Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Alla Teterina
Alla Teterina (d. 24 fevral 1962) — Azərbaycanı təmsil edən voleybolçu. Alla Teterina, Azərbaycan yığmasının heyətində 1994-cü ildə baş tutan Dünya Çempionatına qatılıb və 9-cu yeri tutub. == Karyerası == Alla Teterina, 1994-cü ildə Azərbaycan yığması ilə birgə Braziliyada baş tutan Dünya Çempionatına qatıldı. Yarışların 1/8 final mərhələsində Azərbaycan yığması, Almaniya yığmasını 1:3 hesabı ilə məğlub oldu və Dünya Çempionatını 9-cu yerdə başa vurdu.
Azərbaycan Respublikası Veteranlar Təşkilatı
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı — 1987-ci il mart ayının 21-də yaradılmışdır.Respublika Veteranlar Təşkilatı 1992-ci il may ayının 10-da Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin müvafiq qərarı əsasında rəsmi dövlət qeydiyyatına alınmışdır.Təşkilat hazırda sıralarında müharibə, əmək, Silahlı Qüvvələr və hüquq-mühafizə orqanları veteranları olmaqla, bir milyondan çox üzvü birləşdirir. == Tarixi == İkinci Dünya Müharibəsinin faşizm üzərində Qələbə ilə başa çatmasından sonra keçmiş SSRİ-nin bütün respublikalarında olduğu kimi Azərbaycan Respublikasında da veteran hərəkatı başlanmışdır. Bu hərəkatın ilk nəticəsi kimi 1960-cı il iyun ayının 10-da Bakı Veteran Komitəsi yaradılmışdır. Ancaq Azərbaycanın ilk veteran təşkilatının fəaliyyəti yalnız Bakı şəhəri ilə məhdudlaşmış və bu vəziyyət 1970-ci illərin əvvəllərinədək davam etmişdir.1970–80-ci illərdə respublikada veteran hərəkatında yeni canlanma yaranmış, bu hərəkat tədricən bütün ölkəni əhatə etmişdir. Dövlət dəstəyi sayəsində Azərbaycanın əksər rayonlarında veteran təşkilatlarının yaradılması 1987-ci il mart ayının 21-də Respublika Veteranlar Təşkilatının təsis olunması ilə nəticələnmişdir. Ancaq 1980-ci illərin sonu və 1990-cı illərin əvvəllərində ölkədə yaşanan xaos, hərc-mərclik Veteranlar Təşkilatının fəaliyyətinə də mənfi təsir göstərmişdir. Əsassız mülahizələr, o cümlədən alman faşizmi üzərində Qələbə günü olan 9 mayın bayram günü kimi qeyd edilməsinin məqsədəuyğun sayılmaması və s. ilə hərəkata ciddi zərbə vurulmuşdur.Respublika Veteranlar Təşkilatının 1992-ci il may ayının 10-da Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin müvafiq qərarı əsasında rəsmi dövlət qeydiyyatına alınmasına baxmayaraq, veteran hərəkatına və veteranlara münasibət o qədər də dəyişməmişdir. Həmçinin Ermənistanla müharibə şəraitində ölkədə yaşanan gərginliklə əlaqədar Respublika Veteranlar Təşkilatının fəaliyyəti əsasən formal xarakter daşımışdır.Heydər Əliyevin Azərbaycana yenidən rəhbərliyə qayıtması ilə veteranlar təşkilatının fəaliyyəti bərpa olunmuş, veteranlara münasibət kardinal şəkildə dəyişmiş, bu istiqamətdə ardıcıl və məqsədyönlü addımlar atılmışdır. Liderin imzaladığı ilk qanunlardan biri veteranların hüquqlarının bərpası ilə bağlı "Veteranlar haqqında" Azərbaycan Respublikası Qanunu (1994-cü il 28 iyun) olmuşdur.