Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Yasnıy
Yasnı — Rusiya Federasiyasında yerləşən şəhər Orenburq vilayətinə daxildir == Tarixi == Şəhərin əsası 1961-ci ildə qoyulub. 1979-cu ildən şəhər statusunu daşıyır. == Coğrafiyası və iqlimi == == Əhalisi == 2017-ci ildə şəhər əhalisi 15000 nəfər təşkil edib.
Vanil
Vanil- bir ədviyyə və dadvericidir.Səhləbkimilər fəsiləsinin Vanil cinsindən olan bitkidən əldə edilir.
Nijniy Lomov
Nijniy Lomov — Rusiya Federasiyasında yerləşən şəhər Penza vilayətinə daxildir.
Nijniy Taqil
Nijniy Taqil — Rusiya Federasiyasında yerləşən şəhər. Sverdlovsk vilayətinə daxildir.
Nijnıy (ada)
Nijnıy adası — Xəzər dənizinin şimal-qərbində Volqa deltasında olan ada. Ada inzibati cəhətdən Rusiyanın Həştərxan vilayətinin Kamızyak rayonuna daxildir. Qışda sahil suları donu.
Nijnıy adası
Nijnıy adası — Xəzər dənizinin şimal-qərbində Volqa deltasında olan ada. Ada inzibati cəhətdən Rusiyanın Həştərxan vilayətinin Kamızyak rayonuna daxildir. Qışda sahil suları donu.
Vaynay Sadayuki
Vaynay Sadayuki (和井内貞行, 29 mart 1858 – 16 may 1922) – Yaponiya balıq seleksiyaçısı. Heç bir balığın yaşaya bilməyəcəyi düşünülən Tovada gölü üçün alabalıq cinsi yetişdirməsinə görə tanınır.1858-ci ildə Yaponiyanın Mutsu əyalətində (hazırda Akita prefekturası) anadan olub. 1884-cü ildə Tovada gölü üçün iki karp cinsi yetişdirsə də, uğur qazana bilməyib. 1902-ci ildə Hokkaydonun Şikotsu gölündən gətirilmiş nerkaları gölə uyğunlaşdırmağa çalışıb. 1905-ci ildə nəhayət göl üçün balıq cinsi yetişdirməyi bacarıb. Daha sonra Yaponiyada bir çox balıq yaşamayan gölə də bu cinsi təqdim edib. Yetişdirdiyi balıq cinsi onun şərəfinə Vaynay alabalığı kimi tanınır.1922-ci ildə ölmüşdür. == İstinadlar == == Ədəbiyyat == Kodansha Encyclopedia of Japan. VIII cild. Tokio: Kodansha.
Vışniy Voloçyok
Vışniy Voloçyok — Rusiya Federasiyasında yerləşən şəhər. Tver vilayətinə daxildir.
Vani
Vani (gürc. ვანი) — Gürcüstanın İmereti diyarında, Sulori çayının sahilində (Rioni çayının qolu), Kutaisi şəhərinin 41 km cənub-qərbində yerləşən şəhər. 2014-cü ilin siyahıalmasına görə şəhərin əhalisi 3744 nəfərdir. Vani şəhəri 40 kənddən ibarət Vani bələdiyyəsinin (sahəsi 557 km2, əhalisi 24.512 (2014)) mərkəzidir. == Tarixi == 1947-ci ildə Vani şəhəri ətrafında aparılan arxeoloji qazıntı işləri zamanı (N. Xoştariya və O. Lortkifanidze) qədim Kolxida şəhərinə aid yaşayış məntəqəsi ilə bağlı artifaktlar tapılmışdır. Bu şəhərin adı məlum olmasa da, tarixi 4 dövrə ayrılır. E.ə. VII–VIII əsrlərdə Vani şəhərinin mədəni mərkəz olduğu fərz edilir. Vanin e.ə VII–VI əsrlərdəki tarixi qədim mədni qatlarla, taxta məmulatlarla, qurbangahlarla, qəbiristanlıqlarla təmsil olunur. Vaninin Kolxida şəhərinin siyasi mərkəzi olduğu güman olunur.
Vania Fernandes
Vânia Fernandes (d. 1985) — Portuqaliya musiqiçi. Serbiyanın paytaxtı Belqradda keçirilmiş 2008 Avroviziya Mahnı Müsabiqəsində Portuqaliyanı təmsil edib.
Vanın mühasirəsi
Van Mühasirəsi — Səfəvilər Dövlətinin əlində olan Vanın 1548-ci ildə Osmanlı İmperatorluğu tərəfindən mühasirəyə alınması. 1548-ci ilin 25 avqustunda başa çatan mühasirənin ardından şəhər, Osmanlı İmperatorluğunun hakimiyyəti altına girir. == Arxa plan və mühasirə == Səfəvi Şahı I Təhmasibə qarşı üsyan başladan qardaşı Əlqas Mirzə, 1547-ci ildə İstanbula gələrək Osmanlı Padşahı I Sülüymandan kömək istədi. Həyat yoldaşı Xürrəm Sultan ilə birlikdə 1544, 1545 və 1546-cı illəri Ədirnədə keçirən Süleyman, İstanbula geri qayıtdıqdan sonra Əlqas Mirzəni şərqə göndərdi və 1548-ci il 29 mart tarixində Səfəvilər üzərinə yürüşə çıxdı. Yürüşdə Süleymana, Fransa Krallığının İstanbuldakı səfiri Qabriel de Luetz de, Jak Gassut və Jan Çesneau adlı iki nəfər köməkçisi ilə birlikdə müşayiət edirdi. Süleymanın idarəsindəki qoşun, əvvəlcə Səfəvilər Dövlətinin əlində olan Təbrizi ələ keçirdi. Ancaq Səfəvilərin geri çəkilərkən həyata keçirdikləri yandırılmlş torpaq siyasəti ilə əlaqədar olaraq Süleyman, qüvvələrini geri çəkmək məcburiyyətində qaldı. Qısa bir müddət sonra, yenidən Səfəvilərin əlində olan Van mühasirəyə alındı. Daha sonra mühasirəni Ərzurum bəylərbəyi Üləma Paşa təhvil alarkən, 1548-ci ilin 25 avqustunda şəhər Osmanlı İmperatorluğunun tərkibinə qatıldı. Digər tərəfdən isə Şirvanşahlar Dövlətinin də Osmanlı İmperatorluğuna birləşdirilməsi ilə əlaqədar olan yürüş, 1549-cu ilin 21 dekabrında başa çatdı.
Əl-Qaniy
Əl-Qani/Əl-Qaniy (ər. الغني) — Allahın adlarından biri.
Vania Muets
Wanja Mues (27 dekabr 1973, Hamburq) — (3 dekabr 1973, Almaniya, Hamburq) == Həyatı == Wanja Mues 3 dekabr 1973-cü ildə Almaniyanın Hamburq şəhərində olub. O, The Pianist (2002), The Bourne Supremacy (2004) və Unsere Hagenbecks (1991) filmləri ilə tanınan aktyor və rejissordur. 2004-cü ildən Julia ilə evlidir. Onların iki övladı var. == Fəaliyyəti == Aktyorluq karyerasına 1983-cü ildə "Storm, der Schimmelreiter" televizor filmi ilə başlamışdır. "Storm, der Schimmelreiter" filmində uğurlu çıxışından sonra 1984-cü ildə "Jokehnen" televizor serialında çəkilir. Beləcə peşəkar karyerasının əasını qoyur. Ümumilikdə 89 film və televizor seriallarında aktyorluq edir. Ən çox səs gətirmiş və tanınmağında pay sahibi olduğu işlər isə; The Pianist (2002), The Bourne Supremacy (2004) və Unsere Hagenbecks (1991) filmləri olmuşdur. Bunlardan əlavə 1996-cı ildə çəkilən "21/2 Minuten" televizor serialında uğurlu aktyorluğu sayəsində "Grimme" mükafatına layiq görülüb.
Vani bələdiyyəsi
Vani (gürc. ვანის მუნიციპალიტეტი) Gürcüstanın İmereti regionunda bələdiyyədir. Onun əsas şəhəri Vanidir. == Coğrafiya == 1930-cu ildə ayrı bir rayona ayrıldı. İmeretinin ekstremal cənub-qərb hissəsində yerləşir. Bələdiyyə Bağdati, Samtredia, Tskaltubo, Adigen və Çoxataur bələdiyyələri ilə həmsərhəddir. Əsas relyef vahidləri Mesxeti silsiləsinin şimal yamacları, İmereti ovalığı və keçid cənub İmeretinin təpəli dağətəyidir. Şimal hissəsini İmereti düzənliyi tutur. Rioni çayı bələdiyyənin şimalından axır. Van ərazisində çaylar axır: Sulori, Kumuri və s.
Dalniy adası (Kara dənizi)
Dalniy adası (rus. Дальний)- Yeni Torpaq arxipelaqına daxil olan kiçik adalardan biri. Ada Kara dənizində yerləşən Oqa körfəzinin girəcəyində yerləşir. Şimal-şərqdən cənub-qərbə istiqamətlənir. Səthi hamardır. Sahilləri isə sıldırımlıdır. Burada göl və çay yoxdur. Bitki örtüyündən məhrumdur. Səbəb isə onun Şimal Qütb dairəsi daxilində yerləşməsidir. İqlimi olduqca sərtdir.
Sulori Vani FC
Sulori Vani FK Vani şəhəri mərkəzli və hazırda Gürcüstan liqa sisteminin dördüncü pilləsi olan Liqa 4-də iştirak edən Gürcüstanın futbol klubudur. Komanda iki mövsümü yüksək liqada keçirib. Onlar ev oyunlarını Qriqol Nikolaişvili stadionunda oynayır. == Tarix == 1969-cu ildə Sulori Gürcüstan Sovet Liqasında çempion oldu. Bu uğur kluba gələn il 18 komanda arasında 10-cu yerdə başa vuran Sovet İkinci Kiçik liqasında iştirak etməyə imkan verdi.Doqquz il ərzində 7 titul qazanmaqla Sulori 1980-ci illərdə respublika liqasının aparıcı üzvlərindən birinə çevrildi. Eyni müddətdə ardıcıl iki dəfə Gürcüstan kubokunu da qazanıblar.1990-cı ildə ölkə çempionatı yarananda komanda ikinci divizionun qalibi oldu və yüksək liqaya yüksəldi. Ancaq iki mövsümdən sonra aşağı liqaya düşdülər.Daha sonra Sulori, bir mövsüm regional liqada oynadıqları zaman 2019-cu ildə ən aşağı nöqtəyə çatan ikinci və ya üçüncü divizionlarda iştirak etdi. 2016-cı ildə komanda kubokda üç rəqibi üzərində zəfər çaldı və 1/4 finala yüksəldi, burada mövsümün gələcək kubokunun qalibi Torpedo Kutaisi tərəfindən cüzi fərqlə məğlub edildi. == Oyunçular == 2021-ci ilin iyun ayına kimi == Uğurları == Gürcüstan Sovet çempionatı Çempion: 1969 Gümüş medal laureatı: 1980, 1983, 1984, 1988 Bürünc medal sahibi: 1982 Gürcüstan Sovet Kuboku Qalib: 1980, 1981 Pirveli Liqa Çempion: 1990 Bürünc medalın sahibi: 1999 == Sezonlar == == Ad == Sulori balneoloji kurortdur, Vani şəhərindən 11 km aralıda yerləşir.
Türk vanı (pişik)
Türk vanı (türk. Van Kedisi) — uzun tüklü ev pişikləri cinsi, müasir Türkiyə ərazisinin Şərqi Anadolu regionundakı Van ilində yerləşən Van gölünün ətrafında təsadüfən peyda olan van pişiklərinin populyasiyası əsasında yaranmışdır. CFA-nın müəyyənləşdirməsinə görə, türk vanı təbii cins, daha doğrusu ev pişiklərinin "aborigen cinsi"dir. Aparılan genetik tədqiqatlar nəticəsində türk vanının ev pişiklərinin qədim cinslərindən biri olması sübut olunmuşdur. == Cinsin rəsmi tanınma tarixi == 1955-ci ilin iyul-avqust aylarında britaniyalı jurnalist qadın Lora Laşinqton (ing. Laura Lushington) və fotoqraf Sonya Hellidey (ing. Sonia Halliday) Britaniya qəzetlərindən birinə reportaj hazırlamaq məqsədilə Türkiyəyə səfər edirlər. Lora Laşinqton pişikləri çox sevirdi və bir dəfə o, effektli xarici görünüşə malik bir pişik görür. O, onlara qarşı maraq göstərməyə başlayır və nəticədə ona müxtəlif cinsdən olan iki pişik hədiyyə verirlər. O bu pişikləri özü ilə Londona gətirir.