Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Markiz
Markiz (fr. marquis, ing. marquess, it. marchese, Latınca marchisus və ya marchio, alm. Markgraf‎) — Qərbi Avropa zadəgan titulu. İyerarxiyaya görə hersoq və qraf titularının arasındadır. İngiltərədə hersoqların böyük oğlu markiz titulu daşıyır.
Varlıq
Varlıq — fəlsəfi kateqoriya olub, şüurdan asılı olmayaraq obyektiv reallığın- kosmos, təbiət və insanın mövcudluğudur. Varlıq anlayışı geniş və dar mənada işlədilir. Geniş mənada dünyada mövcud olan hər şey varlığa daxil edilir. Sözün məhdud mənasında (dar) varlıq dedikdə insanların şüürundan kənarda və ondan asılı olmayaraq mövcud olan obyektiv reallıq başa düşülür. Fəlsəfədə varlıq terminini ilk dəfə antik dövrün tanınmış filosoflarından biri olan Parmenid işlətmişdir. O varlıq haqqında əsərində göstərirdi ki, "Varlıq" hərəkət etmir, dəyişməzdir və mükəmməldir. Demokritin atomist təlimi hesab edirdi ki, varlıq bölünməz kiçicik hissəciklərdən — atomlardan və boşluqdan ibarətdir.
Xarkiv
Xarkov (ukr. Харків) — Xarkov vilayətinin inzibati mərkəzi olan Ukraynanın şərq hissəsindəki ən böyük şəhərdir. Əhalinin sayına görə Xarkov Kiyevdən sonra Ukraynada ikinci yeri tutur. Vaxtilə şəhər Moskva və Leninqraddan sonra SSRİ-nin üçüncü ölçü üzrə sənaye, elmi və nəqliyyat mərkəzi idi. Xarkov təxminən 1654-cü ildə qədim rus şəhəri olan Xarkovun yerində yaradılmışdır. 1918-ci ilin fevral-mayında Xarkov Donetsko-Krivorojski Respublikasının paytaxtı rolunu oynayırdı, 1918-ci ilin mart-aprelində Ukrayna Sovet Sosialist Respublikasının paytaxtı olmuşdur, 1919-cu ilin martda — iyununda və 1919-cu ilin dekabrından 1934-cü ilin iyununa qədər Ukrayna SSR-ının paytaxtı olmuşdur. Müasir Xarkov ölkənin ən böyük nəqliyyat qovşaqlarından biri hesab edilir. Onun içərisindən dəmir və şose yolları keçir, həmçinin beynəlxalq aeroport var. Şəhərin özündə küçə ictimai nəqliyyatının şöbələrə ayrılmış şəbəkəsi fəaliyyət göstərir: marşrut taksiləri, avtobuslar, trolleybuslar, tramvaylar. 1975-ci ildən Xarkovda 3 xətdən ibarət olan və şəhərin 9 inzibati ərazisini birləşdirən metropoliten işləyir.
Varis
Varis Vəliəhd Varis (film, 1988) Varis Yolçiyev — Azərbaycanlı yazıçı.
Varlı
Varlı (Salyan) Birinci Varlı — Azərbaycan Respublikasının Salyan rayonunun inzibati ərazi vahidində kənd. İkinci Varlı — Azərbaycan Respublikasının Salyan rayonunun inzibati ərazi vahidində kənd. Varlı Həyat — Azərbaycan Respublikasının Şəmkir rayonunun inzibati ərazi vahidində kənd.
Arkey
Arkey — Fransanın İle-de-Frans regionunda yerləşən Val-de-Marn departamentindəki kommunadır. Kommunanın əhalisi 2018-ci il yanvarın 1-nə olan statistik məlumatlara əsasən 21 727 nəfər təşkil edir.
Varai-varai dili
Varay dili (Warai, Winarai, Lineyte-Samarnon, Samarnon), Filippinin yerli dillərindən biridir ki, Samar, Şimali Samar, Şərqi Samar əyalətlərinin hər yerində və Leyt və Biliranın bəzi hissələrində varaylar danışılan dilləridir.
Ank Marsiy
Ank Marsi (lat. Ancus Marcius) — Qədim Romanın IV çarı. == Haqqında == Tull Hostilidən sonra Romada Ank Marsiy çar seçilmişdi. O, həm də baş pontifik (pontifex maximus) idi. Ölkənin iqtisadi inkişafı üçün o, çox iş görmüşdü. Tibr çayı üzərində körpü tikdirmiş, Osti adlı liman saldırmışdı. == Mənbə == Y. Həsənov. Qədim Roma tarixi. Bakı, 1975.
Dürda-Larekiy
Dürda-Larekiy (fr. Durdat-Larequille) — Fransada kommuna, Overn regionunda yerləşir. Departament — Alye. Marsiyya-an-Kombray kantonuna daxildir. Kommunanın dairəsi — Monlüson. INSEE kodu — 03106. == Əhalisi == 2008-ci ildə əhalinin sayı 1252 nəfər təşkil edirdi. == İqtisadiyyatı == 2007-ci ildə 793 əmək qabiliyyətli insan (15-64 yaş) arasında 549 nəfər iqtisadi cəhətdən fəal, 244 nəfər fəaliyyətsizdir (fəaliyyət göstərici 69.2%, 1999-cu ildə 67.1%). Fəal 549 nəfərdən 494 nəfər (261 kişi və 233 qadın), 55 nəfəri işsizdir (23 kişi və 32 qadın). 244 hərəkətsiz şəxs arasında 74 nəfər şagird və ya tələbə, 100 nəfər təqaüdçü, 70 nəfər digər səbəblərə görə fəaliyyətsizdir.
Ellen Barkin
Ellen Barkin (ing. Ellen Rona Barkin; d. 16 aprel 1954, Bronks, Nyu-York) — Emmi mükafatı almış Qızıl Qlobus mükafatına namizəd olmuş ABŞ aktrisası. Kimyəvi maddə satan ata və xəstəxana idarəçisi olan ananın övladı olan Barkin, yəhudi ailəsində anadan olmuşdur. Barkin, Manhetten liseyinin "Səhnə Sənətləri Fakültəsi"ndə təhsil almışdır. Daha sonra "Hunter Kolleci"ndə tarix və teatr təhsili alan sənətkar, antik tarix mövzusunda peşəkarlaşmaq istəyərkən aktyorluq təhsili almağa başlamışdır.
Erjebet Valkay
Erjebet Valkay (6 mart 1979) — Macarıstanı və İtaliyanı təmsil edən su poloçusu. == Karyerası == Erjebet Valkay, Macarıstan yığmasının heyətində 2004-cü ildə Yunanıstanın Afina şəhərinin ev sahibliyində baş tutan XXVIII Yay Olimpiya Oyunlarında mübarizə apardı. Beşinci pillə uğrunda görüşdə Rusiya yığmasına 11:12 hesabı ilə məğlub olan Macarıstan yığması, Afina Olimpiadasını altıncı pillədə başa vurdu. Daha sonra Erjebet Valkay, İtaliya yığmasının heyətində 2008-ci ildə Çinin ev sahibliyində baş tutan XXIX Yay Olimpiya Oyunlarında mübarizə apardı. Beşinci pillə uğrunda görüşdə Çin yığmasına 8:10 hesabı ilə məğlub olan İtaliya yığması, XXIX Yay Olimpiya Oyunlarını altıncı pillədə başa vurdu.
Hel (varlıq)
Hel (q.skan. Hel) — german-skandinav mifologiyasında ölülər diyarının hakimi (Helheym), Loki və div Anqrbodanın qızı, üç xtonik varlıqdan biri. Hel Snorri Sturluson tərəfindən XII əsrdə ənənəvi mənbələr əsasında yazılmış "Böyük Edda" və "Kiçik Edda" əsərlərində təsvir olunmuşdur. Əlavə olaraq, IX əsrə aid "Yer dairəsi" əsərində və X əsrə aid "Egil saqası"nda onun adı çəkilir. XII əsrdə Sakson Qrammatik tərəfindən latın dilində yazılmış "Danların əməlləri" əsərində ona adətən "Hel" deyə xitab edilir. Hel Xalqların böyük köçü dövrünə aid bir çox brakteatda təsvir olunmuşdur. Hel "Böyük Edda", "Kiçik Edda" və "Yer dairəsi" əsərlərində Lokinin qızı hesab edilir. "Kiçik Edda" əsərinin bir parçası olan "Uzaqgörən Qülvi" kitabında Helin tanrı Odin tərəfindən Niflheymdə yerləşən Helheymə hakim təyin edilmiş olduğu qeyd edilmişdir. Həmin mənbədə onun xarici görünüşünün yarı-göy və yarı-dəri rəngli olduğu, eləcə də üzügülməz, pəjmürdə bir görünüşə malik olduğu yazılmışdır. "Böyük Edda" əsərində Helin ölülər diyarında ucsuz-bucaqsız mülklərə, çoxlu qulluqçuya hakimlik etdiyi və tanrı Baldrı diriltmə cəhdində böyük rolu olduğu yazılmışdır.
II Sarkis
II Sarkis — Mesxetiyanın III Çarı. Səlcuqlarla müharibə siyasətinə davam etmiş. Bibisioğlu V Georgi tərəfindən Gürcüstanın baş sərkərdəsi təyin olunmuşdu. 1334-cü ildə vəfat etmiş, yerinə qardaşı I Kvarkvare keçmişdi.
I Sarkis
I Sarkis (gürc. სარგის I ჯაყელი) - 1268-ci ildə hakimiyyətə gəlmiş ilk Mesxetiya çarı. VII Davidin Elxanilərə qarşı üsyanına başçılıq etmişdir. Arqun ağa Oyrotu 1262-ci ildə məğlub etmişdi. Daha sonra Hülakü xana təslim olaraq əfv olunmuş, hətta xanın həyatını Bərkəyə qarşı müharibədə xilas etmişdi. Xan ona görə də ona Ərzurum şəhərini hədiyyə vermişdi. 1266-cı incu statusunu qazanmışdı. 1268-ci ildə isə xan ona muxtar hakimiyyət hüququ verdi və o II Demetrenin mərkəzi hakimiyyətinə tabe olmamağa başladı. 1279-cu ildə taxtdan əl çəkərə Sapara monastırında keşiş oldu və Saba adını aldı, yerinə oğlu keçdi. 1285-ci ildə vəfat etdi.
Markiz adası
Markiz adası (tatar. Маркиз утравы) — Kuybışev su anbarında balaca bir ada. Ərazisi 2013- cü ildən Kazan şəhərinin Vaxitov əyalətinə (əvvəllər Tatarıstan Respublikasına) daxildir. Volqa çayının sağ tərəfində Kazan şəhərinin limanının sahilində yerləşir. Ada bütünlükdə meşə ilə örtülmüşdür. Sahilyanı ərazilərin bir hissəsi qumla, qalan ərazilər isə bataqlıqlarla örtülmüşdür. Ada da demək olar ki, heç bir tikinti işləri aparılmır. Yalnız 2003-cü ildən adada həlak olmuş yatçıların şərəfinə qoyulmuş heykəl durur. == Tarixi == 1956-1958-ci illərdə Markiz adası altında su anbarının doldurulmasına qədər ada daha geniş ərazini əhatə edirdi. İlk vaxtlardan mövcud olan Markiz adası demək olar ki, tamamiylə su altında qalmışdır.
Mütləq varlıq
Mütləq — idealist fəlsəfədə anlayışdır. Mütləq "özü onun üçün kafi olan"digər heç bir şeydən asılı olmayan, bütün mövcudiyyatı özündə əks etdirən və onu yaradan əbədi, sonsuz, şərtsiz, bitkin və dəyişməz subyekti ifadə etmək üçün idealist fəlsəfədə işlənir. Din üçün mütləq varlıq Allahdır, Fixtedə-"Mən" adlanır; Hegel fəlsəfəsində Mütləq rolunda dünya zəkası(mütləq ruh); Şopenhauerdə iradə, Berqsonda intuisiya çıxış edir.
Nataliya Varley
Natalya Vladimirovna Varley (rus. Наталья Владимировна Варлей; 22 iyun 1947, Konstansa, Rumıniya) — Sovet və Rusiya teatr və kino aktrisası, şairə, N.K. Krupskaya adına RSFSR Dövlət Mükafatı laureatı (1984), RSFSR-in əməkdar artisti (1989). Natalya Vladimirovna Varley 1947-ci ildə Rumıniyada anadan olmuşdur. Varleyin uşaqlıq illəri Murmanskda keçmişdir . Hələ 4 yaşında müxtəlif şeirlər yazmağa başlayan Natalya sonralar həm rəsmlər çəkmiş, həm də musiqi məktəbinə daxil olmuşdur. Oxumağı öyrənən kimi bir-birinin ardınca çoxlu kitablar oxuyur. Elə həmin vaxtlar onda revmokardit xəstəliyi aşkar olunur. Buna görə də Natalyaya bədən tərbiyəsi ilə məşğul olmaq da qadağan edilir. 1950-ci illərin sonunda Varley ailəsi Moskvaya köçür. Bir gün anası Natalyanı sirkə aparır.
Natalya Varley
Natalya Vladimirovna Varley (rus. Наталья Владимировна Варлей; 22 iyun 1947, Konstansa, Rumıniya) — Sovet və Rusiya teatr və kino aktrisası, şairə, N.K. Krupskaya adına RSFSR Dövlət Mükafatı laureatı (1984), RSFSR-in əməkdar artisti (1989). Natalya Vladimirovna Varley 1947-ci ildə Rumıniyada anadan olmuşdur. Varleyin uşaqlıq illəri Murmanskda keçmişdir . Hələ 4 yaşında müxtəlif şeirlər yazmağa başlayan Natalya sonralar həm rəsmlər çəkmiş, həm də musiqi məktəbinə daxil olmuşdur. Oxumağı öyrənən kimi bir-birinin ardınca çoxlu kitablar oxuyur. Elə həmin vaxtlar onda revmokardit xəstəliyi aşkar olunur. Buna görə də Natalyaya bədən tərbiyəsi ilə məşğul olmaq da qadağan edilir. 1950-ci illərin sonunda Varley ailəsi Moskvaya köçür. Bir gün anası Natalyanı sirkə aparır.
Sarkis Hatspaniyan
Sarkis Hatspaniyan (erm. Սարգիս Հացպանյան; 12 fevral 1962, İskəndərun, Hatay ili, Türkiyə – 20 yanvar 2018) — Türkiyə ermənilərindən olan jurnalist, hüquq müdafiəçisi və siyasi xadim. Sarkis Hatspaniyan Qarabağ müharibəsində və xüsusi ilə Kəlbəcər döyüşündəki fəallığı ilə tanınır. Fransa ermənilərinin müxtəlif təyinatlı yardımlarını işğalı olunmuş Azərbaycan torpaqlarına çatdırılılmasına rəhbərlik etmişdir. 2008-ci ildə İrəvan şəhərində baş vermiş kütləvi iğtişaşlardakı iştirakına görə Ermənistan məhkəməsi tərəfindən 3 il 6 ay müddətinə azadlıqdan məhrum edilmişdir. Sarkis Hatspaniyan 1962-ci ilin 12 fevral tarixində Türkiyənin Hatay bölgəsinə bağlı İskəndərun şəhərində anadan olmuşdur. Orta məktəbi Aqos qəzetinin 2007-ci ildə öldürülmüş baş redaktoru Hrant Dinklə birgə oxumuşdur. 1980-ci ildə Türkiyədə baş vermiş hərbi çevirilişdən sonra Fransaya mühacirət etmiş və Paris şəhərində yaşayaraq Fransa vətəndaşlığı almışdır. Sarbonna Universitetində idarəetmə faklütəsini bitirən Hatspaniyan 1990-cı ildən etibarən Ermənistana müntəzəm səfərlər etməyə başlamışdır. Solçu olan Hatspaniyan bütün çıxışlarında Kürd Fəhlə Partiyasının (PKK) addımlarını dəstəkləyib.
Sarkis Soğanalyan
Sarkis Soğanalyan (amh. Սարգիս Սողանալեան; 6 fevral 1929, İskəndərun, Fransa müstəmləkəsi – 5 oktyabr 2011, Hayliya[d], Florida) — erməni əsilli silah qacaqmalçısı. Ölüm taciri ləqəbi ilə tanınmış Soğanalıyan Soyuq müharibə dövrünün ən böyük silah qacaqmalçısı hesab olunmaqdadır. Suriya və Livan ermənisi bir ailənin övladı olan Sarkis daha çox 1980-cı illərdə Səddam Hüseyn rejminə satdığı silahlar və İraq ordusunun rəhbər şəxsləri ilə olan yaxınlığı ilə gündəmə gəlmişdir. Florida ştatının Virciniya Qardens şəhərində yaşadığı zaman İran-İraq müharibəsində İraq tərəfini silah-sursatla təmin etmək məqsədi ilə Mərkəzi Kəşfiyyat İdarəsi tərəfində əməkdaşlığa cəlb edilmişdir. Reyqan Administrasiyasının təşviqi və Amerika kəşfiyyat agentliklərinin dəstəyi ilə o, 1,4 milyard dollar dəyərində Fransa istehsalı olan artilleriya satışı da daxil olmaqla, bir neçə mühüm silah sövdələşməsinin əsas əlaqələndiricisi və təminatçısı rolunda çıxış etmişdir. İraqla yanaşı, o, Mavritaniyadakı Polisario qüvvələri, Livan vətəndaş müharibəsi zamanı Falanj milisləri kimi qruplara, Nikaraqua, Ekvador kimi Latın Amerikası ölkələrinə və Folklend müharibəsi zamanı Argentinaya silah satmışdır. Silah ticarətini Afrika və Yaxın Şərq bölgələrində genişləndirən Soğanalıyan, Körfəz müharibəsindən əvvəl vermiş olduğu televiziya müsahibələrində, İraqda gördüyü işləri təfərrüatlı şəkildə izah etmiş və silah alqı-satqısına adı qarışmış bir necə yüksək səviyyəli Amerika hökumət rəsmisinin adını açıqlamışdır. Ədliyyə Departamenti Soğanalyanı icazəsiz silahların göndərilməsinə dair konspirasiya qurmaqda ittiham edərək onun həbs olunmasına nail olmuşdur. O, bir neçə il sonra Klinton administrasiyasına Livanda saxta pulların satışı ilə məşğul olan şəbəkənin çökdürülməsində kömək edən zaman azadlığa buraxılıb.
Sarkis Torosyan
Sarkis Torosyan (erm. Սարգիս Թորոսեան, 1891 - 1954) — Osmanlı ordusunun erməni əsilli zabiti, Çanakqala döyüşünün qəhrəmanı. Özünün yazdığı xatirələrində iddia etmişdir ki, həmin döyüşdə ilk ingilis hərbi gəmisini məhz o vurub batıra bilmişdir Ancaq sonra, Osmanlı savaşda məğlub olan çağlarda silahını türklərə qarşı çevirmişdir. Daha sonra o Amerikaya köçmüş və orada öz “Dardaneldən Fələstinə qədər: Türkiyənin 5 cəbhəsi barəsində doğru xəbər” adlı xatirələrini yazmışdır. Bu kitabda xatırlanan olaylar Türkiyədə mübahisələrə səbəb olmuşdur, tarixçilər onları şübhə altına almış, bəzi olayların isə saxta olduğunu iddia etmişdirlər. Xatirələrin yayımlanması zamanı yerli tarixçi Paul Vartan Sookiasian Torosyanın soyunu tapmış və onlarla əlaqə saxlamışdır. Bundan sonra Taner Akçam Torosyanın nəvəsindən müsahibə almış. Orada o babasının həyatı haqqında təfərruatları açıqlamışdır. Sərgiz Torosyan 1893-cü ildə Kayseri bölgəsindəki Everek (hazırda Develi) adlı erməni kəndində doğulmuşdur. Orada yerli kilsə məktəbində ilk təhsilini almışdır.
Vladimir Markin
Vladimir Markin (rəssam)
Sarkis Araratyan
Sarkis Şahnazaroviç Araratyan (erm. Սարգիս Արարատեան; 1 oktyabr 1886, Nuxa – 1943, Buxarest) — 1919–1920-ci illərdə Birinci Ermənistan Respublikasının maliyyə naziri, 1920-ci ildə isə sosial müdafiə naziri vəzifələrində çalışmış erməni siyasətçisi. Sarkis Araratyan ixtisasca kimyaçı olmaqla yanaşı, ictimai xadim, dövlət və görkəmli siyasətçi, Daşnaksutyunun üzvü idi. Bakıda yaşamış və erməni milli həyatında fəal iştirak etmişdir. Riçard Hovanisyan "Ermənistan Respublikası. II cild" kitabında Araratyanı belə təsvir etmişdir: 1918-ci ildə Bakı Şəhər Sovetinə seçilib və Bakının gələcəyi ilə bağlı danışıqlar aparmaq üçün İrana göndərilib. 1918-ci ilin sonlarında Ermənistan müstəqillik əldə etdikdən sonra İrəvana köçüb. 1919-1920-ci illərdə Araratyan Daşnaksutyun Bürosunun üzvü, parlamentin üzvü seçilib. Maliyyə naziri, eyni zamanda ehtiyatlar naziri (avqust 1919-may 1920) vəzifələrində çalışmışdır. 1920-ci ilin may-dekabrında Yardım və Yenidənqurma Naziri olmuşdur.
Sarkis Qalstyan
Sarkis Qalstyan — erməni siyasətçi. Sarkis Qalstyan Birinci Qarabağ müharibəsində separatçılar tərəfində iştirak etmişdir. Həmin vaxtdan o, uzun illər Qondarma Dağlıq Qarabağ Respublikasında müxtəlif vəzifələrdə çalışmışdır. Qaltsyan bir müddətdə Şuşada yerləşən "Avan Plaza" hotelinin (indiki "Qarabağ" hoteli) direktoru, 1990-cı illərdə isə ictimai diplomatiyanı təbliğ edən və Bakıya tez-tez gələn fəal olmuşdur. Müharibədən sonra DQR tərkibində Şuşa inzibati ərazi dairəsi başçısının müavini olmuşdur. O, sonradan DQR-nin Hərbi Vətənpərvərlik və Təhsil Nazirliyinə təyin olunmuşdur. Araik Arutyunyanın seçkiqabağı kampaniyası zamanı Şuşa və Kərkicahanda yerləşən qərargahlarda məsul şəxs olmuşdur. 19 sentyabr 2023-cü ildə Azərbaycan regionda lokal DQR silahlı qüvvələrinə qarşı hərbi hücuma başlamışdır. Növbəti gün DQR hakimiyyəti Rusiya sülhməramlı kontingentinin komandanlığının atəşkəslə bağlı təklifini qəbul etdiklərini bildirmişdir. 20 sentyabr 2023-cü ildə, Azərbaycan vaxtı ilə saat 13:00-da əldə olunmuş atəşkəs razılaşmasına görə, DQR özünü buraxmalı idi.
Varlıq (Cizrə)
Varlıq — Türkiyənin Şırnak vilayətinin Cizrə rayonunda kənd. == Tarixi == Əvvəllər Mardin vilayətinin Cizrə rayonuna bağlı olan kənd 1990-cı ildə Şırnak vilayətinin yeni qurulan Cizrə rayonuna birləşdirilib.