Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Lesoto
Lesoto (soto. Lesotho; ing. Lesotho) və ya rəsmi adı ilə Lesoto Krallığı (soto. 'Muso oa Lesotho; ing. Kingdom of Lesotho) — Afrikanın cənubunda anklav dövlət. Lesoto dörd tərəfdən Cənubi Afrika Respublikası ilə əhatə olunmuşdur. Paytaxtı və ən böyük şəhəri Maseru şəhəri, ümumi sahəsi 30,355 kvadrat kilometrdir. Lesoto həm də Vatikan və San-Marino ilə yanaşı, ərazisi tamamilə başqa bir ölkənin ərazisi ilə əhatə olunmuş üç müstəqil dövlətdən biridir. == Etimologiya == Soto (suta) milləti etnonimindən yaranıb, soto dilidə danışan insanların ölkəsi mənasını verir. Müstəqilliyin qazanıldığı 1966-ci ilə qədər istifadə edilən Basutoland isə Basotoluların yaşadığı ölkə mənasını verirdi == Tarixi == 1868-1966-cı illərdə Böyük Britaniyanın protektoratı olmuşdur.
Sesoto
Soto dili, Sesoto, Cənubi Soto və ya Cənubi Sesoto — Bantu dillərindəndir, Cənubi Afrika Respublikasının rəsmi dillərindən biri və Lesotonun milli dilidir.
Venom
Venom (ing. Venom) — Marvel Comics nəşriyyatı tərəfindən yayımlanan, əsasən Hörümçək-adamla əlaqəli komiks kitablarında görünən uydurma personaj. Personaj maye formalı amorf yad planetli Simbiot olmaqla, yaşaması üçün daşıyıcı - əsasən insanla əlqəyə girməsi vacibdir. Daşıyıcı ilə əlaqəyəgirdikdən sonra, Simbiot inkişaf etmiş güc və bacarıqlarını onun istifadəsinə verir. Venom Simbiotu insanla əlaqəyə girdikdən sonra yaranan yeni ikili varlıq özünü adətən “Venom” adlandırır. Personaj ilk dəfə canlı yad planetli kostyum kimi “The Amazing Spider-Man #252” (may, 1984) komiksində təqdim edilmiş, onun tam görünməsi isə “The Amazing Spider-Man #300” (may, 1988) baş tutmuşdur. Venom Simbiotunun ilk daşıyıcısı Piter Parker olmuş, lakin, Simbiotun pis xasiyyətini başa düşdükdən sonra Parker onu özündən ayıra bilmişdir. Simbiotun sonrakı daşıyıcıları arasında ən məşhuru Eddi Brok olmuş, məhz onun Venom olduğu dövrdə personaj Hörümçək-adamın əsas düşməninə çevrilmişdir. Q.A.L.X.A.N.-ın məlumatlarında Venom, Maqneto, Doktor Dum və Qırmızı kəllə ilə birlikdə insanlıq üçün əsas təhlükə hesab edilir. Komiks müxbiri və tarixçisi Mayk Konroy personaj haqqında yazır: “Hörümçək-adam üçün dəyişik kostyum kimi başlayan bir şey, Marvelin ən böyük qarabasmalarından birinə çevrilmişdir.” IGN tərəfindən təşkil edilmiş “Bütün zamanların ən böyük 100 komiks canisi” siyahısında Venom iyirmi ikinci yerdə qərarlaşmışdır.
Laura Tesoro
Laura Tesoro (d. 19 avqust 1996, Antverpen, Belçika) — Belçika müğənnisi və aktrisası. O, Belçikanı 2016 Avroviziya Mahnı Müsabiqəsində təmsil etmişdir. Laura eyni zamanda Belçikanın The Voice səs yarışmasında iştirak etmiş və ikinci yeri tutmuşdur. == Həyatı və musiqi karyerası == === 1996-2014: Erkən illəri və karyeranın başlanğıcı === Laura Tesoro 19 avqust 1996-cı ildə Belçikanın Antverpen şəhərində anadan olmuşdur. Onun atası italyan, anası isə belçikalıdır. 2008-ci ildə Laura Belçikanın Witse teleserialında Evi Kuypers rolunu ifa etmişdir. Bu onun ilk aktrisalıq təcrübəsi olmuşdur. Daha sonra o, bir neçə müzikllarda da rol almışdır. 2009-cu ildə isə Laura Ketnetpop festivalında çıxış etmişdir.
Mil Visoko
44°32,30′ şm. e. 18°12,40′ ş. u. == Tarix == Mil Bosniya zadəganları üçün böyük əhəmiyyət daşıyırdı və orta əsrlər Bosniyadakı zadəganların məclisinə istinad edilən ən məşhur ad olan Stanak üçün nəzərdə tutulan yerlərdən biri idi. 1367–1407-ci illərdə bəzi tarixi mənbələr Mil şəhərində yerləşən Franciscan monastırı üçün pul vermiş Ragusan tacirlərindən bəhs edir. 1380–1390-cı illərdəki mənbələrə görə isə Müqəddəs Nikolas Manastırı olaraq təyin edilmişdir. Mil ilk dəfə 1244-cü ildə Müqəddəs Kuzma və Damjan kilsələri kimi (yazılı mənbələrdə: Mil, Sv. Nikola, Visoko, Mileševo) xatırlanır. Elə həmin il, Stefen II Kotromanik ilk Saint Nikolas Fransiskan monastırını inşa etdi.
Mulatu Teşome
Mulatu Teşome (29 yanvar 1957) — Efiopiya Federativ Demokratik Respublikasının prezidenti (7 oktyabr 2013-cü ildən). == Təhsili == Pekin Universitetinin məzunudur. == Dilomatik fəaliyyəti == 2011-ci ildən Efiopiya Federativ Demokratik Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri olmuşdur.
Vəsimə İsmayılqızı
Vəsimə İsmayıl qızı Qarayeva (Tap Qaraqoyunlu) — yazıçı, publisist, Azərbaycan Jurnalistlər Birliyinin üzvü (1999). == Həyatı == Vəsimə İsmayılqızı Goranboy rayonunun Tap Qaraqoyunlu kəndində anadan olmuşdur. Orta təhsilini Tap Qaraqoyunlu kənd orta məktəbində almış, sovxozda işləmişdir. GDU-nu fərqlənmə diplomu ilə bitirmiş (1991), təhsil aldığı universitetdə saxlanmış, psixologiya kafedrasında işləmişdir (1992-1994). Sonralar "Patronat" şirkətində redaktor, "QAPP-Poliqraf" QTSC-də redaktor (1994-1995), "İsmayıl" Nəşriyyat-Poliqrafiya Mərkəzində direktor (1995-1999), "İsmayıl" Nəşriyyat-Poliqrafiya Müəssisəsində direktor vəzifəsində çalışmışdır. Azərbaycan Jurnalistlər Birliyinin üzvüdür (1999). Bədii yaradıcılıqla məşğuldur. Dövri mətbuatda şeirlər, kiçik hekayələr, bədii, elmi və publisistik yazılarla çıxış etmişdir. İlk irihəcmli əsəri Goranboy bölgəsinin tarixindən, fiziki, iqtisadi və sosial coğrafiyasından, yaşayış məskənlərindən, toponimlərindən, abidələrindən, etnoqrafiyasından, əlamətdar hadisələrindən, görkəmli şəxsiyyətlərindən bəhs edən "Goranboy" ensiklopedik toplusu 2000-ci ildə nəşr olunmuşdur. Ulu öndər Heydər Əliyevin Goranboya səfərlərindən bəhs edən "Goranboyda izim qaldı" (2001), "Azərbaycan olduğu kimi" (2002), "Goranboyda izim qaldı" (2003, təkmilləşdirilmiş nəşr), "Beyləqan" ensiklopedik toplu (2010) kitabları nəşr edilmişdir.
SV Vespo
"SV Vespo" — Boneyrin Rinkon şəhərini təmsil edən futbol klubudur. Klub hal-hazırda Boneyrin əsas liqası olan Boneyr Liqasında mübarizə aparır. == Tarixi == Klub 9 aprel 1959-cu ildə təsis edilmişdir.
Tsomo çayı
Tsomo çayı Eliyot şəhərinin şimalından qərbinə təxminən 10 km məsafədə uzanır və Böyük Key çayının sağ sahilinə çatmaq üçün cənuba doğru axır.Tsomo çayının keçdiyi ərazilərdə yerləşən kəndlər Tsomo,Kala və Nkoradır. == Su anbaraları == Nkora su anbarı.
Venom (film)
Venom (ing. Venom) — Marvel Comics tərəfindən nəşr edilmiş Venom komiksinə əsaslanan və 2018-ci ilin oktyabr ayında çıxarılması gözlənilən ABŞ epik superqəhrəman filmidir. Columbia Picturesin prodüserliyi ilə çəkilmiş film, Sony Picturesin distribütorluğu ilə çıxarılacaq. Bu, Marvel Kinematoqrafiya Kainatından fərqlənən Sony Marvel Kainatının ilk filmidir. Skott Rozenberq, Ceff Pinkner və Kelli Marsel tərəfindən yazılmış ssenari əsasında Ruben Fleyşerin rejissorluğu ilə çəkilmiş filmdə əsas rolları Tom Hardi və Mişel Vilyams canlandırmışlar. == Süjet xətti == Eddi Brok – kifayət qədər tanınan araşdırmaçı-jurnalistdir. Daima sensassiyalı layihələrin dalınca düşür, nəticələrdən qorxub-çəkinmədən işini həmişə sona çatdırır. Ancaq alim və biznesmen Karlton Dreydən aldığı son müsahibə onun sevimli işini itirməsi bahasına başa gəlir. Tezliklə o Dreykin həmkarı ilə söhbətləşir. Həmin şəxs ona and-aman edir ki, alim insanlar üzərində misli görülməmiş eksperimentlər keçirir, insanların bədəninə yadplanetli parazitləri yeridir.
Şərafəddin məscidi (Visoko)
Şərafəddin məscidi (bosn. Šerefudinova Bijela džamija) və ya Ağ məscid ― Bosniya və Herseqovinanın Visoko şəhərində yerləşən məscid. Tikilinin şəhər və ərazi üçün böyük memari əhəmiyyəti var. Məscidin memarı Zlatko Uqlyen, ustası İsmət İmamoviç, podratçısı isə Visokolu Zvezda olmuşdur. Orijinal məscid 1477-ci ildə tikilsə də, daha sonralar tamamilə yenidən qurulmuş və bu iş 1980-ci ildə bitirilmişdir. Məscidin layiq görüldüyü ən diqqətəlayiq mükafat 1983-cü ildə verilmiş Ağa Xan Memarlıq mükafatı olmuşdur. Münsiflər heyəti məscidi dayanıqlılığı, yaradıcılığı və parlaqlığı ilə yanaşı özünəməxsusluğu və yeniliyi üçün də yüksək qiymətləndirmişdi. Məscid 2007-ci ildə Macarıstan memarları tərəfindən Avropanın ən yaxşı dizayn edilmiş üç ibadətgahından biri olduğu üçün mükafat almışdır. == Memarlıq == Məscidin mərkəzi sahəsi həm namaz qılmaq, həm də mühazirələr və müzakirələr kimi digər dini fəaliyyətlər üçün nəzərdə tutulmuşdur. Ərazidə namaz qılmaq üçün qapalı sahənin olduğu əlavə bina da mövcuddur.
Venom (film, 2018)
Venom (ing. Venom) — Marvel Comics tərəfindən nəşr edilmiş Venom komiksinə əsaslanan və 2018-ci ilin oktyabr ayında çıxarılması gözlənilən ABŞ epik superqəhrəman filmidir. Columbia Picturesin prodüserliyi ilə çəkilmiş film, Sony Picturesin distribütorluğu ilə çıxarılacaq. Bu, Marvel Kinematoqrafiya Kainatından fərqlənən Sony Marvel Kainatının ilk filmidir. Skott Rozenberq, Ceff Pinkner və Kelli Marsel tərəfindən yazılmış ssenari əsasında Ruben Fleyşerin rejissorluğu ilə çəkilmiş filmdə əsas rolları Tom Hardi və Mişel Vilyams canlandırmışlar. == Süjet xətti == Eddi Brok – kifayət qədər tanınan araşdırmaçı-jurnalistdir. Daima sensassiyalı layihələrin dalınca düşür, nəticələrdən qorxub-çəkinmədən işini həmişə sona çatdırır. Ancaq alim və biznesmen Karlton Dreydən aldığı son müsahibə onun sevimli işini itirməsi bahasına başa gəlir. Tezliklə o Dreykin həmkarı ilə söhbətləşir. Həmin şəxs ona and-aman edir ki, alim insanlar üzərində misli görülməmiş eksperimentlər keçirir, insanların bədəninə yadplanetli parazitləri yeridir.