Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Vedeno
Vedeno (çeç. Ведана) — Çeçenistan Respublikasında, Vedeno rayonu ərazisində yerləşən kənd. İnzibati cəhətdən Vedeno rayonunun və Vedeno kənd sovetliyinin mərkəzidir. Vedeno kənd inzibati vahidliyinin yeganə yaşayış məntəqəsidir. == Coğrafiya == Kənd Vedemo rayonunun mərkəzində, Xulxulau və Axkiçu çayları arasında yerləşir. Qroznı şəhərindən 67 km cənub-şərqdədir. Kənd faktiki olaraq şimal-qərbdə Zelamxin-Kotar, cənub-şərqdə isə Dışne-Vedemo kəndlərinə birləşmişdir. Yaxınlığında yerləşən digər yaşayış məntəqələri: cənub-qərbdə Neftyanka, qərbdə Eşilxatoy, şimal-şərqdə Ersenoy. Kənd ərazisi dəniz səviyyətindən ortalama olaraq 722 metr yüksəklikdə yerləşir. Kəndin cənub hissəsindən Xoroç silsiləsi keçir.
Kodomo
Kodomo ( Yaponca : 子供 ; "uşaq") və ya "uşaq anime və manqası". Uşaqlar üçün nəzərdə tutulmuş anime və manqa növü. Bu seriallar çox vaxt uşaqlara həyatda doğru və düzgün olmağı öyrədir. Doraemon F. Fujio manqa və animesi bu janrın ən diqqətçəkən nümunələrindən biridir.
Venom
Venom (ing. Venom) — Marvel Comics nəşriyyatı tərəfindən yayımlanan, əsasən Hörümçək-adamla əlaqəli komiks kitablarında görünən uydurma personaj. Personaj maye formalı amorf yad planetli Simbiot olmaqla, yaşaması üçün daşıyıcı - əsasən insanla əlqəyə girməsi vacibdir. Daşıyıcı ilə əlaqəyəgirdikdən sonra, Simbiot inkişaf etmiş güc və bacarıqlarını onun istifadəsinə verir. Venom Simbiotu insanla əlaqəyə girdikdən sonra yaranan yeni ikili varlıq özünü adətən “Venom” adlandırır. Personaj ilk dəfə canlı yad planetli kostyum kimi “The Amazing Spider-Man #252” (may, 1984) komiksində təqdim edilmiş, onun tam görünməsi isə “The Amazing Spider-Man #300” (may, 1988) baş tutmuşdur. Venom Simbiotunun ilk daşıyıcısı Piter Parker olmuş, lakin, Simbiotun pis xasiyyətini başa düşdükdən sonra Parker onu özündən ayıra bilmişdir. Simbiotun sonrakı daşıyıcıları arasında ən məşhuru Eddi Brok olmuş, məhz onun Venom olduğu dövrdə personaj Hörümçək-adamın əsas düşməninə çevrilmişdir. Q.A.L.X.A.N.-ın məlumatlarında Venom, Maqneto, Doktor Dum və Qırmızı kəllə ilə birlikdə insanlıq üçün əsas təhlükə hesab edilir. Komiks müxbiri və tarixçisi Mayk Konroy personaj haqqında yazır: “Hörümçək-adam üçün dəyişik kostyum kimi başlayan bir şey, Marvelin ən böyük qarabasmalarından birinə çevrilmişdir.” IGN tərəfindən təşkil edilmiş “Bütün zamanların ən böyük 100 komiks canisi” siyahısında Venom iyirmi ikinci yerdə qərarlaşmışdır.
Coko Vidodo
Coko Vidodo (d. 21 iyun 1961-ci il) — İndoneziyanın 7-ci və hazırkı prezidentidir. Cokovi adı ilə də tanınır. O, bu vəzifədə xidmətinə 2014-cü ildən etibarən başlamışdır. O, bundan əvvəl 2005-ci ildən 2012-ci ilə qədər Surakarta şəhərinin meri, 2012-ci ildən 2014-cü ilə qədər isə Cakarta şəhərinin qubernatoru vəzifəsində xidmət etmişdir. Yüksək səviyyədə siyasi və ya hərbi xidmət keçmişi olmayan ilk İndoneziya prezidentidir. == Fəaliyyəti == Cokovi 2012-ci ildə Cakarta qubernator seçkilərində öz partiyası olan İndoneziya Demokratik Mübarizə Partiyası tərəfindən namizəd olaraq təqdim olunmuşdur. 20 sentyabr 2012-ci il tarixində seçkilərin ikinci hissəsində əsas rəqibi olan Fauzi Bovonu məğlub edərək qubernator təyin olunmuşdur. Qubernatorluğu dövründə öz xarakteri ilə seçilmiş, yüksək səviyyəli ictimai səfərləri ilə bütün ölkədə nüfuzunu artırmışdır. 14 mart 2014-cü il tarixində prezident seçkilərində namizədliyini irəli sürdüyünü elan etmişdir.
Vedeno rayonu
Vedeno rayonu (Çeçen. Веданан кlошт) Rusiya Federasiyasının Çeçenistan Respublikasının tərkibindəki inzibati ərazi vahidi və bələdiyyədir (bələdiyyə rayonu). İnzibati mərkəzi Vedeno kəndidir. == Coğrafiya == Vedeno rayonu, respublikanın cənub-şərqindəki dağlıq ərazidə yerləşir. Rayonun sahəsi 956 km² təşkil edir. Vedeno rayonu dağlıq bölgədir və buna görə də iqlim şəraiti şaquli rayonlaşma ilə fərqlənir. Bölgənin şimalında 1000 metr hündürlükdə, iqlimi mülayim kontinental, isti yay və mülayim qış, cənubda yüksəlmə ilə əlaqədar olaraq iqlim daha az kontinental olur və rayonda sərin yay və mülayim soyuq qış müşahidə olunur. Rayonun şimal hissəsində dağ-meşə, qəhvəyi, qarışıq-karbonatlı torpaqlar, bölgənin şimal-şərqində dağ-meşə, boz-qəhvəyi torpaqlar inkişaf etmişdir. Bölgənin cənub hissəsində dağ çəmənliyi zəif podzol, dağ çəmən, subalp, dağ çöl torpaqları inkişaf etmişdir. == Əhali == Əhali sıxlığı 1 km²-ə 41.91 nəfərdir.
Venom (film)
Venom (ing. Venom) — Marvel Comics tərəfindən nəşr edilmiş Venom komiksinə əsaslanan və 2018-ci ilin oktyabr ayında çıxarılması gözlənilən ABŞ epik superqəhrəman filmidir. Columbia Picturesin prodüserliyi ilə çəkilmiş film, Sony Picturesin distribütorluğu ilə çıxarılacaq. Bu, Marvel Kinematoqrafiya Kainatından fərqlənən Sony Marvel Kainatının ilk filmidir. Skott Rozenberq, Ceff Pinkner və Kelli Marsel tərəfindən yazılmış ssenari əsasında Ruben Fleyşerin rejissorluğu ilə çəkilmiş filmdə əsas rolları Tom Hardi və Mişel Vilyams canlandırmışlar. == Süjet xətti == Eddi Brok – kifayət qədər tanınan araşdırmaçı-jurnalistdir. Daima sensassiyalı layihələrin dalınca düşür, nəticələrdən qorxub-çəkinmədən işini həmişə sona çatdırır. Ancaq alim və biznesmen Karlton Dreydən aldığı son müsahibə onun sevimli işini itirməsi bahasına başa gəlir. Tezliklə o Dreykin həmkarı ilə söhbətləşir. Həmin şəxs ona and-aman edir ki, alim insanlar üzərində misli görülməmiş eksperimentlər keçirir, insanların bədəninə yadplanetli parazitləri yeridir.
İriana Coko Vidodo
İriana Cokovi (1 oktyabr 1963, Surakarta, Mərkəzi Yava) — 20 oktyabr 2014-cü ildən İndoneziyanın birinci xanımı və İndoneziyanın indiki prezidenti Coko Vidodonun xanımı. == Karyera == Həyat yoldaşı Coko Vidodo Cakartanın qubernatoru olarkən İriana İndoneziyada milli qadın hərəkatı olan Ailə Rifah Təhsil Təşkilatının (Pembinaan Kesejahteraan Keluarga və ya PKK) lideri təyin edildi. 2005-2008-ci illəri arasında Surakarta şəhərində PKK-nın lideri vəzifəsində çalışdı. == Ailə == İriana 24 dekabr 1986-cı ildə Solo, Mərkəz Yavada Coko Vidodoyla ailə həyatı qurdu. Qibran Rakabuminq (1 oktyabr 1987-ci il təvəllüdlü) və Kaesanq Panqarep (25 dekabr 1994-cü il təvəllüdlü) adlı iki oğlu və Kahiyanq Ayu adlı bir qızı (20 aprel 1991-ci il təvəllüdlü) var.
Venom (film, 2018)
Venom (ing. Venom) — Marvel Comics tərəfindən nəşr edilmiş Venom komiksinə əsaslanan və 2018-ci ilin oktyabr ayında çıxarılması gözlənilən ABŞ epik superqəhrəman filmidir. Columbia Picturesin prodüserliyi ilə çəkilmiş film, Sony Picturesin distribütorluğu ilə çıxarılacaq. Bu, Marvel Kinematoqrafiya Kainatından fərqlənən Sony Marvel Kainatının ilk filmidir. Skott Rozenberq, Ceff Pinkner və Kelli Marsel tərəfindən yazılmış ssenari əsasında Ruben Fleyşerin rejissorluğu ilə çəkilmiş filmdə əsas rolları Tom Hardi və Mişel Vilyams canlandırmışlar. == Süjet xətti == Eddi Brok – kifayət qədər tanınan araşdırmaçı-jurnalistdir. Daima sensassiyalı layihələrin dalınca düşür, nəticələrdən qorxub-çəkinmədən işini həmişə sona çatdırır. Ancaq alim və biznesmen Karlton Dreydən aldığı son müsahibə onun sevimli işini itirməsi bahasına başa gəlir. Tezliklə o Dreykin həmkarı ilə söhbətləşir. Həmin şəxs ona and-aman edir ki, alim insanlar üzərində misli görülməmiş eksperimentlər keçirir, insanların bədəninə yadplanetli parazitləri yeridir.