Kiçik Vedi — İrəvan quberniyasının İrəvan qəzasında, indiki Vedi (Ararat) rayonunda kənd.[2]
Kənd | |
Kiçik Vedi | |
---|---|
39°53′42″ şm. e. 44°36′45″ ş. u. | |
Ölkə | Ermənistan |
Region | Vedibasar mahalı |
Rayon | Vedi rayonu |
Tarixi və coğrafiyası | |
Əsası qoyulub | 1831 |
Sahəsi |
|
Mərkəzin hündürlüyü | 820 m |
Saat qurşağı | UTC+4 |
Əhalisi | |
Əhalisi |
|
Rəsmi dili | |
Vikianbarda əlaqəli mediafayllar |
Rayon mərkəzindən 15 km məsafədə yerləşir. "İrəvan əyalətinin icmal dəftəri"ndə[3], Qafqazın 5 verstlik xəritəsində[4] qeyd edilmişdir.
Toponim fərqləndirici əlamət bildirən "kiçik" sözü ilə ərəb dilində "çöl, səhra", "məkan, yer" mənasında işlənən "vadi" sözünün[5] birləşməsindən əmələ gəlmişdir. Relyef əsasında yaranan mürəkkəb quruluşlu toponimdir.
Kəndin adı erməni dilinə kalka edilərək Pokr Vedi (Pokr kiçik deməkdir) formasında rəsmiləşdirilmişdir.
Kənddə 1831-ci ildə 166 nəfər, 1873-cü ildə 639 nəfər, 1886-cı ildə 599 nəfər, 1897-ci ildə 971 nəfər, 1904-cü ildə 960 nəfər, 1914-cü ildə 1056 nəfər, 1916-cı ildə 1034 nəfər azərbaycanlı yaşamışdır[6].
1918-ci ildə azərbaycanlılar ermənilər tərəfindən qovulmuş, 1918–1919-cu illərdə Türkiyənin Şadax, Bolu və Moks vilayətlərindən köçürülən ermənilər bu kənddə yerləşdirilmişdir. İndiki Ermənistanda sovet hakimiyyəti qurulandan sonra azərbaycanlılar öz doğma kəndlərinə qayıda bilmişlər. 1922-ci ildə burada 286 nəfər azərbaycanlı, 193 erməni, 1926-cı ildə 256 nəfər azərbaycanlı, 256 erməni, 15 kürd, 1931-ci ildə 373 nəfər azərbaycanlı, 295 nəfər erməni yaşamışdır[6].
Azərbaycanlılar mərhələ-mərhələ, 1948–1953-cü illərdə, 1988-ci ilin noyabr ayında tarixi-etnik vətənlərindən qovulmuşdur. İndi burada yalnız ermənilər yaşayır.