Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Butik
Butik (fr. Boutique) — şık geyim, zərgərlik və ya digər adətən lüks əşyaları satan kiçik mağaza.
Butin
Butin (C4H6) — Alkinlər sinfindən doymmamış karbohidrogen.
Bukit Timah
Bukit Timah (malay Bukit Timah; çin. 武吉知马) — Sinqapurda hündürlüyü 163,63 metr (digər mənbələrə görə 176 m) olan təpə. Bu təpə Sinqapurun ən yüksək zirvəsi hesab edilir. Bukit Timax təpəsi adanın mərkəzində yerləşir. Təpə Sinqapurun mərkəzi bölgəsində, təxminən 10 km şəhər mərkəzindən kənarda yerləşir. Təpənin yerləşdiyi ərazi Bukit Timah adı tanınır. Bölgədə planlaşdırılan rayon da, Bukit Timah (ing. Bukit Timah Planning Area) və ya 11-ci rayon adlanılır (ing. District 11). == Adın mənası və tarixi == «Bukit Timah» — malay dilində «qalaylı təpə» mənasını verir.
Bukit yarımadası
Буки́т (ind. Semenanjung Bukit) — İnmdoneziyanın Bali adasının cənubunda yerləşən yarımmada. Yarımadanın sahəsi 104,13 km², əhalisi isə 64 min nəfərdir. Adının mənası indoneziya dilindən tərcümədə təpə deməkdir. Adanın ən məşhur turizm zonalarından hesab edilir. Bu baxımından yarımadanın şərq qutaracağı olan Nusa-Dua fərqlənir. Burada çoxlu sayda mehmanxanalar və turizm obyektlərinə rastlaşmaq mümkündür. == Coğrafiyası == Bukit yarımadası Malay arxipelaqı, Kiçik Zond adalarına daxil olan Bali adasının cənubunda yerləşir. Təxmini olaraq dairəvi formaya malikdir. Nisbətən qərbdən şərqə doğru uzanır.
Butik otel
Butik otel (kiçik mehmanxana) - otaq sayısı 10 ilə 100 arasında olan kiçik mehmanxanalar üçün Şimali Amerika və Birləşmiş Krallıqda işlədilən termindir. Xüsusilə, son illərdə, olduqca məşhur olan, bir çox insan tərəfindən seçilən və hər keçən gün sayları artan, butik otellər, həm 5 ulduzlu otellərdən, həm istirahət yerlerindən, pansion və həm də motellərdən, fərqli bir anlayışa malikdir. Butik otellərdə, otaq sayısı azdır, 5 ulduzlu otellərdə, ya da istirahət yerlərindəki kimi, yüzlərlə otağı olmur. Belə otellər kiçik olmalarına baxmayaraq hər bir şəraitə malik olurlar və keyfiyyətli xidmət göstərirlər. Bu otellər, qonaqlarına lüks və bənzərsiz, unikal bir yaşayış mühiti təqdim etməyi hədəfləyən, müəssisələrdir. Butik otelləri, digər böyük otellərdən fərqli edən, ünsürlər: lüks və fərdi yaşayış, xidmət və xüsusi fəaliyyət imkanı təmin etmələridir. Buna görə, butik otellər: struktur xüsusiyyəti, memarlıq layihələndirilməsi, mebel, dekorasiya, bəzək və istifadə materialları ilə xarakterizə olunan, orijinallığı ərz edən, müəssisə və xidmət cəhətdən üstün standart və yüksək keyfiyyətdə, təcrübəli, mövzusunda təhsilli işçi heyəti və ya təlim keçmiş kadr ilə, şəxsə xüsusi xidmət verilən müəssisələrdir. == Tarixi == Butik qonaqlama sektorunun, ortaya çıxışı, yaranması və sürətlə artmasının səbəbləri, bir-birini dəstəkləyən xüsusiyyətdə, iki fərqli fikirlə, açıqlanmaqdadır. Bunlardan ilki, zəncir otellərin yayılması, yerləşmənin sistematik olaraq, standartlaşdırılması, müştərilərin daha xüsusi, orijinal və yaradıcı xarakterə sahib olmasını, yerləşmə xidmətlərinə yönəlməsini təmin etmişdir. Digər fikir isə, cəmiyyətlərin sosial, ictimai və mədəni inkişafına, əsaslanır.
Butti qraflığı (Kaliforniya)
Byutt — Amerika Birləşmiş Ştatlarının Kaliforniya ştatında yerləşən qraflıq. Qraflığın əhalisi 2010-cu il hesablamasına görə 220,000 nəfər olmuşdur. Mərkəzi Orovill şəhəridir.
Buteo buteo
Adi sar (lat. Buteo buteo) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin qırğıkimilər dəstəsinin qırğılar fəsiləsinin əsl sar cinsinə aid heyvan növü.
Audit
Audit — əmtəə istehsalı və satışı, xidmət göstərilməsi və iş görülməsi ilə məşğul olan təsərrüfat subyektlərində mühasibat uçotunun dəqiq və dürüst aparılmasının, mühasibat və maliyyə hesabatlarının müstəqil yoxlanılmasıdır. Audit aktivlərin, öhdəliklərin, xüsusi vəsaitlərin və maliyyə nəticələrinin düzgün, bütöv və dəqiq əks etdirilməsini müəyyənləşdirmək məqsədilə qüvvədə olan qanunvericiliyə uyğun surətdə iqtisadi subyektlərin tərtib etdikləri illik maliyyə hesabatlarının müstəqil yoxlanmasını nəzərdə tutur. Auditin əsasını dövlətin, müəssisənin müdriyyətinin və onun sahiblərinin (əmanətçilərin, səhmdarların) qarşılıqlı marağı təşkil edir. Bir sıra ölkələrdə audit dedikdə, müəssisələrin yoxlanılması və onun maliyyə hesabatı haqqında fikir söylənilməsi başa düşülür. Britaniya Audit Praktikasi Komitəsinin 1989-cu ildə verdiyi tərifə görə, Böyük Britaniyada audit “qüvvədə olan qanunvericiliklə müəyyənləşdirilmiş bütün qaydalara riayət olunmaqla, müəssisənin mühasibat hesabatı barədə peşəkar fikir ifadə etmək məqsədilə həmin hesabatın xüsusi təyin edilmiş auditor tərəfindən müstəqil öyrənilməsi deməkdir.” Qanuna əsasən ABŞ-də səhmləri qiymətli kağızlar birjasında qiymətləndirilməyə buraxılan bütün səhmdar cəmiyyətlərinin maliyyə fəaliyyəti auditdən keçməlidir. Qərbdə (ABŞ) auditə verilən ən məqbul təriflərdən biri aşağıdakı kimidir: Audit (auditing) elə bir prosesdir ki, onun vasitəsilə səlahiyyətli sərbəst işçi kəmiyyətcə qiymətləndirilə bilən və spesfik təsərrüfat sisteminə aid olan informasiyanın müəyyən edilmiş meyarlara uyğunluq dərəcəsini müəyyənləşdirmək və bunu öz rəyində ifadə etmək üçün həmin informasiya haqqındə sübutlar toplayır və onları qiymətləndirir. Amerika Mühasibat İşi Assosiasiyasının auditin əsas prinsipləri üzrə komitəsi auditə aşağıdakı tərifi vermişdir. “Auditin – iqtisadi hərəkətlər və hadisələr haqqında obyektiv məlumatlar alınmasının və qiymətləndirilməsinin, onların müəyyən meyara uyğunluğu səviyyəsinin müəyyənləşdirilməsinin və nəticələrin əlaqədar istifadəçilərə verilməsinin sistemli prosesidir.” Amerika mütəxəssislərinin qeyd etdikləri kimi audit iqtisadi obyektin (müstəqil təsərrüfat bölməsinin) fəaliyyətinə və vəziyyətinə dair faktların və ya bu cür fəaliyyət və vəziyyət barədə informasiyanın toplanmasından və qiymətləndirilməsindən ibarət olan və müəyyən edilmiş meyarlar əsasında həmin fəaliyyətə keyfiyyət cəhətdən rəy verəcək səlahiyyətli sərbəst şəxs tərəfindən həyata keçirilən fəaliyyət növüdür. Deməli, audit dedikdə, maliyyə hesabatının müstəqil yoxlanması və bu barədə fikir ifadə olunması başa düşülür. Auditin kifayət qədər böyük tarixi var və müxtəlif tərcümələrdə “o dinləyir” və ya “dinləyici” mənalarını verir.
Barit
Barit (ağır şpat) – Ba [SO4] — rombik sinqoniya. Rast gəlmə tezliyi şkalası: tez-tez rast gələn. Barit ümumiyyətlə ağ və ya rəngsizdir və barium elementinin əsas mənbəyidir. Barit qrupu barit, selestin (stronsium sulfat), bucaqsit (qurğuşun sulfat) və anhidritdən (kalsium sulfat) ibarətdir. Barit və selestin bərk məhlul əmələ gətirir (Ba,Sr)SO4. == Növ müxtəliflikləri == Selestinobarit (bəzən 28,3%-ə qədər SrO), xokutolit (17-22% PbO), radiobarit (Ra–n·10-7 q/t-dək). == Xassələri == Rəng – rəngsiz, qar kimi ağ, sarı, cəhrayı, yaşılımtıl, maviyə çalan, az hallarda qəhvəyi, qırmızı; rəngi çox vaxt zonal olur; Mineralın cizgisinin rəngi – ağ; Parıltı – şüşə parıltısından sədəfiyədək; Şəffaflıq – su kimi şəffafdan yarımşəffafadək; Sıxlıq – 4,3-4,7; Sərtlik – 3,0-3,5; Kövrəkdir; Ayrılma – {001} üzrə mükəmməl, {210} üzrə orta; Sınıqlar – qeyri-hamar; Lüminessensiya – bəzən flüoressensiya, fosforessensiya, termolüminessensiya; Morfologiya – kristallar: yastı, nazik- və qalınlövhəvari; İkiləşmə: nadir rast gəlir, adətən polisintetik; Mineral aqreqatları: dənəvər, sıx, lövhə-, yelpik-, iri vərəq- və torpaqvari ("barit səpələnməsi") kütlələr, kollomorf - zonal əmələgəlmələr, stalaktitlər, druzalar, konkresiyalar, jelvaklar, "qızıl güllər", püruzlar, viterit və kalsit üzrə psevdomorfozalar. == Mənşəyi və yayılması == Mineralın yataqlarının əksəriyyəti orta- və aşağıtemperaturlu hidrotermal əmələgəlmələrə aid olub, adətən, barit-polimetal, barit-flüorit, barit-kalsit, qızıl-barit, barit-viterit, bəzən, demək olar ki, monomineral barit və s. damarları ilə təmsil olunur. Bəzi əsasi vulkanitlərin badamvari boşluqlarında, sualtı eksqalyasion sulfid əmələgəlmələrində, termal bulaqların çöküntülərində qeyd edilir.
Barıt
Barıt — çoxkomponentli partlayıcı maddə olub, xaricdən oksigen daxil olmadan daxildən yanma və bununla böyük daxili enerjili qaz yaratmaq qabiliyyətinə malikdir. Barıt mərmilərin atılmasında, raketlərin hərəkət etdirilməsində və başqa məqsədlər üçün istifadə edilir. Paralel laylarla yanma zamanı istilik bir laydan başqasına ötürülür. Bununla yanma zamanı qaz əmələ gəlməsini tənzimləmək olur. Bu barıt dənəciyinin ölçüsündən və yanma sürətindən asılı olur. Dənəciyin ölçüsü onun forması, həndəsi ölçüləri ilə təyin olunur. Yanma zamanı bu ölçülər kiçilə və ya böyüyə bilər. Belə yanmaya deqressiv və ya proqressiv deyilir. Qaz əmələgəlməsində müəyyən qanunauyğunluq əldə etmək üçün dənəciklər əlavə yanmayan materialla örtülürlər. Barıtın yanma sürətinə onun tərkibi, başlanğıc temperaturu və təzyiq təsir edir.
Biotit
Biotit — monoklinik sinqoniya. Rast gəlmə tezliyi şkalası: hər yerdə rast gələn == Növ müxtəliflikləri == Lepidomelan (eyni zamanda Fe2+ və Fe3+ ilə zəngin), manqanofillit (18 %-dək MnO), natro (~ 5 % Na2O) - və titanobiotitlər ( ~13 % TiO2), kalsiumlu ( ~14 % CaO) və ceziumlu ( ~3 % Cs2O) biotitlər, hendriksit (23 %-dək ZnO) və b. == Xassələri == Rəng – qara, tünd-qəhvəyi, tünd-qonur, tünd-yaşıl, nazik lövhəciklərdə tüstülü; Mineralın cizgisinin rəngi – ağ, boz, qəhvəyi; Parıltı – şüşə, ayrılma müstəvilərində – sədəfi; Şəffaflıq – şəffafdan yarımşəffafadək; Sıxlıq – 2,70-3,12; Sərtlik – 2,5-3; Ayrılma – {001} üzrə mükəmməl, {110} və {010} üzrə qeyri-mükəmməl; Sınıqlar – asanlıqla nazik elastik vərəqlərə ayrılır; Başqa xassələr – istiliyə davamlıdır; elektroizolyatordur; Morfologiya – kristallar: nadir hallarda; lövhə - və sütunvari, piramidal; İkiləşmə: mika qanunu üzrə; Mineral aqreqatları: pulcuq- və vərəqvari, sıx kütlələr, hərdənbir druzalar. == Mənşəyi və yayılması == Turş və orta intruziv süxurların süxur əmələgətirən mineralıdır. Mineralın vulkanogen əmələgəlmələri əsasən turş lavalarda müşahidə edilir. Biotitin iri yığınlarına peqmatitlərdə rast gəlinir: burada o, tez-tez çox iri (bəzən 7 m2) kristallar əmələ gətirir. Bəzi metamorfik süxurların–qneyslərin, kristallik şistlərin və roqoviklərin səciyyəvi mineralıdır. Birlikdə rast gəldiyi minerallar: kvars, çöl şpatları, nefelin, muskovit, qranat, kianit, jedrit, andaluzit, kordiyerit, hipersten və b. Mineralın tapıldığı yerlər: Skandinaviya; Qrenlandiya; İlmen və Vişnyovıye dağları (Rusiya) və b. Azərbaycanda turş və orta intruziv əmələgəlmələrdə, Konqur-Alangöz intruzivinin kontakt oreolunda və s.
Bitti
Bitti (it. Bitti) — İtaliyanın Sardiniya regionunda şəhər. Əhalisi 2.837 nəfərdir. Nuoro şəhərindən 35 km șimal istiqamətində yerləşir. == Tanınmış şəxsləri == Canuario Karta – siyasətçi.
Brukit
Brukit — mineral, TiO2 == Haqqında == Brukit - rombik. Kristalları lövhəvari. Ayrılma: {110} üzrə qeyri-mü­kəm­məl. Rəngi sarı, yaxud qara. Parıltısı almazı. Sərtliyi 5-6. Xüsusi çəkisi 4,0. Alp tipli damarlarda, qızıllı və başqa səpintilərdə. Növ müxtəlifliyi: arkanzit. == İstinadlar == == Mənbə == Geologiya terminlərinin izahlı lüğəti.
Brusit
Brusit (yun. νῆμα — sap, λίθος — daş) — triqonal sinqoniya. Rast gəlmə tezliyi şkalası: çox da tez-tez rast gəlməyən. == Növ müxtəliflikləri == Manqanbrusit (18%-dək MnO), ferrobrusit (16%-dək FeO), nemalit – lifli brusit. == Xassələri == Rəng – ağ, bəzən yaşılımtıl-ağ, sarımtıl, boz, qəhvəyi; Mineralın cizgisinin rəngi – ağ; Parıltı – şüşə, ayrılma səthində sədəfi, nemalitdə – ipəyi; Şəffaflıq – şəffafdan yarımşəffafadək, Sıxlıq – 2,47; S – 2,5; Kövrəkdir; Ayrılma – {0001} üzrə tam mükəmməl; Sınıqlar – hamar; nemalitdə – tikanlı; Morfologiya – kristallar: yastı lövhəcik şəkilli, iynəvarı; Mineral aqreqatları: vərəq - və pulcuqvari, incəlifli (liflərin uzunluğu bəzən 0,5 m-dən çox olur), bütöv sıx, nisbətən az – dənəvər kütlələr, axın formaları, periklaz üzrə psevdomorfozalar. == Mənşəyi və yayılması == Metamorfik və hidrotermal proseslər zamanı əmələ gəlir. Metamorfik brusitə metamorfikləşmiş dolomit və əhəngdaşlarında periklaz və dolomitin dəyişilmə məhsulu kimi rast gəlinir. Habelə yaşıl şistlərdə və karbonatlı fillitlərdə qeyd edilir. Brusitə maqnezial skarnlarda da rast gəlinir. Hidrotermal brusit serpentinləşmiş massivlərin kəskin qələvi mühitdə hidrolizi zamanı əmələ gəlir.
Bucin
Bucin (fars. بوجین‎) - İranın Həmədan ostanının Əsədabad şəhristanının Mərkəzi bəxşinin ərazisinə daxil olan kənd. == Əhalisi == 2016-cı ilin məlumatına görə kənddə 348 nəfər yaşayır (93 ailə).
Budin
Buda (mac. Buda) - Macarıstan krallığının mərkəzi olmuş tarixi şəhər. Budin şəhərinin yerləşdiyi tarixi yer Budapeşt şəhərindən keçən Dunay çayının cənub tərəfi hesab olunur. Osmanlı imperiyası və Macarıstan krallığı arasında 1526-cı ildə baş vermiş Mohaç döyüşü nəticəsində şəhər Osmanlı imperiyasının nəzarəti altına keçmişdir.
Busir
Busir — 7-ci əsrin sonundan 8-ci əsrin əvvəllərinə qədər Xəzər xaqanlığına hökmdarlıq etmişdir. Xəzər xaqanlığı VII əsrdə Krım qotlarını özünə tabe etdi. 787-ci ildə isə Cənubi Krımdakı Doros (indiki Manqup) qalasını da ələ keçirən xəzərlər, qotların Krımdakı hakimiyyətlərinə tamamilə son qoydular. Qara dənizin şimal hssəsinin və Krımın Xəzər xaqanlığı tərəfindən tutulması, Xəzər xaqanlığı və Bizans arasındakı əlaqələrin daha da sıxlaşmasına gətirib çıxarmışdır. Xəzərlərin Krımı tutmasından əvvəl, 695-ci ildə taxtdan salınmış Bizans imperatoru II Yustinian Krım qotlarına sığınmışdı. Qotlar da II Yustinianı Xəzər xaqanı Busirə təhvil verdilər. 704-cü ildə Busir xaqan öz bacısını II Yustinian ilə evləndirdi. Yenidən Konistantinopola dönən II Yustinian hakimiyyəti ələ keçirsə də yenidən taxtdan salındı və öldürüldü. == İstinadlar == == Ədəbiyyat == Togan, Zeki Velidi. Hazarlar md.
Busot
Busot (isp. Busot) — İspaniyada yerləşən bələdiyyə və şəhər. Bələdiyyə Alakanti ərazisinin 33,84 km² hissəsini əhatə edir. 2010-cu ildə hesablamalara görə əhali 3257 nəfərə çatmışdır.
Butan
Butan (dzonqxa: Druk Yul) və ya rəsmi adı ilə Butan Krallığı (dzonqxa: Druk Yul Kap — Əjdaha ölkəsi) — Cənubi Asiyada dövlət. Butan şimal və şimal-qərbdə Çin, cənub, cənub-qərb və şərqdə Hindistanla həmsərhəddir. Paytaxtı və ən böyük şəhəri Thimphu şəhəri, ümumi sahəsi 38,394 kvadrat kilometrdir. Butanın dənizə çıxışı yoxdur. == Ümumi məlumat == Cənubi Asiyada dövlət. Şimal-qərbdə və şimalda Çinlə, cənub-qərbdə, cənubda və şərqdə Hindistanla həmsərhəddir. Sah. 46,65 min km². Əh. 758,7 min (2013).
Buteo
Əsl sar (lat. Buteo) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin qırğıkimilər dəstəsinin qırğılar fəsiləsinə aid heyvan cinsi.
Bömit
Bömit — mineral == Haqqında == Bömit - rombik. Habitus lövhəvari. Ayrılma {010} üzrə mü­kəm­­məl. Aqreqat: gizlikristallik, paxlavari. Rəngi rəngsiz, ağ. Sərtliyi 3,5-4. Xüsusi çəkisi ~3. Çökmə və laterit boksitlərin mühüm tərkib hissəsi. Diaspor və hidrargillitlə assosiasiyasına rast gə­linir. Nefelinin hidrotermal dəyişməsi nəticəsində əmələ gəlir.
Erdeni-batır
Erdeni-batır (Batır-xuntayci; d.? - ö.1653) — Cunqar xanlığının ilk hakimi. Hakimiyyət illəri (1634-1653). == Həyatı == Erdeni-batır Oyrotların Çoros ulusundandır. Xara-xulanın dördüncü oğlu və vəliəhdidir. 1634-cü ildə atasının vəfatından sonra Çoros tayfa ittifaqına başçılıq etmişdi. 1640-cı ildə Erdeni-batırın təşəbbüsü ilə Tarbaqatayın ətəyində ümummonqol qurultayı baş tutmuşdu. Onun dövründə oyratlar Şərqi Yeddisuyu ələ keçirmişdilər. Erdeni-Batır xuntaycı, Xoşutların lideri Oçirtu ilə yaxşı münasibətlər qurararaq Cunqar xanlığı içərisindəki birliyi möhkəmləndirmişdi. Bu doğrultuda Zaysan və Balxaş gölü çevrəsi, İli və Çü bölgəsi, Oçirtunun hakimiyətinə buraxıldı.
Faik Bulut
Faiq Bulud (1950, Qars, Türkiyə) — Türkiyə yazıçısı. == Həyatı == Faiq Bulud 1950-ci ildə Qarsda anadan olub. Ankara Qazi Təhsil İnstitunun Rəsm içi fakültəsinə daxil olsa da təhsilini yarımçıq qoyub. 1972-ci ildə Suriyadan Livana keçərək Fələstin Azadlıq Təşkilatının sıralarına qoşulub. İsrail ordusunun həyata keçirdiyi bir əməliyyat zamanı beş güllə yarası alaraq əsir düşüb. MOSSAD tərəfindən 20 gün dindirildikdən sonra İsrail məhkəməsi tərəfindən həbs cəzası aldı. 1980-ci ilə qədər — 7 il 2 ay İsrail həbsxanasında cəza çəkdi. == Əsərləri == Dərsim raporları, İstanbul, 2013, −427 səh. Ali'siz Alevîlik, Berfin Yayıncılık, 2011. Hasan Sabbah Gerçeği ve Eşitlikçi Dervişan Cumhuriyetleri, Berfin Yayıncılık, 2014.
Irk Bitig
Irk Bitig (Falnamə) — qədim uyğur dilində yazılmış fal kitabıdır. Orxon-Yenisey Orxon əlifbası abidələrində işlədilən qədim türk hərfləri ilə kağıza yazılmış və indiyə kimi saxlanılmış yeganə kitabdır.bu kitabin dəqiq yazılan tarıxı bəlli deyil amma ən azı 900 yüziliyə Irk Bitigi macar əsilli tədqiqatçı Mark Avrel Steyn 1907–ci ildə Çinin Qansu əyalətindəki Dunhuang şəhərində yerləşən Bin Buda Mağaralarında tapmışdır. İndi isə İngiltərənin London şəhərindəki Britaniya Muzeyində Şərq yazılı abidələri bölməsində 8212 sayı ilə saxlanılır. Əlyazma 13.6x8 cm ölçülərində olub, 57 səhifədən ibarətdir. Səifələrin hər iki üzü də işlədilmiş və cildlənməmişdir. X əsrdən daha əvvəl yazıldığı güman edilir. == Azərbaycanda nəşri == İndiyə qədər Vilhelm Tomsendən başlayaraq Hüseyn Namiq Orxun, Sergey Malov, Sir Gerard Klauson, Tetsuro İkeda, Tələt Təkin kimi tədqiqatçılar tərəfindən nəşr olunan kitab, Əlisa Şükürlü, Yusif Məmmədov və Əbülfəz Rəcəbov tərəfindən də araşdırılmışdır. 2013-cü ildə isə Göybəy Uluç, Aygün Hüseynli, Dilbər Mehdiyeva, Özcan Qır, İrana İbrahimova və Ceyran Sərxanbəyova tərəfindən qədim uyğur dilindən çağdaş Azərbaycan dilinə tərcümə edilərək nəşr edilmişdir. Kitab qədim uyğur mədəniyyətini, dünyagörüşünü, qədər qismət, tale və bəxt haqqında düşüncələrini əks etdirir. Kitab 120 səhifədən ibarətdir.
Kənar audit
Kənar audit — müstəqil bir audit təşkilatı (auditor) tərəfindən bir təsərrüfat subyekti ilə müqavilə əsasında bir təsərrüfat subyektinin maliyyə hesabatlarının əhəmiyyətli təhriflərdən azad olduğuna dair əsaslı əminlik əldə etmək və bu barədə fikir bildirmək məqsədi ilə aparılan yoxlama auditor hesabatının forması. Xarici audit sənayenin özəlliklərinə əsasən ümumi audit, sığorta təşkilatlarının auditi, bankların auditi və birjaların, büdcədənkənar fondların və investisiya institutlarının auditi kimi bölünür. Xarici audit həm qanunun tələbi, həm də təsərrüfat subyektinin sahiblərinin təşəbbüsü ilə həyata keçirilə bilər. == Haqqında == Kənar audit yoxlaması müəssisələrə maliyyə fəaliyyətinin düzgünlüyü haqqında əminlik verir və kənar auditorlar (audit şirkətləri) tərəfindən maliyyə hesabatlarının və mühasibat uçotunun düzgünlüyünün qiymətləndirilməsi ilə həyata keçirilir. Kənar auditin cəlb olunmasının əsasən iki səbəbi vardır. Bu səbəblər də kənar auditi iki hissəyə ayırır: Dövlət orqanlarının tapşırığı ilə məcburi (icbari) audit; Dövlət orqanları tərəfindən məcburi olmayan audit Bir çox hallarda kənar audit yoxlaması dövlət orqanları tərəfindən qanunla tələb olunur. Bu əsasən müəssisələrin vergi öhdəliklərini düzgün yerinə yetirib-yetirmədiklərini müəyyən etmək üçün həyata keçirilir. == Auditorların hesabatı == Xarici auditorların əsas vəzifəsi hesabatlarda təqdim olunan maliyyə məlumatlarının etibarlılığı barədə rəy hazırlamaqdır. Üç növ audit hesabatı mövcuddur: Şübhəsiz ki, müsbətdir — maliyyə hesabatları maliyyə vəziyyətini, əməliyyatların nəticələrini və pul vəsaitlərinin hərəkətlərini sədaqətlə əks etdirir. Kvalifikasiyaları müsbətdir — hesabatlar, müəyyən maddələr istisna olmaqla, maliyyə vəziyyətini, əməliyyat nəticələrini və pul vəsaitlərinin hərəkətini kifayət qədər əks etdirir.