Karyerası == Anna Burova, 2017-ci ildə Azərbaycan yığması ilə birgə IV İslam Həmrəyliyi Oyunlarına qatıldı. Yarışların həlledici, final görüşündə Azərbaycan yığması, gərgin oyunun sonunda Türkiyə yığmasını 28:26 hesabı ilə məğlub etdi və IV İslam Həmrəyliyi Oyunlarının çempionu oldu.
Buravar
Buravar — Azərbaycan Respublikasının Cəlilabad rayonunun inzibati ərazi vahidində kənd. == Tarixi == 31 may 2013-cü ildə Azərbaycan Respublikasının Milli Məclisinin qərarı ilə Buravar kəndi Ləkin kənd inzibati ərazi dairəsi tərkibindən ayrılaraq, yeni yaradılan Şatırlı kənd inzibati ərazi dairəsi tərkibinə verilmişdir. == Toponimikası == Cəlilabad rayonunun Ləkin inzibati ərazi vahidində kənd. Burovar silsiləsinin yamacındadır. Kənd ərazidəki eyniadlı silsilənin adını daşıyır. == Əhalisi == 2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 1017 nəfər əhali yaşayır. == İqtisadiyyatı == Əhalinin əsas məşğuliyyəti kənd təsərrüfatı-əkinçilik, maldarlıq və heyvandarlıq təşkil edir. == Etimologiyası == Burovar coğrafi adının tərkibindəki "bur" sözü talış dilində "hündür", "yüksək", "o" birləşdirici sait, var komponenti isə qədim türk mənşəli termin olub, "kənd", "məskən" bildirir (Yüksək dağ kəndi).
Burovdal
Burovdal — Azərbaycan Respublikasının İsmayıllı rayonunun inzibati ərazi vahidində kənd. == Coğrafiyası və iqlimi == Kənd rayonun şimal istiqamətində sonuncu kənddir. Kənd Lahıc turizm zonasında, Girdiman çayının sol sahilində yerləşir. Əhalisi 174 nəfərdir ki onunda 83 nəfəri kişi, 91 nəfəri qadındır. Kənd əhalisi heyvandarlıq və bostançılıqla məşğul olur. Kənd elektrik enercisi ilə təmin edilir. Kənddə yeməkxana və çayxana yoxdur. Kəndə yay mövsümündə avtomobillə, qış mövsümündə isə Lahıc qəsəbəsindən sonra 12 km yolu piyada və ya atla getmək olar. İsmayıllı-Lahıc-Quba turist marşrutları kəndin içindən keçir.Burovdal dəniz səviyyəsindən 1800 metr hündürlükdə yerləşərək rayonun ən uca kəndidir. Kənd möhtəşəm dağ mənzərələri və otlaqlarla əhatələnib ki, yerli fermerin təsərrüfatı bundan çox asılıdır.
Buzovna
Buzovna — Azərbaycan Respublikasının Xəzər rayonunun inzibati ərazi vahidində şəhər tipli qəsəbə. == Tarixi == Bu ərazilərdə əhalinin məskunlaşması eramızdan əvvəl III əsrə təsadüf edilir. Qədimdə bu ərazilərdə kənd əhalisi köçəri həyat tərzi sürmüş, taxılçılıq, maldarlıq və balıqçılıqla məşğul olmuşdur. Həmçinin Azərbaycanın digər bölgələrindən də yay aylarında bu ərazilərə gələnlər mal-qara saxlayırdılar. Məhz bu amili nəzərə alaraq Buzovna kəndinin adı maldarlıqla əlaqədar yaranması və "buzov" mənasını verməsi güman olunur. Lakin bəzi tarixi qaynaqlarda (XIII-XIV əsrlər) bu ərazi "Bozok" tayfalarının adı ilə bağlıdır. Bozok tayfaları qış aylarında bu ərazilərdə məskunlaşmış və təsərrüfat ilə məşğul olurdular. Yay aylarında isə onlar dağlara çəkilirdilər. Buzovna özünün qədim tarixi memarlıq abidələri ilə də zəngindir. Kənddə ən qədim qəbiristanlıq "Hun qəbiristanlığı"dır.
Burovdal bələdiyyəsi
İsmayıllı bələdiyyələri — İsmayıllı rayonu ərazisində fəaliyyət göstərən bələdiyyələr. == Tarixi == Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis olunub. == Siyahı == == Mənbə == "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Buzovna bələdiyyəsi
Bakı bələdiyyələri — Bakı şəhərinin ərazisində yerləşən bələdiyyələr. == Tarixi == Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis olunub. Hal-hazırda Bakıda 53 bələdiyyə var. == Binəqədi rayonu == == Xətai rayonu == == Xəzər rayonu == == Qaradağ rayonu == == Nərimanov rayonu == == Nəsimi rayonu == == Nizami rayonu == == Pirallahı rayonu == == Sabunçu rayonu == == Səbail rayonu == == Suraxanı rayonu == == Yasamal rayonu == == Şəkillər == == Mənbə == "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Buzovna zeytunu
Buzovna zeytunu - Qədim mənşəli yerli Azərbaycan zeytun sortudur. Azərbaycan ET Çoxillik Bitkilər İnstitutu tərəfındən Abşerondakı (Nardaran və Buzovna qəsəbələri) — köhnə zeytun ağacları içərisindən seçilmişdir. Ağacı iridir. Şarşəkilli, bir qədər dağınıq, srx çətirə malikdir. Budaqları yuxarı qalxmış vəziyyətdədir. Meyvələri tünd zoğalı rənglidir. Budaqda meyvələr tək-tək, nadir halda iki-iki yerləşir. Meyvələr saplağa kifayət qədər möhkəm birləşməmiş- lər. Ona görə də meyvələr yarıyetişmiş halda olduqda tökü- lürlər. Meyvənin qabığı bərkdir.
Olqa Buzova
Olqa İqorevna Buzova (rus. Ольга Игоревна Бузова; 20 yanvar 1986, Leninqrad) — Rusiya media şəxsiyyəti və müğənnisi. Buzova Rusiyanın ən uğurlu modellərindən biri hesab edilir. == Həyatı == Olqa İqorevna Buzova 20 yanvar 1986-cı ildə Leninqrad şəhərində SSRİ SQ veteranı İqor Dmitriyeviç Buzovun və stomatoloq İrina Aleksandrovna Buzovanın ailəsində anadan olmuşdur. Buzovanın Anna adlı kiçik bacısı var. Buzova 2012-ci ilin iyun ayından 2016-cı ilin dekabr ayına qədər futbolçu Dmitri Tarasov ilə evli idi. O, 23,4 milyon abunəçidən qazandığı təxminən 3,3 milyon ABŞ dolları xalis gəlirlə 2021-ci ildə Rusiya üzrə Instagram və YouTube platformalarında onuncu ən çox qazanan olmuşdur.
Olqa Turova
Olqa Turova (13 mart 1983, Volqodonsk, Rostov vilayəti) — Rusiyanı təmsil edən su poloçusu. == Karyerası == Olqa Turova, Rusiya yığmasının heyətində 2004-cü ildə Yunanıstanın Afina şəhərinin ev sahibliyində baş tutan XXVIII Yay Olimpiya Oyunlarında mübarizə apardı. Beşinci pillə uğrunda görüşdə Macarıstan yığmasını 12:11 hesabı ilə məğlub edən Rusiya yığması, Afina Olimpiadasını beşinci pillədə başa vurdu. Daha sonra Olqa Turova, Rusiya yığmasının heyətində 2008-ci ildə Çinin ev sahibliyində baş tutan XXIX Yay Olimpiya Oyunlarında mübarizə apardı. Yeddinci pillə uğrunda görüşdə Yunanıstan yığmasını 12:6 hesabı ilə məğlub edən Rusiya yığması, XXIX Yay Olimpiya Oyunlarını yeddinci pillədə başa vurdu.
Cümə məscidi (Buzovna)
Buzovna "Cümə" məscidi — Bakı şəhəri Xəzər rayonunun Buzovna qəsəbəsində məscid. == Tarixi == İnşasına 1896-cı ildə başlanmış Buzovna Cümə məscidinin tikintisi 1900-cü ildə yarımçıq qalmışdır. 1918-ci ildə tikinti işlərinə yenidən başlansa da, tam yekunlaşmamışdır. Azərbaycanda Sovet hakimiyyəti qurulduqdan sonra bu məscidin binasından anbar və dükan kimi istifadə olunmuşdur. 2007-ci ildə Buzovna sakinlərinin Cümə məscidində bərpa işlərinin başa çatdırılması ilə bağlı Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevaya müraciəti tez bir zamanda öz həllini tapmışdır. Həmin ilin fevralında başlanan yenidənqurma işləri qısa vaxtda başa çatdırılmış, məscid dekabrın 19-da 2009-cu ildə istifadəyə verilmişdir. Məscidin açılış mərasimində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva iştirak etmişlər. Məsciddə qeydiyyata alınmış dini icma fəaliyyət göstərir.
Xəzri Buzovna FK
Xəzri Buzovna — Azərbaycanda futbol klubu 1992-ci ildə Bakı şəhərində, Buzovna qəsəbəsində yaranmışdır. Müxtəlif vaxtlarda "Xəzri", "Xəzri-Eltac" adları ilə 4 dəfə futbol üzrə Azərbaycan çempionatının elitasında iştirak etmişdir. Bir dəfə gümüş medal, bir dəfə də bürünc medal qazanmışdır. Futbol üzrə Azərbaycan Kubokunun finalında 1 dəfə oynamışdır. == Uğurları == Azərbaycan çempionatı: Gümüş medal (1) – 1995/1996 Bürünc medal (1) – 1996/1997 Azərbaycan Kuboku: Finalçı (1) – 1996/1997 == UEFA turnirlərində == "Xəzri" UEFA bayrağı altında keçirilən və Azərbaycan klublarının qatıldığı 5 qitə turnirinin 1-də, ümumilikdə 1 dəfə iştirak edib.
Yeni Qurovka (Avurğazı)
Yeni Qurovka (başq. Яңы Гуровка, rus. Новогуровка) — Başqırdıstan Respublikasının Avurğazı rayonunda yerləşən kənd. Kənd Terəpə kənd şurasının tərkibindədir. == Coğrafi yerləşməsi == Məsafələr: rayon mərkəzindən (Talbazı): 26 km, kənd sovetliyindən (Terəpə): 1 km. ən yaxın dəmiryol stansiyasından (Ağ Göl stansiyası): 16 km. == Əhali == === Milli tərkibi === 2002-ci ildə keçirilən Ümumrusiya əhalinin siyahıya alınmasına əsasən kənddə çuvaşlar (75%) üstünlük təşkil edir.
Buzovna Cümə məscidi
Buzovna "Cümə" məscidi — Bakı şəhəri Xəzər rayonunun Buzovna qəsəbəsində məscid. == Tarixi == İnşasına 1896-cı ildə başlanmış Buzovna Cümə məscidinin tikintisi 1900-cü ildə yarımçıq qalmışdır. 1918-ci ildə tikinti işlərinə yenidən başlansa da, tam yekunlaşmamışdır. Azərbaycanda Sovet hakimiyyəti qurulduqdan sonra bu məscidin binasından anbar və dükan kimi istifadə olunmuşdur. 2007-ci ildə Buzovna sakinlərinin Cümə məscidində bərpa işlərinin başa çatdırılması ilə bağlı Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevaya müraciəti tez bir zamanda öz həllini tapmışdır. Həmin ilin fevralında başlanan yenidənqurma işləri qısa vaxtda başa çatdırılmış, məscid dekabrın 19-da 2009-cu ildə istifadəyə verilmişdir. Məscidin açılış mərasimində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva iştirak etmişlər. Məsciddə qeydiyyata alınmış dini icma fəaliyyət göstərir.
Bakı bağları. Buzovna (film, 2007)
== Məzmun == Bakı bağlarından bəhs edən filmlər silsiləsinin bu hissəsi Buzovna kəndinin tarixi və əhalisinin məşğuliyyəti haqqındadır. Paytaxt Bakı şəhərindən 38 kilometr aralıda yerləşən Buzovna kəndi Azərbaycanın ən qədim yaşayış məntəqələrindən biri hesab olunur. Bu ərazilərdə əhalinin məskunlaşması eramızdan əvvəl III əsrə təsadüf edilir. Qədimdə bu ərazilərdə kənd əhalisi köçəri həyat tərzi sürmüş, taxılçılıq, maldarlıq və balıqçılıqla məşğul olmuşdur. Həmçinin Azərbaycanın digər bölgələrindən də yay aylarında bu ərazilərə gələnlər mal-qara saxlayırdılar. Məhz bu amili nəzərə alaraq Buzovna kəndinin adı maldarlıqla əlaqədar yaranması və "buzov" mənasını verməsi güman olunur. Lakin bəzi tarixi qaynaqlarda (XIII-XIV əsrlər) bu ərazi "Bozok" tayfalarının adı ilə bağlıdır. Bozok tayfaları qış aylarında bu ərazilərdə məskunlaşmış və təsərrüfat ilə məşğul olurdular. Yay aylarında isə onlar dağlara çəkilirdilər. Buzovna özünün qədim tarixi memarlıq abidələri ilə də zəngindir.
Sahib əz-Zaman məscidi (Buzovna)
Sahibəz-Zaman məscidi - Bakı şəhəri Xəzər rayonunun Buzovna qəsəbəsi. == Tarixi == Buzovna qəsəbəsində 1688-ci ildə inşa olunan bu məscid Abbasqulu ağa Bakıxanovun ana babası Hacı Məlik Məmmədxan Hacı Əmir Məhəmməd oğlu tərəfindən tikilib. Bu məscid də başqa məscidlər kimi, sovetlər dövründə bağlı qalıb. 1991-ci ildən sonra mərhum Axund Hacı Rasimin təşəbbüsü ilə məscid fəaliyyətini yenidən bərpa etmiş və məsciddə bir çox gənc tələbələr yetişdirilmişdir. 2014-cü ildə məsciddə təmir-bərpa işləri aparılmış və bir il sonra tam başa çatdırılmışdır. Hal-hazırda dini tədbirlər bu məsciddə keçirilir. Məscid "T" hərfi formasında inşa edilib. İç sahəsi 100 m²-dir. Yerden tavanadək olan hündürlüyü 3.77-3.79 metr arası dəyişir. Yerden günbəzədək hündürlüyü isə 7.65 metrdir.