Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Vaqazın
Vaqazın - Yuxarı Qarabağda (orta əsrlərdə) kənd adının ermənicə yazılışı. Laçın r-nunda Vaqazın kənd adı ilə eynidir.
Vağazin
Vağazin — Azərbaycan Respublikasının Laçın rayonu Vağazin kənd inzibati ərazi dairəsində kənd. == Tarixi == Vağazin kəndinin adı bir rəvayətə görə şəxs, digər rəvayətə görə isə quş (vağ) adındandır. Bəzi məlumatlara görə isə kəndin digər adı Şorcur (Şorsu) olmuşdur. 1933-cü ildə kənd Vağazin kimi qeydə alınmışdır. Oykonim vaqa (kömür) və zin (İran dillərində "di"-nin sinonimi kimi yer mənasını bildirir) komponentlərindən düzəlib, "kömürçü kəndi" mənasındadır. 28 aprel 1920-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin süquta uğramasından və bolşeviklərin işğalına məruz qalmasından sonra, 1923-cü ilin iyulunda Yelizavetpol quberniyasının Cavanşir və Zəngəzur qəzalarının bir hissəsindən Kürdüstan mahalı (sonradan qəza) təsis edilmişdir. Vağazin kəndi mahalın bir hissəsi olmuşdur. Kürdüstan qəzası ləğv edildikdən sonra Vağazin Laçın rayonunun tərkibinə daxil edilmişdir. 1992-ci ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilmişdir. Kənd 1 dekabr 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələrinin nəzarətinə keçmişdir.
Vaqadi
Vaqadi — Azərbaycan Respublikasının Astara rayonunun Siyaku kənd inzibati ərazi dairəsində kənd. == Etimologiyası == Vaqa (vaqo) komponenti talış dilində "ağac kömürü hazırlamaq üçün çala", di "kənd" mənasındadır.
Vasabi
Vasabi (lat. Eutrema japonicum) — bitkilər aləminin kələmçiçəklilər dəstəsinin kələmkimilər fəsiləsinin evtrema cinsinə aid bitki növü. Çoxillik vasabi bitkisinin kökündən, yarpaqlarından alınan məşhur yapon ədviyyatı. Vasabinin iri ürək formalı yarpaqları olur və kələmkimilər fəsilsinə aiddir. Bitki ilk dəfə Yaponiyada X əsrdə becərmişlər. Vasabinin ilk dəfə Yaponiyanın dağ çaylarının kənarlarında yabanı halda bitdiyi ehtimal olunur. Onun dadının və qoxusunun xoş olduğunu görən yaponlar kütləvi surətdə vasabi yetişdirməyə başlamışlar. Onu bəzən yapon xreni də adlandırırlar. İndi Cənubi Koreyada, Çində, ABŞ-də, Yeni Zellandiyada vasabinin yetişdirilməsi ilə xüsusi məşğul olurlar. Vasabidən xüsusi ədviyyat hazırlanır.
Dayo vasabi ferması
Dayo vasabi ferması (大王わさび農場, Daiō Wasabi Nōjō) – Yaponiyanın Naqano prefekturasının Azumino şəhərində yerləşən, əsası 1915-ci ildə qoyulan vasabi ferması. Ferma su dəyirmanlarına və çaylarına görə turistlərin axınına məruz qalır. Fermadakı bir restoran vasabi dadlı dondurma və digər vasabi məhsulları təklif edir. Yaponiyadan xaricdə ferma Akira Kurosavanın "Yuxular" filmində (1990) "Su dəyirmanları" seqmentində görünməsinə görə tanınır. Dayo Yaponiyanın ən böyük ferması, eləcə də, ən böyük vasabi fermasıdır. Sahəsi 15 hektardır. == İstinadlar == == Xarici keçidlər == Vikianbarda Dayo vasabi ferması ilə əlaqəli mediafayllar var.
Vasabi (film, 2001)
«Vasabi» (fr. Wasabi) — 2001-ci ildə çəkilən bədii film. Sloqanı: (fr. «Wasabi, la petite moutarde qui monte au nez») — «Vasabi buruna vuran kiçik xardaldır». == Məmun == Yuber Fiorentini (Jan Reno) Fransanın ən ekssentrik polisidir. Əla detektiv olsa da, cinayətkarlarla mübarizədə istifadə etdiyi üsullar onun idarəsinin xoşuna gəlmir. Onu məzuniyyətə göndərirlər. Bir gün Yuber xəbər tutur ki, 19 il görmədiyi yeganə sevdiyi qadın Yaponiyada vəfat edir. Dəfn mərasimində 19 yaşlı Yumi (Ryoko Hirosue) adlı qızının olduğunu öyrənir. Növbəti gün Yuminin 20 yaşı olacaq, bu da onun həddi-buluğa çatdığı deməkdir.