Burovdal — Azərbaycan Respublikasının İsmayıllı rayonunun inzibati ərazi vahidində kənd.
Burovdal | |
---|---|
40°56′34″ şm. e. 48°22′17″ ş. u.HGYO | |
Ölkə | Azərbaycan |
Region | İsmayıllı rayonu |
Tarixi və coğrafiyası | |
Mərkəzin hündürlüyü | 1.634 m |
Saat qurşağı | |
Əhalisi | |
Əhalisi |
|
Rəsmi dili | |
Kənd rayonun şimal istiqamətində sonuncu kəndidir. Kənd Lahıc turizm zonasında, Girdiman çayının sol sahilində yerləşir. Əhalisi tatlardan ibarətdir. Kənddə 174 nəfər yaşayır ki, onun da 83 nəfəri kişi, 91 nəfəri qadındır. Kənd əhalisi heyvandarlıq və bostançılıqla məşğul olur. Kənd elektrik enerjisi ilə təmin edilir. Kənddə yeməkxana və çayxana yoxdur. Kəndə yay mövsümündə avtomobillə, qış mövsümündə isə Lahıc qəsəbəsindən sonra 12 km yolu piyada və ya atla getmək olar. İsmayıllı-Lahıc-Quba turist marşrutları kəndin içindən keçir.[1]
Burovdal dəniz səviyyəsindən 1800 metr hündürlükdə yerləşərək rayonun ən uca kəndidir[2]. Kənd möhtəşəm dağ mənzərələri və otlaqlarla əhatələnib ki, yerli fermerin təsərrüfatı bundan çox asılıdır[2].
İsmayıllı rayonu ilə əlaqədar bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |
Kənd ilə əlaqədar bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |