Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Venla Lehtonen
Venla Lehtonen (10 mart 1995) — Finlandiyalı biatlonçu. Venla Lehtonen Finlandiyanı 2018-ci ildə Cənubi Koreyada təşkil edilən XXIII Qış Olimpiya Oyunlarında təmsil etdi. Venla Lehtonen birinci dəfə Olimpiya Oyunlarına 2018-ci ildə qatıldı. O, Cənubi Koreyada baş tutan XXIII Qış Olimpiya Oyunlarında qadınlar 7.5 km məsafəyə sprint yarışlarında iştirak etdi. Lehtonen 25:13.7 saniyəlik nəticəsi ilə 87 atlet arasında 79-cu yeri tutdu və medalçılar sırasına düşə bilmədi.
Vetra FK
Vetra — Litvanın futbol klubu. 1 dəfə Avropa kuboklarında iştirak edib.
Vela Blaqoyeva
Viktoriya Atanasova Jivkova və yaxud Vela Blaqoyeva (bolq. Вела Благоева; 29 sentyabr 1859 və ya 29 sentyabr 1858, Veliko Tırnovo – 21 iyul 1921, Sofiya) — Bolqar yazıçısı, jurnalisti, müəllimi. Bolqarıstanda qadın hüquqları hərəkatının qurucularından biri hesab olunur. Dimitar Blaqoyevin həyat yoldaşı. Viktoriya Atanasova Jivkova 29 sentyabr 1859-cu ildə Veliko Tırnovoda anadan olub. Neda Spiridonova və Atanas Jivkovun beş uşağının ən kiçiyidir. Bacıları Mariola və Roza, qardaşları - üç dəfə Bolqarıstan Milli Assambleyasının sədri seçilmiş siyasətçi Georgi Jivkov və Bolqarıstanda ilk uşaq bağçasının yaradıcısı və Bolqarıstanın ilk dövlət himni Şumi Maritsanın (bolq. Шуми Марица) müəllifi Nikola Jivkovdur. Ailə tez-tez yaşayış yerini dəyişdiyindən Viktoriya Oryaxov, Veliki Tırnovo, Ruse, Qabrovo, Staraya Zaqorada təhsil alıb. O, müəllim peşəsinə yiyələndi və Berkovitsa, İstanbul, Tırnovo və Varnada dərs dedi.
Andorra la Vella
Andorra la Vella (Andorra-la-Velya) — Andorranın paytaxtı. Şəhər Vellero-del-Nor və Vellero-del-Olira dağlarının arasında yerləşir. Şərqi Pireney dağlarında (1070 m yüksəklikdə) dağarası çökəklikdə, Valira çayı (Ebro hövzəsi) üzərindədir. Əhalisi 22,615 min (2014). İspaniya ilə Fransanı birləşdirən avtomobil yolu üstündə ticarət-nəqliyyat, bank fəaliyyəti və beynəlxalq turizm mərkəzidir. İqtisadiyyatında xidmət sahələri üstünlük təşkil edir. Suvenir və bəzək əşyalarının kustar istehsalı, ağac və daş üzərində oyma geniş yayılmışdır. Rəvayətə görə, ərəblərin şimala irəliləməsinin qarşısını almaq məqsədilə 9-cu əsrin əvvəlində Böyük Karl tərəfindən salınmışdır. Şəhərin memarlıq abidələri arasında Müqəddəs Armenqol kilsəsi (roman üslubu, 11–12-ci əsrlər), intibah dövrünə aid "Vadilər Evi" (Kassa-de-la-val, 1580, hazırda Andorra incəsənəti və tarixi muzeyinin binası), Ədliyyə sarayı, parlament binası (Sala-del-Konsell) və dövlət arxivi (Set-Panis); 19–20-ci əsrlərə aid binalar, Musiqi Akademiyası, Dövlət Teatrı var.
Petra della Valle
Petra della Valle (11 aprel 1586[…], Roma – 21 aprel 1652[…], Roma) — İtaliyan səyyah, bəstəkar və musiqiçi. XVII əsrin əvvəllərində Səfəvi sarayında Şah Abbasın məsləhətçisi olmuşdur. Petra della Valli 2 aprel 1586-cı ildə Roma şəhərində anadan olmuşdur. Ailəsi dönəmin əsilzadə ailələrindən idi. Petra della Valle çox savadlı bir insan idi. O hələ kiçik yaşlarında yunan, latın dillərini o cümlədən, klassik mifiologiyanı və İncili öyrənmişdi. Gənclik illərini ədəbiyyata və hərbi xidmətə həsr etmişdir. Daha sonra tibb professoru və yaxın dostu Mario Eskipano təklifi ilə Şərqə səyahətə etməyə qərar verir. Petranın səyahətləri zamanı yazdığı məktubları məhz Eskipano günlük halına gətirmişdir. 1622-ci ildə həyat yoldaşının qəfil ölümü ilə sarsılan yazar bu hadisədən öz divanında bəhs edir.
Bella
Bella — ad. Bella Svon — Stefani Mayer tərəfindən yazılmış “Alatoran” romanlar seriyasının əsas qəhrəmanlarından biridir. Bella Çao — Bella Porç — Filiipin əsilli amerikalı internet ulduzu və müğənni. Bella Davidoviç — yəhudi əsilli sovet-amerikan pianoçusu. Bella Hadid — Fələstin əsilli amerikalı model.
Betula
Tozağacı (lat. Betula) — bitkilər aləminin fıstıqçiçəklilər dəstəsinin tozağacıkimilər fəsiləsinə aid bitki cinsi. Tozağacı şimal yarımkürəsində geniş yayılmışdır. 100-dən çox növü var. Təsərrüfatda geniş istifadə olunur. Tumurcuq və yarpaqlarından təbabətdə istifadə olunur. Bəzi növlərindən tarlaları küləkdən qorumaq üçün eləcə də dekorativ bağçılıqda istifadə olunur.
Delta
Delta (hərif) — yunan hərfi. Delta (çay) — çayların mənsəblərində gətirilmə çöküntülərindən əmələ gəlmiş geniş düzənliklərdi. Çayın yatağı deltada bir çox qollara ayrılır. Delta (maliyyə) — Baza aktivinin qiymətinin dəyişməsi nəticəsində derivativ alətinin qiymətinin nə qədər dəyişəcəyini əks etdirən göstərici. Delta Telekom — təşkilat "Delta" dəstəsi (film, 1986) — 1986-cı ildə Çak Norrisin iştirakı ilə çəkilmiş ABŞ film Deltayabənzər əzələ — insan çiyninin səthi əzələsi Melaleuca delta — mərsinkimilər fəsiləsinin çay ağacı cinsinə aid bitki növü.
Fətva
Fətva (ərəbcə:فتوى), İslam hüququ ilə əlaqədar olan bir problemin dini hüquq qaydalarına görə çıxış yolunu göstərən, Şeyxülislam və ya müfti tərəfindən veriləbilən dini sənəd. Fətva sadəcə İslam hüququ ilə əlaqədar olaraq deyil, İslamın qaydaları ilə idarə olunan dövlətlərdə də, hakimin verdiyi qərardır. == Fətva ilə hökm arasında fərq == Fətva ilə hökmün fərqləri müvafiq məzmunlu şəriət kitablarında izah edilmişdir. Qısaca bunu deyək ki, fətva şəriətdə nəzərdə tutulmuş mövcud dəlillər əsasında verilir (Quran ayələrinə, hədislərə, icmaya və ağıla əsaslanaraq). Hökm isə müctəhidin mövcud şəraiti dəyərləndirərək gəldiyi qənaəti əks etdirir. Əlbəttə, hökm verilərkən də şəriətdəki dəlillər nəzərə alınır, lakin bu dəlillər mücərrəd mənada deyil, mövcud şəraitə əsasən dəyərləndirilir. Buna görə də fətva zamana və şəraitə görə dəyişmir, hökm isə dəyişə bilər. Beləliklə, hökm fətvaya nisbətən daha geniş məfhumdur; deyə bilərik ki, məna etibarilə hökm fətvanı da özündə ehtiva edir. Fətva, onu verən müctəhid və onun müqəllidləri üçün keçərlidir, başqaları həmin müctəhidin fətvasına əməl etməyə vəzifəli deyillər. Amma lazımi şərtləri özündə birləşdirən şəriət hakimi bir məsələdə hökm versə, hamı ona tabe olmalıdır.
Keila
Keila (est. Keila) — Estoniyanın şimal-qərbində yerləşən şəhər. Əhali sayı 9 811 min nəfərdir. Şəhər Keila çayı üzərində yerləşir. Dəmiryol qovşağıdır. Yüngül və yeyinti sənayesi müəssisələri mövcuddur.
Kvetta
Kvetta(puşt. کوټه — Pakistanın Bəlucistan əyalətinin mərkəzi. == Tarixi == Mahmud Qəznəvi 1001-1026-cı illərdə 17 dəfə Hindistana hücum etmişdi. Onun şimal və şimal-şərq torpaqlarını, yəni Kəşmir, Pəncab, Qucarat vilayətlərini Qəznəvi dövlətinə qatmış, Hindistandan çoxlu qənimət əldə etmişdi. Onun hücumları sırasında Kvettanın adı ilk dəfə çəkilir. Böyük Moqollar sülaləsinin hökmdarı Sultan Hümayun 1543-cü ildə Kvetta şəhərində dincəlmişdi. Mərkəzi Kvetta şəhəri olan Pakistanın Belucistan əyaləti Cənubi Asiyada ən qaynar nöqtələrdən biridir. Burada çoxlu sayda daxili və xarici ekstremist, "Əl-Qaidə" terror təşkilatının nümayəndələri yaşayırlar. Həmçinin ölkənin şimal-qərbində Qəbilə Zonası adlı yer yaradılıb. Artıq burada hökumət qanunları işləmir.
Lejla
Lejla (Bosniya dili: Lejla) — 2006 Avroviziya Mahnı Müsabiqəsində Bosniya təmsilçisi Hari Mata Hari qrupu tərəfindən Bosniya dilində səsləndirilən mahnıdır. Mayın 20-də keçirilən finalda ölkə, 229 xalla üçüncü olaraq bu günə qədər bu müsabiqədəki ən yaxşı dərəcəsini əldə etmişdir.
Leyla
Leyla (Ləyla, Leyli) (ərəb. ليلى‎; ivr. ‏לילא‏‎) — bir çox xalqlarda qızlara verilən şəxsi ad. sami dillərində mənası "gecə" deməkdir və (L-Y-L لیل) kökündən irəli gəlir və zaman keçdikcə "qara saçlı gözəl" və ya "qaranlıq gözəli", "gecə anadan olmuş" deyiminə gətirib çıxarılıb. İvrit dilində ad "Lilit" kimi işlənir. == Bu adı olan tanınmış insanlar == Leyla Bədirbəyli: Azərbaycan SSR xalq artisti Leyla Şıxlinskaya: Azərbaycanlı aktrisa Leyla Əliyeva: Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin böyük qızı Leyla Səfərova: Azərbaycanlı rejissor, ssenari müəllifi. Leyla Vəkilova: İlk Azərbaycanlı balerina Leyla Murad: Misirli müğənni və aktrisa Leyla Yunus: Azərbaycanlı hüquq müdafiəçisi Leyla Ceyd: İngilis modeli və pornoaktrisa. Leyla Quliyeva: Azərbaycanlı şərhçi Leyla Şahtaxtinskaya: Xaricdə təhsil almış ilk azərbaycanlı qadın Leyla Məmmədbəyova: Azərbaycanda, Qafqazda, həmçinin bütün Cənubi Avropada və Yaxın Şərqdə ilk qadın təyyarəçisi. Leyla Abaşidze: Gürcü aktrisa Leyla Pəhləvi: Sonuncu İran şahı Məhəmməd Rza Pəhləvinin kiçik övladı Leyla Əli: Məhəmməd Əli – əfsanəvi Amerikalı boksçusunun qızı və Amerikalı qadın boksçusu Leyla Əli Abdulla: Maldivin birinci xanımı Leyla Foruhər: İranlı müğənni və aktrisa Leyla Allahverdiyeva: Leyla Xalid: Leyla Axundzadə: Leyla Neyzi: Leyla Qamsız Sarptürk: Leyla Şahgəldiyeva: Leyla Abdullayeva — Azərbaycanın Fransadakı səfiri (2022–h.h).
Metal
Metal (lat. metallum, " şaxta " deməkdir) — temperaturun artması ilə azalan elektrik keçiriciliyinə, istilik keçiriciliyinə, deformasiya oluna bilmə və metalik parıltı kimi xassələri özündə əks etdirən təmiz materiallara deyilir. Məlum olan 118 kimyəvi elementin 90-dan çoxu metaldır. Metalsız yer kürəsini təsəvvür etmək mümkün deyil. Belə ki, Yer kürəsinin nüvəsi, əsasən, dəmir və nikeldən, mantiyası alüminiumun birləşmələrindən, litosferi (Yer qabığı) isə bir çox metal birləşmələrindən ibarətdir. Beləliklə, metallar dövri sistemdə, əsasən, berilliumdan Be astatadək At çəkilmiş dioqnalın sol aşağı hissəsində yerləşir (dövri sistemdə I–III qrupun əsas yarımqruplarının (hidrogen və bordan başqa) və I–VIII qrupun əlavə yarımqrup elementlərinin hamısı, lantanoid və aktinoidlər də daxil olmaqla metallardır). Metalların əsas ümumi fiziki xassələri aşağıdakılardır: metal parıltısı; yüksək istilik və elektrik keçiriciliyi; plastiklik. Onların xarici qüvvənin təsiri ilə dağılmadan öz formasını dəyişmək qabiliyyətidir. Metal parıltısı metalın sərbəst elektronlarının işıq şüalarını güclü əks etdirməsi ilə əlaqədardır. Civə və gümüş ən yüksək parıltıya malik metallardır.
Mətlə
Mətlə — klassik poeziyada qəzəlin, yaxud qəsidənin ilk beyti. Başqa beytlərdən fərqli olaraq mətlənin hər iki misrası qafiyələnir. Mətlənin qafiyəsi sonrakı beytlərdə də təkrarlanır. Cahanşah Həqiqinin qəzəllərindən birinin mətləsi: Elçin. Seçilmiş əsərləri. 10 cilddə. IX cild. Bakı: ÇİNAR-ÇAP, 2005, 509 səh.
Netta
Dalğıc (lat. Netta) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin qazkimilər dəstəsinin ördəklər fəsiləsinə aid heyvan cinsi.
Petra
Petra (ərəb. البتراء‎) — Nəbatilər dövlətinin paytaxtı. Nəbatilər dövlətinin paytaxtı Petra olmuşdur. Yunan mənşəli olan bu sözün mənası "daş" deməkdir. Nəbatilər öz evlərini dağın qoynunu oyaraq düzəltdiklərinə görə ora belə adlandırılmışdır. Deyilənə görə ərəbcə o məhəllənin adı "hisni səl’", yəni "qaya divar (sıldırm qala)" olmuşdur. Onların evlərinin qalıqları hələ də Musa vadisində Harun dağının yüksəkliklərində (İordaniya ərazisindədir) qalmaqdadır. Nəbatilərin hakimiyyəti miladi tarixinin ikinci yüz illiyinə qədər davam etmişdir. 106-cı ildə Roma imperiyası bu ərazini işğal edərək öz torpaqlarına qatmışdır. Petra nəbatilər hakimiyyətinin qüdrətli dövründə mühüm ticarət mövqeyinə malik idi.
Qerla
Qerla (rum. Gherla; mac. Szamosújvár; alm. Neuschloss‎) - Rumıniyanın Kluj judetsində yerləşən bələdiyyə. O, Kluj-Napokadan 45 km aralıda Someşul Mik çayı üzərində yerləşir. Əhalisi 20 203 nəfərdir. 2011-ci ildə Rumıniyada siyahıalmasına görə şəhərdə yaşayan 20 203 nəfər əhalinin milli tərkibi belədir: 15,994 (79.2%) Rumın 3,419 (16.9%) Macar 718 (3.6%) Qaraçı 72 (0.4%) 16 alman daxil olmaqla, digərləri.
Svetlı
Svetlı (rus. Светлый) — (1947-ci ilədək — Tsimmerbude, alm. Zimmerbude‎, pol. Buda, lit. Cimerbūdė) — Rusiya Federasiyasının Kalininqrad vilayətində şəhər. [Svetlovsky şəhər rayon] [Svetlovsky Borough]inzibati, biznes və mədəniyyət mərkəzidir. 2635 hektar ərazini əhatə edir. Şimal yerləşən Coast Kaliningrad gəmi kanalı, Svetlı — bələdiyyə sənaye peyk Kaliningrad mərkəzi və regionda ən gənc şəhər. Şəhər sahilində yerləşir Kaliningrad dəniz gəmiçilik kanalı ilə Kaliningrad birləşdirən Baltik dənizi, Kaliningrad 30 km. Svetliy Samland yarımadasında edir.
Tatla
Dəlibəng (lat. Datura) — bitkilər aləminin quşüzümüçiçəklilər dəstəsinin quşüzümükimilər fəsiləsinə aid bitki cinsi. Dəlibəng - Qaragilə fəsiləsinə aid olan birillik bitkidir. Gövdəsinin uzunluğu 1 metrdir. Yarpaqları iri, yumurtavari formadadır. Meyvəsi tikanlı qutu formasında olub şara oxşayır, toxumu qara-qonur qəhvəyi rəngdə olub böyrəyə bənzəyir. Dəlbəng başlı-başına buraxılmış, çürümüş torpaq və peyinlə zəngin olan torpaqda, bağça və bostanda bitir. Tərkibində atropin, hiostiamin skopalamin alkaloidləri vardır. Bitkinin bütün hissələri, xüsusilə meyvələri daha kəskin zəhərlidir. Körpə heyvanlar üçün təhlükəlidir.
Tesla
Nikola Tesla (1856–1943), Elektrik mühəndisi və ixtiraçı
Şəhla
Şəhla (ərəb. شهلاء‎) — qadınlara verilmiş bir ərəbcə addır.
Stela
Stela və ya stel — ucaldılmış və hündürlüyü enindən uzun olan monolitik bir daşdan ibarət olan bir əsərdir. Söz yunan dilində stele, yəni, "dik dayanan blok" sözündən yaranmışdır. Taxta olanları da tapılmışdır. Fərqli şəkildə istifadə olunan müxtəlif növ stellər var. Məsələn, xüsusilə Qədim Yunanıstanda tapılan məzar daşları şəklində stellər var. Bunlara qəbir stelləri də deyilir. Amarnada sərhədləri işarələyən Akhenaten steli var; stellər həm də sərhəd göstəriciləri kimi istifadə olunmuşdurlar. Bunlardan başqa, hərbi qələbələri xatırladan stellər də mövcuddur. Mesopotamiyada stellər əsasən padşahların əmrlərinin yazılmış olduğu abidələr kimi tapılmışdır. Stellər, Qədim Yaxın Şərqdə, Yunanıstanda və Misirdə və həmçinin müstəqil şəkildə Çində bəzi Buddist mədəniyyətlərində və Mezoamerikan mədəniyyətlərində görünmüşdür.
Betela
İstiot (lat. Piper) — bitkilər aləminin i̇stiotçiçəklilər dəstəsinin i̇stiotkimilər fəsiləsinə aid bitki cinsi.
İveta
İveta — qadın adı. İveta Veyone — Latviyanın 4-cü Birinci xanımı (2015–2019). İveta Mukuçyan — Ermənistan-Almaniya müğənnisi, bəstəkarı.