Vəsimə İsmayılqızı

Vəsimə İsmayılqızı (tam adı: Vəsimə İsmayıl qızı Qarayeva; 24 dekabr 1966, Tap Qaraqoyunlu, Qasım İsmayılov rayonu) — yazıçı, publisist, 1999-cu ildən Azərbaycan Jurnalistlər Birliyinin üzvü.[1]

Vəsimə İsmayılqızı
Qarayeva Vəsimə İsmayıl qızı
Təxəllüsü İsmayılqızı
Doğum tarixi 24 dekabr 1966(1966-12-24) (57 yaş)
Doğum yeri
Vətəndaşlığı SSRİ SSRİ
Azərbaycan Azərbaycan
Milliyyəti azərbaycanlı
Atası İsmayıl Qarayev
Fəaliyyəti yazıçı, jurnalist, publisist
Əsərlərinin dili azərbaycan dili
İlk əsəri Goranboy (ensiklopedik toplu)
Tanınmış əsərləri

Beyləqan (ensiklopedik toplu);

Heydər Əliyevin Vətən səfərləri (ensiklopedik toplu);

Zəfər səfərləri;

Zəfər kitabı.
Üzvlüyü

Vəsimə İsmayılqızı 1966-cı il dekabrın 24-də Qasım İsmayılov rayonunun Tap Qaraqoyunlu kəndində ziyalı ailəsində anadan olmuşdur. Orta təhsilini Tap Qaraqoyunlu kənd orta məktəbində almışdır. 1983–1987-ci illərdə Tap Qaraqoyunlu kəndində sovxozda fəhlə işləmişdir.[1] 1987-ci ildə H. Zərdabi adına Gəncə Dövlət Pedoqoji İnstitutuna daxil olmuş və 1991-ci ildə fərqlənmə ("Qırmızı" diplom) ilə bitirərək təhsil aldığı institutda saxlanılməşdır. 1992–1994-cü illərdə H. Zərdabi adına Gəncə Dövlət Pedoqoji İnstitutunun Psixologiya kafedrasında laborant, baş laborant və assistent vəzifələrində çalışmışdır.[1] 1994–1995-ci illərdə "Patronat" şirkətində və "QAPP-Poliqraf" QTSC-də redaktor işləmişdir. 1996-cı ildə "İsmayıl" Nəşriyyat-Poliqrafiya Müəssisəsində direktor vəzifəsinə təyin edilmişdir.[1] 1999-cu ildə Azərbaycan Jurnalistlər Birliyinə üzv qəbul edilmişdir.[1]

9 fefral 2020-ci ildə keçirilmiş Azərbaycanda parlament seçkilərində 80 saylı İmişli-Beyləqan seçki dairəsindən deputatlığa namizəd olmuş və seçicilərlə görüşmüşdur.[2][3][4]

Ailəlidir, bir övladı var.

Yaradıcılığı

[redaktə | mənbəni redaktə et]

Vəsimə İsmayılqızı yazıçı İsmayıl Qarayevin ailəsində — ədəbi mühit içində, kitabların əhatəsində olduğu üçün kiçik yaşlarından bədii yaradıcılığa həvəs göstərmişdir. Gənclik illərindən dövri mətbuatda şeirlər, kiçik hekayələr, bədii, elmi və publisistik yazıları ilə çıxış etmişdir.[1]

2000-ci ildə "Goranboy" ensiklopedik toplu adlı ilk irihəcmli əsərini nəşr etdirmişdir.[1] Goranboy bölgəsinin tarixindən, fiziki, iqtisadi və sosial coğrafiyasından, yaşayış məskənlərindən, toponimlərindən, abidələrindən, etnoqrafiyasından, əlamətdar hadisələrindən, görkəmli şəxsiyyətlərindən bəhs edən bu əsər Vəsimə İsmayılqızının gələcək yaradıcılıq yolunu müəyyənləşdirmişdir. Ensiklopedik toplular onun sonrakı yaradıcılığının əsas istiqamətini təşkil etmişdir.

Filologiya elmləri doktoru Ziyəddin Məhərrəmov "Goranboy" ensiklopedik toplunu bitkin bir elmi-tədqiqat əsəri adlandlrmışdır.[5]

Ulu öndər Heydər Əliyevin Goranboya səfərlərindən bəhs edən "Goranboyda izim qaldı" (2001), "Azərbaycan olduğu kimi" (2002), "Goranboyda izim qaldı" (2003, təkmilləşdirilmiş nəşr), "Beyləqan" ensiklopedik toplu (2010)[6][7][8] kitabları nəşr edilmişdir.[1]

Uzun illərdir üzərində işlədiyi 3 seriyadan ibarət silsilə kitablarının ilk 10 cildi 2023-cü ildə çapdan çıxmışdır.[9]

Silsilə kitabların birincisi "HEYDƏR ƏLİYEVİN VƏTƏN SƏFƏRLƏRİ" seriyasından olan çoxcildlikdir. Nəşr Ulu Öndərin 100 illik yubileyi münasibətilə hazırlanmışdır. Seriya 2 kitabdan ibarət ensiklopedik topludan və Heydər Əliyevin rayonların hər birinə ayrı-ayrılıqda səfərlərini əks etdirən çoxcildlikdən ibarətdir.[9]

Silsilə kitabların ikincisi "DAXİLİ SƏFƏRLƏR" seriyasından olan çoxcildlikdir. Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin prezidentliyinin 20 illiyi münasibətilə hazırlanmış bu çoxcildlik onun ölkəyə rəhbərlik fəaliyyətinin 20 ilini əhatə edir. Nəşr on cilddən və "Zəfər səfərləri" adlı bir neçə kitabı əhatə edən xüsusi cilddən ibarətdir.[9]

Silsilə kitabların üçüncüsü "ZƏFƏR KİTABI" seriyasından olan çoxcildlikdir. Kitablar Vətən müharibəsində qazanılmış ZƏFƏRə həsr olunmuşdur.[9]

2024-cü il iyulun 12-də Azərbaycanda Atatürk Mərkəzidə Vəsimə İsmayılqızının silsilə kitablarının ilk 10 çoxcildliyinin təqdimat mərasimi keçirilmişdir. Tədbiri açan Azərbaycanda Atatürk Mərkəzinin direktoru, akademik Nizami Cəfərov qeyd edib ki, çoxcildlik kitabları Ulu Öndərin 100 illik yubileyi münasibətilə hazırlanıb və 3 seriyadan ibarət nəşrdə müəllif fərqli baxış ortaya qoyub. Yazıçı-publisist Vəsimə İsmayılqızı hər seriyada cəm olmuş ensiklopedik toplular haqqında ətraflı məlumat vermişdir.[10]

  1. Goranboy (ensiklopedik toplu). Bakı: 2000, 496 səh.
  2. Goranboyda izim qaldı. Bakı: 2001, 160 səh.
  3. Goranboyda izim qaldı. Bakı: 2003, 192 səh.
  4. Bu, İrşad Əliyevdir. Bakı: 2006, 719 səh.
  5. Beyləqan (ensiklopedik toplu). Bakı: 2010, 688 səh.
  6. Heydər Əliyevin Vətən səfərləri (ensiklopedik toplu). I kitab. Bakı: 2023, 808 səh.
  7. Goranboyda izim qaldı. Bakı: 2023, 312 səh.
  8. Beyləqanda izim qaldı. Bakı: 2023, 288 səh.
  9. Şuşada izim qaldı. Bakı: 2023, 288 səh.
  10. Zəfər səfərləri. I kitab. Bakı: 2023, 808 səh.
  11. Zəfər kitabı. Goranboy. Bakı: 2023, 592 səh.
  12. Zəfər kitabı. Beyləqan. Bakı: 2023, 616 səh.
  13. Zəfər kitabı. Şuşa. Bakı: 2023, 456 səh.

Tərtib etdiyi kitablar

[redaktə | mənbəni redaktə et]
  1. Azərbaycan olduğu kimi. Bakı: 2002, 72 səh.
  2. Beyləqan 70 il (1939–2009). Bakı: 2010, 30 səh.
  3. Daxili səfərlər. I cild. Bakı: 2023, 560 səh.
  4. Daxili səfərlər. II cild. Bakı: 2023, 688 səh.
  1. 1 2 3 4 5 6 7 8 "Teymur Əhmədov. XX əsr Azərbaycan yazıçıları. Ensiklopedik məlumat kitabı. Bakı: 2004, səh. 915". 2024-07-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-07-07.
  2. "Arxivlənmiş surət". 2022-01-29 tarixində arxivləşdirilib (#archive_missing_url). (#cite_web_url); (#accessdate_missing_url)
  3. "Deputatlığa namizəd Vəsimə Qarayevanın seçicilərlə görüşləri – Fotolar". 2022-01-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-07-11.
  4. "Vəsimə Qarayevanın seçiciləri ilə görüşləri başa çatıb – Fotolar". 2022-01-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-07-11.
  5. "Ziyəddin Məhərrəmov. Sözün yaddaşı əbədidir. Bakı, 2003, 220 səh. - səh. 227-231" (PDF). İstifadə tarixi: 2024-07-10.
  6. "B.Əzizli. "Beyləqan"la Beyləqana səyahət. Azərbaycan.- 2011.- 1 iyun.- S. 7". 2024-07-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-07-12.
  7. "İ.Səklikov. "Beyləqan"la Beyləqana səyahət. 525-ci qəzet, 17.05.2011". 2024-06-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-07-12.
  8. "İ.Səklikov. "Beyləqan"la Beyləqana səyahət. Ədalət. - 2020. – 5 fefral. – s.3" (PDF). 2024-07-12 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2024-07-12.
  9. 1 2 3 4 kulis.az. "Vəsimə İsmayılqızının kitabları təqdim edildi". 2024-03-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-07-09.
  10. azertag.az. ""Heydər Əliyevin vətən səfərləri" çoxcildliyinin təqdimat mərasimi keçirilib". 2024-07-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-07-13.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]