Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Ekoturizm
Ekoturizm və ya ekoloji turizm — təbiət turizminin bir forması kimi ətraf mühitə qayğı ilə bağlı turizm növüdür. Azərbaycan Respublikası "Turizm haqqınd" qanuna əsasən, ekoloji turizm (ekoturizm) — təbiətə minium təsir, ekoloji sistemin bütövlüyünün qorunması prinsipləri əsasında səyahət edilən ölkənin (yerin) təbiəti, təbii ekoloji sistemi, bioloji və mədəni müxtəlifliyi ilə tanışlığı özündə ehtiva edən turizm formasıdır. Ekoloji turizmin inkişaf tendensiyası Birləşmiş Millətlər Təşkilatının ixtisaslaşmış qolu olan Ümumdünya Turizm Təşkilatı (BMÜTT) tərəfindən müəyyən olunmuşdur. Ekoturizmin bir neçə qaydası var. Ekoturizm — məqsədyönlü şəkildə təbii ərazilərə ətraf mühitin və yerli təbiətin vəziyyəti ilə daha da dərindən maraqlanmaq, bütün bunların daha da dərindən öyrənilməsi və dərk edilməsi məqsədilə edilən səyahətdir. Belə səyahətlər zamanə ekosistemin bütövlüyü qorunmalıdır. Bununla yanaşı ekosistemin qorunması yerli əhaliyə sərf edəcək şəkildə həyata keçirilməlidir. Ekoturizm həm təbiətin qorunmasına, həm də çiçəklənməsinə gətirib çıxara bilər. Ekoturizm turizm fəaliyyətinin yerli əhali ilə qarşılıqlı əlaqəsidir. Ekoturim turizmin elə növüdür ki, orada: Turizmin digər növləri ilə müqayisədə insanlar tərəfindən daha az korlanmış təbii ərazilərdə həyata keçirilir.
Misirdə ekoturizm
Ekoturizmə bir çox ölkələr təbiəti mühafizə proqramlarının maliyyələşdirilməsi, kənd əhalisinin həyat səviyyəsinin yüksəldilməsi, əhalinin vəhşi təbiəti qoruyub saxlamaq istəyinin artırılması vasitəsi kimi baxır. Afrikada Dəniz turizminin əsas mərkəzləri Qırmızı dəniz sahilində, Misir, İordaniya və İsrail ərazisində yerləşir. Burada mərcanların 100-ə yaxın, balıqların isə 1000-ə yaxın növləri vardır. Afrika ölkələrindən turizm yalnız şimalda, Misirdə inkişaf etdirilir. Misirdə Şarm-əl- Şeyx və yaxınlıqda yerləşən Naama buxtası Qırmızı dənizin sualtı aləminin əsas öyrənilmə mərkəzləridir. Şarm-əl- Şeyxdən cənubdasahəsi 110 km2 olan və kiçik buxtalar, qumlu dyunlar və dənizsahili ərazilər labirinti olan Ras-Məhəmməd Milli Parkı yerləşir. Şarm əl şeyx Qırmızı dənizə uzanan Sina yarımadasının tam cənub hissəsində yerləşir. Qırmızı dənizin sahilində yerləşən Misirin dünyaca məşhur tətil ərazisi, qızıl rəngində qumlu çimərlikləri , Kristal təmizliyində dəniz sualrı , zəngin sualtı yaşamı və mərcan rifləriylə təbiətin göz önünə sərdiyi gözoxşayan bir təbiət ."City of Peace" yəni sülh şəhəri kimi də tanınan Şarm-əl- Şeyxdə həyat turizm üzərində qurulub . Günəşin 12 ay ərzində öz şüalarını əskik etmədiyi Şarm-əl-Şeyx , dəniz , günəş və qum üçlüyünü sevən turistlər üçün tam bir cənnətdir . Lacivərt rəngli qırmızı dənizin bütün gözəlliklərini özündə əks etdirən bənövşəyi dağlar arasında qurulmuş bu tətil bölgəsində qış ayalrında belə çimərlikdən istifadə etmək mümkündür.