Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Vantaa
Vantaa — Finlandiyada yerləşən şəhər.
Vanna
Vanna və ya ləyən – yuyunmaq üçün nəzərdə tutulmuş su tutan konteyner. Vannalar, adətən, 2 üslubda olur: Qərb üslubunda – içindəndə uzanılan. Belə vannalar çox vaxt qayıq kimi yastı və uzun olur. Şərq üslubunda – içində oturulan. Belə vannalar qısa və dərin olur. Məsələn, Yaponiyada furo vannaları bu üsluba aiddir. Hazırkı dövrdə, əsasən, çuqun vannalardan istifadə olunur. Lakin, qranit və taxta vannalar da geniş yayılmışdır.
Mona Vanna
Mona Vanna (it. Monna Vanna) və ya Çılpaq Cakonda (fr. La Joconde nue) — bəzən "ikiqat erotika" da adlandırılan, 72,4 × 54 sm ölçülü ikiqat yapışdırılmış kağız üzərində kömürlə çəkilmiş çılpaq qadın portretidir. Əsər Uaza departamentindəki Şantiyi qəsrində yerləşən Konde muzeyində saxlanılır. Əsərin Leonardo da Vinçiyə aid edilməsinin mənşəyi kardinal Luici d'Aragonun yazarı Antonio de Betisin məlumatlarına əsaslanır. Onun sözlərinə görə, 10 oktyabr 1517-ci ildə kardinalın Klo-Lüse qəsrində Leonardonu ziyarət etməsi zamanı, rəssam ona II Culiano de Mediçinin sifarişi ilə "florensiyalı xanımın sağlığında çəkilmiş portretini" hədiyyə etmişdir. Ehtimal ki, rəssam sifarişi 1513–1516-cı illərdə Mediçinin himayəsində olduğu dövrdə almışdır. Bu əsər dövrümüə çatmasa da, onun eskizi saxlanmışdır. Ehtimal ki, qısa müddət sonra "La fornarina" əsərini işləyərkən Rafael Santi də məhz həmin portretdən ilhamlanmışdır, lakin bu nəzəriyyəni şübhə altına alan tədqiqatçılar Antonio de Betisin verdiyi məlumatda hazırda Luvrda saxlanan "Mona Liza"dan bəhs etdiyini və məlumatda istifadə edilən "au naturel" ifadəsinin "Mona Liza"ya aid edilə biləcəyini qeyd edirlər. Əsəri təsvir edən ikincə mənbə isə Leonardoya yaxınlığı illə seçilən onun tələbəsi Salaiyə məxsusdur: onun 21 aprel 1525-ci ildə ölümündən sonra tərtib edilmiş invertarında yarıçılpaq "Mona Liza" portreti də qeyd edilir.
Vanna (müğənni)
Ivana Vrdoljak-Vanna (1 sentyabr 1970, Kоprivniçа) – daha çox səhnə adı ilə tanınan Vanna, xorvat pop müğənnisidir.
Vanna Buakeva
Vanna Buakeva – İqtisadçının şərəfini qoruyan təcrübəli qadın libero. Avropada oynayan ilk tailandlı voleybolçudur. 18 ildir ki, Tailand milli voleybol komandasının şərəfini qoruyur. Milli komandadakı debüt matçı 1996-cı ildə Malayziyaya qarşı olmuşdu. Vanna Buakeva karyerasına 1996-cı ildə məktəb səviyyəsində başlamışdı. 1999-cu ilə qədər Tailand millisinin müxtəlif yaş qruplarında oynamış, daha sonra isə 2002-ci ilə qədər Pepsi şirkətinin Banqkok şəhərindəki komandası olan Pepsi Bangkokda oynamışdı. 2001-ci ildə milli komanda ilə birlikdə Asiya çempionatında bürünc medal qazanmışdı. 2002-03 mövsümünü İtaliyada keçirən voleybolçu Volley Spezzano ilə ilk legioner macərasını da yaşamışdı. 2003-2008 illəri arasında onun öz deyimi ilə "Bütün gücümü milli komandaya həsr etmişdim" sözləri tam doğru idi. Belə ki, bu illərdə o heç bir klubda oynamamış, ancaq milli komanda ilə birlikdə bir çox turnirdə iştirak etmişdi.
Kannada
Kannada (ಕನ್ನಡIAST) və ya Kanara dili, əsasən Hindistanın Karnataka əyalətində danışılan dildir.Kannada, ki yerli danışanları Kannadiqalar adlanırlar (KannadigaruIAST) və dünyanın 40 ən çox danışılan dillərindən biridir. Kannada,Hindistanın planlaşdırılmış dillərində ​​biridir və Karnataka əyalətinin rəsmi və inzibati dili.
Qannam
Qannam (kor. 강남구) — Seul şəhərinin rayonu. 2012-ci ildə PSY-ın Gangnam Style mahnısı Qannam rayonu haqqındadır. Mahnının YouTube-a yüklənən videosunu ilk dövrlərdə 350 milyondan çox adam izləmiş və bununla da o Ginnesin Rekordlar Kitabına daxil olmuşdur.
Sannua
Sannua (fr. Sannois) — Fransada bələdiyyə , region — İl-de-Frans, departament —Val-d’Uaz, rayon — Arjantey, kanton — Sannua. Əhalisi — 25 349 nəfər (1999). Bələdiyyə Paris şəhərinin 15 km şimal-qərb, Serji bələdiyyənin 16 km cənub- şərqdə yerləşir.
Vanşan
Vanşan adaları (çin. 萬山群島) — Cənubi Çin dənizində yerləşən adalar qrupu. Adalar Çjuszyan çayının mənsəbindən və Honkonqdan cənubda yerləşir. Arxipelaqın adı tərcümədə «Doqquz min dağ» məasını verir. Əslində izə arxipelaa104 ada daxildir. Adalar Quandun vilayətinin Çjuxay şəhər-perefekturasına daxildir. Adalar Çin vətəndaş müharibəsi zamanı Homindan partiyasının əlində olan Quandun vilayətinin son parçası olmuşdur. Adalar Homindan hakimiyyətinin son istinadgahı idi. Onlar burdan Çjuszyan çayının mənsəbini nəzarətdə saxlamaq istəyirdilər. Arxipelaqın Çin xalq Respublikası tərəfindən ələ keçirilməsi ancaq (8 may — 7 avqust) 1950-ci ildə mümkün olmuşdur.
Varnava
Barnaba (yun. Βαρνάβας; ağıl) — İsanın həvarisi olduğu mübahisəli olan Kiprli xristian müqəddəsi. Nottinqem kilsəsi. Barnaba İncili Послание Варнавы.// Памятники древней христианской письменности, т. II. Писания мужей Апостольских/ Пер. П. Преображенского. — М.: 1860.
Vaynax
Vaynax (ansambl)
Annaea
Zəngçiçəyi (lat. Campanula) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin zəngçiçəyikimilər fəsiləsinə aid bitki cinsi. Cinsin adı latınca campana zəng sözündən əmələ gəlmişdir. Bu bitkinin çiçək tacının formasiyası ilə izah olunur. Gülçülükdə istifadə olunan 110 növdən ikiillik bitki kimi zəngçiçəyinin 2 növü yayılmışdır. Piramidaşəkilli zəngçiçəyi (C. pyramidalis) hündürlüyü 120 sm, salxıma yığılmış balaca, göy, bəzən ağ çiçəkləri olan ot bitkisidir. Sıx zəngçiçəyi (C. Glomerata) hündürlüyü 60 sm, bənövşəyi, bəzən ağ çiçəkləri olan bitkidir. Çiçəkləri bəzən yuxarı yarpaqların qoltuğunda bitir. Zəngçiçəyini toxumla çoxaltmaq olar. Çox vaxt bitkini pöhrələrlə çoxaldırlar.
Kanna
Kanna — İtaliyanın cənub-şərqində kənd. E.ə. 216-cı il avqustun 2-də həmin kəndin yaxınlığında Roma konsulları Terensi Varron və Emili Pavelin sərkərdəlik etdikləri Roma ordusu (80 min piyada və 6 minədək süvari) ilə Hannibalın sərkərdəlik etdiyi Karfagen ordusu (40 min piyada və 10 minədək süvari) arasında 2-ci Pun müharibəsinin ən iri döyüşü baş vermişdir.
Manna
Manna (akkad. Mannai), Minni (ivr. ‏מנּי‏‎) və ya Manas — e.ə. IX əsr–e.ə. VI əsrlərdə tarixi Azərbaycan ərazisində, indiki Cənubi Azərbaycanın şimal-qərbindəki Urmiya gölünün sahilində qədim dövlət. Manna yazılı mənbələrdə qeyd olunan ilk mərkəzləşdirilmiş dövlət hesab edilir. Paytaxtı İzirtu şəhəridir. Manna dövləti qədim ənənələri olan bir ərazidə, qədim tarixin çox böyük bir kəsiyində iqtisadi və mədəni cəhətdən öndə gedən bir rayonda meydana gəlmişdi. Manna e.ə. III-II minilliklərdə bu regionda mövcud olmuş kuti, lullubi, turukki tayfalarının, digər tayfaların və tayfa ittifaqlarının bilavasitə varisi idi.
Vanqa
Vanqa (əsl adı Vangeliya Pandeva Quşterova (Surçeva), 3 oktyabr 1911, Strumitsa[d] – 11 avqust 1996 və ya 11 noyabr 1996, Sofiya) — Ekstrasens. 1911-ci ildə Makedoniya Respublikasında anadan olmuşdur. 1996-cı il 11 avqust tarixində vəfat etmişdir. …Rəfiqələriylə gəzişən Vanqa birdən göy üzünü iri qara bir buludun aldığını görür. Havanın dəyişdiyini görüb, kəndə tərəf qaçan qızların arasından Vanqanı qasırğa ağuşuna alır. Sonradan görücü özü bu haqda deyirmiş: "Qasırğa məni sararkən elə bil başıma kiminsə əlinin toxunduğunu hiss elədim. Sonra heç nə xatırlamadım. Bir də gözümü açdım ki, yerdəyəm, başımda, gözümdə dəhşətli ağrılar var…" Kəndlilər qızı daş-çınqılın, ağac budaqlarının arasından tapıb evə gətirirlər. Axşama yaxın gözləri qanla dolur, bir neçə gün sonrasa bəbəkləri ağarmağa başlayır. Xəstənin gözlərində iki dəfə əməliyyat keçirilsə də, nəticəsi olmur.
Varna
Varna (Bolqarıstan) — Bolqarıstanda şəhər. Varna (İsmayıllı) — Azərbaycanın İsmayıllı rayonunda kənd. 5 oktyabr 1999-cu ildə ləğv olunmuşdur. Varna — İsmayıllı rayonu ərazisində mineral bulaqlar. Varna — İsmayıllı rayonu ərazisində göl. Girdimançayin sağ sahilində, 2260 m. yüksəklikdə yerləşir.
Vonna
Vonna (fr. Vonnas) — Fransada kommuna, Rona-Alplar regionunda yerləşir. Departament — En. Şantiyon-syur-Şalaron kantonuna daxildir. Kommunanın dairəsi — Burk-an-Bres. INSEE kodu — 01457. 2010-cu ildə əhalinin sayı 2790 nəfər təşkil edirdi. 2010-cu ildə əmək qabiliyyətli 203 nəfər arasında (15–64 yaş) 155 nəfər iqtisadi cəhətdən fəal, 48 nəfər fəaliyyətsizdir (fəaliyyət göstəricisi — 76,4%, 1999-cu ildə 80,5%). 155 fəal sakindən 142 nəfər (78 kişi və 64 qadın) işləyir, 13 nəfər işsizdir (3 kişi və 10 qadın). Aktiv olmayan 18 nəfər arasında şagird və ya tələbə, 22 nəfər təqaüdçü, 8 nəfər digər səbəblərə görə hərəkətsizdir.
Danaa
Acrisione (lat. Acrisione) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinə aid bitki cinsi. == Sinonimləri == === Heterotipik sinonimləri === Danaa Colla == Növləri == Acrisione cymosa (J.Rémy) B.Nord. Acrisione denticulata (Hook. & Arn.) B.Nord.
Evanna Linç
Evanna Patrisiya Linç (ing. Evanna Patricia Lynch; irl. Evanna Pádraigín Ní Loingsigh; 16 avqust 1991) — irland aktrisa. == Həyatı == O, 1991-ci ildə Linç ailəsində anadan olmuşdur == Filmoqrafiya == "Harri Potter və Simurq Ordeni" "Harri Potter və Ölüm Hədiyyələri".
Kannada dili
Kannada (ಕನ್ನಡIAST) və ya Kanara dili, əsasən Hindistanın Karnataka əyalətində danışılan dildir.Kannada, ki yerli danışanları Kannadiqalar adlanırlar (KannadigaruIAST) və dünyanın 40 ən çox danışılan dillərindən biridir. Kannada,Hindistanın planlaşdırılmış dillərində ​​biridir və Karnataka əyalətinin rəsmi və inzibati dili.
Manana Caparidze
Manana Sergeyevna Caparidze (gürc. მანანა ჯაფარიძე) və ya sadəcə Manana — gürcüəsilli Azərbaycan müğənnisi, Azərbaycan Respublikasının əməkdar artisti (2009). == Həyatı == Manana Caparidze 1978-ci il dekabrın 28-də Gürcüstanın paytaxtı Tbilisi şəhərində anadan olub. Anasının nənəsi azərbaycanlı olmuşdur. İlk dəfə səhnəyə 5 yaşında çıxıb. Gürcüstanda populyar olan "Toliya" və "Çiora " uşaq kollektivlərinin solisti kimi çıxış edib. Orta məktəblə paralel vokal sinifi üzrə Tbilisi İncəsənət Gimnaziyasını bitirib. 1995–2000-ci illərdə Almaniya Müasir İncəsənət, Caz və Şou-biznes Akademiyasının Tbilisi filialının vokal şöbəsində təhsil alıb. 1996-cı ildə Gürcüstanın Borjomi şəhərində keçirilən "Büllur şam ağacı" gənc ifaçılar müsabiqəsinin qalibi, 1997-ci ildə Moskvada "Büllur not" beynəlxalq gənc ifaçılar müsabiqəsinin laureatı olub. 1998-ci ilin axırında Manana Bakıya gəlib.
Mannar adası
Mannar (sinh. දිස්ත්රික්කය, tam. மன்னர் ஐலன்ட்) — Şri-Lankaya məxsus olan ada. Ada Polk boğazında yerləşir. Sahəsi 130 km²-dir. 2003-cü il məluumatına görəadada 45307 nəfər yaşayır. Hər kvadarat km əraziyə 348,515 nəfər düşür. Şri-Lanka adasından şimal-qərbdə yerləşir. Ən böyük yaşayış mənqədəsi Mannar şəhəridir. Mannar şəhərindən başqa burada Talaimannar, Pesalai, Karisal, Siruththoppu adlı yaşayış məntəqələri vardır.
Ophiophagus hannah
Adi kral kobrası (lat. Ophiophagus hannah) — heyvanlar aləminin xordalılar tipinin sürünənlər sinfinin pulcuqlular dəstəsinin aspidlər fəsiləsinin kral kobrası cinsinə aid heyvan növü. Dünyanın ən uzun zəhərli ilan növüdür. Uzunluğu 6,7 m, kütləsi isə 9 kiloqrama qədər ola bilir. Bu növ Cənub-Şərqi Asiyadan Hindistana qədər çox geniş bir arealda yayılmışdır. Bu ilanların qidasını əsasən pitonlar və hətta öz növlərinin kiçikləri də daxil olan ilanlar təşkil edir. Kral kobralar mərcan ilanı (lat. Micrurus), tikanlı ilan (lat. Acanthophis) və qara mamba (lat. Dendroaspis polylepis) ilə birlikdə aspidlər fəsiləsinin ən çox öyrənilmiş dörd növündən biridir.
Sanana adası
Sanana adası (ind. Pulau Sanana) — İndoneziya ərazisinə daxil olan ada. Sula adaları qrupunun ən böyük adasıdır. Qrupda öz növbəsində Molukk adalarına daxildir. Adada eyni adlı iri yaşayış məntəqəsi vardır. Manqole adasından cənubda yerləşir. Sahəsi 558 km²-dir. Sanana hava limanından Ambon və Ternate şəhərləri arasında Trigana Air Service şirkəti reyslər təşkil edir 1999-cu ildə, o dövrdə Maluku bölgəsində olduğu kimi, Sananada müsəlmanlar və xristianlar arasında ciddi dini və etnik gərginliklər yaşanmışdır.
Georgi Vanyan
Georgi Vanyan (9 may 1963, Qaraçinar, Qasım İsmayılov rayonu – 15 oktyabr 2021, Tbilisi) — erməni sülh aktivisti və Qafqaz Sülh Təşəbbüsləri Mərkəzinin sədri. == Həyatı == 9 may 1963-cü ildə Qasım İsmayılov rayonunun (indiki Goranboy) Qaraçinar kəndində anadan olub. Abovyan şəhərindəki 7 saylı orta məktəbdə oxuyub. 1981-1983-cü illərdə hərbi xidmətdə olub. 1986-1991-ci illərdə İrəvan Dövlət Teatr və Kinematoqrafiya İnstitutunda dram teatrının rejissoru, teatr və kino aktyoru ixtisası üzrə təhsil alıb. 1984-1994-cü illərdə İrəvan Dövlət Pantomima Teatrı, "İrəvan" teatrında, "Armenfilm" film studiyasında və "Hamazqayın" teatrında aktyor kimi çalışıb. 1989-1992-ci illərdə "Mxitar Sebastatsi" tədris kompleksində müəllim, metodist, estetika kursunun rəhbəri və direktorlar şurasının üzvü olub. 1992-1994-cü illərdə "AR-İrəvan Tatron" teatrının yaradıcısı və bədii rəhbəri olub. Ədəbi-bədii "Arar" aylıq nəşrinin təsisçisi və baş redaktoru idi. 1995-1997-ci illərdə Ermənistan Mədəniyyət Nazirliyi yanında "Arar" Teatr və Nəşriyyat Kompleksinin direktoru vəzifəsində çalışıb.