Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Vedi
Böyük Vedi (1946-cı ildən Vedi) — Ermənistanda şəhər, Vedi rayonunun mərkəzi. Şəhərin adı ərəb dilindəki Vadi (ərəb. وادي‎) sözündən yaranıb. Toponim fərqləndirici əlamət bildirən böyük və ərəb dilində "iki dağ arasında olan uzun çuxur dərə", "bir çayın axdığı yer, çay yatağı", "çöl, səhra", "sahə", "məkan, yer" mənalarında işlənən vadi sözlərindən əmələ gəlmişdir. Relyeflə bağlı yaranan toponimdir. Quruluşca mürəkkəb toponimdir. Yaşayış məntəqəsinin adı erməni dilinə kalka edilərək Medz (böyük) Vedi formasında işlədilir. Böyük Vedi — İrəvan quberniyasının İrəvan qəzasında, indi Vedi (Ararat) rayonunda yaşayış məntəqəsi şəhər tipli qəsəbə. Vedi rayonunun mərkəzi. Vedibasar çayının yanında yerləşir.
Vədi
Vədi (ərəb. وديع‎) — ərəb mənşəli ad.
Cüzeppe Verdi
Cüzeppe Fortunino Françesko Verdi (it. Giuseppe Fortunino Francesco Verdi; 10 oktyabr 1813[…], Le Ronkole[d], Taro departamenti[d] – 27 yanvar 1901[…], Milan) — XIX əsr italyan bəstəkarı. Əsasən opera əsərlərinin müəllifi olub. Onun bir çox əsərləri hal-hazırda dünyanın bir çox ölkələrindəki teatr səhnələrində tamaşaya qoyulur. == Həyatı == Cüzeppe Verdi kiçik otel işlədən Karlo Verdi ilə kəndli qızı Marianninin ikinci uşağı idi. 10 oktyabr 1813-cü ildə Şimali İtaliyadakı Ronkole şəhərində, hazırda muzey kimi istifadə olunan evdə dünyaya göz açıb. Ailəsindən heç kim musiqi ilə məşğul olmasa da Verdi musiqiyə çox düşkün idi. O, kilsə orqançısından ilk musiqi dərslərini alıb. 10 yaşından etibarən bazar günləri kilsədə orqan çalmağa başlayıb. Heç vaxt musiqi ilə məşğul olmayan ailəsi onun musiqi təhsili alması üçün böyük səy göstərir, köhnə piano aldıqdan sonra Busetto qəsəbəsinə göndərərək oradakı bədii mühitdən yararlanmasını təmin edib.
Giuseppe Verdi
Cüzeppe Fortunino Françesko Verdi (it. Giuseppe Fortunino Francesco Verdi; 10 oktyabr 1813[…], Le Ronkole[d], Taro departamenti[d] – 27 yanvar 1901[…], Milan) — XIX əsr italyan bəstəkarı. Əsasən opera əsərlərinin müəllifi olub. Onun bir çox əsərləri hal-hazırda dünyanın bir çox ölkələrindəki teatr səhnələrində tamaşaya qoyulur. == Həyatı == Cüzeppe Verdi kiçik otel işlədən Karlo Verdi ilə kəndli qızı Marianninin ikinci uşağı idi. 10 oktyabr 1813-cü ildə Şimali İtaliyadakı Ronkole şəhərində, hazırda muzey kimi istifadə olunan evdə dünyaya göz açıb. Ailəsindən heç kim musiqi ilə məşğul olmasa da Verdi musiqiyə çox düşkün idi. O, kilsə orqançısından ilk musiqi dərslərini alıb. 10 yaşından etibarən bazar günləri kilsədə orqan çalmağa başlayıb. Heç vaxt musiqi ilə məşğul olmayan ailəsi onun musiqi təhsili alması üçün böyük səy göstərir, köhnə piano aldıqdan sonra Busetto qəsəbəsinə göndərərək oradakı bədii mühitdən yararlanmasını təmin edib.
Vendi Aquilar
Vendi Aquilar (14 may 1972) — Meksikanı təmsil edən bədii üzgüçü. Vendi Aquilar Meksikanı 1996-cı ildə Atlanta şəhərində baş tutan XXVI Yay Olimpiya Oyunlarında təmsil edib. Komanda turnirdə Vendi Aquilar 8-ci pillənin sahibi olub.
Vendi Kunda
Vendi Kunda (23 oktyabr 1997-ci ildə anadan olub) — Qadınlardan ibarət Zambiya milli futbol komandasında qapıçı kimi çıxış edən Zambiya futbolçusudur. O, Qadınlardan ibarət Zambiya milli futbol komandasında iştirak edir. Kunda 2014 Afrika Qadınlar Çempionatında iştirak edən komandanın heyətinə daxil edilmişdir. Hal-hazırda Zambiyanın Mooba Kuins FK klubunda çıxış edir.
Bağçacıq (Vedi)
Bağçacıq — İrəvan quberniyasının İrəvan qəzasında, indiki Vedi (Ararat) rayonunda kənd. == Tarixi == İrəvan quberniyasının İrəvan qəzasında, indiki Vedi (Ararat) rayonunda kənd olmuşdur. Rayon mərkəzindən 22–23 km şimal-şərqdə, Vedi çayının yanında yerləşirdi. 1590-cı il tarixli "İrəvan əyalətinin müfəssəl dəftəri"ndə, Qafqazın 5 verstlik xəritəsində qeyd edilmişdir. 1590-cı ildə və 1728-ci ilə aid mənbələrdə çəkilir. == Toponimi == Toponim bağça sözünə -cıq şəkilçisinin birləşməsindən əmələ gəlmişdir. Fitotoponimdir. Quruluşca düzəltmə toponimdir. == Əhalisi == 1828–1832-ci illərdə kəndin Azərbaycan türklərindən ibarət əhalisi qovulmuşdur. Bir neçə ildən sonra onun bir hissəsi geri qayıdaraq yenidən məskunlaşmışdır.
Böyük Vedi
Böyük Vedi (1946-cı ildən Vedi) — Ermənistanda şəhər, Vedi rayonunun mərkəzi. == Etimologiyası == Şəhərin adı ərəb dilindəki Vadi (ərəb. وادي‎) sözündən yaranıb. Toponim fərqləndirici əlamət bildirən böyük və ərəb dilində "iki dağ arasında olan uzun çuxur dərə", "bir çayın axdığı yer, çay yatağı", "çöl, səhra", "sahə", "məkan, yer" mənalarında işlənən vadi sözlərindən əmələ gəlmişdir. Relyeflə bağlı yaranan toponimdir. Quruluşca mürəkkəb toponimdir. Yaşayış məntəqəsinin adı erməni dilinə kalka edilərək Medz (böyük) Vedi formasında işlədilir. == Tarixi == Böyük Vedi — İrəvan quberniyasının İrəvan qəzasında, indi Vedi (Ararat) rayonunda yaşayış məntəqəsi şəhər tipli qəsəbə. Vedi rayonunun mərkəzi. Vedibasar çayının yanında yerləşir.
Kiçik Vedi
Kiçik Vedi — İrəvan quberniyasının İrəvan qəzasında, indiki Vedi (Ararat) rayonunda kənd. == Tarixi == Rayon mərkəzindən 15 km məsafədə yerləşir. "İrəvan əyalətinin icmal dəftəri"ndə, Qafqazın 5 verstlik xəritəsində qeyd edilmişdir. Toponim fərqləndirici əlamət bildirən "kiçik" sözü ilə ərəb dilində "çöl, səhra", "məkan, yer" mənasında işlənən "vadi" sözünün birləşməsindən əmələ gəlmişdir. Relyef əsasında yaranan mürəkkəb quruluşlu toponimdir. Kəndin adı erməni dilinə kalka edilərək Pokr Vedi (Pokr kiçik deməkdir) formasında rəsmiləşdirilmişdir. == Əhalisi == Kənddə 1831-ci ildə 166 nəfər, 1873-cü ildə 639 nəfər, 1886-cı ildə 599 nəfər, 1897-ci ildə 971 nəfər, 1904-cü ildə 960 nəfər, 1914-cü ildə 1056 nəfər, 1916-cı ildə 1034 nəfər azərbaycanlı yaşamışdır. 1918-ci ildə azərbaycanlılar ermənilər tərəfindən qovulmuş, 1918–1919-cu illərdə Türkiyənin Şadax, Bolu və Moks vilayətlərindən köçürülən ermənilər bu kənddə yerləşdirilmişdir. İndiki Ermənistanda sovet hakimiyyəti qurulandan sonra azərbaycanlılar öz doğma kəndlərinə qayıda bilmişlər. 1922-ci ildə burada 286 nəfər azərbaycanlı, 193 erməni, 1926-cı ildə 256 nəfər azərbaycanlı, 256 erməni, 15 kürd, 1931-ci ildə 373 nəfər azərbaycanlı, 295 nəfər erməni yaşamışdır.
Qaratorpaq (Vedi)
Qaratorpaq — İrəvan qubrniyasının İrəvan qəzasında, indiki Vedi (Ararat) rayonunda kənd. Başqa adı Xunut-Qaratorpaq. Будагов, Б. Ә.; Гејбуллајев, Г. Ә. Гараторпаг // Ермәнистанда Азәрбајҹан мәншәли топонимләрин изаһлы лүғәти. Бакы: Оғуз ели. 1998. с. 265.1949-cu ildə kəndin əhalisi Azərbaycana köçürülmüşdür və kənd ləğv edilmişdir.. Kəndin adı ərazisinin qaratorpaq olması ilə əlaqədardır. XIX əsrdə Tiflis quberniyasının Borçalı qəzasında Qaratorpaq dağı, Zəngəzur qəzasında Qaratorpaq dağı, Qazax qəzasında da Qaratorpaq çayı, Şəki qəzasında Qaratorpaq kənd adları ilə mə'naca eynidir.
Vedi-Sufla
Kiçik Vedi — İrəvan quberniyasının İrəvan qəzasında, indiki Vedi (Ararat) rayonunda kənd. Rayon mərkəzindən 15 km məsafədə yerləşir. "İrəvan əyalətinin icmal dəftəri"ndə, Qafqazın 5 verstlik xəritəsində qeyd edilmişdir. Toponim fərqləndirici əlamət bildirən "kiçik" sözü ilə ərəb dilində "çöl, səhra", "məkan, yer" mənasında işlənən "vadi" sözünün birləşməsindən əmələ gəlmişdir. Relyef əsasında yaranan mürəkkəb quruluşlu toponimdir. Kəndin adı erməni dilinə kalka edilərək Pokr Vedi (Pokr kiçik deməkdir) formasında rəsmiləşdirilmişdir. Kənddə 1831-ci ildə 166 nəfər, 1873-cü ildə 639 nəfər, 1886-cı ildə 599 nəfər, 1897-ci ildə 971 nəfər, 1904-cü ildə 960 nəfər, 1914-cü ildə 1056 nəfər, 1916-cı ildə 1034 nəfər azərbaycanlı yaşamışdır. 1918-ci ildə azərbaycanlılar ermənilər tərəfindən qovulmuş, 1918–1919-cu illərdə Türkiyənin Şadax, Bolu və Moks vilayətlərindən köçürülən ermənilər bu kənddə yerləşdirilmişdir. İndiki Ermənistanda sovet hakimiyyəti qurulandan sonra azərbaycanlılar öz doğma kəndlərinə qayıda bilmişlər. 1922-ci ildə burada 286 nəfər azərbaycanlı, 193 erməni, 1926-cı ildə 256 nəfər azərbaycanlı, 256 erməni, 15 kürd, 1931-ci ildə 373 nəfər azərbaycanlı, 295 nəfər erməni yaşamışdır.
Vedi-Uliya
Böyük Vedi (1946-cı ildən Vedi) — Ermənistanda şəhər, Vedi rayonunun mərkəzi. Şəhərin adı ərəb dilindəki Vadi (ərəb. وادي‎) sözündən yaranıb. Toponim fərqləndirici əlamət bildirən böyük və ərəb dilində "iki dağ arasında olan uzun çuxur dərə", "bir çayın axdığı yer, çay yatağı", "çöl, səhra", "sahə", "məkan, yer" mənalarında işlənən vadi sözlərindən əmələ gəlmişdir. Relyeflə bağlı yaranan toponimdir. Quruluşca mürəkkəb toponimdir. Yaşayış məntəqəsinin adı erməni dilinə kalka edilərək Medz (böyük) Vedi formasında işlədilir. Böyük Vedi — İrəvan quberniyasının İrəvan qəzasında, indi Vedi (Ararat) rayonunda yaşayış məntəqəsi şəhər tipli qəsəbə. Vedi rayonunun mərkəzi. Vedibasar çayının yanında yerləşir.
Vedi (dəqiqləşdirmə)
Böyük Vedi — indiki Vedi şəhəri. Kiçik Vedi — Vedibasar mahalında kənd. Vedi rayonu — Ermənistanda rayon.
Vedi gəvəni
Vedi gəvəni (lat. Astragalus polyanthus subsp. vedicus) — bitkilər aləminin paxlaçiçəklilər dəstəsinin paxlakimilər fəsiləsinin gəvən cinsinin astragalus polyanthus növünə aid bitki yarımnövü. Cənubi Zaqafqaziya endemidir. Qafqazda, Azərbaycanda təbii halda yayılmışdır. Hündürlüyü 10-35 sm, düz, yuxarı qalxan budaqlı, zəif şaxələnmiş, yarpağını tökən kolcuqdur. Yarpağı cüt, nazik, narıncı-qırmızı, ucu biz, ətli, uzunluğu 4-6 sm, tükcüklü, ellipsvaridir. Yarpaqaltlıqları neştərvari, kənarı kirpikli. 6-12 cüt ellipsvari yarpaqcıqlardan ibarətdir. Çiçəkləri yarpaqcıqların qoltuğunda 5-10-u bir yerdə yerləşib, diametri 2-3 sm, şarşəkilli çiçək qrupu əmələ gətirir.
Vedi nahiyəsi
Vedibasar mahalı — XIV əsr-XIX əsrlər. İnzibati ərazi. Adı Vedi çayının adındandır. "vedi"-ərəbcə vadi deməkdir. indiki Ermənistanda mövcud olan azərbaycanlıların yaşadığı mahal. Osmanlı dönəmində Vedi nahiyəsi davamı olan Vedibasar mahalı İrəvan xanlığının tərkibinə daxil olmuşdur. Sonra mahal ərazisində Şərur-Dərələyəz qəzası təşkil olunmuşdur. Elxanilər dövlətinin Çuxursəəd tüməninin Vedi nahiyəsi 1590-ci ilin icmal dəftərinə görə Osmanlı İmperiyasının İrəvan əyalətinə tabe olan Vedi nahiyəsində aşağıdakı kəndlər mövcud idi: Böyük Vedi Vedi Ulya kəndi Avşar kəndi Böyük Dəvəli kəndi, Kiçik Dəvəli kəndi, Əngiz kəndi, Ağcakilsə kəndi, Acısu ciftliyi, Əsti (?) kəndi, Kiçik Vedi kəndi, Qarabağ kəndi, Ciqin kəndi, Bağçacıq kəndi, Molla Seyfəddin kəndi, Xosrov kəndi, Görçü viranı məzrə`əsi, Qızılbulğun (?) məzrə`əsi, Çukəndər (?) kəndi, Yuxarı Qarabığ kəndi, Aşağı Qarabığ kəndi, Qızılviran kəndi, Zəncirli kəndi, İncədərə kəndi (Başqa adı Gəncəlidir), Kütüs kəndi, Bakir məzrə`əsi, Heks kəndi, Çaklı kəndi, Cərmaris kəndi, Axurabulaq və Dikmədaş məzrə`ələri, Küsüsüz kəndi, Çardaqlı kəndi, Punus kəndi, Qaraca Abdal kəndi, Gülkənd, Tinas kəndi, Şeyxçiq kəndi, Kənizək kəndi, Axirəs (?) kəndi, Xəmud kəndi, Kar-vansara məzrə`əsi, Mənkik kəndi, Sənasir (?) məzrə`əsi, Qədli kəndi, Tizəkü kəndi, Musa Dərviş kəndi, Salmansaray kəndi, Əliqara kəndi, Misir Dərviş kəndi, Şiranqoç kəndi, Qaraxaç kəndi, Herarus kəndi, Ərmük kəndi, Güldərviş kəndi, Qamışlıçuxur kəndi, Kürəvan kəndi, At ağılı və At qışlağı məzrə`ələri, Yaraqlıbucaq kəndi, Pirilər kəndi. 1728-ci ilin icmal dəftərinə görə Osmanlı İmperiyasının İrəvan əyalətinin İrəvan livasınə tabe olan Vedi nahiyəsində aşağıdakı kəndlər mövcud idi: Böyük Vedi kəndi, Kiçik Vedi kəndi, Dəvəli kəndi. Əngiz kəndi, (Böyük Qarabağ kəndinin yaxınlığında yerləşirdi) Reyhanlı kəndi, Şirazlı kəndi, Əfşaryerli kəndi, Zimmi Vedisi kəndi, Kəstənli kəndi, Qarança kəndi (kəndin başqa adı Şəbiklidir), Qarança məzrə`əsi, Böyük Meralar (?) kəndi, Qarança Şətli kəndi.
Vedi rayonu
Vedi rayonu, Ararat rayonu — Qərbi Azərbaycanda (indiki Ermənistan Respublikası) Vedibasar mahalı rayonu ərazisində rayon. Mərkəzi Böyük Vedi şəhəridir. 1930-cu il sentyabrın 9-da yaradılıb. 1968-ci il mayın 5-nə qədər Vedi rayonu, həmin tarixdən isə Ararat rayonu adlandırılıb. Ərazisi 1399 kv. km-dir. Rayon mərkəzi Böyük Vedidir. Rayon mərkəzindən İrəvan şəhərinə olan məsafə 49 km-dir. Vedi rayonu Qərbi Azərbaycan (indiki Ermənistan Respublikası) ilə Türkiyə arasında dağarası düzənlik olan Ağrı vadisində yerləşir. Bu düzənliyin uzunluğu 90 km, dəniz səviyyəsindən hündürlüyü 850–1000 metrdir.
Vədi Səbra
Vədi Səbra (ərəb. وديع صبرا‎; 23 fevral 1876, Eyn əl-Cədidə[d], Cəbəl Lübnan mühafəzəsi[d] – 11 aprel 1952, Beyrut) — Livan bəstəkarı. Livan himninin ("Küllüna li-l-Vətən") musiqisini yazmışdır.
Yaycı (Vedi)
Yaycı — İrəvan quberniyasının İrəvan qəzasında, indiki Vedi rayonunda kənd adı Kənddə 1897-ci ildə 180 nəfər, 1914-cü ildə 157 nəfər azərbaycanlı yaşamışdır. 1916-cı ildən etibarən kəndin azərbaycanlı əhalisi zorla ermənilər tərəfindən qovulmuşdur. 1930-cu illərə kimi kənd xaraba qalmış, heç kim yaşamamışdır. 1930-cu ildən başlayaraq kəndə kürdlər yerləşdirilmişdir. Toponim yaycı türk etnonimi əsasında düzəlmişdir. Etnotoponimdir. Quruluşca sadə toponimdir.
Yengicə (Vedi)
Yengicə — İrəvan quberniyasının İrəvan qəzasında, indi Vedi (Ararat) rayonunda kənd. Rayon mərkəzindən 67 km cənub qərbdə, Vediçayın qolu üzərində yerləşir. "İrəvan əyalətinin icmal dəftəri"ndə, Qafqazın 5 verstlik xəritəsində qeyd edilmişdir. Toponim təzə mənasında işlənən yengi sözü ilə -cə şəkilçisinin birləşməsindən əmələ gəlmişdir. "…yengi təxminən XIX əsrin ortalarma qədər əski formasını saxlamış, get-gedə n-nin tərkibində olan samitinin zəifləyib düşməsi ilə yeni şəklində sabitləşmişdir. Yengi sözünün özünə gəldikdə bu yalnız Azərbaycan dilində deyil, eyni zamanda bütün türk dilli xalqların yazısında müştərək bir orfoqrafıyaya malik olmuşdur. Relyef əsasında yaranan düzəltmə quruluşlu toponimdir. Ermənistan prezidentinin 19. IV.1991-ci il fərmanı ilə kəndin adı dəyişdirilib Sisavan qoyulmuşdur. Kənddə 1831-ci ildə 37 nəfər, 1873-cü ildə 189 nəfər, 1886-cı ildə 199 nəfər, 1897-ci ildə 313 nəfər, 1904-cü ildə 470 nəfər, 1914-cü ildə 517 nəfər azərbaycanlı yaşamışdır.
Vedi inform (qəzet)
Vedi tıs-tısı
Vedi tıs-tısı (lat. Acantholimon vedicum) — plumbaqokimilər fəsiləsinin tıs-tıs cinsinə aid bitki növü. Cənubi Qafqaz, Cənub-Qərbi Asiya, Türkiyənin şimal-şərqində geniş yayılmışdır. 25 sm diametrində, sıx yastığa bənzər kolcuqdur. Yarpaqları 2-3 sm uzunluqda, 1 mm enində olub, sərt, bizvari, çılpaq, aşağı tərəfdən kənarları boyunca seyrək və qısa kirpikcikli, çox hallarda bənövşəyi ucluqludur. Çiçək saplaqları sadə, kövrək və kələ-kötür olub, təxminən 15 sm uzunluqda və ya çox hallarda yarpaqlardan hündürdür. Sünbülcüklərin uzunluğu 10-11 mm olub, kifayət qədər uzunsünbül çiçək qrupunda toplanmışlar. Çiçəkaltlığı çılpaqdır. Xarici çiçəkaltlığı 7-9 mm uzunluqda olub, daxili çiçəkaltlığından uzun, nadir hallarda isə ona bərabər olur. Xarici çiçəkaltlığı adətən kasacığın uzunluğunun yarısına bərabər, uzunsov-neştərşəkilli, əsasından başlayaraq tədricən itiləşir, nadir hallarda isə ikiyə bölünmüş ucluqla qurtarır.
Vədi əs-Safi
Vədi əs-Safi (ərəb. وديع الصافي‎; 1 noyabr 1921 – 11 oktyabr 2013[…]) — Livan musiqiçisi.
Bir gecədə baş verdi
"Bir gecədə baş verdi" (ing. It Happened One Night) — 1934-cü ildə Frank Kepka tərəfindən çəkilmiş bu ABŞ filmi ekssentrik komediya elementlərindən istifadə olunan ilk filmdir. Filmdə varlı cəmiyyətdən olan ərköyün bir qızın (Klodett Kolber) atasına boyun əyməmək üçün evdən qaçması və bu səyahətdə fəndgir bir jurnalistə (Klark Qeybl) aşiq olması canlandırılır. Filmin süjeti Samuel Hopkins Adams tərəfindən 1933-cü ilin avqustunda qələmə alınan "Gecə avtobusu" (Night Bus) adlı qısa hekayəyə əsaslanır. AKFD-nın 1934-cü ildə 1930 istehsal kodu tətbiqinə başlamasından əvvəl çəkilmiş sonuncu romantik komediyalardan biridir. Belə ki, film artıq 1934-cü ilin əvvəlində (22 fevral) nümayiş etdirilmişdi. Bir gecədə baş verdi Oskarın Böyük 5 mükafatını (ən yaxşı film, aktyor, aktrisa, rejissor və ssenari) alan ilk film idi. Bundan sonra bu mükafatlara cəmi iki film; Ququ quşu yuvasının üzərindən uçarkən (1975) və Quzuların səssizliyi (1991) layiq görülmüşdü. 1993-cü ildə Bir gecədə baş verdi ABŞ Milli Film Arxivində Konqres Kitabxanası tərəfindən "mədəni, tarixi və estetik əhəmiyyətinə görə" müdafiə üçün seçildi. 2013-cü ildə film geniş bərpaya məruz qaldı.
Bir gecədə baş verdi (film, 1934)
"Bir gecədə baş verdi" (ing. It Happened One Night) — 1934-cü ildə Frank Kepka tərəfindən çəkilmiş bu ABŞ filmi ekssentrik komediya elementlərindən istifadə olunan ilk filmdir. Filmdə varlı cəmiyyətdən olan ərköyün bir qızın (Klodett Kolber) atasına boyun əyməmək üçün evdən qaçması və bu səyahətdə fəndgir bir jurnalistə (Klark Qeybl) aşiq olması canlandırılır. Filmin süjeti Samuel Hopkins Adams tərəfindən 1933-cü ilin avqustunda qələmə alınan "Gecə avtobusu" (Night Bus) adlı qısa hekayəyə əsaslanır. AKFD-nın 1934-cü ildə 1930 istehsal kodu tətbiqinə başlamasından əvvəl çəkilmiş sonuncu romantik komediyalardan biridir. Belə ki, film artıq 1934-cü ilin əvvəlində (22 fevral) nümayiş etdirilmişdi. Bir gecədə baş verdi Oskarın Böyük 5 mükafatını (ən yaxşı film, aktyor, aktrisa, rejissor və ssenari) alan ilk film idi. Bundan sonra bu mükafatlara cəmi iki film; Ququ quşu yuvasının üzərindən uçarkən (1975) və Quzuların səssizliyi (1991) layiq görülmüşdü. 1993-cü ildə Bir gecədə baş verdi ABŞ Milli Film Arxivində Konqres Kitabxanası tərəfindən "mədəni, tarixi və estetik əhəmiyyətinə görə" müdafiə üçün seçildi. 2013-cü ildə film geniş bərpaya məruz qaldı.
Dəndi
Dəndi- İranın Zəncan ostanının Mahnişan şəhristanının Ənquran bəxşində şəhər və bu bəxşin mərkəzidir. Əhalisinin əksəriyyəti azərbaycanlılardan ibarətdir və azərbaycan dilində danışırlar.
Mehdi
Mehdi, Məhdi; əsl adı Məhəmməd — İslam dinində sonuncu xəlifə və Qiyamətdən öncə gələcək xilaskar. Cəfərilikdə on dördüncü məsum, on ikinci imam və xəlifə, qeybə çəkilib və qiyamətdən öncə zühur edib bəşəriyyəti xilas edəcəyi iddia olunan şəxs. == Sünnilikdə == == Şiəlikdə == === Keysanilikdə === === İsmaililikdə === ==== Qərmətilikdə ==== ==== Dəruzilikdə ==== ==== On iki imam şiəliyində ==== == Əhmədiyyədə == == Babilikdə == == Bəhailikdə == == Mehdini inkar edən İbn Xəldun == Sünni alimlərinin demək olar ki, hamısının Məhdi (əleyhissəlam) barədə deyilmiş rəvayətləri qəbul etdiyi məlum oldu. Lakin onlardan bir neçəsi, o cümlədən də İbn Xəldun bu hədisləri inkar etmiş, ya da onlara şübhə ilə yanaşmışdır. İbn Xəldun deyir: "Əsrlər boyu bütün müsəlmanlar arasında belə bir inam olmuşdur ki, dünyanın son vaxtlarında Peyğəmbər (səlləllahu əleyhi və alih) ailəsindən bir nəfər mütləq, zühur edib dini möhkəmlədəcək, haqq-ədaləti bərpa edəcək və müsəlmanların hamısı ona tabe olacaq. O, bütün müsəlman ölkələrinə hakim olacaqdır. Həmin şəxsin adı Məhdidir. Qiyamətin qəti müqəddimələrindən olan Dəccalın gəlməsi və sair hadisələr onun zühurundan sonra olacaq. İsa Peyğəmbər göydən enib Dəccalı öldürəcək, ya da onu öldürməkdə Məhdiyə kömək edəcək. İsa (əleyhissəlam) Məhdinin arxasında namaz qılacaq… Məşhur hədisçilərdən bir dəstəsi, o cümlədən, Tirmizi, Əbu Davud, Bəzzar, İbn Macə, Hakim, Təbrani, Əbu Yəla Məhdi (əleyhissəlam) haqqında olan hədisləri öz kitablarında bir qrup səhabənin, o cümlədən, Əli (əleyhissəlam), İbn Abbas, Abdullah ibn Ömər, Təlhə, Abdullah ibn Məsud, Əbu Hüreyrə, Ənəs, Əbu Səid Xudəri, Əli Hilali və Abdullah ibn Harisin dilindən rəvayət etmişlər.
Nəqdi
Nəqdi-i Ülya (Meşkinşəhr) — İranın Ərdəbil ostanının Meşkinşəhr şəhristanı ərazisinə daxil olan kənd. Nəqdi-i Süfla (Meşkinşəhr) — İranın Ərdəbil ostanının Meşkinşəhr şəhristanı ərazisinə daxil olan kənd.
Pendi
Pendi — Azərbaycan Respublikasının Lerik rayonunun inzibati ərazi vahidində kənd. Əhalisi 366 nəfərdir. Oykonim talış dilindəki pen (yuxarı) və di (kənd) sözlərindən düzəlib, “yuxan kənd”, “yüksəklikdə olan kənd” mənasındadır.
Pərdi
Pərdi — Azərbaycan Respublikasının Cəlilabad rayonunun inzibati ərazi vahidində kənd. Pərdi kəndi Yardımlı rayonunun Gilar kəndindən köçmüş qədim Gilar bəglərinin yaylağıdır. Gilar kəndinin bəgləri ən qədim pirlər nəslidir və Pərdi də pir-dailəri, yəni pir-tanrıları deməkdir. Ən qədim mənbələrdə Pərdi kəndi Parda kimi qeyd olunur. 19 əsr sənədlərində Yardımlı ərazisindəki Gilar kəndi Pərdi-Gilar adlanır və köçərilər kimi qeyd olunur. Bu köçərilik isə birbaşa mənada yox, sufi mənadadır. Ən qədim mənbələrdə "Dağ və səhralarda dolaşan qüdrəti midiyalılar" dedikdə məhz Gilar bəgləri nəzərdə tutulurdu. Cəlilabad rayonunun 10-a yaxın kəndi (Edişə, Şabanlı, Qasımbəyli və s.) məhz Gilar bəglərin törəmələrinin yaşadığı kəndlərdir. Pərdili oyk. Cəlilabad r-nunun Xanəgah i.ə.v.-də kənd.
Seydi
Seydi — Türkmənistan Respublikasının Lebap vilayətində etrap hüquqlu şəhər.