Butik otel (kiçik mehmanxana) - otaq sayısı 10 ilə 100 arasında olan kiçik mehmanxanalar üçün Şimali Amerika və Birləşmiş Krallıqda işlədilən termindir. Xüsusilə, son illərdə, olduqca məşhur olan, bir çox insan tərəfindən seçilən və hər keçən gün sayları artan, butik otellər, həm 5 ulduzlu otellərdən, həm istirahət yerlerindən, pansion və həm də motellərdən, fərqli bir anlayışa malikdir. Butik otellərdə, otaq sayısı azdır, 5 ulduzlu otellərdə, ya da istirahət yerlərindəki kimi, yüzlərlə otağı olmur. Belə otellər kiçik olmalarına baxmayaraq hər bir şəraitə malik olurlar və keyfiyyətli xidmət göstərirlər. Bu otellər, qonaqlarına lüks və bənzərsiz, unikal bir yaşayış mühiti təqdim etməyi hədəfləyən, müəssisələrdir. Butik otelləri, digər böyük otellərdən fərqli edən, ünsürlər: lüks və fərdi yaşayış, xidmət və xüsusi fəaliyyət imkanı təmin etmələridir. Buna görə, butik otellər: struktur xüsusiyyəti, memarlıq layihələndirilməsi, mebel, dekorasiya, bəzək və istifadə materialları ilə xarakterizə olunan, orijinallığı ərz edən, müəssisə və xidmət cəhətdən üstün standart və yüksək keyfiyyətdə, təcrübəli, mövzusunda təhsilli işçi heyəti və ya təlim keçmiş kadr ilə, şəxsə xüsusi xidmət verilən müəssisələrdir.[1]
Butik qonaqlama sektorunun, ortaya çıxışı, yaranması və sürətlə artmasının səbəbləri, bir-birini dəstəkləyən xüsusiyyətdə, iki fərqli fikirlə, açıqlanmaqdadır. Bunlardan ilki, zəncir otellərin yayılması, yerləşmənin sistematik olaraq, standartlaşdırılması, müştərilərin daha xüsusi, orijinal və yaradıcı xarakterə sahib olmasını, yerləşmə xidmətlərinə yönəlməsini təmin etmişdir. Digər fikir isə, cəmiyyətlərin sosial, ictimai və mədəni inkişafına, əsaslanır. Butik otellərin yaranması, 1980-ci illərə əsaslanır. Ilk nümunələrinin, Londonda 1981-ci ildə açılan Blakes Hotel, Nyu-Yorkda 1984-ci ildə açılan Morgans Hotel və San Fransiskoda Bedford Hotel olduğu ifadə edilməkdədir. Termin olaraq ilk dəfə 1984-cü ildə Stiv Rubel tərəfindən biznes ortağı Yan Şraqer ilə birgə qurduğu Morgans Hotelini butiklə müqayisə edərkən işlənmişdir. Lakin, bununla birlikdə, Morgans Hoteli haqqında danışarkən, ilk dəfə "butik" anlayışını istifadə etdiyi və beləliklə, Amerikadakı nümunələrin, butik otellər olaraq, göstərildiyi ifadə edilməkdədir.[2]
"Butik otel", hər şeydən əvvəl, fərdilik deməkdir. Bir çox otellərdən, fərqli olaraq, "butiki otellər", fərqli xüsusiyyətlərlə təchiz edilmiş və dizayn edilmiş otellərdir. Eyni zamanda, bu tip otellər, həmçinin digər lüks otellərin, xüsusi dizaynı və xidmətlərindən də, fərqlənir. Çox butik otellər müxtəlif trendlərə uyğun, müasir stildə, yaxud özəl dizaynla hazırlanmış mebellərlə tam təchiz edilmiş olurlar.[3] Tarixi 1980-ci illərdən başlayan bu gənc sektor beynəlxalq otelçiliklə məşğul olan şirkətlərin marağını cəlb etdi. Otel bazarında pay rəqabətinə səbəb olması nəticə etibariylə onun populyarlığının artmasına stimul verdi.[3] Amerika Birləşmiş Ştatlarında belə xırda otellər Manhetten bölgəsində daha sıx yayılıb. Nyu-York butik otellərin yerləşdiyi əsas mərkəzi hesab olunur.[4] Mehmanxana sahibləri bu tipli xırda otellərə yatırım qoyarkən lüks baxımından "ağ etmirlər", daha az xərclə başa gələn və müştərilərə daha ucuz xidmətlər təklif edən beynəlxalq otellər inşa edirlər.[5] Butik mehmanxanalar London, Nyu-York, Mayami və Los-Anceles şəhərlərində çoxluq təşkil etsə də, kurort bölgələrində də, rast gəlinir. Müştərilərinin həm dincəlib, həm zövq almasına imkan yaratmaq üçün masaj, spa xidməti, yoga təlimləri və rəsm dərsləri kimi yerli turistik xidmətləri də təklif edirlər. Butik otellərdə, ümumiyyətlə müəssisə, məkan sahibi tərəfindən aparılır. Burada az sayda, işci heyəti vardır və insana xüsusi xidmət verilir.[6]