Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Belıy
Belıy — Rusiya Federasiyasının Tver vilayətində şəhər.
Beçin
Beçin — Türkiyənin Muğla vilayətinin cənubunda, Milas şəhərində məhəllə. 2012-ci ildə YUNESKO-nun Ümumdünya İrs Müvəqqəti Siyahısına daxil edilmişdir. == Tarixi == Beçin Roma, Məntəşəoğulları və Osmanlılar da daxil olmaqla, tarixi boyu bir çox fərqli sivilizasiyaya ev sahibliyi etmişdir. Beçin XIII əsrin axırlarında türkmənlərin qurduğu Məntəşəoğulları bəyliyi tərəfindən tutulmuşdur. Şəhər bəyliyin paytaxtı olmuş və sürətlə genişlənmişdir. 1333-cü ildə İbn Bətutə Beçini ziyarət etmiş, onu yeni qurulmuş bir şəhər kimi təsvir etmiş, evlərini və məscidlərini xatırlatmışdır. Orada qalan abidələrin əksəriyyəti XIV əsrə aiddir. Qəsəbə 1980-ci illərə qədər mövcud olmuşdur.
Bibiş
Bibiş (25.01.1978-ci ildən Berkaber) — İcevan rayonunda kənd. Erməni silahlı bölmələri bu kənddə yerləşən mövqelərindən daimi olaraq Qazax rayonunun həmin istiqamətdə yerləşən Azərbaycan mövqelərini atəşə tuturlar.
Bicar
Bicar şəhəri (az-əbcəd. بایجار Baycar‎, fars. بیجار‎, kürd. Bîcar) — İranın qərbində yerləşən şəhər. Kürdüstan ostanında yerləşən Bicar şəhristanının inzibati mərkəzi. .2006-cı ilin siyahiyəalınması əsasında bu şəhərin 46.156 nəfər ahalisi var.
Bilik
Bilik — insanın özü və onu əhatə edən aləm və bu aləmin amilləri haqqında məlumat toplusu. Bilik müqəddəsliyi baxımından formallaşdırılmış informasiyadır. Bilik praktiki fəaliyyət və peşəkar təcrübə nəticəsində alınan predmet sahəsinin qanunauyğunluqları olub həmin sahədə mütəxəssislərə məsələ qoymağa və həll etməyə imkan verir. Bilik – yaxşı strukturlaşdırılmış verilənlər və metaverilənlərdir. Biliklərin saxlanılması üçün Biliklər bazası (BB) lazımdır. Daxili interpretasiya. EHM-in yaddaşında verilənlər elementi olan informasiya vahidi ilə birlikdə həmin informasiya vahidi ilə bağlı sistem adlarının saxlanılma imkanının olması. Sistem adları verilənə qoyulmuş fərdi adı və həmin verilənin daxil olduğu adlar çoxluğunu və ya adlar sinfini özündə birləşdirir. Məsələn, müəssisənin hər hansı əməkdaşı haqqında məlumatlar yığımı onun kadrlar şöbəsində şəxsi işinin nömrəsi, işlədiyi laboratoriyanın adı, bu laboratoriyanın daxil olduğu şöbənin adı və i.a. ilə qeyd edilir.
Bilim
Elm — obyektiv, sistemli və əsaslandırılmış biliklərin əldə edilməsinə, dəqiqləşdirilməsinə və yayılmasına yönəlmiş insan fəaliyyəti növüdür. Bu fəaliyyətin əsasını elmi faktların toplanması, onların daima yenilənməsi və sistemləşdirilməsi, tənqidi analizi və bu əsasda elmi biliklərin toplanması təşkil edir. Elm təkcə müşahidə edilən təbiət və ictimai halları təsvir etmir, həm də onların əlaqələrini tapır və nəticəni müəyyən edə bilir. == Ümumi məlumat == Hər hansı bir elm haqqında təsəvvür bu elmin obyektini, predmetini, metod və prinsipini öyrənməkdən başlayır. Elm aşağıdakı şərt və dərketmə komponentlərini özündə birləşdirir: elmi əməyin bölünməsi və birliklərinin yaranması; elmi müəssisələr, sınaq və laborator avadanlıqları; elmi-tədqiqat işlərinin metodları; dərketmə və kateqoriya aparatı; elmi informasiya sistemi; əvvəldən toplanmış bütün biliklər məcmusu. Elm yarandığı gündən insanların əmək məhsuldarlığının artırılması və bunun sayəsində onun rifahının yaxşılaşdırılmasına xidmət etmişdir. Elmlə məşğul olan şəxslərə "alim" deyilir. Onlar insanların arasından öz bacarığı, savadı və düşüncəsi ilə fərqlənirlər. == Elm tarixi == Elm müasir halda XVI–XVII əsrlərdən formalaşmağa başlayıb. Tarixi inkişafında o, texnika və texnologiya çərçivəsindən çıxaraq cəmiyyətin inkişafına ciddi təsir edən faktora çevrildi.
Birdy
Jasmin van den Boqard (15 may 1996) — Birdy təxəllüsü ilə tanınan Britaniya müğənnisi. == Bioqrafiya == Jasmin van den Boqard 15 may 1996-cı ildə, Layminqton şəhərində anadan olmuşdu. Anası pianoçu olduğundan, Jasmin artıq 7 yaşından pianoda ifa edə bilir, 8 yaşından isə artıq öz mahnılarını yazırdı. Birdy təxəllüsü — (ing. quşcuğaz) valideynlərindən ona verilən addır.
Bocin
Sakimori (防人, azərb. "qoruyucu şəxs"‎) və ya bocin – Qədim Yaponiyada Kyuşu adasını qorumaqla vəzifləndirilən əsgərlər. Sakimori sistemi VI-X əsrlərdə qüvvədə olmuşdur. == Tarixi == 720-ci ildə yazılmış "Nihon Şoki" xronikalarına görə sakimorilər ilk dəfə 562-ci ildə Yaponiyanın Koreya yarımadasındakı anklavı Kayanın süqutundan sonra Kyuşuya göndərilmişdir. "Sakimori" termini ilk dəfə 645-ci ildə Tayka islahatı zamanı işlədirilmişdir. Yenicə yaradılmış Ritsuryo sisteminə görə milli müdafiə məqsədilə bütün ölkə boyunca yığılan əsgərlər üç illiyinə Kyuşuya göndərilməli idi. Lakin 730-cu ildən sonra ancaq Şərqi Honşu əyalətlərindən sakimorilər Kyuşuya göndərilməyə başlamışdır. Şimali Kyuşunun hökumət iqamətgahı olan Dazayfuda sakimori məsələləri ilə məşğul olmaq üçün xüsusi ofis yaradılmışdır. Sakimorilər hərbi vəzifələrini yerinə yetirməklə yanaşı öz qidalarını da yetişdirməli idilər. Sakimorilər hərbi xidmət zamanı biyar əməkdən və vergidən azad edilmişdilər, lakin zireh, yemək və səyahət pulunu özləri ödəməli idilər.
Bucin
Bucin (fars. بوجین‎) - İranın Həmədan ostanının Əsədabad şəhristanının Mərkəzi bəxşinin ərazisinə daxil olan kənd. == Əhalisi == 2016-cı ilin məlumatına görə kənddə 348 nəfər yaşayır (93 ailə).
Bılıx
Bılıx — Azərbaycan Respublikasının Qəbələ rayonunun inzibati ərazi vahidində kənd. Vaxtilə Bılıx dağının ətəyində bu adda kənd mövcud olub, indi hətta onun xarabalıqları da mövcuddur. Hazırkı Bılıx kəndi isə köhnə Bılıx bağlarının yerində salınıb. Bu barədə toponimiklər belə deyir. El dilində desək bılıxlılar Qaraçayın boğazında oturublar. Bir tərəfindən də Göyçayın axması kəndin görkəminə xüsusi gözəllik verir. Təmiz dağ havası, dağ çaylarının şırıltısı gecələr qoynunda uyuyanları suların səsinə doğmalaşdırıb. Bılıx sözünün mənası “gəlib-getmişlər” deməkdir. İndi ləzgilərin üstünlük təşkil etdiyi kənd camaatının yarısı oturaq, yarısı köçəridir. Qoyun sürüləri bol olduğundan əhalinin maddi vəziyyəti də yüksək səviyyədədir.
Bıçaq
Bıçaq — əsas hissəsi kəsici tildən və sapdan ibarət olan alətdir. Kəsici hissə çox vaxt bərk materialdan hazırlanır və iki və daha artıq tilə malik olur. Bıçağın uc hissəsi biz olur. Bıçağın geniş yayılmış konstruksiyalarında sap (dəstək) və til nəzərə çarpır. == Tarixi == Qədim bıçaqlar Paleolit dövründən məlumdurlar. İlk bıçaqlar daşdan hazırlanırdı. Sonradan bıçaqlara ağacdan dəstək bağlanmağa başlayırlar. Obsidian kimi dağ suxurlarından istifadə daha iti tilə malik bıçaqların hazırlanmasına imkan yaradır. Sümükdən, bambuk ağacından hazırlanmış bıçaqlar da geniş yayılmışdır. Təxminən 5 min il öncə insanlar metalın emalını mənimsəyir və bıçaqları bürünc və misdən hazırlamağa başlayır.
Bığır
Bığır (İsmayıllı) — Azərbaycanın İmişli rayonunda kənd. Bığır (Göyçay) — Azərbaycanın Göyçay rayonunda kənd.
Miçio
Miçio — Yaponiya adı. Miçio Yasuda — keçmiş Yaponiya futbolçusu. Miçio Aşikaqa — keçmiş Yaponiya futbolçusu.
Sicim
Sicim — qalın tovlanmış iplərdən hörülmüş kobud ipdir. Azərbaycanda belə iplə ata və yaxud arabaya ot yükləyərkən yükü bağlayırlar. Sicim yeddi və ya doqquz tağ iplikdən toxunur. Əsasən keçi tükündən (qəzilindən) toxunsada bəzən qoyun yunundan (qaba yundan) da istifadə edilərək toxunurdu . Toxunub hazırlanmış sicimin bir ucuna doğanaq tikilirdi. Uzunluğu on-iyirmi metr, bəzən daha çox olardı.
Dicey
Dicey və ya disk-jokey – öncədən yazılmış musiqiləri qarışdıran şəxs. Diceylərin bir neçə növü var. Radio diceyləri (və ya radioda işləyən şəxslər) AM, FM, rəqəmsal və ya internet radio stansiyalarında yayım musiqisini qoşanlara deyilir. Klub diceyləri bar, gecə klubları, diskoteka, qonaqlıq və hətta stadionlarda musiqi seçib qoşurlar. Hip-hop diceyləri səhnədə reperlərin arxasında dayanaraq dicey mikserindən istifadə edib musiqilər qoşur, zərbəli səslər yaratmaq üçün turntable alətiylə skretçlər atır və yeni mahnılar üçün sempl və törnteyblizmdən istifadə edərək instrumentallar hazırlayır. Diceylər əsl adlarının, qəbul edilmiş təxəllüslərin və ya səhnə adlarının qarşısında "DJ" titulunu qəbul edə bilərlər.
Polypterus bichir bichir
Polypterus bichir bichir (lat. Polypterus bichir bichir) — heyvanlar aləminin xordalılar tipinin şüaüzgəclilər sinfinin çoxüzgəclikimilər dəstəsinin çoxüzgəclilər fəsiləsinin çoxüzgəcli cinsinin nil çoxüzgəclisi növünə aid heyvan yarımnövü.
Abbarik (Bicar)
Abbarik (fars. آب باريك‎) — İranın Kürdüstan ostanı Bicar şəhristanının ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 187 nəfər yaşayır (40 ailə). Əhalisini kürdlər təşkil edir.
Alagöz (Bicar)
Alagöz (fars. الاگز‎) — İranın Kürdüstan ostanı Bicar şəhristanının ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 15 nəfər yaşayır (4 ailə). Əhalisini kürdlər təşkil edir.
Alişah (Bicar)
Alişah (fars. عليشاه‎) — İranın Kürdüstan ostanı Bicar şəhristanının ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 86 nəfər yaşayır (18 ailə). Əhalisini azərbaycan türkləri təşkil edir.
Alpout (Bicar)
Alpout (fars. الپهوت‎) — İranın Kürdüstan ostanı Bicar şəhristanının ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 221 nəfər yaşayır (45 ailə). Əhalisini azərbaycan türkləri təşkil edir.
Aminabad (Bicar)
Aminabad (fars. امين آباد‎) — İranın Kürdüstan ostanı Bicar şəhristanının ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 43 nəfər yaşayır (11 ailə). Əhalisini kürdlər təşkil edir.
Ağcagünbəd (Bicar)
Ağca Qonbad (fars. آغچه گنبد‎) — İranın Kürdüstan ostanı Bicar şəhristanının ərazisinə daxil olan kənd. == Coğrafi yerləşməsi == Bicar şəhristanının Mərkəzi bölgəsinin Kərani kəndistanında, Həsənabad-Sukənd qəsəbəsindən 12 km cənub-şərqdədir. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 157 nəfər yaşayır (31 ailə). Əhalisini azərbaycan türkləri təşkil edir.
Ağyazı (Bicar)
Ağyazı (fars. آغ يازي‎) — İranın Kürdüstan ostanı Bicar şəhristanının ərazisinə daxil olan kənd. == Coğrafi yerləşməsi == Miyanə şəhristanının Mərkəzi bölgəsinin Siyahmənsur kəndistanında, Həsənabad-Sukənd qəsəbəsindən 15 km şimal-qərbdədir. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 64 nəfər yaşayır (15 ailə). Əhalisini azərbaycan türkləri təşkil edir.
Babaxan (Bicar)
Babaxan (fars. باباخان‎) — İranın Kürdüstan ostanı Bicar şəhristanının ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 84 nəfər yaşayır (16 ailə). Əhalisini azərbaycan türkləri təşkil edir.
Bayanlı (Bicar)
Bayanlı (fars. بيانلو‎) — İranın Kürdüstan ostanı Bicar şəhristanının ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 604 nəfər yaşayır (148 ailə). Əhalisini azərbaycan türkləri təşkil edir.